28
Nizamidə azorbaycançılıq
şüurun canlanmasına münbit şərait olan yerlərdə türkdilli
ədəbiyüatm da yarandığı müşahidə edilirdi. Bu cəhətdən,
Qırğızıstanda Yusif Balasaqunlunun yazdığı «Qudatqu bilik»
(«Xoşbəxtliyə aparan bilik») adlı böyük poeması buna
nümunə idi. Ancaq fars dilinin İran, Azərbaycan, Orta Asiya,
Hindistan və Kiçik Asiya kimi geniş bir arealda yayılması
müqabilində türkdilli əsərlər kölgədə qalırdı.1 Eyni zamanda,
onu da nəzərə almaq lazımdır ki, Yusif Balasaqunlu (1017-
1077) XI əsrin 70-ci illərinin əvvəlində yazdığı «Qudatqu
bilik» adlı əsərini Firdovsinin «Şahnamə»sinə cavab olaraq
yaratmışdı. Ona görə də onun adı həm də «Şahnameyi-türki»
adlandırılırdı.1
2 Görünür, farsdilli poeziyanın geniş yayıldığı bir
məqamda
türkdilli
əsərlərin
şöhrət tapmasına
zəmin
yaranmamışdı. Ancaq onu da nəzərə almaq lazımdır ki, həmin
dövrdə türk dillərinin hər hansı birində yaranmış əsərlərin
bədii dəyəri, ictimai əhəmiyyəti farsdilli ədəbiyyatdan daha
üstün sayılmalıdır. Çünki türk dillərində yaranan əsərlər
bütövlükdə ümumtürk milli şüurunun oyadılmasında və
canlandırılmasında müstəsna əhəmiyyət kəsb edə bilərdi.
Dövrün ən görkəmli şəxsiyyətlərindən biri kimi adı öz
zamanından çox-çox uzaqlara gedib çıxan Nizami də əsas
əsərlərini fars dilidə yazıb yaratmışdır. Çünki fars dilində
yazmaq, bir növ asan idi. Bu mənada ki, bu dilin bədii üslubu
zaman-zaman cilalana-cilalana gəlmişdi. Ona görə də bu dildə
poeziya daha ritmik və ahəngdar səslənirdi. Digər tərəfdən
fars dili geniş arealda yayıldığından bu dildə yazılan əsərlərə
oxunaqlıq baxımından maraq daha artıq idi. Poetik üslub bu
dili o dərəcədə cilalaya bilmişdi ki, təsvirin özündə xüsusi
«standart» ifadələr formalaşmışdı və sabit norma əmələ
gəlmişdi. Bunun sayəsində yazılan əsərlər fars dili bilənlər
üçün asan başa düşülürdü. Türk dillərində yazılan əsərlər isə
bu dillərin hər hansı birində yazılmalı idi. Başqa ərazilərdə
yaşayan türkdilli xalqların isə bu əsərlərin dilini başa
1 Bax: Rüstəm Əliyev. Nizami Gəncəvi. Bakı, «Yazıçı», 1991, s. 21-23.
2 Azərbaycan tarixi. Ш-ХШ əsrin I rübü, II cild, Bakı, «Elm», 2007, s. 526.
29
|