Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə11/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   7   8   9   10   11   12   13   14   ...   174
Mübariz  Yusifov

ərəblərə  yalnız  onları  dəfələrlə  ağır vəziyyətə  salan  xəzərlər 

üzərində  qələbə  lazım  idi.  Bu  işdə  xəlifə  Əbdülməlikinin 

639-cü  ildən  Azərbaycan,  Ərminiyə  və  əl-Cəzirənin  canişini 

təyin  etdiyi  qardaşı  Məhəmməd  ibn  Mərvan  xüsusi  fəaliyyət 

göstərdi.  Onun  VIII  əsrin  əvvəllərində  tabeliyində  olan 

Cənubi  Qafqaz  ərazisində  apardığı  zor  siyasəti  ərəblərin  bu 

ərazidə  mövqeyini  daha  da  möhkəmlətdi,  xəzərlərə  qarşı 

yürüşə çıxmaq imkanı yaratdı.

721-722-ci  illərdə  Xəlifə  II  Yəzidin  hakimiyyəti 

zamanı  (720-724)  qıpçaq  və  başqa  türk  tayfaları  ilə  birləşmiş 

30  minlik  xəzər  ordusu  yeni  həmlə  ilə  Azərbaycanın  şimal 

hissəsinə hücum etdi,  bütün Arran torpaqlarını keçərək Ermə­

nistan  ərazisinə  daxil  oldu,  orada  olan  ərəb  hərbi  hissələrini 

məğlub  etdi.  Azərbaycan  və  Ərminiyənin  yeni  canişini  əl- 

Cərrah  ibn  Abdullah  əl-Həkəmi  xəlifənin  əmrinə  əsasən  25 

minlik  qoşunla  xəzərlərə  qarşı  çıxış  etdi.  Azərbaycana  qayı­

dan  əl-Cərrah  qışı  Şəki  vilayətində  keçirtdi.  726-727-ci  illər­

də  Xaqan  oğlunun  başçılığı  altında  yenidən  Arranı  keçərək 

Azərbaycana soxulan xəzərlər Xəzərin  cənub sahili vilayətlə­

rində  ağalıq  etməyə  başladılar.  Lakin  çox  keçmədən  əks- 

hücumla  irəli  atılan  ərəblər  rəqiblərini  Araz  çayının  o  tayına 

qovaraq onları geri çəkilməyə məcbur etdilər.1

Aydın 


məsələdir 

ki, 


zamankı 


Azərbaycan 

torpaqlarında  müdaxilələrin  nəticəsi  olaraq  daimi  ərazi 

bölgüsü  mövcud  deyildi.  Çünki  sərhəd  prinsipi  tez-tez 

pozulurdu.  Odur  ki,  o  zaman  hər  hansı  bir  əraziyə  və  ya 

etnosa  verilən  ad  çox  zaman  indi  mövcud  olan  ərazi  bölgüsü 

və  etnik  adla  uyğun  gəlmir.  Bu  mənada  Ermənistan,  Ənnən, 

Ərməniyə,  Arran,  Alban ərazilərinin və  adlarının indiki  adlar­

la və  etnik təbəqə  ilə uyğun gəlmədiyi  istisna sayılmamalıdır. 

Yenə  də  tarixi  məlumatlarda  göstərildiyinə  görə  baş  vermiş 

ərəb  işğalı  bu  ölkələrin  tarixi-coğrafi  ərazi  bütövlüyünü 

saxlasa  da  onların  inzibati  adını  dəyişdirdi.  İlk  çağlar

Azərbaycan tarixi.  Ш-ХШ əsrin I rübi.  II cild, Bakı, «Elm», 2007, s.  186-188.

12


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin