Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə12/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   8   9   10   11   12   13   14   15   ...   174
Nizamidə  azərbaycançılıq

Azərbaycanın  cənub  hissəsi  olan  Abdurbadaqan  Albaniya, 

Ermənistan,  Şərqi  Gürcüstan  və əl-Cəzirə vilayəti  ilə  birlikdə 

yeni  yaranmış  gənc  ərəb  dövlətinin beş  vilayətindən birini  tə­

şkil  edirdi.  Nizaminin  əsərlərində  Ərmən,  Abxaz,  Gürcüstan 

kimi  yer  adlan  işlənir  ki,  indi  həmin  yerlərin  coğrafiyası 

Nizami  dövründən  əvvəlki  vaxtlarda  və  Nizami  dövründə 

indiki  yerlərin  coğrafiyası  ilə  uyğun  gəlmir.  Konkret  misal 

olaraq  onu  demək  lazımdır ki,  «İskəndəmamə»də  adı  çəkilən 

Də val i  bir yerdə  Abxaz  hökmdarı  kimi,  başqa  yerdə  Ərmənin 

sərkərdəsi kimi verilir.  Yaxud Ərmən haqqında bəhs ediləndə 

onun  coğrafi  ərazisinin  Arran  deyilən  yeri  və  hətta  Bərdəni 

əhatə  etdiyi  göstərilir.  Bəzən  tədqiqatçılann  özləri  də  ciddi 

araşdırma  aparmadan  Məhinbanu  və  Şirin  obrazlarını  erməni 

kimi təqdim  edirlər.  Əlbəttə ki,  bu belə  deyildir.  Nə  o zaman- 

kı  ərmən  indiki  «ermənidir»,  nə  «Ərməniyyə»  Ermənistandır. 

Bəzən  tədqiqatçılar Nizamini  yaxşı  dərk  etmədiyindən,  tarixi 

məqamları  nəzərə  almadan  Nizami  obrazlarına  müxtəlif  don 

geydirməkdən 

çəkinmirlər. 

Məsələn, 

Y.V.Levkiyevski 

A.Y.Knmskiyə  əsaslanaraq  Şirini  və  Məhinbanunu  erməni 

kimi təqdim edir.  Bu fikir isə başqa səriştəsiz adamları düzgün 

istiqamətlə  aparmadığından  bəziləri  Nizamini  «Xəmsə»dən, 

«Xəmsə»ni  isə  ədəbiyyat  aləmindən  uzaqlaşdırmaq  məqsədi 

güdür.1  Ona  görə  də  tarixçilərin,  xüsusən,  Ərmən  haqqındakı 

məlumatlarını  buraya  daxil  etməkdən  məqsəd  müasir 

oxucularda  yarana  bilən  yanlışlığın  aradan  qaldırılmasına 

diqqəti  cəlb  etməkdən  ibarətdir. 

Tarixi  məlumatlarda 

göstərilir  ki,  VIII  əsrin  başlanğıcında  Qafqazın  işğal  olunmuş 

torpaqlarında  ərəblərin  tam  hakimiyyətinin  bərqərar  olması 

ilə  vassallığını  da  itirən  və  bir  dövlət  kimi  ləğv  edilən 

Albaniya  ərəb  vilayəti  Arrana  (ar-Ran,  Aran)  çevrildikdə 

«Ərməniyyə»  adlı  yeni  ərəb  inzibati  adı  yarandı.  Bu  adı  daşı­

yan  ərəb  vilayəti  öz  tərkibində  təkcə  cənubi  Qafqazın  qalan 

hissəsinin  fəthindən bir neçə  il əvvəl  işğal  olunmuş  bilavasitə

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s. 

196-197.


13



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin