Sual 1 – Cavab Qul vəziyyətinə salınma halları



Yüklə 100,84 Kb.
tarix28.06.2020
ölçüsü100,84 Kb.
#32168


Sual 1 – Cavab

Qul vəziyyətinə salınma halları

Qədim zamanlardan başlayaraq, müharibədə əsir düşən əsirlər, ağır cinayət törədənlər, borclu olduğu şəxsə borcunu ödəyə bilməyənlər və Dəniz quldurluğuu ilə məşğul olan şəxslər qula çevrilirdilər.



Qul halına salınmada cinsi ayrıseçkilik yox idi:

Ancaq, əsasən kişi qullara üstünlük verirlirdi. Onların övladarıda qul hesab edilir və heç bir hüquqa malik deyildilər. Lakin qadın qulların övladları bəzi ölkələrdə qul sayılmırdı.

*Müxtəlif mədəniyyətlərdə qul halına salınma fərqli cür idi:

Bəzi xalqlarda dini baxımdan qul anlayışı qadağan edilirdi.

-Ərəb xilafətində isanların qullara Qədim Yunanıstanda olduğu kimi qəddar münasibət göstərmək qadağan edilmişdir.

-Qədim Yunanıstanda qullardan bir çox sahələrdə istifadə edilirdi.

Məsələn, mülkədarlar öz təsərrüfatlarına yeni-yeni qullar əlavə etmək üçün borc daşından istifadə edirdilər. Borc daşı mülkədar tərəfindən kəndlinin torpaq sahəsinə qoyulurdu. Orada mülkədarın kəndliyə nə qədər borc verdiyi və borcun hansı müddətə qaytarılması haqqında məlumatlar göstərilirdi. Kəndlilər quraqlıq aylarında mülkədarların borclarını ödəyə bilmir və bununla da qula çevrilirdilər.

Müharibələr qul halına salınmanın ən əsas forması idi:

Yunan-İran müharibələri zamanı yunanlar çoxlu sayda düşməni sağ formada tutmuşdular. Tarixi məbələrdə həmin əsirlərin az bir qisminin öldürüldüyü qeyd edilirdi.



Qullar müxtəlif sahələrdə işlədilirdilər:

Əsirlər əsasən Yunanıstanda binaların tikilməsi işlərinə cəlb edilir və ya xarici dövlətlərə satılırdı. Tarixi mənbələrdə Qədim Yunanıstanda yerləşən qul bazarları haqqında məlumat verilir. Ən böyük qul bazarlarından biri Xios adasında yerləşird. Bu bazarda gündə 10 min qul satılırdı. Qul əməyindən ən çox filiz mədənlərində, daş karxanalarında, sənətkarlıq emalatxanalarında, kənd təsərrüfatında, ev qulluqçuluğunda istifadə olunurdu.



Qədim romada quldarlar qulları ``İnsan ayaqlı`` adlandırırdılar.

Qul əməyi 19-cu əsrə qədər istifadə olunmuşdur.

Qul əməyi Orta Əsrlərin bitiminə qədər Qərb cəmiyyətinin iqtisadi və ictimai baxımdan ayrılmaz bir hissəsi olmuşdur. Qərb dünyasında feodalizmin tarix səhnəsindən çəkilərək yerini burjua iqtisadi sisteminə buraxmağa başladığı ana qədər qul əməyi əmək səmərəsinin aşağı və texniki imkanların son dərəcə məhdud olması səbəbiylə ən əhəmiyyətli istehsal vasitəsi olmuşdur.

Son dərəcə ağır şərtləri sahib olan qul həyatında ancaq 19-cu əsrin sonlarından etibarən bir miqdar düzəlmə meydana gəlmişdir.

Qul - bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.

Bəzi hallarda xidmətçi də kölə mənasını verərdi. Qadın kölələrə cariyə deyilir. Qədim zamanlardan bəri döyüşdə əsir düşənlər , ağır cinayət işləyənlər , borcunu ödəyə bilməyənlər, quldurlar tərəfindən qaçırılanlar qul qəbul edilir və qul bazarlarında satılırdı . Kişi qulların uşaqları da qul olardi.

Nökərlərin ağalarından oğulları Yahudi və Ərəb cəmiyyətləri kimi bəzi cəmiyyətlərdə kölə qəbul edilməmişlər . Əkinçilik və ticarətlə məşğul olan bütün cəmiyyətlərdə köləliyin müxtəlif şəkillərinə rast gəlinməkdədir.

Mesopotamiyada , qədim Misirdə Yunanıstanda, Romada , İslam əvvəli İran , Orta Asiya və Anadoluda yaşayan qövmlərə qul son dərəcə təbii ictimai bir fakt olaraq qəbul edilərdi.



Romalılar əmək alətlərini iki yerə bölürdülər:

-canlı alətlər

-cansız alətlər.

Canlı alətləri isə iki qrupa ayırırdılar:

-danışan alətlər

-danışmayan alətlər.



Danışan alətlər dedikdə qullar nəzərdə tutulurdu.

Roma ordusunun əyalətlərdən qarət etdiyi sərvətlər Roma quldarlarının əlinə keçirdi. Quldarlar bu vəsaitlə bağlar və üzümlüklər salır, mal-qara sürüləri saxlayır, şəhərlərdə emalatxanalar açır, iri gəmilər inşa edirdilər. Roma imperiyasının hər yerində qul bazarı var idi.

Ən böyük qul bazarı Egey dənizindəki Delos adasında idi.

Qullardan təsərrüfatın bütün sahələrində: daş karxanalarında, mədənlərdə, tikintilərdə, ev işlərində, gəmiçilikdə istifadə olunurdu. İtaliyada kənd təsərrüfatında quldan daha çox istifadə edirdilər. İş qabiliyyətini itirmiş qullar kimsəsiz adalara atılır və orada acından ölürdülər.

Qədim Roma və Yunanıstan qədim dünyanın klassik quldar dövləti idi. Qədim dünyanın heç bir ölkəsində bu qədər qul yox idi, E.ə. II əsrdə Roma əyalətlərində qulların üsyanı baş verdi. Bu dövrdə Siciliyada baş vermiş üsyan 6 il davam etdi. Quldarlar onu çox çətinliklə yatırtdılar.

Bunun nəticəsidir ki, artıq Romada vəziyyət getdikcə daha da pisləşirdi. Belə vəziyyət quldarlardan ibarət senatorlara əlbəttə ki, sərf edirdi. Ancaq əhalinin böyük əksəriyyətini təşkil edən kəndlilər üçün bu hal artıq dözülməz olurdu.



Bunun fərqinə varan bəzi adlı-sanlı roma mütəfəkkirləri Romanın nə qədər təhlükədə olduğunu anlamışdılar. Məsələn:

QRAKX QARDAŞLARI VƏ ONLARIN İSLAHATLARI

Romanın apardığı müharibələr ölkəyə qul axınını çoxaltdı. Buna görə, kəndli əməyini ucuz qul əməyi sıxışdırırdı. Varlı quldarlar kəndlilərin torpağını zorla satın alırdılar. Bu da kəndlilərin var-yoxdan çıxmasına. səbəb olurdu. Var-yoxdan çıxmış kəndlilər şəhərlərə, birinci növbədə Romaya axışır, lakin iş tapmırdılar, çünki burada da bütün işləri qullar görürdü, nəticədə kəndlilər işsiz qalır, ölkədə evsiz-eşiksiz adamların sayı artırdı.

Kəndlilər var-yoxdan çıxdığı üçün Roma ordusu zəifləməyə başladı. Çünki Roma qoşununun əsasını kəndlilər təşkil edirdi. Kəndlilərin yoxsullaşması, çoxlu qul kütləsi Roma üçün təhlükə törədirdi.

Bir çox Romalı aristokratlar kimi plebeylər nəslindən olan Tiberi və Qay Qrakx qardaşları da bunu yaxşı başa düşürdülər.

Tiberi xalq qarşısında çıxış edərkən deyirdi:

«Hətta vəhşi heyvanların da öz yuvaları var. Roma uğrunda vuruşan və ölənlərin isə hava və işıqdan başqa heç nəyi yoxdur».

Tiberi və Qay qardaşları Roma quldarlıq dövlətini xilas etmək üçün torpaq islahatı hazırladılar. E.ə. 133-cü ildə Tiberi Qrakx tribun seçildi.

Onun təklif etdiyi torpaq qanununa görə:

*hər bir romalı ailəsi 250 hektardan artıq dövlət torpağından istifadə edə bilməzdi; qalan torpaqlar pulsuz həmişəlik yoxsul kəndlilərə verilməli idi və onları satmaq qadağan olunmalı idi.

Senat bu təklifi rədd etdi.

Forumda çağırılmış xalq yığıncağında Tiberi xalqa müraciət edib irəli sürdüyü qanunun ədalətli olduğunu sübut etdi. Xalq yığıncağı torpaq qanununu qəbul etdi. Senat xalqdan qorxub xalq yığıncağının qanununa qarşı çıxmadı.

LakinTiberinin düşmənləri ona böhtan atıb dedilər ki, Tiberi padşah olmaq və respublikanı məhv etmək istəyir. Bundan istifadə edən senat xalqı «respublikanı xilas etməyə» çağırdı. Onlar isə Tiberini və onun 300 tərəfdarını öldürdülər. Ölənlərin meyitini cinayətkar kimi Tibr çayına atdılar.

Torpaq qanunu həyata keçmədi.

On ildən sonra, yəni e.ə. 123-cü ildə Tiberinin qardaşı Qay Qrakx tribun seçildi. O, qardaşının işini davam etdirib torpağı kəndlilərə paylamağa başladı. 80 min yoxsul torpaq aldı. O, senatın hüququnu məhdudlaşdırmağı, yoxsulları dövlət işlərinə cəlb etməyi irəli sürdü, lakin Qayın tribun vaxtı başa çatandan sonra senatorlar ona qarşı çıxdılar.

Roma küçələrində baş verən vuruşmalarda Qay və onun üç min tərəfdarı həlak oldu. Qayı öldürənə onun başı ağırlığında qızlı vəd etdilər. Torpağın yoxsullara verilməsi yenə də dayandırıldı. Kəndlilərin dövlətdən aldığı torpağın satılmasını qadağan edən qanun ləğv edildi. Varlılar kəndlilərin torpaqlarını satın almağa başladılar.

Roma imperiyası dövründə müharibələrdə minlərlə insanlar əsir götürülür və ya insan oğurluğunun qurbanı olurdu. Onlar qul kimi satılırdı və bir daha doğmalarını görmürdülər.

Mədəndə ölənə kimi işləyən qullara baxanda, fermalarda çalışan və ya evlərdə nökər olan qulların vəziyyəti bir az yaxşı idi. Bəzi sahiblər öz qullarının boynundan üzərində yazı, yaxud da yarlığı olan dəmir xalta asırdılar. Yarlığın üzərində qaçan qulu sahibinə qaytaranı mükafat gözlədiyi qeyd olunurdu. Dəfələrlə qaçmağa cəhd göstərən qulun alnına çox vaxt «fugitivus», yəni «qaçaq» mənasını verən «F» hərfi formasında damğa vururdular.

Müqəddəs Kitabda qeyd olunur ki, həvari Pavel Filimona yazdığı məktubda ondan qaçmış qulu Onisimi qəbul etməsini rica edir. Filimonun Onisimə ağır cəza verməyə haqqı çatsa da, Pavel ondan aralarındakı qardaşlıq məhəbbəti və dostluqları xatirinə Onisimi mehribanlıqla qarşılamağı xahiş edir.



Göründüyü kimi, quların qaçmaq istəkləri ağır cəzalarla nəticələnirdi.

Ümumiyyətlə qullara çox vaxt ölüm cəzası verilirdi.

Qullardan təsərrüfatın bütün sahələrində: daş karxanalarında, mədənlərdə, tikintilərdə, ev işlərində, gəmiçilikdə istifadə olunurdu. İtaliyada kənd təsərrüfatında quldan daha çox istifadə edirdilər. İş qabiliyyətini itirmiş qullar kimsəsiz adalara atılır və orada acından ölürdülər.

Qul əməyi Orta Əsrlərin bitiminə qədər Qərb cəmiyyətinin iqtisadi və ictimai baxımdan ayrılmaz bir hissəsi olmuşdur. Qərb dünyasında feodalizmin tarix səhnəsindən çəkilərək yerini burjua iqtisadi sisteminə buraxmağa başladığı ana qədər qul əməyi əmək səmərəsinin aşağı və texniki imkanların son dərəcə məhdud olması səbəbiylə ən əhəmiyyətli istehsal vasitəsi olmuşdur.

Romanın apardığı müharibələr ölkəyə qul axınını çoxaltdı. Buna görə, kəndli əməyini ucuz qul əməyi sıxışdırırdı. Varlı quldarlar kəndlilərin torpağını zorla satın alırdılar. Bu da kəndlilərin var-yoxdan çıxmasına. səbəb olurdu. Var-yoxdan çıxmış kəndlilər şəhərlərə, birinci növbədə Romaya axışır, lakin iş tapmırdılar



Romada quldarlıq vəziyyəti Yunanıstandakı vəziyyətlə müqayisə olunurdu. Bu müqayisə müxtəlif kriteriyalar olmaqla, ümumi sivilizasiya sferasında aparılırdı:





*Marksist yozum quldarlıq formasiyasının əsas əlamətləri sırasına aşağıdakıları aid edir:

1. iqtisadiyyatın natural xarakteri;

2. qul əməyi, istehsalın primitiv texnikası;

3. quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi;

4. bazarın istehlakçı xarakteri;

5. sadə əmtəə istehsalının inkişafı. Üçuncü böyük ictimai əmək bölgüsü;

6. yunanıstanda polislər, Romada bələdiyyələr. Paralel sürətdə dövlətlərin yaranması və güclənməsi prosesləri gedirdi.

İlk sivilizasiyaların formalaşdığı dövrü marksist yanaşma quldarlıq ictimai-iqtisadi formasiyası kimi nəzərdən keçirir. Xronoloji olaraq, quldarlığın zaman sərhədləri Avropada b.e.ə. III minillikdən b.e. IV əsrinin sonuna, Şərqdə isə b.e.ə. IV minillikdən b.e. VI əsrinin sonuna (Afrika,Asiya) qədər davam etmişdir.

Eyni zamanda, marksistlər dövrün, hətta ibtidai icmanın özündə belə növbəti formasiyanın – feodalizmin əlamətlərini görürdülər. Həmin elementlərə aşağıdakıları aid edirlər:

1. Qan qohumluğu əsasında formalaşan icmanın qonşular icması ilə əvəzlənməsi – xüsusi əmək, xüsusi mənimsəmə. Patriarxal quldarlığın yaranması.

2. Əmlak təbəqələşməsi. Nəsil elitasının yaranması. Hərbi demokratiya.

3. Şəxsi asılılıq.



Spartak üsyanı

E.ə. 74-cü ildə Kapuya şəhərindəki qladiator məktəbində qullar qiyam qaldırdılar. 78 nəfər qul qaçaraq Vezuvi dağının zirvəsində düşərgə saldı. Üsyana Spartak başçılıq edirdi. Ətraf malikanələrin qulları da Spartaka qoşuldular. Onlar Kapuyadan göndərilmiş hərbi dəstəni məğlub edərək xeyli silah ələ keçirdilər.

Senatın göndərdiyi qoşun Vezuvini mühasirəyə aldı. Lakin üsyançılar üzüm tənəklərindən hördükləri nərdivanlarla gecə ikən sıldırım qayadan enərək romalıların üzərinə atıldılar və onları darmadağın etdilər.

Senat üsyançılara qarşı yeni böyük ordu göndərdi. Ordunun komandanı Krass idi. O, üsyançıların yolunu kəsib onları tələyə saldı. Spartak üsyançılara «acından ölməkdənsə, qılınc zərbəsindən ölmək daha yaxşıdır» sözləri ilə müraciət etdi və onları Krassın istehkamları üzərinə hücuma apardı.

Romada təsərrüfat inkişaf edirdi. Su dəyirmanları, çoxgavahınlı kotan, yeni biçin alətləri ixtira olundu. Lakin quldarlıq texnikanın inkişafını ləngidirdi.

Qulların öz əməklərinə marağı az idi. Qullar öz əməklərinin nəticəsinə maraqlı olsunlar deyə bəzi quldarlar öz torpaqlarını kiçik sahələrə bölərək qullara və azad kəndlilərə icarəyə verirdilər. Belə icarədarlara «daxmalı qullar» və kolonlar* deyilirdi.

* Kolonlar — latınca «kolonus» sözündən olub, əkinçi deməkdir

«Daxmalı qullar» və kolonlar. Qul əməyinin daha sərfəli 0lmadığını quldarlar da başa düşürdülər. Buna görə də bəzi quldarlar qullara kiçik torpaq sahələri, əmək aləti, toxum, iş heyvanı verir, onlara ev tikməyə, ailə qurmağa icazə verirdilər.

Belə qullara «daxmalı qullar» deyirdilər. «Daxmalı qullar» Romada yaranmışdı və quldarlıq quruluşunun tənəzzülü ilə bağlı idi.

Şəhərdə bəzi qullar emalatxana açır, gəlirin bir hissəsini sahibinə verirdi. Romada quldar qulla daha istədiyi kimi rəftar edə bilməzdi.

II əsrdə imperator Adrian qulu öldürməyi qadağan etdi. İri torpaq sahibləri öz torpaqlarını kiçik hissələrə bölüb azad kəndlilərə icarəyə verirdilər.

Romada belə xırda icarədarları kolonlar adlandırırdılar. Kolonlar öz əməklərinin nəticəsində maraqlı idilər. Qula nisbətən yaxşı işləyirdilər. II-III əsrlərdə qulları kolonlar əvəz etməyə başladı, onların sayı sürətlə artdı.

I-II əsrlərdə Roma imperiyası ən qüdrətli zirvəsinə çatdı. Lakin II-III əsrlərdən başlayaraq, quldarlıq quruluşunda tənəzzül başlandı. Çünki qul əməyi getdikcə əhəmiyyətini itirirdi, qul nəzarətsiz yaxşı işləmirdi.

Qullar üçün yaxşı işləməyin əhəmiyyəti yox idi. Onlara ancaq yemək və paltar verirdilər. Qullara nəzarətçilər, keşikçilər, quldarların özləri nəzarət edirdi. Quldarlıq təsərrüfatın inkişafı üçün əngələ çevrildi.

Qədim Romada su dəyirmanı ixtira edildi, gavahınlı mürəkkəb kotan, öküzlə hərəkətə gətirilən biçin aləti, bağlarda işləmək üçün bıçaq aləti ixtira edilmişdi. Lakin bu alətləri qullara etibar etmirdilər. Onlara kobud alətlər verirdilər, bu alətləri sındırmaq çətin idi.

Beləliklə, Romada quldar təsərrüfatının tənəzzülünün səbəbi quldarlığın texnika və ticarətin inkişafını ləngitməsi, kənd təsərrüfatının tənəzzülü, qulun öz əməyinin nəticəsində maraqlı olmaması idi.



Sual 2 – Cavab

Qulların hüquqi vəziyyəti

İlk dövrlərdə qulların hüquqi vəziyyəti daha acınacaqlı idi. Belə ki, əhalinin təbəqələrə bölünməsi zamanı ən alt kateqoriya məhz qullara məxsus idi. Qulların vətəndaşlığı yox idi. Onlara hətta evlenmeye de icazə verilmirdi. Həmçinin qullar ev tikmeye, həyətyanı torpaq sahəsinə sahib olmağa icazə verilmirdi.

İlk dövrdə əhalinin bir hissəsinin tam hüquqa malik olanlar patrisiyalılardır, əhalinin qalan hissəsi- plebey adlanırdılar. Patrisiyalılar və plebeylər arasında olan fərq və mülki və sosial qeyri- bərabərlik nəticəsində yeni forma sosial münasibətlərdə yaranmışdı – klientela. Xalq toplantıları (yıgıncaqlar) kuriya1 əsasında aparılırdı, və onlarda yalnız patrisiyalar iştirak edə bilərdilər. Rəvayətə görə ilk dəfə Romul tərəfindən senat yaradılmışdı.

Quldarlıq - İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antoqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi.

Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya - Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı.

Qədim insanların təsərrüfat həyatı zaman keçdikcə dəyişdi. Cəmiyyət təbəqələrə:

-qul sahibləri

-qullar



Bununla da ibtidai icma quruluşu dağıldı.

Quldarlıq quruluşu ilə quldar dövlətlər yarandı. Quldarlıq quruluşu qul sahibi və qul arasındakı münasibətlərə əsaslanırdı. İmperiyaların ərazisi genişləndikcə qulların sayı artır, qul əməyinin məhsuldarlığı isə azalırdı. Çünki qulun öz əməyinə marağı yox idi. Zaman keçdikcə qul əməyi cəmiyyətin inkişafına mane olmağa başladı. Buna görə də Qədim dünyanın quldar dövlətləri bir-birinin ardınca dağılırdı. Qul sahibləri öz qullarına müəyyən güzəştlər etməli oldular.

Onların öz əməyinə marağını artırmaq üçün qullara torpaq payı ayırır, əmək alətləri saxlamağa və ailə qurmağa icazə verirdilər.

Zaman keçdikcə qul əkinçi kəndliyə, ağa isə torpaq sahibinə çevrilirdi. Kəndli əldə etdiyi gəlirin böyük hissəsini torpaq sahibinə verməli idi. Məhsulun bu hissəsi töycü (vergi) adlanırdı. Kəndli ilə sahibkar arasındakı münasibətlər vergi və torpaq münasibətlərinə əsaslanırdı.

Romada qulların vəziyyəti. Hərbi əsirlər və işğal olunmuş ərazilərin dinc əhalisi qul edilib satılırdı. Romalılar qulları «danışan əmək alətləri» adlandırırdılar. Ən böyük qul bazarı Egey dənizindəki Delos adasında yerləşirdi.

Romada qulların hüquqi vəziyyətindən danışarkən onların vətəndaşlıq məsələsinə xüsusi nəzər salmaq vacibdir.

Belə ki, Romada vətəndaşlığın bir neçə növü var idi. Ancaq qullar bu vətəndaşlığın heç bir növünə sahib ola bilməzdilər.



*Roma vətəndaşlığı — Qədim Romada, qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlardan faydalana bilən yüksək sosial və hüquqi status.

Qədim Roma qnunvericiliyində vətəndaşlıq daşıyıcısı kişi sayılıdı.

Qadınlar vətəndaşlığa və mülkiyyətə sahib olsalar da onlar onun daşıyıcıları sayılmırdılar.

Qullar vətəndaşlıqdan mərum olsalar da Antonin Piyin zamanında bir sıra fərdi hüquqlara malik olmuşdular (qulu ağası tərəfindən öldürülməsi perqrinin öldürülməsinə bərabər tutulurdu).

Azad olunmuş sakinlər dərhal Roma vətəndaşlığı qazanmış olurdular. Lakin onlar keçmiş ağası qarşısında bəzi mükəlləfiyyətlərə malik olurdular. Buna müştəri ya müttəfiq asılılığı deyilirdiki, buzaman:

-azadlığa buraxılmış öz keçmiş ağasının seçilməsində ona dəsək verməli

-onun rəhbəriyi altında həbi işə xidmə göstərməli

Bunun müqabilində ağa ona məhkəmə işlərində, ailəsindən kiminsə satın alınmasında qəyyumluq edirdi.

E.ə. 49—45 ci il Vətəndaş müharibəsindən sonra Yuli Sezar bütün Italiya ərazisi və Sizalpiya Qalliyası sakinlərinə Roma vətəndaşlığı vermiş olur.



Latın vətəndaşlığı — ilkin olaraq Roma tərəfindən istila olunmuş İtaliya sakinlərinə — italiklərə şamil edilirdi sonralar e.ə. 49 cu ildə italiklər Roma vətəndaşlığı qazanmış olurlar.

Sonralar latın vətəndaşlığı Roma müttəfiqlərinə və müştərilərinə şamil edilirdi. Latın vətəndaşlığı seçki hüququ və hərbi mükəlləfiyyətə malik olmadığından "ikinci dərəcəli vətəndaşlıq" sayılırdı.

Roma vətəndaşının hüquqları

lat. Jus suffragiorum. Komisia tribununda səsvermə hüququ. (e.ə. I əsrə qədər)

lat. Jus honorum. Mülki və hərbi xidmət hüququ.

lat. Jus commercii. Tam əxsi mülkiyyət və müqavilə bağlamaq hüququ.

lat. Jus gentium. E.ə. III əsrdə mövcud olmuş vətəndaş və vətəndaş olmayanlar - preqrinlər arasındakı mübahisəni çözmək üçün istifadə olunan hüquq anlayışı.

lat. Jus connubii. Qanuni nikah hüququ, bu hüquq qanuni nikahdan doğulmuş uşaqlara Roma vətəndaşlığı hüququ verirdi.

lat. Jus migrationis. İmperiya əyalətlərinə köçdükdə Roma vətəndaşlığını qoruma hüququ.

Roma vətəndaşına qarşı işgəncə, cismani cəza və dövlət xayinliyinə görə ölüm cəzası tətbiq olunmurdu.

Qədimdə inkişafının ən yüksək həddinə çatmış quldarlığın Romada yayılması qul ideologiyası ilə azad vətəndaş ideologiyasını qarşı-qarşıya gətirdi. Romalıya yaraşan iş (xüsusən də adlı-sanlı romalıya) yalnız siyasət, müharibə və hüququn hazırlanması sayılırdı.

Digər işlərin qullara aid olunduğu qəbul edilirdi.

Hər şeydən əvvəl bu müddəalar aqrar münasibətlərə aid idi və bu müddəalara görə mülki icma torpağın ali mülkiyyətçisi idi və ondan istifadəyə nəzarət edirdi. Həmçinin iki il istifadədən sonra torpağı əldə etmək hüququ da maraqlıdır və bu hüquq roma tarixinin bütün gedişində fəaliyyətdə olmuşdur. Roma ərazisində yalnız roma vətəndaşı torpaq sahibi ola bilərdi, buradan da vətəndaşlığın və torpaq mülkiyyətçiliyinin qırılmaz əlaqəsi yaranmışdır.

Hüququn öyrənilməsi, komentariyası və onun işlənib hazırlanması hər cür hörmətə layiq hesab olunurdu. Yaxşı hüquqi təhsil (xüsusi məktəblərdə alınmış) adamların ən yüksək təbəqələrinə yol aça bilirdi və onlardan da yüksəyə qalxmağa imkan verirdi; ən çox məşhur misal Siseron ola bilər.

Bir çox yüz illiklər ərzində roma hüquqşunasları hüququ işləyib hazırladılar və təkmilləşdirdilər, onu real həyata uyğunlaşdırdılar; Roma hüququ gələcək hüquq yaradıcıları üçün nümunə oldu.

Quldarlıq cəmiyyəti hər bir insanı şəxs (persona), yəni hüquq qabiliyyətli varlıq hesab etmirdi. Bu cəmiyyət xüsusilə onun əyani sübutu idi ki, hüquq qabiliyyəti (hüququn daşıyıcısı, subyekt olmaq qabiliyyəti) insanın anadangəlmə xüsusiyyəti deyil, dövlət və hüquq kimi, cəmiyyətin bazisi, iqtisadi münasibətləri üzərində üstquruma aid hadisədir.

Başqa sözlə, hüquq qabiliyyəti cəmiyyətin inkişafının müəyyən dövründə onun sosial-iqtisadi quruluşuna əsaslanır.

Romada olan çoxsaylı qullar sinfi hüququn subyekti deyil, obyekti idi. Varron (e.ə. I əsr) alətləri lallara (məsələn arabalara); anlaşılmayan səs çıxaranlara (heyvanlara) və nitq qabiliyyəti olanlara (qullara) bölürdü. Qul danışan alət, instrumentum vocale, sayılırdı.

Digər tərəfdən, fiziki şəxslərlə (yəni insanlarla) hüquqi şəxslərin (yəni hüquq qabiliyyətinə malik müxtəlif növlü təşkilatların) müasir fərqləndirilməsi təcrübədə məlum olsa da işlənib hazırlanmışdır (bax. bu bölmənin 7-ci §-na).

Vətəndaşlıq vəziyyəti əhalinin statusundan asılı olaraq dəyişirdi.

1. Roma vətəndaşlığı ilk növbədə Roma vətəndaşlarından anadan olma (qanuni nigahdan), sonralar qulluqdan azadlığa buraxılma yolu ilə, həmçinin xaricilərə Roma vətəndaşlığını mükafat vermək vasitəsilə əldə edilirdi.

Roma vətəndaşlığı ya ölümlə, ya da capitis deminutio maxima nəticəsində xətm olunurdu. Bu axırıncı akt (müxtəlif tarixi dəyişiklikdən sonra) Yustinianın dövründə Roma vətəndaşları daha ağır cəzalara məhkum ediləndə və i.a., onlar düşmənlərə və dost olmayan xalqlara əsir düşəndə baş verirdi (lakin sonralar şəxsin Roma ərazisinə qayıtdığı hallarda bütün hüquqları bərpa edilirdi; bu ius postliminii adlanırdı).

2. Roma vətəndaşlarının xüsusi hüquq sahəsində hüquq qabiliyyəti iki əsas elementdən ibarətdir: ius conubii, yəni qanuni nigaha girmək hüququ, bu halda uşaqlar Roma vətəndaşlığı hüququ, ata isə uşaqlar üzərində hakimiyyət əldə edir (bax irəlidə IV bölmə, § 4) və ius commercii Ulpinianın tərifinə görə (Requlae 19,3) emedi vendendique invicem ius, yəni ticarət etmək, əqd bağlamaq, deməli, əmlak əldə etmə və özgəninkiləşdirmə hüququ.

Roma vətəndaşlarının azad doğulanlara və azad olunmuşlara (libertini) bölünməsi mühüm əhəmiyyət kəsb edirdi; axırıncılar nəinki öz patronlarından (yəni onları azad edənlərdən) asılı idilər, habelə çox hallarda onlar tərəfindən istismar olunurdular.

III əsrdə formal olaraq hüquq qabiliyyətində bərabərlik elan olundu. Həqiqətdə isə tam bərabərlik baş vermədi. Xüsusilə imperiya dövründə əhalinin peşəsinin nəzərə alınması ilə silklərə bölünməsi qeyri-bərabərliyə gətirib çıxartdı. Aşağıdakı silklər mövcud idi: senatorlar (1), atlılar, hərbi təbəqə, şəhər dekurionları, yaxud kuriallar, ticarətçilər, sənətkarlar, kəndlilər.

Silki və digər sosial fərqlər vergiqoymada və ümumiyyətlə ümumi hüquqda özünü xüsusilə güclü göstərirdi; bu fərqlər xüsusi hüquq sahəsində də hiss olunurdu, məsələn, senatorla azad olmuş qadın arasında kəbin qadağan edilirdi və s.

3. Müasir hüquqda hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti (yəni müvafiq hüquqi nəticələri olan hərəkətləri etmək qabiliyyəti) fərqləndirilir. Roma hüququnda buna uyğun kateqoriyalar yox idi. Lakin hər bir şəxs hüquqi nəticəsi olan hərəkət edə bilməzdi.

Sual 3 - Cavab

Qladiatorlar

Romada daha çevik və güclü olan qullara xüsusi həbsxana məktəblərdə silah işlətməyi öyrədir, onları bir-biri ilə vuruşmağa məcbur edirdilər. Belə qullar qladiator adlanırdı.

Qədim etrusklarda həlak olan döyüşçülərin şərəfinə əsirləri qurban vermək adəti var idi. Sonralar isə əsirləri bir-biri ilə vuruşdururdular. E.ə. III əsrdən Romada qladiator döyüşləri keçirilməyə başladı. Bu qladiator döyüşləri etruskların adəti ilə bağlı idi. Romada qladiator döyüşləri geniş yayılmışdı.

Bu məqsəd üçün sirklərə oxşar amfiteatr tikilirdi. Amfıteatrın mərkəzi - qırmızı qum tökülmüş meydança arena adlanırdı.

Məğlub olub sağ qalan qladiatorun taleyi tamaşaçılardan asılı idi. Onlar baş barmaqlarını aşağı salanda məğlub qladiator öldürülməli idi. Əllərini yuxarı qaldırdıqda isə onu sağ saxlayırdılar.

Qladiator latın sözü “qladius” sözündən götürülüb və qılınc adlanır.

Qədim Romada bir-birlərinə, vəhşi heyvanlara qarşı vuruşdurmaq üçün hazırlanan daha çevik, güclü qullara deyilirdi.

Qladiatorların döyüşü öz başlanğıcını qədim etruskların dəfn mərasimlərindən götürüb. Romalılar etruskların milli adət-ənənələrinin bir qoluna əsaslanaraq döyüş növünü yaradıblar.

Qədim Yunan tarixçisi Tit Livinin yazdığına görə, qladiatorların ilkin döyüşü bizim eradan əvvəl 264-cü ildə Romada Brut Perenin dəfnində olub. Romalılar bu oyunu ―Ahirət oyunları adlandırırdılar. Rəsmi adı ―munus, yəni ―borc, ölənlərin qarşısında dirilərin borcu. Zaman keçdikcə, etruskların ənənəsi burada da davam etdirildi. Nəhayət, b.e.ə. I əsrdə əyləncəli və tərbiyələndirici əhəmiyyətə malik tamaşaya çevrildi.



Qladiatorlar – Qədim Romada döyüşçülər olmuşdur. Bu döyüşçülər bir – biri ilə və ya heyvanlarla, xüsusi səhnədə, tamaşaçıları əyləndirmək üçün döyüşərdilər.

Qladiator oyunları insan qurban verilən dövrlərdə etruskların dəfn mərasimi adətindən götürülmüşdür. Vaxt ötdükcə bu adət formasını dəyişmişdir. Belə sonralar ölümə məhkum olunanları dərhal öldürmürdülər. Onları məzar kənarında döyüşdürürdülər. Zəif həlak olurdu, güclü sağ qalırdı.

Romalılar bu qəddar döyüşə ilk dəfə eramızdan əvvəl 264-cü ildə “Öküz meydanı” deyilən yerdə rast gəlmişlər. Bu döyüş romalılara qeyri-adi bir təsir bağışlamışdır. Döyüş romalıların böyük marağına səbəb olduğundan romalılar bu döyüşü öz Roma səlnamələrinə yazmışlar.

Yadetmə mərasimləri və qladiator oyunları arasındakı əlaqələr heç zaman unudulmamış, bu oyunlar — “dəfnetmə oyunları” adı ilə yaddaşlarda uzun müddət qalmışdır. Bu oyunlar rəsmi olaraq – “mumus” (öhdəlik, borc)- yəni “yaşayanların vəfat etmişlər qarşısında bir borcu”- ənənəsinə çevrilmişdir.

Romada e.ə. III əsrdən başlayaraq qladiator* döyüşləri keçirilirdi. Çevik və güclü qullara xüsusi məktəblərdə silah işlətməyi öyrədir, onları bir-biri ilə vuruşmağa məcbur edirdilər. Belə qulları qladiator adlandırırdılar.

Bayramlarda arenada* qladiatorlar arasında döyüşlər keçirilirdi. Məğlub edilən, lakin sağ qalan qladiatorun taleyi tamaşaçılardan asılı idi. Onlar baş barmaqlarını qaldırırdılarsa, məğlub olan qladiator sağ qalırdı.

Baş barmaqlarını aşağı saldıqda isə o, qalib gələn qladiator tərəfindən öldürülürdü.

Daha sonra əyalət canişinləri, sərkərdələr, həmçinin, imperatorlar yeni rütbə əldə etdikdə təşkil olunan bayram şənlikləri sırasında qladiatorlar döyüşü də yer aldı. Hətta, oyunların keçirilməsi üçün amfiteatrlar inşa edilməyə başladı.

Getdikcə arenalarda döyüşənlərin sayı mütəmadi olaraq artırdı. Onların çoxluğu siyasi nüfuzun göstəricisi idi. Belə ki, bizim eradan əvvəl 49-cu ildə Yuliy Sezar imperator seçiləndə 320 cüt döyüşçünü meydana çıxartdı. Artıq döyüş kütləvi hal aldı.

Qəribəsi o idi ki, yerli əhalinin də qladiator döyüşlərinə marağı vardı. Kütlənin çox az qisminin ədalətsiz sandığı oyunların keçirilməsinə Romada baş verən Spartak üsyanı da mane ola bilmədi.

Əvvəllər döyüşün təşəbbüskarı yalnız hakim dairənin nümayəndələri idi. Sonralar zadəganlar və elit təbəqənin mənsubları da qladiator döyüşlərinin maraqlı tərəfi kimi çıxış edirdilər.

Müxtəlif zaman kəsiklərində bu qanlı səhnələr gah yarış, gah da əməlli-başlı ölüm-qalım məsələsi kimi qabardılıb. Oktavian Avqustun təşkil etdiyi döyüşlərdə 10000-ə yaxın insan iştirak edib. Trayanın təşəbbüskarı olduğu yarış 123 gün davam edib. Neronun dövründə arenaya adlı-sanlı matron və senatorlar çıxırdı. Domisian isə qadınlar və cırtdanlar arasında döyüş təşkil edirdi. Bəzi imperatorlar ayrı-ayrı qladiatorlara başçılıq edirdi.

Kommod bu oyunlara o qədər aludə olub ki, özü də bir neçə dəfə iştirakçı rolunda arenaya çıxıb. Çox keçmir, oyunlara baxmaq sadə xalqdan tutmuş zadəganlara və hakim dairənin mənsublarınadək hamının məşğuliyyətinə çevrilir. Eramızın birinci əsrində demək olar ki, hər şəhərdə ən azından 1 amfiteatr var idi. Qladiator döyüşlərini, hətta, Roma imperiyasından asılı olan hökmdarlar da təşkil edirdi.

3-cü əsrin sonlarına yaxın bu oyunlar çətin bir sınaqla üzləşir. Xristian kilsəsi belə tamaşaların əleyhinə çıxır. Böyük Konstantin qladiator vuruşmalarına qadağa qoyan ilk imperator kimi tarixə düşüb. Son olaraq döyüşlərin ləğv edilməsi Qərbi Roma imperatoru Qonoriyanın 404-cü sərəncamında qeyd edilib.



Bundan sonra qladiatorların əksəriyyəti orduya göndərildi.

Beləcə, Roma ordusu yeni bir güc qazanırdı.

Qullar, könüllü döyüşə atılan kasıblar, hətta, cəngavərlər, çılğın zadəgan gəncləri də qladiator adı almaq uğrunda vurşmağa hazır idilər. Onlar hər şeyə dözəcəklərinə and içir, dəfələrlə sınanırdılar.

Eranın ilk yüzilliklərində Roma ordusunun qüdrətinin məhz qladiatorlar hesabına artdığını ehtimal edən tarixçilər, yəqin ki, yanılmayıblar. Bu ərəfədə böyük şəhərlərdə qladiatorlar hazırlayan məktəblər də meydana gəldi.

Ciddi nizam-intizama malik məktəblərdə hazırlanan döyüşçülərin hər biri cüzi səhvə görə cəzalandırılırdı. Lakin, onların fiziki hazırlığına və düzgün qidalanmasına nəzarət edilirdi.

Neronun dövründə arenaya adlı-sanlı matron və senatorlar çıxırdı. Domisian isə qadınlar və cırtdanlar arasında döyüş təşkil edirdi. Bəzi imperatorlar ayrı-ayrı qladiatorlara başçılıq edirdi.

Qladiatorların istifadə etdikləri silahlar:

• Qılınc: 65 sm uzunluğunda olan qladius (Gladiator sözü buradan törəmişdir) qladiatorların ən məşhur silahı idi. Ancaq dəryaza bənzər “Sika” və bir tərəfi haşiyələnmiş “Asinases” adlı qılınclardan da istifadə edilirdi.

• Nizə: Qladiatorlar nizələrdən itələmək və ya atmaq üçün istifadə edirdilər. Yüngül, ağır, uzun, qısa, atlı qladiator tərəfindən və ya sadəcə piyadalar tərəfindən istifadə edilən növləri var.

• Ox: Qladiatorlar tərəfindən istifadə edilən çox sayda ox növləri var. Bəziləri sadəcə yayla atılır. Bəziləri isə qısa olur və qalxanın arxasında gizlədilir.

• Xəncəl: Ehtiyat silah kimi istifadə edilir. Ancaq yaxın məsafələrdə yararlıdır.

• Qalxan: Qalxanın əsas vəzifəsi özünü müdafiə olsada bəzən rəqibi vurmaq üçün istifadə edilir. Dəyirmi formalı “parma” və uzunsov “skutum” adlı qalxanlar ən məşhurlarıdır.

• Tor: “İakulum” adlanan bu silah yalnız bir qladiator növü (“Retarius”) tərəfindən istifadə edilirdi

• Zireh: Qladiatorların yalnız 26 növü zirehdən istifadə edir. Zirehlərin bəziləri ağır, bəziləri isə yüngül olur. Əsasən zəif qladiatorlar zirehlərdən istifadə edir.

Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi.

Qladiator, yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq, Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Qiymətləndirmə tamaşaçılardan asılıdır. Bu yüksək də ola bilər, aşağı da.

Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə. III əsrdə Pun müharibələri dövründə bir yas ayini kimi keçirildiyi məlumdur, daha sonra Roma dünyasında siyasi və ictimai həyatın bir növünə çevrilmişdir.[1].Oyunun kütlə tərəfindən sevilməsi oyunlara daha çox pullar xərclənməsinə gətirib çıxarırdı.

Kommod bu oyunlara o qədər aludə olub ki, özü də bir neçə dəfə iştirakçı rolunda arenaya çıxıb. Çox keçmir, oyunlara baxmaq sadə xalqdan tutmuş zadəganlara və hakim dairənin mənsublarınadək hamının məşğuliyyətinə çevrilir. Eramızın birinci əsrində demək olar ki, hər şəhərdə ən azından 1 amfiteatr var idi. Qladiator döyüşlərini, hətta, Roma imperiyasından asılı olan hökmdarlar da təşkil edirdi.

Eramızdan əvvəl I əsrdə tarixçi Dəməşqli Nikolas oyunun mənşəyinin etrusklardan gəldiyinə inanırdı.[2] Bir nəsil sonra Roma tarixçisi Livi ilk qladiator mərasiminin kampaniyalılar tərəfindən e.ə. 310-cu ildə samnitlər üzərində qələbəni qeyd etmək üçün keçirildiyini yazmışdır.[3] Eramızın VII əsrində Seviliyalı İsidor lanista (qladiatorların rəhbəri) sözünün etrusk dilində cəllad mənasını verən sözdən törədiyini sübut etdi.[4] Roma tarixçiləri qladiator oyunlarının kənardan gəlmə olduğunu (ən böyük ehtimal etrusklara verilir) qeyd etmişlər.[5]

Ancaq bütün dəlillər Kampaniya mənşəyini təsdiqləyir.[6] Bilinən ən ilkin qladiator məktəbi (ludi) Kampaniyada yerləşmişdir.[7] Kampaniyada yerləşən türbə freskalarında dəbilqə taxmış, nizəli və qalxanlı döyüşcülər təsvir edilmişdir.[8] Bu freskalarla müqasiyədə etrusk türbə freskaları aşağı səviyyəlidir və daha sonrakı dövrlərdə çəkilmişdir.

Oyun öz pik nöqtəsinə e.ə. I və eramızın II ikinci əsrləri arasında çatıb. Roma İmperiyasının böhran yaşadığı dövrdə belə oyun öz əhəmiyyətini qoruyub saxlamışdır.

Xristian imperatorları qladiator döyüşlərini eramızın V əsrinədək mühafizə etmişlər. Bundan sonra qladiator oyunları rəsmi olaraq təşkil edilməyib.

Mənbə

Roma hüququ /İ. B. Novitski; Məsul red.: İ. А. İsmayılov

Римское право [Текст]: учебник /И. Б. Новицкий

Шпаргалка по Римскому праву [Текст] : ответы на экзаменационные билеты /Е. А. Исайчева

Roma hüququ [Mətn] : dərslik /A. Nəcəfəliyev ; [red. S. Qocayeva] ;

The Roman Law Library by Professor Yves Lassard and Alexandr Koptev

The Roman Law Articles of Smith's Dictionary

Roman Legal Tradition: open access journal devoted to Roman law



Mündəricat:

Qul vəziyyətinə salınma halları--------------------------------------------------------------- səh 3

Qulların hüquqi vəziyyəti ----------------------------------------------------------------------səh 9

Qladiatorlar ---------------------------------------------------------------------------------------səh 14



Mənbə ---------------------------------------------------------------------------------------------səh 19


Yüklə 100,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin