Ad : Anar
Soyad : Rzayev
Fakültə : Gömrük işi
İxtisas:Hüquq
Qrup : 391
Kurs : 1
Fənn : Fələsfə
Sərbəst işin adı : Antik fəlsəfə
Giriş
Fəlsəfə (yun. Φιλοσοφία) sözü yunancadan tərcümədə “müdrikliyi sevmək” deməkdir. Qədim təsəvvürlərə görə müdriklik xüsusi bir anlayış və həyat tərzidir ki, o da yalnız tanrıya məxsusdur. İnsan isə müdrikliyə tam yüksələ bilməz, yalnız ona doğru yönələ və ya onu sevə bilər. Buna görə də müdriklik sözünü “həqiqət” kimi də anlamaq mümkündür.
Bu vəziyyət təxminən miladdan öncə V – IV yüzilliklərdə dəyişmişdir. Antik dövrün filosofları fəlsəfəni artıq sistemli şəkildə ortaya qoya bilmiş, mifoloji dünyagörüşündən ayrılmağa başlamışdırlar. Buna bənzər proseslər qədim Hindistan və Çində də müşahidə edilirdi. Ancaq sonralar dünyanın inkişafı üçün antik fəlsəfənin əhəmiyyəti daha da artmışdır.
Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. “Antik fəlsəfə” anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin “İliada” və “Odisseya”, Hesiodun (e.ə. VIII– VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır.
Antik dövrdə təfəkkürün inkişafı qarışıq və xaotik olaraq deyil, sosial və tarixi təməllər üzərində məqsədəuyğun şəkildə qurulurdu. Fəlsəfə özündə mifoloji düşüncə ilə elmi bilikləri birləşdirirdi. Yunan filosofları dünyanı yalnız əsatirlər və inanclarla izah etməkdən imtina etmişdirlər. Onlar artıq hər şeyi sağlam düşüncə, məntiq, məqsədəuyğunluq baxımından izah edirdilər. Hətta, əsatirlər və dini rəvayətlərə belə yeni mənalar vermiş, onları düşüncənin arqumentlərinə uyğunlaşdırırdılar.
Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. "Antik fəlsəfə" anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin "İliada" və "Odisseya", Hesiodun (e.ə. VIII–VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır.
Bu da mifoloji və dini dünyagörüşünün böhranının başlanması demək idi. Bununla belə, antik filosoflar və düşünən insanlar qədim adətlərdən, cəmiyyət içində yayılmış vərdiş etdiyi anlayışlardan və dəyərlərdən tam olaraq aralanmamış dırlar.
Fəlsəfəni varlığın ən ümumi prinsipləri haqqında olduqca mücərrəd elm olduğunu aydınlaşdıraraq və onu birinci fəlsəfə adlandıraraq (sonralar eramızdan əvvəl I əsrdə ona metafizika adı verilmişdir; o vaxtdan mütəfəkkirin əsas əsəri də belə adlanır), o fəlsəfəni varlığın daha konkret xassələri haqqında olan elmlərdən – riyaziyyatdan və fizikadan ayırmış, onları ikinci fəlsəfə adlandırmışdır.
“Birinci fəlsəfənin” prinsiplərini dərindən öyrənərək, Aristotel ondan əvvəl irəli sürülmüş bütün fəlsəfi konsepsiyaları tənqidi araşdırmış, ən çox o öz müəllimi Platonun ideyalar nəzəriyyəsini tənqid edərək, şeylərin mahiyyəti kimi ideyaların şeylərin özündən ayırmağın və xüsusən onları qarşı-qarşıya qoymağın mümkün olmadığını göstərmişdir.
Dünyanın olduğu kimi dərk edilməsi antik filosofların başlıca məqsədi olmuşdur. Ona görə də, onlar təbiət və insanla bağlı olan bütün sahələr haqqında fikirlər irəli sürmüşdürlər. İlk olaraq ətraf mühit və kainat, sonra isə insanla bağlı təlimlərin əsasını qoymuşdurlar. Sonralar isə bunların əsasında fundamental elmlər yaranmışdır.
Dostları ilə paylaş: |