Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Fənnin adı: Gömrük işi SƏRBƏst iŞ. 1 Fakültə



Yüklə 20,19 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü20,19 Kb.
#40252
  1   2   3
Gömrük nəzarətinin həyata keçirilməsi prosesində gömrük orqanlarının fəaliyyətinin əsas istiqamətləri.


Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti



Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi

Fənnin adı: Gömrük işi
SƏRBƏST İŞ. 1
Fakültə: Nəqliyyat və Logistika
İxtisas: Logistika və nəqliyyat texnologiyaları mühəndisi
Qrup: 169a
Müəllim: Hüseynov İlham

Tələbə: Tale Məmmədli

Gömrük nəzarətinin həyata keçirilməsi prosesində gömrük orqanlarının fəaliyyətinin əsas istiqamətləri.

• Gömrük nəzarəti zonaları;

• “Yaşıl” və “Qırmızı” dəhlizlərin quruluşu və fəaliyyət göstərməsi.

• Gömrük nəzarətinin həyata kəşirilməsinə kömək göstərilməsi üçün mütəxəssis və ekspertlərin cəlb edilməsi.

• Malların, nəql.vasitələrinin, binaların və başqa yerlərin eyniləşdirilməsi.

• XİF iştirakçılaırnın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması

• Risklərin idarə edilməsi.

Gömrük nəzarəti zonaları (Maddə 93.)

Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.

Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük nəzarəti zonasının rejimi yüklərin yer dəyişdirilməsi və onlarla davranışda qaydaların daha ciddi reqlamentasiyası ilə fəqrlənir. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonalarında istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsinə, malların, nəqliyyat vasitələrinin, şəxslərin, o cümlədən dövlət orqanlarının vəzifəli şəxslərinin bu zonalarınsərhədini keçməsinə və daxilində hərəkətinə yalnız gömrük orqanlarının icazəsi və onların nəzarəti altında həyata keçirilə bilər.

Vizual müşahidə - gömrük zonalarının konkret şəraitində müəyyən və qeyri- müəyyən şəxslərin dövranışı barədə məlumat əldə edilməsini təmin etmək üçün tətbiq edilir. Məqsəd – gömrük nəzarətindən predmet və malların gizlədilməsi, hər hansı predmetlərin digər şəxslərə verilməsi, müəyyən şəxslərin (liman, aeroport, dəmiryol işçilərin,yükləjicilərin) gömrük nəzarəti proseduralarına qeyri-adi maraqı faktlarını və s. aşkar etməkdir. Vizual müşahidənin operativ şəraitdə beynəlxalq hava limanlarında, dəniz və çay vagzallarında, avtostansiya və dəmiryol vagzallarında, bəzi yük anbarlarında xüsusi əhəmiyəti var. Belə yerlər daxili gömrük zonaları adlanır.

Beynəlxalq sərnişindaşınma məntəqələrindəki gömrük nəzarəti zonalarında ikikanallı gömrük nəzarəti tətbiq edilə bilər.

“Yaşıl” və “Qırmızı” dəhlizlərin quruluşu və fəaliyyət göstərməsi prinsipi Ümumdünya Gömrük Təşkilatının 8 iyun 1971-ci ildə qəbul edilmiş “İkikanallı sistem əsasında aviasərnişinlərə sadələşdirilmiş gömrük nəzərəti barədə” tövsiyələrində öz əksini tapmışdır. Bu tövsiyələrin meydana çıxması zərurəti beynəlxalq turizmin dinamik inkişaf etdiyi bir dövrdə səmərəli gömrük nəzarətinin və artan sərnişin axınının sərhəddən qısa müddətdə buraxılmasını təmin etmək vəzifəsindən irəli gəlirdi.

Ikikanallı metodla gömrük nəzarətinin təşkili sərnişinlər tərəfindən gömrük zonasının “yaşıl” və “qırmızı” dəhlizlı tərk ediməsini nəzərdə tutur. “Yaşıl” dəhlizdən istifadə etməyə o şəxslərə icazə verilir ki, yanında apardığı əşyalar rüsumsuz rəsmiləşdirilə bilsin, xüsusi icazə tələb olunmasın və s. Qalan digər hallarda sərnişinlər “qırmızı” dəhlizi seçməli və gömrük bəyannaməsi təqdim etməlidirlər. Iki dəhlizdən hansının seçilməsi barədə qərarı sərnişin özü qəbuk edir. Belə seçim bəyanetmə aktı mənasını daşıyır və əgər gömrük nəzarəti həyata keçirilərkən, “yaşıl” dəhlizin seçilməsinin qetri-qanuni olduğu aşkara çıxarsa, sərnişin hüquqi məsuliyyətə cəlb edilə bilər.

Əgər “yaşıl” və ya “qırmızı” dəhlizin seçilməsi mərhələsində sərnişində şübhə, sual yaranarsa, o, “qırmızı” dəhlizi seçməli və orada bəyanetmə anınadək lazım olan məlumatı almalıdır.

“Yaşıl” dəhlizin seçilməsi və istifadə olunması bu dəhlizdən keçən sərnişinlərə gömrük nəzarətinin həyata keçirilməsinin mümkün olmaması demək deyildir. Bu halda gömrük nəzarəti diferensial olaraq həyata keçirilir və seçmə xarakter daşıyır. Nəzarət subyektləri gömrük əməkdaşı tərəfindən təcrübə əsassında seçilir.

“Yaşıl” və “qırmızı” dəhlizlərin tətbiqi sistemi sərnişinlərin gömrük qanunvericiliyinin tələbləri barədə kifayət qədər məlumandırılmasını nəzərdə tutur.

Ikikanallı metodla gömrük nəzarətinin təşkili sərnişinlər tərəfindən gömrük zonasının “yaşıl” və “qırmızı” dəhlizlı tərk ediməsini nəzərdə tutur. Mütəxəssis və ekspertlərin cəlb edilməsi ilə bağlı xərclər, gediş-gəliş, otaqların kirayəsi, sutkalıq xərclər və zəhmət haqqı, əgər bu iş mütəxəssislərin xidməti vəzifələrinə daxil deyilsə, gömrük orqanları tərəfindən ödənilir. Gömrük orqanının çağırışı ilə dövlət mütəxəssislərinin ekspert sifətində çalışdığı müddətdə, orta aylıq əmək haqqı saxlanılır.

Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəsiqə əsasında istənilən əraziyə və istənilən əraziyə və istənilən bağlı sahəyə - əgər bu yerlərdə gömrük nəzarətinə cəlb ediləcək mal və nəqliyyat vasitələri, gömrük nəzarəti üçün lazım olan sənədlər yerləşirsə, yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş fəaliyyət göstərilırsə - daxil olmaq hüququna malikdirlər.

Məsələn, gəminin gömrük yoxlaması zamanı gömrük orqanı nümayəndələrinin tələbi ilə həmin gəminin kapitanı (onu əvəz edən şəxş) gəmidə olan bütün sahələri, bölmələri, otaqları acmağa borcludur.

Gömrük əməkdaşları – gömrük anbarlarına, müvəqqəti saxlanc anbarlarına, rüsumsuz ticarət mağazalarına və s. maneəsiz girə bilərlər.

Bir sıra hallarda gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətinə cəlb edilən fəaliyyət həyata keçirilən yerlərdə bilavasitə iştirakı normativ aktlarda birbaşanəzərdə tutulur. Gömrük nəzarətinə cəlb ediləcək mal və nəqliyyat vasitələrinin olduğu yerlər və həmçinin gömrük nəzarəti altında olan yerlər, gömrük nəzarəti predmetlərinin özləri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər. Plomb, möhür qoyulması, rəqəmli, hərfli və digər növ markalanma, eyniləşdirilmə işarələri, ştamp vurulması, prob və nümünələrinin götürülməsi, mal və nəqliyyat vasitələrinin təsvir edilməsi, mal müşayiət sənədlərindən istifadə edilməsi və s. əsas eyniləşdirmə vasitələri hesab edilir.

Gömrük nəzarəti bitdikdən sonra gömrük orqanının vəzifəli şəxsləri gömrük, nəqliyyat və mal müşayiət sənədlərinə müvafiq imza, ştamp, möhür qoymaqla, mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilərək yoluna davam etməsinə icazə vermiş olurlar.

Ayrı-ayrı yük bağlamalarına, nəqliyyat vasitələrinin yük hissələrinə, konteynerlərə gömrük təminatı atributları qoyulmalıdır.




Yüklə 20,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin