Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Fənnin adı: Gömrük işi SƏRBƏst iŞ. 1 Fakültə


maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması



Yüklə 20,19 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü20,19 Kb.
#40252
1   2   3
Gömrük nəzarətinin həyata keçirilməsi prosesində gömrük orqanlarının fəaliyyətinin əsas istiqamətləri.

maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması – gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması kimi gömrük nəzarəti formalarından biridir.

Icrasına, nəzarətinin gömrük orqanlarına həvalə olunduğu Az R-sı Qanunvericiliyinin və Az-nın iştirakçısı olduğu beynəlxalq müqavilələrin şərtlərinin riayət edilmədiyini güman etməyə kifayət qədər esas olduqda maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasından istifadə olunur.

Qanunvericilik maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı gömrük orqannının vəzifəli şəxslərinə aşağıdakı səlahiyyətləri verir:



    • gömrük işinə və gömrük orqanlarının funksiyalarına aid olan xarici iqtisadi və digər təsərrüfat fəaliyyəti barədə istənilən sənədlər (bank sənədləri daxil olmaqla) və məlumatın əvəzsiz təqdim edilməsini tələb etmək və onlarla tanış olmaq;

    • vəzifəli şəxslərdən və digərlərindən arayış yazılı və şifahi izahat almaq;

    • müəyyən edilmiş formada tətbiq edilən akt əsasında sənədləri - əgər onların yoxlanılması başqa bir yerdə həyata keçiriləcəksə - götürmək.

Gömrük yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və şəxsləri, habelə bu cür yoxlamanın dərəcəsini müəyyən etmək üçün gömrük orqanları riskləri təhlil edir və bu təhlilin nəticəsinə əsaslanaraq, gömrük nəzarətinin formasınımüəyyən edir. (maddə 101) gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətdiqi qaydaları və formaları Az P-nın DGK tərəfindən müəyyən olunur.

Risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, DGK-si gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında ilkin elektron məlumatlar alırlar.



Beynəlxalq ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə, informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi gömrük orqanlarına riskləri daha səmərəli idarə etmək, beynəlxalq ticarət-təchizat zənciri haqqında daha dolğun və ətraflı informasiya əldə etmək imkanı verir.
Yüklə 20,19 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin