“fərdi müdafi vasitələrindən (fmv)”



Yüklə 93,72 Kb.
səhifə1/4
tarix23.05.2022
ölçüsü93,72 Kb.
#59204
növüQaydalar
  1   2   3   4
referat 6454


Azərbaycan Respublikası Təhsil Nazirliyi
A
zərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə: Tarix və Coğrafiya


İxtisas: Tarix müəllimliyi
Kurs: I
Qrup: TAR2101B
Kafedra: Fiziologiya
Fənn: Mülki müdafiə və ilkin tibbi yardım
Müəllim: Mirzəyev Nazir
Tələbə: Əsgərli Türkan
Mövzu: Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları
Bakı - 2022

İnsan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətlər “Fövqəladə vəziyyətlər” adlanır. Bu cür hallar baş verdiyi zaman insanların mühafizəsi və olara dəymiş ziyanın aradan əsas məsələdir. Bunun üçün əvvəlcədən bu cür halların baş verməsinə qarşı xüsusi tədbirlər planı hazırlanır. Bu tədbirlər dəymiş zərərin aradan qaldırılması və ya minimum dərəcədə az zərər dəyməsi üçün nəzərdə tutulur. Belə hallarda insanlar “fərdi müdafi vasitələrindən (FMV)” istifadə edirlər.


Fərdi mühafizə vasitələri nədir? Fərdi mühafizə vasitələri (FMV)-işçilərin,tələbələrin,kontraktor və ya ziyarətçilərin bədənini təhlükələrdən qorumaq məqsədilə istifadə olunan geyimlərdir. Fərdi mühafizə vasitələri, onları istifadə edən şəxsi, ətraf mühitin hər hansı zərərli,təhlükəli amilindən qorumaq üçün istifadə olunur. Lakin, FMV mühafizə zamanı son ümid vasitəsi kimi qəbul edilməlidir. FMV, hər hansı mühəndis qurğusu qəza zamanında istifadədən çıxmış qurğunu tam əvəz edə bilməz. eyni zamanda, fərdi sürətdə istifadə olunduğuna görə, onlar ümumi mühafizə sistemləri üçün əvəzedici vasitə kimi qəbuledilməməlidir. Mühafizə prinsipinə görə fərdi mühafizə vasitələri filtrasiya edici və izolə edici növlərə ayırd edilir. Fitrasiya prinsipi insanın həyat fəaliyyətini təmin etmək üçün lazim olan havanı onda olan zərərli qarışıqların həmin vasitələrdən keçərkən təmizlənməsinə əsaslanır. İzolə edici mühafizə vasitələri insan orqanizmini ətraf mühitdən tamamilə təcrid edir, müəyyən materialların köməyi ilə havanın və zərərli qarışıqların keçməsinə imkan vermir. Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
a)tənəffüs orqanlarının mühafizə vasitələri;
b)dəri səthinin mühafizə vasitələri;
c) tibbi mühafizə vasitələri;

Yüklə 93,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin