Mülkü əleyhiqaz QP-7- əleyhiqazı yaşlı əhalinin, mülki müdafiə qüvvələrinin hərbiləşdirilməmiş dəstələrinin şəxsi heyətinin tənəffüs üzvlərini, sifətini və gözlərini ətraf mühitdəki müxtəlif zəhərli qatışıqlardan-zəhərli maddələrdən, radioaktiv tozdan, bakterial aerozollardan mühafizə etmək üçündür.
Filtrasiya edici UZS (universal müdafiə vasitəsi) BK-Filtrasiya edici əleyhiqaz UZS BK, fövqəladə hallarda, qəza hallarında, təbii və texnogen xarakterli FH nəticələrinin aradan qaldırılmasında xilasedicilərin, FHN dəstələrinin üzvlərinin, Mülki müdafiə qeyri-ştat qəza-xilasetmə dəstələrinin, həmçinin əhalinin və istehsalatda çalışanların tənəffüs üzvlərini, sifətini və gözlərini mühafizə edən fərdi mühafizə vasitələri kompleksinə aiddir
Uşaqlar üçün əleyhiqaz PDF- Hal-hazırda uşaqlar üçün əleyhiqazlardan ən mükəmməl modellər PDF-2D (məktəbəqədər uşaqlar üçün) və PDF-2Ş-dir (məktəb yaşlı uşaqlar üçün).Əleyhiqaz 1,5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, uşaqların tənəffüs üzvlərini, sifətini və gözlərini zəhərləyici maddələrdən, bioloji aerozollardan və radioaktiv tozlardan qoruyur
Sənaye əleyhiqazı PFM-Kiçik ölçülü filtrasiya edici sənaye əleyhiqazı PFM-1 tənəffüs üzvlərini, üzü, gözləri havada qaz, toz və aerozol (toz, tüstü, duman) halında olan zəhərli qatışıqlardan mühafizə üçün nəzərdə tutulmuşdur.
İzolə edici əleyhiqazlar: İzolə edici əleyhiqazlar İP-4M, İP-4MK, İP-4MP. İzoləedici əleyhiqazlar filtrasiyaedizi əleyhiqazlar etibarlı mühafizəni təmin etmədikdə istifadə edilir, məsələn, ətraf mühitdə oksigen çatmamazlığı zamanı.
Respirator - nəfəs orqanlarını zərərli maddələrdən və müxtəlif növ tozlardan mühafizə edən maska. Respiratorlar əleyhqaza nisbətən daha yüngül, istifadə üçün daha sadə, rahat mühafizə vasitələridir. Lakin respiratorlar nəfəs orqanlarını havada zərərli maddələr yolverilən yüksək konesntrasiyasadan 10-15 dəfəyədək artıq olmayan hallarda mühafizə edir. Yolverilən yüksək konsentrasiya müəssisənin iş zonasının havasındakı elə elə maddələrin miqdarına deyilir ki, belə miqdar insanın bütün iş stajı dövründə, gündə 8 saat iş rejimində müasir metodlarla aşkar edilməsi mümkün olan heç bir xəstəlik törədə bilməyir. Xlordan, ammonyakdan, sionid turşusundan və başqa güclü zəhərli TKM-dən mühafizə məqsədilə respiratorlardan istifadə etmək qadağandır. Respiratorlar quruluşuna görə əsas 2 növə ayrılırş birinci növ respiratorlarda süzücü maska eyni zamanda süzücü element rolunu oynayır. ŞB-1 “Lepestok-200”, “Lepestok-40”, U-2K, RP-K məhz belə respiratorlardandır. Ikinci respiratorlarda isə süzücü növ elementlər xüsusi patronlarda yerləşdirilir. Bu növə “Astra”, F-62Ş, RPQ-67, RU-67 markalı respiratorlar aiddir.