“AZƏRBAYCAN HAVA YOLLARI” QSC MİLLİ AVİASİYA AKADEMİYASI Sərbəst İş № 7 Fakültə:Fizika-Texnologiya
İxtisas: Proseslərin Avtomatlaşdarılması Mühəndisliyi
Qrup: 2561a
Tələbə: Quliyev Səxavət
Fənn: Avtomatik idarəetmə nəzəriyəsi
Müəllim: Allahverdiyeva Solmaz
Mövzu: Zaman və tezlik xarakteristikaları
Tezlik xarakteristikaları
Xətti stasionar obyektlərin (sistemlərin) tezlik xüsusiyyətlərini tədqiq etmək üçün obyektin harmonik giriş siqnalının təsiri altında meydana çıxan qərarlaşmış reaksiyası öyrənilir. Belə siqnallardan ən əlverişlisi kimi ώ tezlikli harmonik siqnal götürülür ki, bunun da bir neçə üstün cəhəti var: praktikada rast gəlinən siqnallar müxtəlif tezlikli harmonik siqnalların cəmi şəklində göstərilə bilər (Furye parçalanması); qərarlaşmış rejimdə harmonik siqnallar xətti elementlər tərəfindən təhrifsiz ötürülür; təcrübənin təşkilinin çətin olmaması və sadə riyazi tədqiqat apparatının mövcud olması.
Fərz edək ki, xətti stasionar dayanıqlı obyektin girişinə harmonik siqnalı verir.
Harmonik həyəcancı təsir Bu təsir nəticəsində sistemdə baş verən və keçid prosesi ilə müşahidə olunan bütün hərəkətlər söndükdən sonra sistemin çıxışında da çıxış siqnalı harmonik şəkildə dəyişəcəkdir. Çıxış kəmiyyətinin dəyişməsi giriş kəmiyyətinin tezliyidən asılı olacaqdır. Yəni çıxış kəmiyyəti giriş kəmiyyəti ilə eyni tezliyə, lakin fərqli amplituda və fazya malik olacaqdır:
Tezlik xarakteristikalarının fiziki mahiyyətini təstiq edən bir misala baxaq. Obyekt kimi, birinci tərtib aperiodik manqanı tədqiq edək:
Manqanın girişinə sıfır başlanğıc y(0) = 0 halında
şəkilli harmonik siqnal verək. Çıxış siqnalının dəyişməsini tapaq. ifadəsindən çıxışın təsviri
Giriş siqnalının təsvirini tapıb, yerinə yazsaq alarıq
ƏKS ƏLAQƏLİ TƏNZİMLƏMƏ SİSTEMLƏRİNİN XARAKTERİSTİKALARı Zaman xarakteristikaları
Tənzimləmə sistemlərinin və obyektlərinin əsas göstəricilərindən biri də zaman xarakteristikalarıdır.Obyektin girişinə hər hansı bir siqnal verdikdə çıxış kəmiyyətinin zaman üzrə dəyişməsi (obyektin reaksiyası) zaman xarakteristikası adlanır və keçid prosesini xarakterizə edir.
Zaman xarakteristikalarını təcrübi və ya analitik üsul ilə almaq olar. Ikinci halda obyektin (sistemin) riyazi modeli və giriş siqnalı məlum olmalıdır. Bu halda xarakteristikanı almaq ücün aşağıdakı əməliyyatlardan istifadə etmək olar:
Obyektin diferensial tənliyinin analitik və ya ədədi həlli .
2. Model ötürmə funksiyası şəklində verilərsə həllin tərs Laplas çevirməsinin , step və ya impulse funksiyalarının köməyi ilə təyini
Giriş siqnalları olduqca müxtəlif olduğundan zaman xarakteristikalarını almaq ücün aşağıdakı siqnallardan istifadə olunur:
vahid təkan (Xevisaid funksiyası (heaviside(t)) – u=1(t);
b) vahid impuls (Dirak funksiyası (dirac(t)) – u=(t). Bu siqnallar praktikada daha çox rast gəlindiyindən onlar xarakterikdirlər.
Uyğun zaman xarakteristikaları isə xüsusi adlara malikdir. Zaman xarakteristikasından sistemin (obyektin) dayanıqlığını və keyfiyyətini təyin etmək üçün istifadə olunur
Tərif 1. Sıfır başlanğıç şərtlərində obyektin girişinə vahid təkan siqnalı u =1(t) verdikdə çıxış kəmiyyətinin dəyişmə əyrisi kecid xarakteristikası (işəburaxma əyrisi) adlanır və h(t) ilə işarə olunur.
Tərif 2.
Sıfır başlanğıc şərtlərində giriş siqnalı vahid impuls
u = siqma(t) şəklində dəyişdikdə çıxış kəmiyyətinin dəyişmə əyrisi impuls kecid və ya çəki xarakteristikası adlanır və v(t) ilə işarə olunur: