29. Iqtisadi tsikllərin növləri və böhranın əsas formaları. Dünyanın əsasının tsiklikliyi ideyası dünya elmində hələ Qədim Yunanıstan və Qədim Çin (xüsusilə də Çin daos-larının əsərlərində) dövründən mövcuddur. Tsikliklik ideyası əvvəllər J.-B.Seyin (1767-1832) tələbin həmişə təklifə bərabər olmasını söyləyən qanununa zidd olduğuna görə inkar edilirdi. A.Smitin, D.Rikardonun, C.St.Millin, A.Marşallm əsərlərində tsikl nəzərə çarpsa da, xırda və ötəri bir şey kimi görünürdü, bundan başqa, siyasi iqtisadm klassikləri iqtisadi tsikllərin şahidi olmamışdılar. K.Marks həmin problemə birinci olaraq ciddi diqqət yetirməyə başlayan iqtisadçılardandır.
Tsikllərin bu və bir sıra başqa növlərini daha konkret nəzərdən keçirək.
1. Juqlar tsiklləri (1819-1905). Dövrü 7-12 ildir. Faiz dərəcələrinin investisiya tsiklləri ilə üst-üstə düşən ar-tıb-azalmaları ÜDM-in, inflyasiya və məşğulluğun dəyişmə-sinə səbəb olur.
Iqtisadçılar üçün ən böyük maraq və siyasətçilər üçün ən böyük problem Juqlar tsikli və ya işgüzar tsiklidir, çünki iqtisadiyyatın tsiklik inkişafı istehsal həcmində və deməli, məşğulluq və istehlak səviyyəsində artıb-azalmalar demək-dir.
2. K. Marks tsiklləri (1819-1883). K. Marksm tsikllər nəzəriyyəsinin işlənilib hazırlanmasındakı xidmətini qeyd etməmək olmaz. Marksistlər hesab edirlər ki, tsiklikliyin formal və ya abstrakt mümkünlüyü (kapitalizm dövründə) sadə əmtəə is-tehsalının özündədir və pulun tədavül vasitəsi və tədiyə va-sitəsi f ormasında alış-satış aktının pozulması zamanı ödəniş vasitəsi kimi funksiyasından irəli gəlir. Bu mümkünlük yalnız müəyyən inkişaf mərhələsində - maşın mərhələsində real gerçəkliyə çevrilir.
3. Kuznets tsiklləri (1901-1985). Dövrü 18-25 ildir. 1930-cu illərdə ABŞ-da inşaat tsikli adlandırılan dövrün təd-qiqatları yarandı. C.Riqqolmen, V.Nyumen və bir sıra başqa analitiklər mənzil tikintisinin məcmu illik həcminin ilk sta-tistik indekslərini hazırladılar və onlarda bir-birinin ardınca gələn uzunmüddətli sürətli yüksəliş və dərin enmə və ya dur-ğunluq dövrlərinin olduğunu aşkarladılar. 20-illik ar-tıb-azalmaları müəyyənləşdirən «inşaat tsikli» məfhumu da məhz onda yarandı.
4. Kondratyev tsiklləri (1892-1938), uzun dalğalar. Tədqiqatlar nəticəsində o, aşağıdakı böyük tsiklləri ayırmışdı:
• I tsikl: 1787-ci ildən 1814-cü ilədək - yüksəldici dalğa, 1814-cü ildən 1851-ci ilədək - endirici dalğa;
• II tsikl: 1844-cü ildən 1875-ci ilədək - yüksəldici dalğa, 1875-ci ildən 1896-cı ilədək - endirici dalğa;
• III tsikl: 1896-cı ildən 1920-ci ilədək - yüksəldici dalğa.