Böhranların əsas formaları Hər bir iqtisadi böhran təkrar istehsalın gedişində kəskin pozuntularda təzahür edir. Bu zaman elə vəziyyət yarana bilər ki, ya istehsal tələbatı, ya da tədiyə qabiliyyətli tələb istehsalı ötür. Birinci halda artıq istehsal böhranı, ikinci halda isə az istehsal böhranı yaranır. Artıq istehsal və az istehsal böhranları ilə yanaşı böhranın aralıq, qismən, sahə və struktur növləri də vardır.
Aralıq böhranı canlanma və ya yüksəliş fazasının gedi-şini qırır və yeni tsiklin başlanmasına səbəb olmur. O, tsiklik artıq istehsal böhranından daha az dərinliyi və davam-lılığı ilə fərqlənir və bir qayda olaraq lokal səciyyəli olur.
Qismən böhran bütün iqtisadiyyatı deyil, iqtisadi fəa-liyyətin yalnız müəyyən sahəsini əhatə edir. Bu formaya, məsələn, maliyyə, valyuta, bank və birja böhranları aiddir.
Sahə böhranısənayenin, kənd təsərrüfatının, inşaatın, nəqliyyatın və s. hər hansı müəyyən sahəsində təzahür edir.
Aqrar böhranlar, bir qayda olaraq təbii amillərin birləşməsi, əməyin təşkilindəki boşluqlar, texniki gerilik, torpaqdan istifadə və torpaq mülkiyyətçiliyi sistemlərindəki qeyri-təkmilliyin və s. təsiri altında baş verir. Aqrar böhran-lar uzunmüddətliliyi və anti-tsiklikliyi ilə seçilirlər.
Maliyyə böhranları müharibə və ya digər fövqəladə siyasi və ya iqtisadi hadisələr (məsələn, artıq istehsal böhranları və s.) nəticəsində maliyyə işində dərin pozğuntularm baş verdiyini göstərir;
Pul-kredit böhranları pul-kredit sistemində təlatümlər olub kommersiya və bank kreditlərinin kəskin şəkildə azaldılması, əmanətlərin kütləvi şəkildə götürülməsi və ban-kların iflası, nağd pul və qızıl əldə etmək istəyi, səhmlərin və istiqrazların məzənnəsinin düşməsi, faiz dərəcəsinin kəskin artırılması şəklində təzahür edir.
Birja böhranları — qiymətli kağızların, səhmlərin məzənnəsinin kəskin düşməsi, onların emissiyasının azalmasıdır. Onlar pul-kredit böhranlarının təzahür formalarından biri olub, yalnız iqtisadi deyil, həm də müxtəlif növ siyasi tə-latümlərin, bəzən böyük möhtəkirlik və bank kələkləri nəticəsində yaranır;