Az ərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 369.32 Kb.

səhifə1/2
tarix26.02.2017
ölçüsü369.32 Kb.
  1   2

 

Az



ərbaycan Milli Elmlər Akademiyası 

İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU 

 

 

 

Rasim Əliquliyev 

Əfruz Qurbanova 

 

 

 

 

TERM

İNOLOJİ İNFORMATİKA: FORMALAŞMA 

MƏRHƏLƏLƏRİ VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ 

 

 

EKSPRESS – 

İNFORMASİYA 

İNFORMASİYA CƏMİYYƏTİ SERİYASI 

 

 

 

Bakı – 2014 

 

 


 

Əliquliyev R.M., Qurbanova Ə.M. Terminoloji informatika: 



formalaşma  mərhələləri və  inkişaf  istiqamətləri.  Ekspress-

informasiya.  İnformasiya  cəmiyyəti  seriyası.  Bakı: 

“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2014,  71 səh. 

 

Ekspress-informasiyada  müasir dövrd

ə  terminologiya 

f

əaliyyətinin  rolu  və  əhəmiyyəti, bu sahədə  xarici təcrübə 



araşdırılıb,  Terminologiya üzrə  Beynəlxalq  İnformasiya 

M

ərkəzinin fəaliyyəti və beynəlxalq standartlar təhlil edilib.  



B

u standartlarda terminologiyanın müxtəlif problemlərini 

əhatə edən bir sıra məsələlərin əhəmiyyəti və onların tətbiqinin 

zəruriliyi  göstərilib.  Azərbaycanda  terminologiya  üzrə  milli 

standartların işlənməsinin vacibliyi əsaslandırılıb. 

T

ədqiqat  işində  terminoloji informatika sahəsində 



aparılan  tədqiqatların  müasir  vəziyyəti  və  onların  müqayisəli 

t

əhlili verilib, terminoloji biliklər  bazasının  yaradılması 



imkanları analiz edilib.  

Az

ərbaycanda terminologiya fəaliyyətinə  informasiya-



kommunikasiya  texnologiyaları  mövqeyindən  yanaşmanın 

z

əruriliyi əsaslandırılıb. 



 

AMEA  İnformasiya  Texnologiyaları  İnstitutunun  Elmi 

Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur. 

 

Elmi redaktor: tex.f.d., dos. Z

ərifə Cəbrayılova 

ISBN: 978-9952-434-69-9 

 

 

 



“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2014 

 

 



 

MÜNDƏRİCAT 



 

 

Müasir dövrd



ə terminologiyanın rolu və əhəmiyyəti

 



Terminologiya sah

əsində xarici təcrübənin təhlili



 

13 


Terminologiya üzr

ə beynəlxalq standartlar

 

36 


Terminoloji informatika sah

əsində 

aparılan 



araşdırmaların müasir vəziyyəti

 

41 


Terminoloji informatika sah

əsində 

aparılan                  



araşdırmaların təhlili

 

52 


Az

ərbaycanda terminologiya fəaliyyətinə  yeni 



yanaşmanı zəruri edən amillər

 

60 


Ədəbiyyat

 

64 


 

1.



 

MÜASİR DÖVRDƏ TERMİNOLOGİYANIN 

ROLU 

VƏ ƏHƏMİYYƏTİ 

Son illər həm milli, həm də xarici linqvistikada ayrı-

ayrı  predmet  sahələrində  və  müxtəlif  dillərdə 

terminologiyanın  problemlərinin  hərtərəfli  öyrənilməsinə 

böyük diqqət ayrılır. 

Sərhədlərin  açılması  və  genişlənməsi,  elmi-texniki 

inqilabın  ictimai  həyatın  bütün  sferalarına  təsiri  ilə 

əlaqədar  müasir  həyat  tempinin  yüksəlməsi  tədqiqatçılar 

arasında professional ünsiyyət dilinə (Language for special 

purposes  (LSP)  - 

xüsusi  məqsədlər  üçün  dil  –  dilin 

müxtəlif  funksional  formasıdır,  elmin  və  texnikanın 

müxtəlif  sahələrində  təcrübə  mübadiləsi,  xüsusi bilik 

sahələrində ünsiyyət, əsasən də informasiyanın ötürülməsi 

üçün təyin olunub) marağın artmasına səbəb olub. Bu isə 

yeni terminlər, o cümlədən leksikoqrafik terminlər axınının 

əhəmiyyətli  dərəcədə  çoxalmasına  gətirib  çıxarıb  ki, 

onların  da  sistemləşdirilməsi  və  izahının  verilməsi 

zəruridir. 

Bu  gün  sənədlərin  böyük  əksəriyyəti  mütəxəssislər 

üçün  nəzərdə  tutulduğundan  onların  böyük  əksəriyyəti 

terminologiyadan  ibarətdir.  Başqa  sözlə,  formula,  kod, 



 

simvollar  və  qrafika  kimi  dil  elementlərini  özündə  əks 



etdirən  terminologiya  faktların,  fikirlərin  və  biliklərin 

təqdimatı və ötürülməsi üçün əsas vasitədir [1].  

X

üsusi bilik və informasiyanın (birdilli və ya çoxdilli 



olmasından  asılı  olmayaraq)  ötürülməsi  terminoloji 

resursların yaradılması və yayılması ilə birbaşa əlaqəlidir. 

Bu proses təkcə elm və texnikada deyil,  həmçinin hüquq, 

dövlət  idarəçiliyi,  səhiyyə  və  digər  sahələr  üçün  də 

zəruridir. Əlavə olaraq terminologiya sənədlərin işlənməsi 

və yayılmasında da əsas rol oynayır. Akademik fənn kimi, 

termin

ologiya biliyin yüksəkkeyfiyyətli, effektiv təqdimatı 



və ötürülməsi üçün konsepsiya və metodologiya təklif edir. 

Bu  metodologiyalar  dil  üzrə  mütəxəssislər  tərəfindən, 

eləcə  də  müvafiq  hazırlıqdan  sonra  diğər  sahənin 

mütəxəssisləri  tərəfindən  istifadə  oluna  bilərlər,  həm  də 

terminoloji  resursların  və  biliyin  təqdimatı  üçün  digər 

formaların 

aşkarlanması, 

yayılması, 

ötürülməsi, 

saxlanması və dəstəklənməsi vasitələrinin çoxalması üçün 

də zəmin yaradır. 

Elmin  sosial  rolunun  artması,  informasiyanın 

h

əcminin daim çoxalması həm yeni, həm inkişaf edən, həm 



 

d



ə  artıq  formalaşan  bilik  sahələrinin termin sistemlərinin 

sistemli t

ədqiqini  zəruri  etmişdir.  Biliyin  müxtəlif 

sahələrinin  termin  sistemlərinin  sərbəst  tədqiqat obyekti 

kimi  ayrılması  hazırkı  dövrdə  inkişaf  edən  və  tədqiqat 

metodları  təkmilləşən  terminoqrafiya  və  terminşünaslıq 

kimi  sərbəst  elmi  predmetlərin  meydana  gəlməsinə  səbəb 

oldu [2]. 

Terminşünaslıq 

(terminologiya) 

tipologiyası, 

mənşəyi, forması,  məzmunu  və  fəaliyyəti,  həmçinin 

istifadəsi,  nizama  salınması  və  yaradılması  nöqteyi-

nəzərindən xüsusi leksikanı öyrənən elmdir [3]. 

Terminologiya bir-

biri  ilə  əlaqəli  bir  neçə  fənnin 

tədqiqat  obyektidir.  Linqvistikada  o,  nəzəriyyə  obyekti, 

tətbiqi  terminşünaslıqda  unifikasiya,  standartlaşma  və 

nizamlama 

obyekti, informatikada informasiya 

sistemlərinin süni dillərinin yaradılması vasitəsidir. Xüsusi 

bilik  sahələrinin  anlayışlarının  ifadə  edilməsinə  xidmət 

edən  dil  işarələrinin  məcmusu  kimi  terminologiya  xüsusi 

fənndir [4]. 

Hazırkı  dövrdə  terminşünaslıqda  bir  sıra  sərbəst 

istiqamətlər  fərqlənir  ki,  onlardan  ilk  növbədə  nəzəri 

terminşünaslığı ayırmaq olar. Nəzəri terminşünaslıq xüsusi 


 

leksikanın  inkişaf  qanunauyğunluqlarını  öyrənir.  Hal-



hazırda  terminşünaslığın  nəzəri  problemlərinin  tədqiqi  ilə 

məşğul olan bir sıra milli  məktəblər mövcuddur. Belə ki, 

avstriya-alman, fransa-

kanada,  rus,  çex  milli  məktəbləri 

fəaliyyət göstərir ki, bu məktəblər xüsusi leksikaya baxışın 

aspektləri və yanaşma nöqteyi-nəzərindən fəqlənirlər [5]. 

Terminşünaslığın  ikinci  əsas  istiqaməti  olan  tətbiqi 

terminşünaslıqda  terminologiya  və  terminlərin  izahı, 

qiymətləndirilməsi,  redaktəsi,  nizamlanması,  yaradılması, 

tərcüməsi  və  istifadəsi,  çatışmazlıqlarının  aradan 

qaldırılması üzrə praktiki prinsip və tövsiyələr işlənir. 

Ümumi  terminologiya  xüsusi  leksikanın  ümumi 

xüsusiyyətlərini, 

problemlərini 

öyrənir, 

sahə 


terminşünaslığı  isə  konkret  dillərdə  ayrı-ayrı  bilik 

sahələrinin xüsusi leksikasını öyrənir.  

Terminşünaslığın  tipoloji,  semasioloji,  onomasioloji, 

tarixi, 


funksional 

və 


digər 

istiqamətlərində 

terminologiyanın 

ümumi 


xüsusiyyətlərinin 

müəyyənləşdirilməsi  məqsədilə  ayrı-ayrı  əlamətləri 

müqayisəli tədqiq olunur, xüsusi leksikanın semantikası ilə 

əlaqəli problemləri, struktur fopmaları araşdırılır və s.  

Son  dövrlərdə  terminşünaslığın  bir  sıra  yeni 


 

is



tiqamətləri  yaranıb,  onlardan  koqnitiv  terminşünaslığı 

ayırmaq olar ki, bu istiqamətdə elmi təfəkkürdə terminlərin 

rolu araşdırılır. 

Terminoqrafiya  xüsusi  leksik  lüğətlərin  tərtibatı 

haqqında elmdir və terminşünaslıqla sıx əlaqəlidir. Bir sıra 

mütəxəssislər  terminoqrafiyaya  terminşünaslığın  bir 

bölməsi  kimi  baxırlar.  Terminşünaslar  tərəfindən  tədqiq 

olunan  bir  sıra  problemlər  xüsusi  lüğətlərin  işlənməsi 

zamanı praktikada meydana çıxdı və bu problemlərin həlli 

lüğətlərin qurulması metodlarına təsir edir. Eyni zamanda, 

xüsusi  leksikanın  istənilən  sahəsinin  öyrənilməsi 

terminoqrafiya  ilə  sıx  bağlıdır,  belə  ki,  terminologiyanın 

aşkarlanması,  tədqiqi  və  nizamlanması  üzrə  işin  nəticəsi 

adətən lüğət şəklində tərtib edilir. 

Termin  – 

ümumi  anlayışların  adlandırılması  üçün 

qəbul edilən söz və ya söz birləşməsidir. 

Xüsusi  leksikanın  müxtəlif  sahələrinin  öyrənilməsi 

nəticəsində  müəyyən  olunmuşdur  ki,  terminlərlə  yanaşı 

digər  xüsusi  leksik  vahidlər  də  mövcuddur:  nomenlər, 

predterminlər, professional alqotizmlər və ya professional 

jarqonlar, kvaziterminlər, terminoidlər, prototerminlər və s.  

Xüsusi  leksemlərlə  terminlərin  ümumi  və  fərqli 


 

cəhətləri  var.  Belə  ki,  nomenlər  -  tək-tək  anlayışları, 



terminlər  isə  ümumi  anlayışları  ifadə  edir.  Predterminlər 

yeni  fopmalaşan  anlayışların  adlandırılması  üçün  termin 

kimi 

istifadə olunan xüsusi leksemlərdir, amma terminlərə 



qoyulan  əsas  tələblərə  cavab  vermirlər.  Predterminlərin 

müvəqqəti,  keçici  xarakteri,  forma  dəyişkənliyi,  ümumi 

qəbul  olunan  tələblərin  və  müxtəsərlik  tələbinin  yerinə 

yetirilməməsi,  stilistik  neytrallığın  olmaması  və  s.  kimi 

xüsusiyyətləri  onları  terminlərdən  fərqləndirir.  Bir çox 

hallarda terminlər predterminləri sıxışdırıb çıxarırlar.  

Pred

terminlər  xüsusi  leksikada  möhkəmlənirlər, 



dayanıqlı xarakter alırlar və kvaziterminə çevrilirlər. 

Terminoidlər  dəqiq  sərhəddi  və  tərifi  olmayan 

anlayışlardır. 

Prototerminlər  elmin  yaranmasına  qədər  (30-40 min 

il əvvəl) meydana çıxan xüsusi leksemlərdir, bu səbəbdən 

onlar anlayış deyil, xüsusi anlayış, təsəvvür adlanırlar. 

Terminlərin aşağıdakı tipləri var:  

 



Kateqoriya  terminləri  (məs:  materiya, zaman, 

məkan) 


 

Ümumelmi və ümumtexniki terminlər (məs: metod) 



 

Sahələrarası terminlər (məs: analitik metod) 



10 

 



 

Xüsusi terminlər (məs: Zeydel metodu) 

Terminlər  məzmuna,    sahələrə  (elmi,  texniki), 

semantikaya,  formal  struktura,  məntiqi    kateqoriya, 

semantik  struktura,  əsaslandırılmasına,  dil    mənbəyinə,  

dövrə,  sıxlığa,  nitq  hissəsinə,  müəllifliyə,  istifadə    sahəsi 

üzrə, normativliyə və s. görə təsnif olunur [6]. 

Terminologiyanın 

mənbələri 

əsasən 

müəllif  

terminologiyası,  qəbul  edilmiş  (təsdiq  edilmiş) 

terminologiya, standartlar, qanunlar, 

nəşrlərdən ibarətdir. 

Terminologiya 

lüğətlər  (ing-az, az-rus  və  s.),  

ensiklopediyalar (

genişləndirilmiş  tərif),  qlossarilər  (əsas 

təriflər ardıcıllığı ilə verilmiş anlayışlar),  xarici sözlərdən 

ibarət lüğət və s.  formalarda mövcud olur. 

Terminşünaslıqda 

nizamlanma 

obyekti 

terminologiya,  başqa  sözlə  müəyyən  bilik  sahəsinin 

terminlər  məcmusudur.  Terminologiya  sistemləşdirilir, 

sonra  çatışmazlıqlarının  və  onların  aradan  qaldırılması 

metodlarının aşkar edilməsi üçün analiz edilir və nəhayət, 

qaydaya  salınır,  normallaşdırılır.  Bu  işin  nəticəsi  termin 

sistemləri  şəklində  təqdim  olunur.  Termin  sistemləri 

aralarında aşkarlanmış münasibət olan nizamlanmış termin 

ço

xluqlarıdır.  



11 

 

Terminologiyanın qaydaya salınmasının iki tərəfi var 



– 

terminlərin  məzmununun  qaydaya  salınmasına 

istiqamətlənən    unifikasiyası  və  terminlərin  optimal 

formasının  seçilməsi  məqsədilə  optimallaşdırılması. 

Unifikasiya terminlər sistemi ilə anlayışlar sistemi arasında 

birqiymətli uyğunluğu təmin edir. Hər bir anlayışa verilən 

terminlər  sistemindən  yalnız  bir  termin  uyğundur  və 

əksinə.  Burada  düzgün  qurulmuş  terminlər  sistemi  elmi 

anlayışlar  sistemini  onların  əlaqələri  ilə  birlikdə  əks 

etdirməlidir. Ona görə də optimallaşdırmanın əsas məsələsi 

terminlərin  istifadə  üçün  rahat  olan  yığcam  formalarının 

axtarışıdır.  

Nizama salınmanın son mərhələsində alınan terminlər 

sisteminin k

odlaşdırılması,  başqa  sözlə  onun  normativ 

lüğət şəklində tərtib olunması həyata keçirilir. 

Terminlərin  dəqiq  birqiymətli  istifadəsi  vacib olan 

sahələrdə  (əsasən  istehsalat  sahəsində)  kodlaşdırma 

terminlərin  standartlaşdırılması  formasını  alır.  Nəticəsi 

termin


lərə  standartların  işlənməsi  olur,  bu  isə 

sənədləşmədə  vacibdir.  Əgər  əlavə  sərt  normalar  elm 

sahəsində  yaradıcı  fikirlərə  mane  olursa,  kodlaşdırma 

t

övsiyə xarakteri alır. 



12 

 

Terminlərin 



dillərarası 

nizamlanması 

– 

harmonikləşdirilməsi  işinin  yerinə  yetirilməsi  terminoloji 



fəaliyyətin  əsas  istiqamətlərindən  biridir.  Terminlərin 

harmonikləşdirilməsi  uyğun  anlayışlar  sistemi  (milli 

anlayışlardan  ibarət)  əsasında  iki  və  ya  daha  çox  dilin 

terminologiyasının  sistemli  qarşılaşdırılmasını  həyata 

keçirir.


13 

 

 



2.

 

TERMİNOLOGİYA  SAHƏSİNDƏ  XARİCİ 

TƏCRÜBƏ 

T

erminşünaslıq  bir  elm  sahəsi  kimi  XX  əsrin  30-cu 



illərində  yaranmışdır.  40  il  ərzində  müəyyən  inkişaf 

mərhələsində    olan  terminologiya  sahəsində  aparılan 

tədqiqatlar və görülən işlər 70-ci illərdə sistemləşdirilməyə 

başlamış və məqalələr dərc olunmuşdur [7]. 

Terminşünaslığın  başlanğıcı  avstriyalı  alim  Eygen 

Vyusterin  adı  ilə  bağlıdır.  Belə  ki,  E.Vyusterin 

terminologiyaya  aid  ilk  məqalələri  keçən  əsrin  30-cu 

illərində nəşr olunmuşdur. O, terminologiyanı linqvistika, 

məntiq,  ontologiya,  informatikanın  konkret  bilik  sahələri 

ilə kəsişməsində xüsusi fənn adlandırmışdır. 

Dünyada ilk Termin

ologiya  Mərkəzi,  məhz 

E.Vyusterin 

rəhbərliyi  ilə,  1930-cu  ildə  Viezelburqda 

(Avstriya) yaradılmışdır. Mərkəz tərəfindən YUNESKO və 

digər  beynəlxalq  təşkilatların  layihələri  həyata  keçirilmiş 

və  dünyanın  bir  çox  ekspertləri  bu  işə  cəlb  olunmuşdur. 

E.Vyuster

in  rəhbərliyi  ilə  1951-ci  ildə  Avstriya 

Standartları  İnstitutunun (Austrian Standards Institute) 

nəzdində  Beynəlxalq  Standartlaşdırma  Təşkilatının 


14 

 

"Terminologiya (prinsiplər və koordinasiya)" katibliyi təsis 



olunmuşdur.  

Hal-


hazırda  bu  mərkəz  Vyana  Universitetinin Elmi 

Nəzəriyyə  Arxivinin  bir  hissəsi  kimi  fəaliyyətini  davam 

etdirir. 

1971-


ci  ildə  YUNESKO  dünya  elmi  informasiya 

sisteminin (World Science Informational System) 

yaradılması layihəsinin həyata keçirilməsində iştirak edən 

ölkələrlə  birlikdə  konfrans  keçirdi.  Qeyd  edək  ki, 

E.Vyusterin  rəhbərliyi  altında  həyata  keçirilən  bu  layihə 

standartlaşmış  terminlərdən  ibarət  çoxdilli terminoloji 

sistemdir.  Həmin  il  YUNESKO  və  Avstriya  Standartları 

İnstitutunun  birgə  təşkilatçılığı  ilə  Terminologiya  üzrə 

Beynəlxalq İnformasiya Mərkəzi – İnfoterm (International 

Information Cеntre for Terminology) yaradıldı [8]. 

Bütün 

dünyada 


terminologiya 

sahəsində 

əməkdaşlığın  dəstəklənməsi  və  koordinasiyası  məqsədilə 

yaradılan  İnfotermin  üzvləri  terminologiya  fəaliyyəti  ilə 

məşğul olan beynəlxalq, regional və ya milli müəssisə və 

şəbəkələr, ixtisaslaşmış dövlət və ya qeyri-dövlət, eləcə də 

qeyri-

kommersiya  təşkilatlarıdır.  İnfotermin  üzvləri 



terminologiya  sahəsində  əməkdaşlığın    genişləndirilməsi 

15 

 

və dəstəklənməsi istiqamətində fəaliyyət göstərirlər. 



1977-

ci ildən başlayaraq Infoterm tərəfindən dilçilik, 

xüsusən  də  terminologiyanın  müxtəlif  problemləri  üzrə 

simpoziumlar  təşkil  edilir,  terminologiya  sahəsində 

mühüm layihələr və proqramlar  həyata keçirilir.  İnfoterm 

qlobal 


cəmiyyətdə  biliyin  ötürülməsi  və  informasiya 

təminatının  həyata  keçirilməsi  məqsədilə  yeni  terminoloji 

mərkəzlərin və şəbəkələrin yaradılması ideyasını irəli sürür 

və dəstəkləyir. 

Hal-

hazırda  İnfoterm  aşağıdakı  istiqamətlərdə 



fəaliyyət göstərir: 

 



 t

erminologiya sahəsində əməkdaşlıq; 

 

 terminologiya 



siyasəti; 

 



 hüquqi 

məsələlər (müəlliflik hüququ ilə əlaqəli); 

 

 i



nformasiya və biliyə əlyetərlik; 

 



 terminologiya 

standartlaşdırılması. 

Terminologiya  biliyin  ötürülməsi  və  ünsiyyət 

qurma


ğın  bütün  aspektlərində  həlledici  rol  oynayır  və 

müxtəlif formada təqdim oluna bilər: yazılı və şifahi nitqlə; 

qeyri-

verbal  kommunikasiyada;  bir  və  ya  bir  neçə  dildə. 



Müasir  dövrdə,  ünsiyyət  yalnız  insan-insan  əlaqələrində 

deyil,  həm  də  insan-maşın  (kompüter)  və  maşın-maşın 



16 

 

əlaqələrində  də  baş  verir.  Qloballaşma  dövründə  insanlar 



uğurlu əlaqə qurmaq üçün çoxlu vasitələrdən istifadə edə 

bilərlər.  Bu  zaman  dil  siyasəti,  təhsil  və  professional 

hazırlıq, tərcümə və lokallaşdırma, hüquqi məsələlər (məs., 

müəlliflik    hüququ,  intellektual  mülkiyyət)  və  s.  kimi, 

terminologiya  ilə  şıx  əlaqədə  olan  siyasi,  mədəni  və 

iqtisadi faktorlar da 

nəzərə alınmalıdır. 

Bu  gün  terminoloji metodlar 

informasiya  və 

kommunikasiya 

vasitələrini  daha  səmərəli  edir  və 

dill


ərarası  məzmun

 

uyğunluğunu



 

təmin  edə  bilər.  Son 

məqsəd

 

e-



biznes vasitəsilə e-səhiyyə, e-tədris sahələrində, 

eləcə  də  digər  e-tətbiqlərdə  məzmunun  uyğunluğuna  nail 

ol

maqdır. 


İqtisadi  nailiyyət,  sosial  tərəqqi  və  dayanıqlı  inkişaf 

üçün xarici 

əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Müasir 

terminologiya  menecmenti  təkrarçılığın  azaldılmasına, 

vaxt itkisinin 

olmamasına və problemlərin birlikdə həllinə 

kömək edir. Bu səbəbdən, əsas fəaliyyət terminologiyanın 

mövcud,  eləcə  də  yeni metod və  vasitələrinin  işlənməsi, 

həmçinin  terminoloji  sistemlərin  layihələndirilməsi  və 

tətbiqində 

ən 

son 


işlərlə 

maraqlı 


tərəflərin 

məlumatlandırılmasına  yönəlmişdir.  İnfotermin  fəaliyyəti 



17 

 

terminologiya və digər dil və məzmun resursları sahəsində 



fəaliyyət  göstərən  müəssisə,  təşkilat  və  şəbəkələrin 

əməkdaşlığına,  eləcə  də    standartlaşdırma  fəaliyyətinə 

istiqamətlənib.  

İnfotermin 30 illik  fəaliyyət  tarixi  dörd  dövrü  əhatə 

edir [9] . 

Birinci dövr 

˗  1971-1978-ci  illəri  əhatə  edir, 

“r

eallaşdırma  və  qurulma”  dövrü  adlanır.  Bu  dövrdə, 



İnfoterm  əsas  diqqəti  texnikada  və  təbiət  elmlərində 

terminoloji  işlə  bağlı  informasiya  və  sənədlərin 

toplanmasına  yönəltdi.  İnfoterm  ilk  addım  kimi,  bütün 

dünya 


üzrə terminologiya təşkilatları ilə ilk müqavilələrini 

bağlamalı  idi.  Qeyd  etmək  lazımdır  ki,  bu  prosesdə 

Viezelburq  mərkəzində  toplanan verilənlər  İnfoterm  üçün 

rahat 


və  əlverişli  mənbə  oldu  və  əsas  diqqət  terminoloji 

standartların  toplanmasına  yönəldildi.  Bu  dövrdə  Eygen 

Vyuster 

İnfotermin fəxri elmi rəhbəri idi. 

1972–1973-

cü  illərdə  Avstriya  Texnologiya  və 

Tikinti Nazirliyi tərəfindən maliyyələşdirilən “Texnologiya 

sahəsində 

 

terminologiya 



standartlaşdırılmasının 

fundamenti 

və  koordinasiyası  üçün  mənbələrin  yazılması 

və  analizi”  kimi  yöndəmsiz  ad  altında  elmi-tədqiqat 



18 

 

layihəsi həyata keçirildi. Bu dövrdə həyata keçirilən daha 



bir  layihə  terminologiya  üzrə  nəzəri  ədəbiyyat  haqqında 

kompüterin 

oxuyabiləcəyi 

formada 


biblioqrafik 

informasiya və onların sonrakı nəşri ilə bağlı idi. 

1974-1975-

ci  illərdə  daha  çox  əmək  tələb  edən 

layihələr 

yerinə 


yetirən 

İnfoterm 

tərəfindən 

“Terminologiya 

sahəsində  beynəlxalq  əməkdaşlıq”  adlı 

birinci Simpozium (1975-

ci ildə) təşkil olundu. 

1976-


cı  ildə  YUNESKO  tərəfindən  İnfotermin 

fəaliyyətini  qiymətləndirmək  üçün  beynəlxalq  ekspertlər 

qrupu  yaradıldı.  İnfoterm  “Terminologiya  üzrə  fəaliyyət 

göstərən təşkilat və mərkəzlərin şəbəkələrinin yaradılması 

və  inkişafı”  adlı  tədqiqat  layihəsində  iştirak  edir. Bu 

tədqiqatın  nəticəsi olaraq  Beynəlxalq  Terminologiya 

Şəbəkəsi (TermNet) yaradıldı. 

TermNet 1988-

ci  ildən  qeyri-kommersiya  təşkilatı 

kimi qeydiyyatdan keçib, 50-d

ən çox üzvü var [10]. 

TermNet-


in  üzvləri  terminologiya  məhsulu  təqdim 

edən  və  terminologiya  xidməti  göstərən,  çoxdilliliyin 

inkişafını  dəstəkləyən    və  proqram  təminatı  xidmətini 

göstərən,  terminologiya  sahəsində  fəaliyyət  göstərən 

universitet və təşkilatlardır. 


19 

 

1993-



cü  ildə  NORDTERM, ARABTERM, RITerm 

və RINT regional şəbəkələri fəaliyyətlərini genişləndirmək 

məqsədilə  İnfotermlə  əməkdaşlıq  əlaqələri  qurdular. 

İnfotermin  təcrübəsindən  yararlanaraq  1993-cü  ildə  Çin 

Terminologiya  şəbəkəsi  (China  TermNet), 1997-ci  ilə 

Terminologiya  üzrə  Şərqi-Asiya  forumu (EAFTerm) 

yaradıldı. 

Qeyd  edək  ki,  TermNet  və  onun  üzvləri  aşağıdakı 

məqsədlərlə əməkdaşlıq edirlər: 

• 

 terminologiya 



məhsulu  və  xidməti  bazarının 

yaradılması; 

• 

 i

rimiqyaslı  tədqiqat  və  layihələrin  planlaşdırılması 



və həyata keçirilməsi; 

• 

 b



irgə seminar, konfrans və treninqlərin təşkili və s. 

 

İnfotermin  ilk  elektron  nəşri  də  bu  dövrə  təsadüf 



edir. 

İkinci  dövr  -  1979-1988-ci  illəri  əhatə  edir,  “Yeni 

horizontlar

a  doğru  informasiya-təbliğat  fəaliyyəti”  dövrü 

adlanır.  Bu  dövrdə  rəqəmləşdirilmiş  terminologiya  və 

terminoqrafiyanın problemləri əsas diqqət mərkəzində idi. 

İlk  böyük  terminoloji  verilənlər  bankının  yaradılması  və 

verilənlərin  effektiv  idarəedilməsi  və  mübadiləsi, 



20 

 

müəlliflik  hüququ  və  s.  məsələlərin  müzakirəsi  də  həmin 



illərə təsadüf edir.  

Bu  dövrdə  İnfoterm  Avropa  Birliyi  Komissiyası  və 

digər AB institutları ilə birlikdə bir sıra strateji layihələrə 

də rəhbərlik edirdi. 

1979-cu il

də  İnfotermin  Məşvərət  Komitəsinin 

(Infoterm  Advisory  Committee)  iclasında  bir  sıra 

tövsiyələr qəbul olundu. Qeyd edək ki, TermNet-in inkişafı 

ilə  bağlı  təkliflərə  İnfoterm  məsuliyyət  daşıyırdı  və 

informasiya  axınını  TermNet-ə  yönəltmək  üçün  dövri 

nəşrini  çap  etdirmək  qərarına  gəldi.  Terminoloji 

verilənlərin  mübadiləsini  asanlaşdırmaq  məqsədilə  elə 

həmin il “Terminologiya dərsliyi”nin hazırlanması üzrə işə 

başlanıldı  və  1982-ci  ildə  onun  nəşri  YUNESKO 

tərəfindən dəstəkləndi.  

1980-ci il

də  TermNet-in  “Xəbərləri”  jurnalı  dərc 

olundu. 


Bu  dövrdə  könüllü  əməkdaşlığa  hazır  olan 

ekspertlər, 

institut 

və 


təşkilatların 

qeyri-rəsmi 

şəbəkələrinin  genişləndirilməsi  sahəsində  böyük  irəliləyiş 

əldə  edildi  və  bu  İnfoterm  və  YUNESKO-nun  birgə 

proqramı şəklində rəsmi olaraq həyata keçirildi. 

1983-cü il

də 

İnfotermin “Terminologiyada 



21 

 

beynəlxalq  əməkdaşlıq:  TermNet-in  reallaşdırılmasının 



təşkili”  adlı  ikinci  simpoziumu  təşkil  olundu.  Avropa 

Birliyi  Komitəsi  ilə  müqavilə  bağladıqdan  sonra  birliyin 

“EURODICAUTOM”  Terminoloji  verilənlər  bazasının 

strukturunu  testdən  keçirmək  üçün  E.Vyusterin “The 

Machine Tool

” lüğətinin elektron variantı hazırlandı. 

1984-cü il

də  İnfoterm  öz  idarəsini  genişləndirdi  və 

Vyusterin Tədqiqat kitabxanasını Viezelburqdan Vyanaya 

köçürdü. 

1985-ci il

də İnfoterm Avropa Birliyi Komissiyası ilə 

yeni  uzunmüddətli  layihənin  yerinə  yetirilməsi  məqsədilə 

əməkdaşlığa  başladı:  terminoloji  yanaşma  tətbiq  etməklə 

Yaponiyadan 

Avropaya  əlyetərli  olan  xüsusi  informasiya 

hazırlayan  JAPANIFO-nun  yaradılması  layihəsi  yerinə 

yetirildi. 

1986–1989-

cu illərdə İnfoterm paralel olaraq Avropa 

Birliyinin bir sıra layihələrini həyata keçirmişdir. 

Üçüncü dövr -  1989-1996-c

ı  illər  “Beynəlxalq 

təşkilat və tədbirlərin təşkili” dövrü kimi səciyyələnir. Bu 

dövrdə  İnfoterm  Avropa  Birliyinin  layihələri  ilə  məşğul 

olurdu. 


Qeyd  etmək  lazımdır  ki,  üçüncü  dövr  İnfotermin 

tarixində  bir  çox  mühüm  konfrans  və  iclaslarla 



22 

 

əlamətdardır.  Bu  dövr  iki  predmet  sahəsinin  - 



terminologiya 

və bilik mühəndisliyinin yaxınlaşması ilə də 

səciyyələnir.    “Terminologiya  və  Bilik  Mühəndisliyi”nə 

aid ilk iki uğurlu konfrans İnfoterm ilə Terminologiya və 

b

iliklərin  ötürülməsi  üzrə  Assosiasiya  tərəfindən  1987  və 



1990-

cı  illərdə  təşkil  olunmuşdur.  1993,  1996,  1999  və 

2002-

ci  illərdə  İnfoterm  TermNet-lə  birlikdə  konfranslar 



təşkil  etdi  və  materiallar  nəşr  olundu.  Aparılan 

araşdırmalar  zamanı  aydın  oldu  ki,  bilik  mühəndisliyi 

terminologiya 

ilə sıx əlaqəlidir.  

1989-cu il

də  İnfoterm  tərəfindən  Tunis  Standartlar 

İnstitutu 

(INNORPI) 

ilə 

birgə 


terminologiya 

standartlaşdırılması  üzrə  beynəlxalq  konfrans  keçirildi. 

Konfransda 

vahid  dil  yaratmaq  məqsədilə  ərəb 

ölkələrindən  olan  100-dən  çox  iştirakçı  bir  araya  gəldi. 

Burada  TermNet-in birinci “

Geniş  Mikrocomputer 

tətbiqlərində terminologiya” adlı simpoziumunun Vyanada 

keçirilməsi  qərara  alındı.  Həmin  il  Analitik  İnformasiya 

Mərkəzi  tərəfindən  İnfotermin  müstəqil  beynəlxalq 

müəssisəyə  çevrilməsi  təklifinin  irəli  sürülməsi  və  bu 

məqsədlə müxtəlif modellərin işlənilməsi ilə səciyyələnir. 

1990-

cı 


ildən 

başlayaraq 

terminologiyanın 


23 

 

planlaşdırılması həm elm və texnologiya planlaşdırılması, 



həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə dil 

planlaşdırılmasında  terminologiyanın  inkişafı  üçün 

həlledici    rol  oynadı.  Həmin  il  Kuala-Lumpurda bu 

məsələlərə  həsr  olunan  “TermPlan  90”  adlı  konfrans 

keçirildi. 

1991-ci il

də  İnfoterm  tərəfindən  Vyanada  “Predmet 

sahələrində terminoloji iş” adlı üçüncü sipozium keçirildi. 

Təxminən  30  ölkədən  200  iştirakçı  biologiya, 

maşınqayırma,  hüquq,  iqtisadiyyat,  tibb  və  informasiya 

texnologiyaları sahələrində terminoloji fəaliyyətin inkişafı 

haqqında  məruzələrlə  çıxış  etdilər.  Əlavə  olaraq,  bank 

sahəsində  terminoloji  verilənləri  testdən  keçirmək  üçün 

böyük İsveçrə bankının proqram təminatı müzakirə edildi 

və qiymətləndirildi. İnfoterm qeyri-hökumət təşkilatı kimi 

Birləşmiş  Millətlər  Təşkilatının  Nyu-Yorkdakı  İctimai 

İnformasiya  üzrə  Departamentinə  qoşuldu.  Bu  rəsmi 

tanınma İnfotermin nailiyyəti idi və onun 20 illik yubileyi 

ilə üst-üstə düşdü. 

1992-ci il

də  paylanmış  heterogen  verilənlər  bazası 

üç

ün  çoxdilli  istifadəçi  interfeysinin  konsepsiyası 



müzakirə  edildi.  İnterfeysin  əsas  elementlərindən  biri 

24 

 

çoxdilli 



lüğətlər, 

bir-birilə 

əlaqəsi 

olmayan 


təsnifatlaşdırılmış  sxemlər  və  ya  digər  dil  sənədləri 

sistemidir.  Bu sistem 

Birləşmiş  Milllətlər Sənaye İnkişafı 

Təşkilatı  (UNIDO)  üçün  işlənmiş,  əsasən  ekspertlərin 

Rusiya və Çin iqtisadi, elmi və texniki verilənlər bazalarını 

anlaması  üçün  nəzərdə  tutulub.  1992-ci  ildən  etibarən 

İnfoterm  Sənaye  Standartlarının  Lokallaşdırılması 

Assosiasiyasına  informasiya  texnologiyaları  məhsulları 

üçün terminologiya 

sahəsində  beynəlxalq  standartları 

reallaşdırmaqda  kömək  etdi. 

1993-cü il

də  İnfotermin  Məşvərət  Komitəsi  illik 

hesabat  yığıncağında  Mərkəzin  müstəqil  hüquqi  status 

alması  ideyasını  irəli  sürdü.  Nəticə  etibarilə  beynəlxalq 

təşkilat və xarici dövlətlərə İnfotermin fəaliyyətində iştirak 

etmək  imkanı  yaradıldı.  Həmin  ilin  avqustunda  Kölndə 

terminol


ogiyada  müəlliflik  hüququ  üzrə  beynəlxalq 

seminar keçirildi.   

 1994-cü il

də  YUNESKO-nun  dəstəyilə  İnfotermin 

çoxdilli  xüsusi 

informasiyanın  idarə  edilməsinə  həsr 

olunmuş  I  “MikroISIS”  beynəlxalq  konfransı  keçirildi. 

İnfoterm  Pekində  təşkil  olunan  “Elektron  Nəşr”  (EP  94) 

adlı  konfransa dəstək verdi. Həmin ildə “Pointer” layihəsi 


25 

 

üzrə başlanan iş 1995-ci ilin sonuna kimi davam etdi. Bu 



layihə  ilə  əlaqəli  İnfotermin  gələcək  rolu  Avropanın 

terminologiya  infrastrukturu  çərçivəsində  Avstriya 

İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olundu. 

1995-ci il

də  İnfotermin  dəstəyilə  Vyanada 

“Verilənlərin  mənbələrinin  kataloqları”  adlı  birinci 

beynəlxalq  simpozium  və  “Xüsusi  informasiya,  bilik  və 

yeni texnologiyalar üçün intellektual 

mülkiyyət hüquqları” 

beynəlxalq konqresi keçirildi. 

1996-

cı ildə “Terminologiya və Bilik Mühəndisliyi” 



adlı dördüncü beynəlxalq konfrans təşkil olundu. Nəhayət, 

İnfoterm  beynəlxalq  qeyri-kommersiya  Assosiasiyasına 

çevrildi 

və  Vyanadakı  “SIG”  Texnologiya Mərkəzinə 

köçürüldü.  

Bu  dövrdə  İnfoterm  Avstriya Standartları 

İnstitutunun  adından  ISO/TC37 Katibliyi (prinsip  və 

koordinasiya) 

və 

Beynəlxalq 



Standartlaşdırma 

Assosiasiyası ISA37 “Terminologiya” adlı texniki komitə 

də daxil olmaqla müvafiq standartlaşdırma fəaliyyətini də 

yerinə yetirirdi. 

Dördüncü dövr –  1997-2002-

ci  illəri  əhatə  edir  və

 



Təşkilatın və fəaliyyətin yeni istiqamətləri” dövrü adlanır. 



26 

 

Bu dö



vr  ərzində  əsas  məqsəd  çoxdilli informasiya 

cəmiyyətinin  tələblərinə  uyğun  güclü informasiya 

sistemlərinin  yaradılması  üçün  nəzəri  və  metodoloji 

prinsiplərin işlənməsi olmuşdur. Beləliklə, İnfoterm BMT 

və onun xüsusi təşkilatları ilə əlaqələr qurmağa qadir idi, 

eyni zamanda Avropa Komissiyası və onun üzvləri ilə sıx 

əlaqələr yaradırdı.  

Bu  dövrdə  müəssisə  və  təşkilatların  İnfotermə  üzv 

yazılması qaydalarını müəyyənləşdirmək üçün İnfoterm və 

onun  üzvləri  arasında  əməkdaşlıq  məqsədilə  dəqiq 

müqavilə  modelləri  işlənildi.  İnfoterm  artıq  müxtəlif 

yarmar


kalar və sərgilərdə iştirak edirdi. Məhz bu məqsədlə 

də onun fəaliyyətinə aid alman və ingilis dillərində qovluq 

və videofilmlər hazırlandı.  

1997-


ci  ildə  Vyanada  “Professional kommunikasiya 

və  biliyin  ötürülməsi”  adlı  beynəlxalq  konfrans  təşkil 

olundu. Bu  konfrans “Professional kommunikasiya, 

terminologiya və  planlaşdırılmış dillər” adlı elmi konfrans 

ilə İnfotermin dördüncü simpoziumu olan “Terminoloji  iş 

və  biliyin  ötürülməsi”ni  birləşdirdi.  Qeyd  edək  ki,  bu 

hadisə  terminologiya  nəzəriyyəsinin  banisi  Eygen 

Vyusterin 100 illik yubileyinə təsadüf etmişdi. 



27 

 

1998-ci il



də 

Almaniya 

Terminologiya 

Assosiasiyasının Avstriya sektoru yaradıldı. 

1999-cu il

dən  İnfoterm”  adı  artıq  qeydiyyatdan 

keçmiş  əmtəə  markası  kimi  mühafizə  olunmağa  başladı. 

Həmin  ildə  kitabxana  və  sənədlər  kolleksiyalarının 

yeniləndirilməsi İnfotermin əsas məsələlərindən biri oldu. 

Bu  iş  İnfotermin  verilənlər  bazasının  yeni  CD-ROM 

versiyasının hazırlanması ilə yanaşı aparılırdı. Qeyd etmək 

lazımdır  ki,  bu  dövrdə  Eygen Vyusterin arxivi Vyana 

Universitetinə köçürüldü.  

2000-ci il

də  iki  layihə  -  “Mərkəzi  və  Şərqi 

Terminologiya 

Şəbəkəsi” 

(CETnet) 

və 

“Şərqi 


Terminolo

giya  Təminatı”  (ETPpro)  layihələri  təqdim 

olundu.  

2001-ci il

də İnfoterm idarəsini Vyanadakı Eykolqaza 

(Aichholzgasse) köçürtdü. 

Bununla  əlaqədar  İnfotermin 

sənədlər  toplusu,  arxivi Vyana Universtitetində 

E.

Vyusterin  arxivinə  daxil  edildi.  Əlavə  olaraq  İnfoterm 



Afrika  ölkələri  ilə  əməkdaşlığı  gücləndirdi  (əsasən 

Tanzaniya  və  Nigeriya  müəssisələri  ilə).  2001-ci ilin 

sonunda 

İnfotermin  qollarından  biri  Almaniyanın  Köln 

şəhərində  Tətbiqi  Elmlər  Universitetində  yaradıldı  və 


28 

 

hazırda İnfotermin kitabxanası kimi fəaliyyət göstərir. 



2002-ci il

də  İnfoterm  YUNESKO  ilə  müqavilə 

əsasında  bir  neçə  dildə  olan  kontentlə  idarə  olunan 

platforma  yaratdı.  Platforma  lokal  kompüter  və  ya  lokal 

şəbəkədə  avtonom  və  yaxud  bütövlükdə  proqramların 

kombinasiyası  şəklində  istifadə  olunan  bir  sıra  tətbiqi 

proqramlar  və  vasitələri  özündə  toplayır.  Həmin  il 

İnfoterm  Polşa  İnformasiya  Emalı  Mərkəzi  ilə 

TERMinPOL  (

Terminoloji  informasiya  və  sənədlər 

mərkəzi) yaradılmasını və onun TDCnet-ə (İT-xidməti, İT-

konsaltinq  və  İT-dəstək  idarəsi,  Toronto)  qoşulmasını 

təmin etmək məqsədilə Varşavada müqavilə  imzaladı.  

2009-cu il

də 

Yaponiya Terminologiya 



Assosiasiyasının  təşkilatçılığı  ilə  XXII  Yaponiya 

Terminologiya Simpoziumu keçirildi.  

Qeyd edək ki, Yaponiya Terminologiya Assosiasiyası 

Yaponiya  İnformasiya  və  Bilik  Cəmiyyətinin  (YİBC)  bir 

bölməsidir, 1988-ci ildə yaradılıb. 

YİBC  10  ildən  çoxdur  ki,  öz  davamlı  tədqiqat 

fəaliyyəti  ilə  informasiya  və  biliklə  bağlı  problemlərin 

həllində  aparıcı  mövqe  tutur.  YİBC-in  fəaliyyətinin  əsas 

məqsədi 

informasiya 

texnologiyalarının 

inkişafı, 



29 

 

informasiya və bilik haqqında elm, informasiyanın effektiv 



istifadəsi  üçün  metodologiya,  sosial  normaların 

yara


dılması  və  s.  kimi problemlərdə  yeni  istiqamətləri 

müəyyənləşdirməkdir.  Eyçi  Universitetində  keçirilən  bu 

simpoziumda  standartlara  əsaslanan  kontent  və  kontent-

əlaqəli  xidmətlər  sertifikatı  haqqında  məlumat  verilmiş, 

ISO Content DataBase-in 

(ISO/CDB) təqdimatı edilmişdir.  

2010-cu  ilin  may

ında  TermNet  və  Tərcümə  Tədrisi 

Mərkəzinin  (The  Center  for  Translation  Studies) 

təşkilatçılığı  ilə  Vyana  Universitetində  Beynəlxalq 

Terminologiya  Yay  Məktəbi  təşkil  edilmişdir. 

Terminologiya  nəzəriyyəsi  və  praktikasına  giriş  üzrə 

keçirilən  bir  həftəlik  praktika  kursu  tələbələr, 

mütəxəssislər  və  alimlər  üçün  nəzərdə  tutulmuşdur. Yay 

məktəbində  terminoloji  işin  tətbiqi  prinsirləri,  İnternetdə 

terminoloji informasiyanın əldə edilməsi və yoxlanılması, 

t

erminoloji 



verilənlər 

bazasının 

yaradılması, 

terminologiyadan 

ontologiyaya, t

ərcüməçilər, 

terminoloqlar 

üçün 


layihələrin 

idarə 


edilməsi, 

terminologiyada 

müəlliflik 

hüquqları 

məsələləri, 

terminologiya  üzrə  standartlar, terminologiya  və  proqram 

təminatının  lokallaşdırılması, terminologiya  və  texniki 


30 

 

sənədlər, terminoloji  fəaliyyətdə  iqtisadi  məsələlər  və  s. 



mövzular tədris edilirdi. 

2010-cu il 

iyun  ayında  Fransanın  Enersi  şəhərində 

keçirilən  “Terminologiya  və  Ontologiya:  Nəzəriyyə  və 

tətbiqlər”  mövzusunda  beynəlxalq  konfransda  bilik 

mühəndisliyinin  və  xüsusən  ontologiyanın  işlənməsinin 

terminologiyaya 

təsiri  və  terminologiyanı  rəqəmsal  əsrdə 

mühüm olan bir çox 

tətbiqlər üçün əsas elementə çevirməsi 

kimi  məsələlər  müzakirə  olunmuşdur.  Terminologiya, 

müstəqil tədqiqat sahəsi kimi, linqvistika, süni intellekt və 

informasiyaya 

əsaslanaraq daha çox sahəni əhatə etdi. 

2012-

ci  ilin  yanvar  ayından  Fin  Terminologiyası 



layihəsi” həyata keçirilməyə başladı. Finlandiya hökuməti 

elm və incəsənətdə fin terminologiyası layihəsinin həyata 

keçirilməsi üçün vəsait ayırıb, bu layihə çoxdilli elektron 

termin 


bankının yaradılmasına istiqamətlənmişdir. 2011-ci 

ildən  başlayaraq  5  il  müddətinə  nəzərdə  tutulan  layihə 

bütün 

tədris 


fənlərinin 

terminologiya

sı 

üçün 


infrastrukturdur.  

2012-


ci  ilin  sentyabrında  Kastelloda  (İspaniya) 

keçirilən  “3-cü  dilin  əldə  edilməsi  və  çoxdillilik” 

mövzusunda VIII beynəlxalq konfrans 3 və daha çox dilin 


31 

 

əldə  edilməsi  və  istifadəsinə  istiqamətlənib,  çoxdilliliyin 



mobilliyi 

və  sosial-linqvistik  tədqiqi,    çoxdillilikdə  nitqin 

emalı və s. məsələlər müzakirə olunmuşdur. 

İnfotermin  bütün  fəaliyyətinin  nəticələri  onun  dövri 

nəşrlərində  öz  əksini  tapır.  Belə  ki,  Mərkəz  tərəfindən 

İnfotermin informasiya bülleteni (INL)”, terminologiya 



sahəsində  biblioqrafik  məlumatları  əks  etdirən 

“BiblioTerm (BIT)”, terminoloji 

standartlaşdırma 

fəaliyyəti  haqqında  informasiya bülleteni olan 

“Terminologiya  s

tandarlaşdırılması  və  harmonikləşdirmə 

(TSH)”  və  terminologiya  standartlaşdırılması  sahəsində 

biblioqrafik informasiya bülleteni olan “STandardTerm 

(STT)” nəşr olunur. 

Qeyd etmək lazımdır ki, keçmiş sovet alimi Dmitriy 

Semyonov

iç  Lotte  də  terminşünaslığın  ilk  banilərindən 

hesab  olunur.  O,  XX  əsrin  30-cu  illərində  terminologiya 

sahəsində  ilk  məqalələrini  çap  etdirmişdir.  Rusiya 

terminşünaslarını  “RossTerm”  Rusiya  Terminologiya 

Cəmiyyəti birləşdirir. 

H

azırda dünyanın müxtəlif ölkələrində terminologiya 



fəaliyyəti  ilə  məşğul  olan  beynəlxalq  təşkilatlar  fəaliyyət 

göstərir,  terminologiyanın  müxtəlif  problemlərinə  həsr 



32 

 

olunan 



konfranslar təşkil edilir. 

XX  əsrin  70-ci  illərində  Polşanın  tanınmış  alimi 

Ziqmund 

Stoberski 

Terminoloji 

neologizmlərin 

unifikasiyası  üzrə  beynəlxal  təşkilat  (International 

Organization for Unification of Terminological 

Neologisms) 

yaratmışdır.  O,  20  dildə  (Avropa  ölkələri) 

terminləri  müxtəlif  jurnallardan  toplamış  və  çap 

etdirmişdir.  Z.Stoberski  bu  sahədə  bir  neçə  kitab  nəşr 

etdirmişdir.  O,  “Beynəlxalq  elmi  terminologiya: 

problemlər,  postulatlar,  gözləntilər”  (1982,  Varşava, 

polyak dilində) və “Yaşamaq və sağ qalmaq” (elm naminə) 

(1991,  Varşava,  polyak  və  ingilis  dillərində)  kitablarında 

əsasən  müəlliflik  hüquqlarının  qorunması  və  s.  haqqında 

əhəmiyyətli ideyalar söyləmişdir [11]. 

2002-

ci ildə Z.Stoberskinin yaratdığı təşkilat  Xüsusi 



terminologiya üzrə Beynəlxalq təşkilata çevrilmiş, onun 5 

kontinentdə  şöbələri  -  katiblikləri  açılmışdır.  Həmin  il 

təşkilatın  dəstəyi  ilə  Sloveniyanın  paytaxtı  Lyublyanada 

“Qloballaşma  əsrində  terminologiya”  adlı    Beynəlxalq 

konfrans keçiril

mişdir. 


30  ildən  artıqdır  ki,  Varşavada  Terminoloji 

neologizmlərin  unifikasiyası  üzrə  beynəlxalq  komitə, 



33 

 

Terminoloji  bank  üzrə    beynəlxalq  federasiya 



(International Federation of Terminology Banks) 

və  


Terminoloji 

neologizmlərin  unifikasiyası  üzrə  beynəlxalq 

təşkilat  (International Organization for Unification of 

Terminological Neologisms

)  tərəfindən  “Neoterm”  adlı 

jurnal nəşr olunur. 

Rusiyada 2002-

ci  ildən  başlayaraq  hər  il 

terminologiyanın  aktual  problemlərinə  həsr  olunan 

konfranslar keçirilir. 2003-

cü ildə  Ümumrusiya kompleks 

informasiya elmi-

tədqiqat  institutunun  təşkilatçılığı  ilə 

“Terminşünaslıq  və  standartlaşdırma:  nəzəriyyə  və 

praktikanın  qarşılıqlı  fəaliyyəti”  adlı  9-cu  Beynəlxalq 

konfrans keçiril

mişdir. 

Rusiyada 

30 ildən artıqdır ki, kompüter linqvistikası 

üzrə beynəlxalq “Dialoq” konfransı keçirilir. 

Qeyd edək ki, terminologiya sahəsində ən yeni işlər 

beynəlxalq  tədqiqat  mərkəzləri  olan  ISO,  İnfoterm, 

Beynəlxalq Terminoloji Tədqiqatlar İnstitutu (International 

Institute for Terminology Research), 

Avropa Dil Resursları 

Assosiasiyasında  (The European Language Resources 

Association)  yerinə  yetirilir.  Tədqiqatların  nəticələri 

Avropa 


Leksikoqrafiya 

Assosiasiyası 

(European 


34 

 

Associat



ion for Lexicography), Terminologiya və Qabaqcıl 

Mikrokompü

ter  Tətbiqləri  (Terminology and Advanced 

Microcomputer Applications), 

Terminologiya  və  Bilik 

Mühəndisliyi  (Terminology and Knowledge Engineering) 

və  s.  beynəlxalq  konfranslarda, dil  problemlərinə  həsr 

olunmuş konqreslərdə və beynəlxalq leksikoqrafik məktəb-

seminarlarda t

əqdim olunub [12]. 

Terminologiyanın  problemləri  müxtəlif  bilik  və 

fəaliyyət  sahəsinin  mütəxəssisləri  arasında  böyük  maraq 

doğurur.  Yalnız  sistemləşdirilmiş  və  yaxşı  inkişaf  etmiş 

terminologiya 

ilə  elmin  tərəqqisinə  nail  olmaq 

mümkündür

.  Bu  səbəbdən  terminoloji  fəaliyyətin,  onun 

əsasını  təşkil  edən  terminologiya  yaradıcılığı  və 

menecmenti işinin düzgün qurulması çox vacibdir. Dünya 

təcrübəsində 

terminologiya 

fəaliyyəti 

aşağıdakı 

mərhələlərə ayrılır:  

-

 

elm və texnikanın anlayışlarının terminləşdirilməsi. 



Bu zaman ayrı-ayrı bilik sahələrinin terminlərindən ibarət 

sistem  qurulur  və  onların  adlandırılması  üçün  daha 

məqsədəuyğun leksik vahidlər seçilir; 

-

 



müəyyən 

dildə 


terminlərin 

istifadəsinin 

nizamlanması;  hər  bir  bilik  sahəsində  yeni  terminlərin 


35 

 

yaradılması məqsədilə tövsiyə və rəyin tərtib edilməsi; 



-

 

müəyyən  sahəyə  aid  olan  terminoloji  lüğətlərin 



(

birdilli izahlı, ikidilli tərcümə) hazırlanması; 

-

 

terminoloji  sistemlərin  milli  və  beynəlxalq 



səviyyədə standartlaşdırılması. 

36 

 




  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə