Az ərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 369,32 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix26.02.2017
ölçüsü369,32 Kb.
#9764
1   2

3.

 

TERMİNOLOGİYA ÜZRƏ BEYNƏLXALQ 

STANDARTLAR 

Dünya  təcrübəsi  göstərir  ki,  terminoloji  sistemlərin 

milli  və  beynəlxalq  səviyyədə  standartlaşdırılması 

zəruridir,  çünki  eyni  sözlərlə  ifadə  edilən  anlayışlar 

müxtəlif dillərdə üst-üstə düşmür. Məsələn, ingilis dilində 

“technology”  sözünə  rus  dilində  “texnologiya”  deyil, 

“texnika” üyğundur və s. [13].  

Terminologiya  üzrə  beynəlxalq  standartın  qəbul 

edilməsi  ənənəvi  milli  sistemdən  imtina  etmək  anlamına 

gəlmir. Beynəlxalq standartlaşdırma hər şeydən əvvəl ana 

dili  və  xarici  dillərin  terminlərinin  dəqiq  şərhinin  və 

birmənalı uyğunluğunun müəyyən edilməsidir.  

Ümumiyyətlə,  standartlar  “sərt”  (yerinə  yetirilməsi 

məcburi olan) və “yumşaq” (tövsiyə xarakterli)  tipli olur. 

Terminoloji  standartlar  ikinci  tipə  aiddir.  Belə  ki,  bir 

terminin  yerinə  onun  professional  danışıq  dilinə  müvafiq 

düzgün seçilmiş sinonimi işlədilərsə, mənası dəyişməz. 

Elmi-


texniki terminologiyanın standartlaşdırılmasının 

əsas məsələləri aşağıdakılardır: 

-

 

terminlər üzrə standartın müəyyən edilməsi və elmi 



biliyin  və  texniki  inkişafın  müasir  səviyyəsinin  təyin 

37 

 

edilməsi; 



-

 

m



illi və beynəlxalq səviyyədə elmi-texniki termino-

logiyanın harmonikləşdirilməsi; 

-

 

i



nformasiya 

sistemlərində 

istifadə 

olunan 


razılaşdırılmış  leksik  vasitələrin  qarşılıqlı  əlaqəli 

inkişafının təmin olunması; 

-

 

ədəbiyyatda  və  sənədlərdə  istifadə  olunan 



terminoloji  leksikanın  çatışmazlıqlarının  aşkarlanması  və 

aradan qaldırılması. 

Dövlət 

və 


sahə 

standartlarının 

işlənməsi 

standartlaşma üzrə əsas və baza təşkilatları, elmi-tədqiqat, 

layihə-texnologiya  institutları,  ali  təhsil  müəssisələri  və 

digər təşkilatlar tərəfindən yerinə yetirilir. 

Beynəlxalq  Standartlaşdırma  Təşkilatının  ISO/TC37 

(Termin


ologiya və digər dil və məzmun resursları) Texniki 

Komitəsi  tərəfindən  terminologiyanın  standartlaşdırılması 

həyata keçirilir. Texniki Komitə fəaliyyətini 5 istiqamətdə 

qurur: 


 

TC37/SC1 (subcommite) – p



rinsip və metodlar; 

 



TC37/SC2  –  t

erminoqrafik  və  leksikoqrafik  iş 

metodları.  Terminoloji  və  leksikoloji  lüğətlərin  tərtib 

olunması üzrə nəzəri və praktiki iş;  



38 

 



 

TC37/SC3 – t

erminologiya, bilik və kontentin idarə 

e

dilməsi sistemləri; 



 

TC37/SC4 – dil r



esurslarının idarə edilməsi; 

 



TC37/SC5 – t

ərcümə, interpretasiya və onlarla bağlı 

texnologiya; 

ISO/TC237 – t

erminoloji sərgi. Standartların nəşri.  

ISO/TC37-nin 

altkomitələrində 

(TC37/SC1, 

TC37/SC2,  TC37/SC2,  TC37/SC4,  TC  37/SC5  )  və 

ISO/TC  237  Layihə  Komitəsində  müvafiq  olaraq 

terminoloji  prinsip  və  metodlar,  anlayış  və  terminlərin 

beynəlxalq  harmonikləşdirilməsi,  terminoloji  fəaliyyət 

(nəzəriyyə və əlavələr), sosial terminologiya üçün praktiki 

tövsiyə,  lüğətlərdə  məqalələrin  təqdimatına  dair  tələb, 

tövsiyə  və  informasiya,  beynəlxalq  terminoqrafik 

standartların  hazırlanması  və  layihələndirilməsi,  latın 

qrafikasında  təqdim  olunan  çoxdilli  terminoloji  və 

leksikoloji  verilənlərin  əlifba  üzrə  ardıcıllığı,  tərcüməyə 

istiqamətlənmiş  terminoqrafiya,  terminoloji  məhsul  və 

xidmətlər  üzrə  ümumi  icmal  və  tövsiyə,  terminologiyada 

tətbiqi  hesablama  sistemləri  –  verilənlərin  kateqoriyaları, 

terminologiyanın  idarə  edilməsi  sistemlərinin  işlənib 

hazırlanması, tətbiqi və dəstəyi, dil resursları ilə idarəetmə 


39 

 

strukturunun  təqdimatı,  terminologiya,  bilik  və  kontentlə 



idarəetmə  sistemləri  və  s.  üzrə  standartlar  işlənib 

hazırlanır.  Eyni  zamanda,  terminoloji  standartların  nəşri, 

sərgisi, təqdimatı ilə bağlı standartlar, həmçinin lüğətlər və 

statistikanın  aparılması  üçün  normativ  qaydalar  işlənilir 

[14]. 

Standartlaşdırılmış  terminlər  elmi-texniki  sahə  üzrə 



ədəbiyyat  və  sənədlərin  bütün  formalarında  tətbiq  üçün 

zəruridir.  Sahə  standartı  terminləri  onların  qısa  formaları 

ilə  təsvir  edir,  həmçinin  onların  sinonimi,  izahı, ingilis, 

alman və fransız dillərində ekvivalentlərindən ibarət olur. 

Hazırda 60-dan çox ölkədə standartlaşdırma ilə bağlı 

minlərlə  ekspertin  cəlb  olunduğu  müvafiq  komitələr 

mövcuddur. 

İdarəetmə,  planlaşdırma,  istehsal  və  texnologiya 

sahələrində  informasiya  proseslərinin  avtomatlaşdırılması 

terminlərin  standartlaşdırılması  və  nizamlanmasını  zəruri 

edir. 

Terminlər  və  onların  təriflərinin  strukturunun 



standartlaşdırılması,  unifikasiyası  və  nizamlanması 

kompü


terlərdə nümunə tipli sənədlərin işlənməsinin təmin 

olunmasına  imkan  yaradır.  Böyük termin  sistemlərinin 

struktur  təşkili  məqsədilə  terminoloji  verilənlər  bankı 


40 

 

yaradılır,  terminoloji  informasiyanın  saxlanılması, 



işlənməsi  və  ötürülməsi  kompüterin  köməyilə  həyata 

keçirilir. 

Terminologiya  üzrə  qəbul  olunan  beynəlxalq 

standartların  araşdırılması  nəticəsində  məlum  oldu  ki, bu 

standartlarda  terminologiyanın  müxtəlif  problemlərini 

əhatə edən bir sıra məsələlərin əhəmiyyəti verilmişdir. 

Bütün bunlar 

Azərbaycanda terminologiya üzrə milli 

standartların  işlənməsi  və  beynəlxalq  standartların  milli 

lokallaşdırılması məsələlərinin zəruriyyətini ortaya çıxarır.



41 

 

 



4.

 

TERMİNOLOJİ 

İNFORMATİKA 

SAHƏSİNDƏ  APARILAN  ARAŞDIRMALARIN 

MÜASİR VƏZİYYƏTİ 

İnformasiya texnologiyaları və sistemlərinin inkişafı, 

müxtəlif elm sahələri və fəaliyyət sferalarında beynəlxalq 

əməkdaşlıq  əlaqələrinin  qloballaşması  müxtəlif  dillərdə 

terminoloji 

tədqiqatı  aktuallaşdırmış,  yeni  yanaşmalar  və 

yeni məsələlər müəyyən edilmişdir. 

İstənilən  terminoloji  tədqiqat  böyük  həcmdə 

terminoloji  informasiyanın  yığılması  və  işlənməsi 

zərurətini  ortaya  çıxarır  ki,  bu  məsələlərin  də  yerinə 

yetirilməsi  üçün  effektiv  vasitələrdən  biri terminoloji 

verilənlər  bazasının  yaradılmasıdır.  Məlumdur  ki, 

verilənlər bazası müəyyən qaydalarla təşkil olunan, ümumi 

prinsiplərlə  təsvir  olunan,  saxlanılan  və  idarə  olunan 

verilənlər məcmusu, eləcə də, müəyyən predmet sahəsinin 

informasiya modelidir. 

Qeyd ed

ək ki, təbii dilin işlənməsi (Natural Language 



Processing, NLP) 

ixtisaslaşmış  ontologiyanın  (biliyin 

t

əqdimatı  və  idarə  edilməsi, mətnin analizi və  s.) 



qurulması, termin banklarının yaradılması və istismarında 

42 

 

yardımçı  olan  metod  və  vasitələrin  təklif  edilməsi  üçün 



kifayət  qədər  təkmilləşib.  NLP süni intellekt və  riyazi 

linqvistikanın  ümumi  istiqamətidir, təbii dilin kompüter 

analizi v

ə sintezinin problemlərini öyrənir. 

Hazırkı  dövrdə  yeni elmi sahələrə  (məs.,  biotibb və 

s.) olan elmi t

ələbatın  artması,  digər tərəfdən də  bu 

sah


ələrə aid çap materiallarının günbəgün çoxalması artıq 

terminologiyanın  sistemli  şəkildə  və  avtomatik  əldə 

olunmasının əhəmiyyətinə əlavə maraq oyadır. 

Son zamanlar terminoloji informatika sahəsinə xüsusi 

diqqət yetirilir, bu sahədə mühüm tədqiqatlar aparılır. 

Terminoloji informatika 

text mining, informasiyanın 

axtarılması,  əldə  edilməsi,  ontologiyanın  qurulması  və  s. 

sah

ələrdə mühüm əhəmiyyət kəsb edir.  



Bu m

əsələlərlə  bağlı  “Computational terminology 

(CompuTerm)”  (Terminoloji informatika) 

adı  altında 

beyn

əlxalq elmi seminarlar keçirilir. 



İlk  Beynəlxalq seminar 1998-ci ildə  Kanadanın 

Monreal Universitetind

ə  “CompuTerm’98”  adı  altında 

terminoloji informatika sah

əsinin  tanınmış  alimləri Didye 

Buriqu (Didier Bourigault, Fransa), Kristyan Jakmo 

(Christian Jacquemin, Fransa) v

ə Monreal Universitetinin 



43 

 

professoru Mari-Klod Lomun (Marie-Claude L'Homme) 



t

əşkilatçılığı ilə keçirilmişdir. 

Seminarda  terminologiyanın  tətbiqi aspektləri (əldə 

edilm


əsi,  aşkarlanması,  lüğətlərin  yaradılması  və  s.) üzrə 

maraqlarını  bölüşən tədqiqatçılar  bir  araya  gəlmişlər. 

Seminarın  məqsədi bu sahələr  arasında  böşluğu  aradan 

qaldırmaq  üçün innovativ ideyalarla və  terminlərin 

avtomatik  emalının  ayrı-ayrı  aspektlərinin nəticələri ilə 

mübadil


əyə təkan vermək olmuşdur.   

Seminarın 

keçirilməsinin 

əhəmiyyəti və 

müv

əffəqiyyəti 



son 

zamanlar 

terminologiyanın 

avtomatlaşdırılması  ilə  əlaqəli elmdə  baş  verən müxtəlif 

prosesl

ərə  marağın  artması  qənaətinə  gəlinməsi  olmuşdur 



[15]. 

Terminoloji informatika üzr

ə  “CompuTerm'02"  II 

beyn


əlxalq seminar 2002-ci ildə 

Pensilvaniya 

Universitetind

ə  (ABŞ)  keçirilmişdir.  Seminarda,  əsasən, 

maşın  tərcüməsi, mətnin intellektual analizi və  biliyin 

avtomatik 

əldə edilməsi və s. məsələlərdə terminlərin rolu 

v

ə  terminoloji informatika sahəsində  digər tədqiqatlar 



müzakir

ə olunmuşdur [16]. 

2004-cü ild

ə  Cenevrədə  (İsveçrə) keçirilən 



44 

 

“CompuTerm'04” III beyn



əlxalq  seminarın  məqsədi NLP 

üzr


ə  tədqiqatçıların  terminologiyada  birləşməsi  və 

terminoloji  informatika  sah

əsində  son nailiyyətlərin və 

NLP-nin t

ətbiq  olunduğu  bir  çox  sahələrə  təsirinin 

müzakir


əsi  olmuşdur.  Seminarda  terminoloji  resursların 

standartlaşdırılması,  xüsusi  ünsiyyət  lüğətlərinin və 

tezaurusların  yaradılması  və  s. kimi məsələlərə 

baxılmışdır.  Seminarda,  həmçinin  terminologiyanın  əldə 

edilm

əsi (mining terminology),  strukturlaşdırılması  və 



idar

ə 

olunması 



(terminl

ərin 


klasterizasiyası, 

klassifikasiyası  məsələləri), terminoloji  resursların 

inteqrasiya

sı 


v

ə 

yenil



əndirilməsi, terminoloji 

informasiyanın  tətbiqi, terminologiyanın  təqdimat 

formatının  ümumi  qiymətləndirilməsi  və  s. məsələlər 

müzakir


ə olunmuşdur [17]. 

Qeyd etm


ək  lazımdır  ki,  linqvistik  informatika  üzrə 

“Coling”  (Computational Lingvistics) adl

ı  Beynəlxalq 

konfranslar keçirilir. Bu konfransın tarixi ötən əsrin 60-cı 

ill

ərindən  başlayır. Belə  ki, iki ildən bir keçirilən 



beyn

əlxalq konfransa mütəmadi olaraq 700 nümayəndə 

c

əlb edilir. İlk konfrans 1965-ci ildə Nyu-Yorkda keçirilib. 



H

əmin vaxtdan etibarən keçirilən bu konfrans NLP üzrə 



45 

 

dünyada  aparıcı  mövqe  tutur.  Son  beş  konfrans:  Coling 



2004 Cenevr

ədə, Coling -  ACL 2006 Sidneydə, Coling 

2008  Mançesterd

ə, Coling 2010 Pekində  və  Coling 2012 

Mumbaid

ə keçirilmişdir. Coling təbii dil və hesablamalarla 



əlaqəli olan texniki sahələrin böyük spektrini əhatə edir.  

XXV “Coling” Beyn

əlxalq konfransı  2014-cü ildə 

Dublind


ə keçiriləcək [18]. 

2000-ci ild

ən  başlayaraq  hər il mətnin intellektual 

işlənməsi və  linqvistik informatika  üzrə  “CICLing” 

(Conference on Intelligent text processing and 

Computational Lingistics) ad

lı  Beynəlxalq konfranslar 

keçirilir.  Bu  konfransların  keçirilməsi mətnin intellektual 

işlənməsi və  linqvistik  informatikanın  inkişaf  etdiyi 

müxt


əlif sahələrdən olan alimlər  arasında  fikir 

mübadil


əsini genişləndirmək məqsədini daşıyır. Əsas ideya 

t

ətbiqi linqvistikada incəsənətin vəziyyəti haqqında ümumi 



t

əsəvvür  əldə  etməkdir. 2012-ci ildə  Nyu-Dehlidə 

Hindistan Texnologiya İnstitutu tərəfindən “CICLing” XIII 

Beyn


əlxalq  konfransı  keçirilmiş  və  konfrans  materialları 

Springer Lecture Notes (kompüter elml

əri üzrə) jurnalının 

xüsusi bura

xılışında dərc olunmuşdur [19]. 

Terminoloji  informatika üzr

ə  keçirilən beynəlxalq 


46 

 

seminarlarda dünyanın müxtəlif ölkələrindən bu sahə üzrə 



t

ədqiqatlar aparan alimlərdən Xurşid Əhməd (University of 

Surrey, UK),   Teresa  Kabre (University Pompeu Fabra, 

Barcelone, Spain), Kyo Kaqeura (NACSIS, Tokyo, Japan), 

İngrid Meyer (University of Ottawa, Ottawa, Canada), 

Padmini  Srinivasan  (The  University  of  Iowa,  USA)  və 

digərləri iştirak etmişlər. 

Terminoloji informatika sah

əsində 

aparılan 



t

ədqiqatların  nəticələri  bu istiqamətdə  nəşr  olunan 

kitablarda öz 

əksini tapmışdır. 

əllifləri  Didye Buriqu, Kristyan Jakmo və  Mari-



Klod Lom olan  “Terminoloji informatika sah

əsində  son 

yenilikl

ər”  (Recent advances in computational 

terminology) 

adlı  kitaba  terminologiyanın  avtomatik 

t

əhlili, saxlanılması və istifadəsi üzrə araşdırmalar aparan 



t

ədqiqatçıların, eləcə də tətbiqi terminologiya, terminoloji 

informatika, informasiya axtarışı və süni intellekt sahəsinin 

müt


əxəssislərinin 17 məqaləsi daxil edilib. Kitabda 

terminoloji informatika üzr

ə  birinci beynəlxalq  seminarın 

(seminarda müxt

əlif elmi cəmiyyətlərdən olan tədqiqatçılar 

bir araya g

əlmiş  və  tədqiqat sahəsi “terminoloji 

informatika”  adlandırılmışdır)  materialları  öz  əksini  tapıb 



47 

 

[20].  



Kitaba daxil edil

ən məqalələrdə  terminoloji 

informatikanın  terminologiya,  linqvistika  və  kompüter 

elml


əri ilə kəsişməsində innovativ və mühüm nailiyyətlər 

əks  olunmuş,  eləcə  də  terminoloji  informatikanın  tətbiq 

oluna bil

əcəyi sahələrin  geniş  spektri  göstərilmişdir. 

Kitabda ikidilli lüğətlərin hazırlanması, terminoqrafiya və 

avtomatik referatlaşma da təsvir olunmuşdur. 

Terminologiyanın texniki və ictimai-siyasi aspektləri 

haqqında  ətraflı  məlumatın  toplandığı  “Terminologiya: 

n

əzəriyyə, metod və  tətbiqlər”  (Terminology: theory, 



methods, and  applications, 1999

kitabı  terminoloqlar  və 

müvafiq sah

ə  mütəxəssisləri üçün nəzərdə  tutulub  [21]. 

K

itabın müəllifi Pampey Fabra Universitetinin (linqvistika 



v

ə  terminologiyanı  tədris edir) professoru Mari Teresa 

Kabredir. 

Terminologiya 

yaradıcılığının 

sistemliyi v

ə 

dinamikası  üçün  qaydaların  aşkar  edilməsi terminologiya 



n

əzəriyyəsi üçün mühüm əhəmiyyət kəsb edir. Tokio Milli 

İnformatika  İnstitutunun  professoru  Kyo  Kaqeuranın 

əllifi  olduğu  “Terminologiyanın  dinamikası”  (The 



Dynamics of Terminology, 200

2)  kitabında  yapon 



48 

 

terminologiyasının müəyyən korpusunda yuxarıda deyilən 



iki faktorun qarşılıqlı fəaliyyəti təqdim olunur [22]. 

Burada terminl

ər və  onlar  arasındakı  münasibətlərə, 

t

ərkib elementləri ilə  terminologiyanın  qurulmasında 



istifad

ə  olunan konseptual  kombinasiyaların  tiplərinin 

qarşılıqlı  əlaqələrinə  detallarla  baxılır.  Müəllif 

terminologiya  artımının  inkişaf  qanunauyğunluqlarının 

k

əmiyyət analizini təqdim edir. 



Bu sah

ədə “Leksikoqrafiya üzrə praktiki təlimat” (A 

Practical Guide to Lexicography)  adl

ı  daha bir kitab 

Leyden Universitetinin (Hollandiya) f

əxri professoru Piet 

van Sterkenburqun redakt

əsi ilə  2003-cü ildə  nəşr 

olunmuşdur.  Kitabda  leksika  və  onun müxtəlif tip 

lüğətlərdə  təsvirində  təlimatların  vəziyyəti  əks olunur. 

Leksikoqrafiyaya bu 

cür  yanaşma  ekspertlər qrupunu 

birl

əşdirir və ümumi və konkret məqsədlər üçün lüğətlərin 



toplanması  və  işlənməsində  qərar qəbuletmə  prosesinə 

aparır  [23].  Təbii  ki,  elektron  lüğətlər, verilənlər  bazaları 

il

ə  idarəetmə  kitabın  əsas mövzusudur. Leksikoqrafiya 



üzr

ə  praktiki təlimat  müasir  leksikanın  nailiyyətləri, 

imkanları və problemləri haqqında bilgilər almağa kömək 

edir. 


49 

 

Mayduquri Universitetinin (Nigeriya) professoru 



Bassey  Edem  Antianın  redaktəsi  ilə  nəşr  olunan 

“Terminologiyada qeyri-mü

əyyənlik və  təbii  dilin 

işlənməsi”  (Indeterminacy  in Terminology and  LSP, 

2007)  kitabında  nəzəri, antropoloji və  koqnitiv 

linqvistikaya 

əsaslanan tematik tədqiqatlar və 

metodologiya, h

əmçinin terminoloji tədqiqat nəzəriyyəsi 

v

ə  tarixi,  ontologiyanın  qurulması,  proqram  təminatının 



lokallaşdırılması və s. təqdim olunur [24]. 

Koreyanın Seul şəhərində kompüter linqvistikası üzrə  

keçiril

ən “CICLing’2004” V beynəlxalq  konfransın 



materialları  kitab  şəklində  “Linqvistik informatika və 

m

ətnin intellektual işlənməsi”  (Computational Linguistics 



and Intelligent Text Processing

)  adı  altında  nəşr  olunub 

[25]. 

“Ontoloji müh



əndislik”  (Ontological Engineering, 

2004) 


kitabında  semantik veb, elektron kommersiya və 

bilikl


ərlə  idarəetmə  məsələləri təqdim olunur. Məlumdur 

ki,  ontolologiya  ümumi  leksikanı  təmin edir, terminin 

m

ənası  və  terminlərarası  münasibətləri təyin edir. Son 



onilllikd

ə  ontologiyaya çox diqqət  yetirilir.  Hazırda 

ontologiya bilik müh

əndisliyi, süni intellekt və  kompüter 



50 

 

elml



ərində istifadə olunur. Kitabda ontoloji mühəndisliyin 

əsas məsələləri təqdim olunur [26]. 

Dünyanın  müxtəlif ölkələrindən olan alimlər 

terminoloji informatika sah

əsində  əhəmiyyətli tədqiqatlar 

aparırlar.  Belə  alimlərdən biri olan kompüter elmləri 

sah

əsində  doktorluq dərəcəsini 1997-ci ildə  ABŞ-ın 



Pensilvaniya Universitetind

ə  almış  Srinivas  Banqalorun 

Supertagging  -  t

əbii  dilin  işlənməsində  mürəkkəb leksik 

t

əsvirlərin istifadəsi üzrə  dissertasiyası  kompüter 



texnologiyalarının  innovativ  tətbiqinə  həsr  olunmuş  ən 

yaxşı tədqiqat işi kimi Morris və Doroti Rubinov  (Dorothy 

Rubinoff)  mükafatlarına  layiq  görülüb.  O,  NLP,  nitqin 

emalı,  dil  modelinin  hazırlanması,  maşın  tərcüməsi və  s. 

sah

ələrdə  tanınmış  ekspertdir. S.Banqalor “Linqvistik 



informatika”  jurnalının  redaksiya  heyətinin üzvü və  ACL 

v

ə  IEEE–nin  bir  sıra  konfranslarının  proqram 



komit

ələrinin üzvü olmuşdur. Qeyd edək ki, o, 2008-ci ildə 

İEEE-nin keçirdiyi ünsiyyət  dili  texnologiyası  üzrə 

seminarın təşkilatçılarından biri olmuşdur  [27]. 

Belçikanın  Leven  Katolik  Universitetinin  kompüter 

elml


əri fakultəsinin professoru Mari-Fransin Moens 

m

əzmunun mətndən  avtomatik  çıxarılması  və  tanınması, 



51 

 

diskursun  qarvanması,  biliyin  əldə  olunması,  hər  hansı 



istifad

əçinin yazdığı məzmunun və anlaşılmaz səsli mətnin 

işlənməsi və s. sahələrdə tədqiqatlar aparır [28]. 

İrlandiyalı  alim,  kompüter  elmləri  üzrə  professor 

Əhməd  Xurşid  (Dublin  Triniti  Kolleci)  neyron 

hesablamalar, terminologiya və ontologiya, NLP, xüsusilə, 

informasiyanın  əldə  edilməsi  və  s.  istiqamətlərdə 

araşdırmalar  aparmışdır.  Onun  neyron  hesablamalar 

istiqamətində  tədqiqatları  dilin  təkamülünü  təqlid  edən 

Multi-


net  neyron  sistemlərinə  gətirib  çıxarmış  və  həmin 

sistem  şəkillərin  və  onların  mətn  təsvirinin  birgə 

axtarışında istifadə edilib. O, terminologiya və ontologiya 

sahələrində  tədqiqatlar  aparmış,  tədqiqatlarının  praktiki 

məqsədi  müxtəlif  şərtlərin  öhdəsindən  gələ  bilən 

informasiya sisteminin yaradılması olmuşdur [29]. 

Terminoloji informatika sah

əsində  fundamental 

t

ədqiqatları ilə seçilən alimlərdən biri də İngrid Meyerdir. 



Ottava  Universitetinin  (Kanada)  professoru  olan  İngrid 

Meyer terminologiya sah

əsində  bir  sıra  innovativ 

ideyaların:  terminoloji biliklər  bazasının  yaradılması, 

z

əngin-bilik konteksti, determinləşmə və s. müəllifidir. 



52 

 

5.



 

TERMİNOLOJİ 

İNFORMATİKA 

SAHƏSİNDƏ 

APARILAN 

ELMİ-NƏZƏRİ 

ARAŞDIRMALARIN TƏHLİLİ 

İngrid Meyerin fundamental tədqiqatının nəticələrini 

əks etdirən, həmmüəllifi  olduğu  “Terminoloji  resursların 

yeni n


əslinə  doğru:  terminoloji  biliklər  bazasının 

yaradılması  təcrübəsi”  adlı  məqaləsi COGNITERM 

adlanan terminoloji bilikl

ər bazasının qurulması layihəsini 

t

əsvir  edir.  İlkin  olaraq,  leksikoloji  informatika  və  bilik 



müh

əndisliyi sahələrində  müasir  inkişafla  əlaqəli 

t

ədqiqatlar  əsas yer tutur. Tədqiqat  işində, həmçinin 



COGNITERM-in strukturunun t

əsviri təqdim  edilmiş, 

onun 

ənənəvi  termin  bankı  ilə  müqayisədə  üstünlükləri 



araşdırılmış  və  bu  işdən  alınan  bir  sıra  metodoloji 

m

əsələlər verilmişdir [30].  



T

ədqiqatın  əsas məqsədi  terminologiyada  olduğu 

kimi, leksikoloji informatika sah

əsində  də  xüsusi dünya 

bilikl

ərinin  (terminoloji  anbarda  saxlanılan)  növü  və  sayı 



il

ə  əlaqəli tədqiqatların  həlli vacib məsələlərinin 

mövcudluğunu  önə  çəkməkdir. Qeyd edək ki,

 

Ottava 



Universitetinin  süni  intellekt  laboratoriyasında  yaradılan 

yeni tip terminoloji anbar olan COGNITERM termin bankı 



53 

 

il



ə biliklər bazasının vəhdəti, terminoloji biliklər bazasıdır 

(TBB). COGNITERM bilik müh

əndisliyinin ümumi 

al

ətlərinin  –  CODE  (Conceptually Oriented Design 



Environment  -  konseptual yönümlü t

əsvir mühiti) 

istifad

əsilə  yaradılan  ikidilli  (fransız,  ingilis)  terminoloji 



bilikl

ər bazasıdır.  

Dünyada böyük terminoloji veril

ənlər  bazaları 

mövcuddur, onlardan biri d

ə Kanadada bir milyondan çox 

termini özünd

ə əks etdirən TERMIUM III - dür. Bu baza 

yalnız  potensial  istifadəçilər üçün nəzərdə  tutulub. 

TERMIUM III-d

ən texniki sənədlərdə, informasiya ilə 

idar


əetmədə, tədris sahəsində, eləcə  də,  informasiyanın 

axtarılması,  maşın  tərcüməsi və  ekspert sistemlərdə 

istifad

ə  olunmasına  baxmayaraq,  əsas istifadəçiləri 



t

ərcüməçilərdir. 

Böyük terminoloji veril

ənlər  bazası  TERMIUM III-

ün 

əsas  çatışmayan cəhəti  ondan ibarətdir ki, o termin 



haqqında,  əsasən,  linqvistik  informasiyanı  verir.  Burada 

konseptual  informasiya  aydın  deyil,  səpələnmiş, 

strukturlaşdırılmamış vəziyyətdə, ziddiyyətlidir.  


54 

 

Bu  problemləri  nəzərə  alaraq,  tədqiqarçılar  biliklərə 



əsaslanan  yeni  növ  terminoloji  anbarların  yaradılmasını 

təklif edirlər.   

Hələ  ötən  əsrin  90-cı  illərində  Kembric 

Universitetinin (Böyük Britaniya) professoru Branimir 

Boguraev  (kompüter  linqvistikası)  və

 

Stenford 



Universitetinin (ABŞ) professoru Bet Levin leksik biliklər 

bazası  (LBB)  ilə  leksik  verilənlər  bazasını  (LVB) 

müqayisə    etməyə  çalışmışlar.  Onların  fikrincə,  LBB  və 

LVB  iki  xüsusiyyətinə  görə  fərqlənirlər.  Belə  ki,  LVB 

sözün sinoniminə əsaslanan leksik xarakteristikanı verdiyi 

halda,  LBB  ümumiləşdirməyə,  həmçinin  leksik  nəticə 

çıxarmağa, 

beləliklə 

də, 

leksikonun 



dinamik 

genişlənməsinə  imkan  verir  [31].  Hər iki xarakteristika 

TBB üçün vacibdir. 

Terminologiya və bilik mühəndisliyi arasında əlaqəni 

araşdıran  tədqiqatçılar,  bu  münasibətin  əsasında  hər  iki 

qaydanın  funksiyasının  ekspertin  bir  tərəfdən  bilik 

ünsiyyət  konteksti,  digər  tərəfdən  biliyin  təqdimatı 

texnologiyası  kontekstində  vasitəçi  kimi  cəlb  edilməsi 

olduğu qənaətinə gəlmişlər. Bu tip bilik ünsiyyət konteksti 

öz ardınca üç əsas fəaliyyət istiqamətini meydana çıxarır:  



55 

 

1.



 

Biliyin  əldə  edilməsi  üç  elementdən  ibarətdir: 

fəaliyyət,  dərketmə  və  ünsiyyət.  Bu  zaman 

mütəxəssisdən  praktik,  alim  və  müəllim  rolunu 

oynamaq tələb olunur.  

Ekspertlər  tədris  vərdişlərinə  görə  bir-birindən 

fərqlənirlər.  Onlar  biliyi  təqdim  etmək  üçün  dil 

qabiliyyətinə  malik  olmaya,  lazımi  biliyi  tələb  etməyə 

bilərlər.  Onlar  mühəndis/iqtisadçı  biliklərini  fərqli  və 

ziddiyyətli problemlərlə təqdim edərək sahəni dəyişə və ya 

müxt

əlif şəklə sala bilərlər. 



2.

 

 



Biliyin formalizasiyası. Bilik “rəfdən hazır gəlmir”. 

Qeyd edildiyi kimi, o qeyri-

ardıcıl,  ziddiyyətli və 

çoxölçülü ola bil

ər.  O “dərketmə” üçün çətin ola 

bil


ər, çünki daim dəyişir, bu səbəbdən bilik tam və 

aydın olmur. 

3.

 

Biliyin d



əqiqləşdirilməsi. Bilik iki istiqamətdə  - 

bilik sistemin

ə əsaslanan test yolu ilə yoxlanılmaqla 

v

ə mütəmadi yeniləndirilməklə dəqiqləşdirilə bilər.  



Xüsusi biliyin 

əldə  edilməsi,  formalizasiyası  və 

h

əyata keçirilməsi sahəsində  ekspert olan və  ya olmayan 



istifad

əçiyə  kömək məqsədilə  CODE adlanan bilik 

müh

əndisliyi vasitəsi  işlənmiş  və  testdən  keçirilmişdir. 



56 

 

CODE-un istifad



əsi TBB-in daha dəqiq  konsepsiyasının 

işlənməsinə kömək edir.  

COGNITERM terminoloji  veril

ənlər  bazası  ilə 

bilikl

ər  bazası  arasında  hibrid  (onların  cütləşməsindən 



alınan  baza)  kimi  nəzərdə  tutulub. Hər bir konsepsiya 

informasiyanın  iki  əsas  kateqoriyasından  ibarət  oxşar 

formalı  struktur  şəklində  təqdim olunur. Konseptual 

informasiya kateq

oriyası  biliklər  bazası  komponenti, 

konseptual 

xarakteristikanın 

siyahısı 

və 

onun 


qiym

ətləndirilməsidir. TBB müxtəlif  semantik  şəbəkədə 

qrafik formada vizuallaşa bilər. Hər iki iyerarxik (ümumi, 

hiss


ə-tam və  s.) və  qeyri-iyerarxik münasibət qrafik 

formada  ola bil

ər. CODE anlayışın 4 koordinatının bütün 

xüsusiyy


ətlərinin birləşməsindən ibarət olan Xarakterik 

Müqayis


ə  Matrisini təqdim edir. Nəhayət, COGNITERM 

üzr


ə naviqasiya CODE brauzeri vasitəsilə həyata keçirilir. 

CODE biliyin anlayışlar və ya onların xarakteristikalarının 

adı ilə əldə edilməsinə imkan verir.  

TBB  informasiya,  informasiyanın  əldə  edilməsi və 

sisteml

əşdirilməsinə  dəstək nöqteyi-nəzərindən TVB-dən 



üstündür. Bel

ə  ki, TVB-da  informasiya  aydın,  aşkar 

şəkildə  kodlaşdırılmır,  TBB-da isə  əksinə, informasiya 


57 

 

aydın,  aşkar  şəkildə  anlayışlarla  kodlaşdırılır. TBB 



konseptual münasib

ətin  aşkar  təqdimatına  imkan  verir  və 

ardıcıllığı  asanlaşdırır  (məs.,  bütün  anlayışların 

koordinatının təyini eyni növ termindən olmalıdır). 

Konseptual münasib

ətin  aşkar  təqdimatı  biliyin 

strukturunun qrafik formada t

əqdimatına  uyğundur. Bu 

aspekt COGNITERM layih

əsində xüsusi vurğulanır. 

TVB-d

ən fərqli olaraq TBB olan COGNITERM 



informasiyanın  saxlanması  üçün  mühiti  təmin etməklə 

yanaşı,  informasiyanın  sistemləşdirilməsi və  əldə 

edilm

əsinə  kömək məqsədi  daşıyan  bir  mexanizmdir.  Bu 



me

xanizm  terminoloqu  informasiyanın  (bir  iyerarxik 

s

əviyyədən digərinə) təkrarlanmasından azad edir. 



Adi TVB termin - konsepsiya istiqam

ətini təşkil edir: 

termini bilm

əklə  onun  izahını,  sinonimini  və  s. bilmək 

olar. Terminoloji t

ədqiqat  əsasən konsepsiya -  termin 

istiqam

ətində olur.  



COGNITERM istifad

əçiləri fikirlərindəki terminin 

adının  artıq  mövcud  olub-olmamasını  müəyyənləşdirmək 

üçün h


ər-hansı  konseptual  xarakteristika  vasitəsilə  oraya 

daxil ola bil

ərlər. 


58 

 

T



ədqiqatçıların  fikrincə, təklif edilən  yanaşmanın 

inkişaf etdirilməsi vacibdir, çünki terminoloji iş üçün vacib 

sayılan  ekspertlər və  digər terminoloqlar tərəfindən 

yoxlanılma burada çətindir. Belə ki, yaradılan TBB əsasən, 

hiperm

ətn formasındadır və daha çox “hamar” mətnlərə - 



ümumi q

əbul  olunmuş  terminoloji  yazılara  tətbiq oluna 

bilir. Bu s

əbəbdən təklif edilən metodlara yenidən 

baxılması və təkmilləşdirilməsi tələb olunur.  

Bu t


ədqiqat biliyin əldə  edilməsi prosesinin 

asanlaşdırılması 

üçün 

TBB 


konsepsiyasının 

reallaşdırılması və inkişafına yönəlmişdir.  Müəlliflər ümid 

edirl

ər ki, TBB və  LBB tədqiqatçıları  biliyin  əldə 



edilm

əsinin  avtomatlaşdırılması  üsullarının  daha  da 

yaxşılaşdırılması  üzrə  imkanların  araşdırılmasında 

əməkdaşlıq edəcəklər. 

Terminoloji informatika sah

əsində  aparılan  elmi-

n

əzəri  araşdırmaların  təhlili terminoloji  biliklər  bazasının 



üstünlükl

ərini və perspektivlərini ortaya çıxarır. 

Terminoloji veril

ənlər  bazasının  ciddi  elmi 

t

ədqiqatların  aparılması  vasitəsinə  çevrilməsi onun böyük 



praktiki 

əhəmiyyətini göstərir və  bu istiqamətdə 

t

ədqiqatların perspektivliyinə zəmin yaradır.  



59 

 

Bu s



əbəbdən dünyada terminologiya fəaliyyətinə istər 

n

əzəri, istərsə  də  praktiki cəhətdən böyük diqqət  ayrılır. 



Bel

ə ki, elmi, texniki və iqtisadi fəaliyyətin müvəffəqiyyəti 

d

əqiq  işlənmiş  terminologiyadan  əhəmiyyətli dərəcədə 



asılıdır. 

60 

 

6. 



AZƏRBAYCANDA 

TERMİNOLOGİYA 

FƏALİYYƏTİNƏ  YENİ  YANAŞMANI  ZƏRURİ 

EDƏN AMİLLƏR 

Yuxarıda  deyilənlər Azərbaycanda da terminologiya 

f

əaliyyətinə 



informasiya 

v

ə 



kommunikasiya 

texnologiyaları mövqeyindən yanaşma tələb edir. 

Dünyada ged

ən qloballaşma prosesi dünyada mövcud 

olan dill

ərə, dilin bir qolu olan terminologiyaya da təsirsiz 

qalmır.  Beynəlxalq aləmdə  dilin və  dilçiliyin  qorunması 

istiqam


ətində mühüm sənədlər qəbul edilir [32].  

Az

ərbaycan  dilinin  qorunması,  inkişaf  etdirilməsi 



üçün dövl

ət tərəfindən fərman və sərəncamlar verilir. Belə 

ki,  h

ələ  ümummilli lider Heydər  Əliyev  tərəfindən bu 



istiqam

ətdə  mühüm  əhəmiyyətə  malik sənədlər  -  “Dövlət 

dilinin t

ətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında”  Fərman 

[33], “Az

ərbaycan Respublikası Dövlət Dil Komissiyasının 

t

əşkilinin  təsdiq edilməsi  haqqında”  Sərəncam [34], 



“Az

ərbaycan  əlifbası  və  Azərbaycan dili gününün təsis 

edilm

əsi haqqında” Fərman [35] imzalanmışdır. 



Az

ərbaycan dilinin qorunması istiqamətində aparılan 

işlərin  davamı  olaraq  Azərbaycan  Respublikasının 

Prezidenti  c

ənab  İlham  Əliyev  tərəfindən “Azərbaycan 


61 

 

dilind



ə  latın  qrafikası  ilə  kütləvi nəşrlərin həyata 

keçirilm


əsi haqqında” Sərəncam imzalanmış [36], “Dövlət 

dili haqqında” Qanun [37], “Azərbaycan dilinin işlənməsi 

v

ə qorunması haqqında” Qanun [38] qəbul edilmişdir.  



M

əlum  olduğu  kimi,  “Elektron  Azərbaycan” Dövlət 

Proqramının  əsas məqsədlərindən biri bizim dövlətin və 

xalqın  həyat və  fəaliyyətinin  bütün  sferalarının 

informasiyalaşmasıdır. Başqa sözlə, milli kontentlər virtual 

m

əkanda formalaşdırılmalıdır [39].  



Dilin t

ətbiqi və  inkişafına  belə  yüksək dövlət 

d

əstəyinin mövcudluğu, dilimizin istifadə olunma arealının 



kifay

ət qədər geniş olması onun qorunması və inkişafının 

qarantıdır. Eyni zamanda virtual məkanda Azərbaycan dili 

daha da geniş yayılmaq imkanları qazanır. 

Dilimizin  qorunması,  saflığının  təmin  olunması  və 

inkişaf  etdirilməsi istiqamətində  qarşıda  duran  vəzifələrin 

h

əyata keçirilməsində  terminologiya fəaliyyəti mühüm 



missiya daşıyır. Terminologiya yaradıcılığı və menecmenti 

işinin  düzgün  qurulması  terminologiya  fəaliyyətinin 

əsasını  təşkil  edir  [40].  AR Prezidentinin “Azərbaycan 

dilinin  qlobollaşma  şəraitində  zamanın  tələblərinə  uyğun 

istifad

əsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət 



62 

 

Proqramı  haqqında”  imzaladığı  Sərəncam  bu istiqamətdə 



mühüm  addımdır  [41].  Sərəncamda  Azərbaycan dilində 

dig


ər məsələlərlə  yanaşı  İnternet  resurslarının  qıtlığı, 

elektron v

ə  interaktiv dərsliklərin  yoxluğu,  Azərbaycan 

dilini öyr

ənən əcnəbidilli insanlar üçün tədris vəsaitlərinin 

bir çox hallarda müasir t

ələblərə  cavab verməməsinin 

narahatlıq doğurduğu önə çəkilmiş və Azərbaycan dilində 

termin  yaradıcılığı  sahəsində  işlərin tənzimlənməsi və 

koordinasiya edilm

əsi üçün Azərbaycan  Respublikasının 

Nazirl


ər  Kabineti  yanında  Terminologiya  Komissiyasının 

yaradılması qərara alınmışdır. 

Son zamanlar ölk

əmizdə xarici ölkələrə məxsus KİV-

in  geniş  yayılması,  ən  başlıcası,  İnternetin  cəmiyyətin 

müxt


əlif  sferalarına  sürətlə  nüfuz etməsi,  insanların 

müxt


əlif bilik sahələrinə aid məlumatlardan istifadə etməsi 

n

əticəsində  azərbaycandilli terminoloji mühiti nəzarətdə 



saxlamaq çox  ç

ətin məsələyə  çevirib. Belə  bir  şəraitdə 

dilin  terminoloji  bazasını  yad  sözlərdən  qorumaq,  inkişaf 

etdirm


ək, bütün dünya azərbaycanlılarının müraciət etmək 

imkanı olan bir on-layn resurs yaratmaq, yeni terminlərin 

yaradılması  prosesinə  virtual məkanın  imkanlarından 

istifad


ə  etməklə  interaktiv forumlar vasitəsilə  geniş 

63 

 

ictimaiyy



əti cəlb etmək və s. mühüm vəzifələrdir. 

Bel


əliklə, Azərbaycanda terminologiya sahəsində 

mövcud v


əziyyət,  bu sahədə  obyektiv və  subyektiv 

amill


ərə  əsaslanan problemlər,  dilin  qorunması  və 

inkişafına  dövlət  qayğısı,  informasiya-kommunikasiya 

texnologiyalarının  imkanlarının  genişlənməsi və  bütün 

sah


ələrə  nüfuz etməsi, digər tərəfdən dünyada bu sahəyə 

böyük diqq

ətin  ayrılması,  terminologiya  fəaliyyəti ilə 

m

əşğul  olan  bir  sıra  beynəlxalq mərkəzlərin  yaradılması, 



bu sah

ədə  beynəlxalq  standartların  işlənməsi, terminoloji 

bankların,  verilənlər  bazalarının  yaradılması  və  s. 

terminoloji f

əaliyyətin  inkişaf  perspektivlərini ortaya 

çıxarır,  Azərbaycanda terminologiya fəaliyyətinin yeni 

informasiya modelinin – 

terminoloji informasiya 

sisteminin işlənməsini zəruri edir. 


64 

 

ƏDƏBİYYAT 

1.

 

A. Danzin. Strategic Planning Study Group: 



Towards a European Language Infrastructure, Why 

terminology?, 1992, 

http://www.computing.surrey.ac.uk/ai/pointer/report/sectio

n1.html 


2.

 

Хохлова  Е.Л.,  Содержание  терминологического 



поля в многоязычной терминографии. Применительно 

к  исторической  терминологии  в  английском, 

французском,  немецком  и  русском  языках,  2005, 236 

стр., http://www.dissercat.com 

3.

 

Лейчик В.М. Терминоведение: предмет, методы, 



структура, изд. 3, М.: ЛКИ, 2007, 256 стр. 

4.

 



Меркель  Светлана  Эдуардовна.  Семантико-

дистрибутивная  верификация  терминологического 

знака, Волгоград, 2001, http://31f.ru/dissertation 

5.

 



Терминове́дение, http://ru.wikipedia.org 

6.

 



С.Ю.Соловьев. 

Вопросы 


систематизации 

терминологии, 

МГУ 

им. 


М.В.Ломоносова, 

http://www.park.glossary.ru/ 

7.

 

Теория  термина:  комплексно-вариологический 



65 

 

подход,  www.bankrabot.com 



8.

 

www.infoterm.info 



9.

 

30 Years of  Infoterm, 2004, 20 pp., 



http://www.infoterm.info/pdf/about_us/30_years_infoterm.

pdf 


10.

 

www.termnet.org 



11.

 

В.  М.  Лейчик,  Конференции  терминологов, 



http://skachate.ru/literatura/4009/index.html?page=9 

12.


 

Крестова  С.А.,  Лексикографическое  описание 

терминологической  системы  "лексикография",  2004, 

300 


стр., http://www.dissercat.com 

13.


 

Терминология, www.krugosvet.ru 

14.

 

www.iso.org 



15.

 

First Workshop on Computational Terminology, 



COMPUTERM '98,  University of Montreal, Montreal 

(Québec, Canada), 1998. 

16.

 

 COMPUTERM '02 COLING-02 on 



COMPUTERM 2002: second international workshop on 

computational terminology, Association for Computational 

Linguistics, Stroudsburg, PA, USA, 2002. 

17.


 

Computerm 2004 -  3rd International Workshop 



66 

 

OnComputational Terminology, University of Salford, 



UK, 2004. 

18.


 

 18th International Conference on Computational 

Linguistics (Coling'00), Association for Computational 

Linguistics Stroudsburg, PA, USA, 2000. 

19.

 

 13th International Conference on Intelligent 



Text Processing and Computational Linguistics, March 

11–17, 2012, Indian Institute of Technology Delhi, New 

Delhi, India,http://www.cicling.org/2012 

20.


 

Edited by Didier 

Bourigault,Christian 

Jacquemin,Marie-Claude L'Homme. Recent advances in 

computational terminology. John Benjamins Publishing Co 

| ISBN: 1588110168 | July 2001 | PDF (OCR) | 379 pages. 

21.

 

Maria Teresa Cabré. Terminology: theory, methods, 



and applications.Terminology and Lexicography Research 

and Practice, 1, John Benjamins Publishing,1999, 248 pp. 

22.

 

Kyo Kageura. The Dynamics of Terminology. 



Terminology and Lexicography Research and 

Practice, 5,  John Benjamins Publishing,2002, 322 pp. 

23.

 

Edited by Piet Van Sterkenburg.  A Practical Guide 



to Lexicography, Terminology and Lexicography Research 

67 

 

and Practice, John Benjamins Publishing, 2003, 460 pp. 



24.

 

Edited by Bassey Antia, Indeterminacy in 



Terminology and LSP.  Terminology and Lexicography 

Research and Practice, 8,  John Benjamins Publishing, 

2007, 236 pp. 

25.


 

Alexander 

Gelbukh 

(Ed.). Computational 

Linguistics and Intelligent Text Processing. 5th 

International Conference, CICLing 2004, Seoul, Korea, 

Proceedings, Series: Lecture Notes in Computer Science, 

Vol. 2945, 2004, XVIII, 651 p. 

26.

 

Asunción Gómez-Pérez, Mariano Fernández-López, 



Oscar Corcho.Ontological Engineering: With Examples 

from the Areas of Knowledge Management, E-Commerce 

and the Semantic Web. Springer, 22.07.2004 , 403pp. 

27.


 

Srinivas Bangalore, Short biography, 

http://www.research.att.com/people/Bangalore_Srinivas/in

dex.html 

28.

 

Marie-Francine Moens, Short biography, 



http://people.cs.kuleuven.be/~sien.moens. 

29.


 

Professor Khurshid Ahmad, 

http://www.tcd.ie/Neuroscience/partners/PI%20Profiles/K


68 

 

hurshid_Ahmad2.php. 



30.

 

Ingrid Meyer, Douglas Skuce, Lynne Bowker, 



Karen Eck.Towards a New Generation of Terminological 

Resources: An Experiment in Building a Terminological 

Knowledge Base, C92-3146.pdf. 

31.


 

Boguraev, B., B. Levin. Models for Lexical 

Knowledge Bases, in J. Pustejovsky, ed., Semantics and 

the Lexicon, Kluwer, Dordrecht, Also appears in 

Electronic Text Research, Proceedings of the Sixth Annual 

Conference of the Centre for the New OED, University of 

Waterloo, Waterloo, Ontario, 1990, 65-78 p. 

32.


 

Əliquliyev  R.M.,  Qurbanova  Ə.M.,  Virtual 

m

əkanda Azərbaycan dilinin problemləri və  həlli  yolları, 



Terminologiya m

əsələləri, Bakı, 2009, səh. 11-18. 

33.

 

 "Dövl



ət dilinin tətbiqi  işinin  təkmilləşdirilməsi 

haqqında"  Fərman, Heydər  ƏLİYEV,  Azərbaycan 

Respublikasının Prezidenti, Bakı şəhəri, 18 iyun 2001-ci il. 

34.


 

 “Az


ərbaycan 

Respublikası 

Dövlət Dil 

Komissiyasının  təşkilinin  təsdiq edilməsi  haqqında” 

S

ərəncam, Heydər ƏLİYEV, Azərbaycan Respublikasının 



Prezidenti, Bakı şəhəri, 4 iyul 2001-ci il. 

69 

 

35.



 

 “Az


ərbaycan  əlifbası  və  Azərbaycan dili gününün 

t

əsis edilməsi  haqqında” Fərman, Heydər  ƏLİYEV, 



Az

ərbaycan  Respublikasının  Prezidenti,  Bakı  şəhəri, 9 

avqust 2001-ci il. 

36.


 

 “Az


ərbaycan dilində  latın  qrafikası  ilə  kütləvi 

n

əşrlərin həyata keçirilməsi  haqqında”  Sərəncam, 



Az

ərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyev,  Bakı 

şəhəri, 12 yanvar 2004-cü il. 

37.


 

 “Dövl


ət  dili  haqqında”  Qanun,    Heydər  ƏLİYEV, 

Az

ərbaycan  Respublikasının  Prezidenti,  Bakı  şəhəri,  



30 sentyabr 2002-ci il. 

38.


 

 “Az


ərbaycan  dilinin  işlənməsi və  qorunması 

haqqında” Qanun, Bakı şəhəri, may 2003-cü il. 

39.

 

Az



ərbaycan  Respublikasında  rabitə  və  informasiya 

texnologiyalarının  inkişafı  üzrə  2005-2008-ci illər üçün 

Dövl

ət  Proqramı  (Elektron  Azərbaycan), 21 oktyabr  



2005-ci il. 

40.


 

Əliquliyev  R.M.,  Qurbanova  Ə.M.,  Terminoloji 

informasiya sistemi v

ə 

inkişaf 



perspektivləri, 

Terminologiya m

əsələləri, Bakı, 2010, səh. 27-33. 

41.


 

 “Az


ərbaycan  dilinin  qlobollaşma  şəraitində 

70 

 

zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin 



inkişafına  dair  Dövlət  Proqramı  haqqında”  Sərəncam, 

Az

ərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bakı 



şəhəri, 23 may 2012-ci il. 

 

 



71 

 

Əliquliyev 



Rasim 

M

əhəmməd oğlu 

 

AMEA-



nın akademik-katibi, AMEA 

İnformasiya Texnologiyaları İnstitutunun 

direktoru, AMEA-

nın həqiqi üzvü, texnika 

elml

əri doktoru, professor 



 

rasim@science.az 

director@iit.ab.az 

 

 



Qurbanova  

Əfruz 

Muxtar qızı 

  

AMEA İnformasiya Texnologiyaları 



İnstitutunun sektor müdiri 

 

afruz@iit.ab.az 



afruz1@yandex.ru 

 

 



 

 

 



 

 


72 

 

Texniki redaktorlar: 

           Anar S

əmidov  


Zülfiyy

ə Hənifəyeva 



Korrektor:               

 

İlkanə Əhmədzadə 



Kompüter t

ərtibatı:  

 

Mehriban Bağırova 



 

 

 



 

 

 



 

 

 



 

Çapa imzalanmışdır 05.11.2014. Çap vərəqi 60x84, 1/16 

Sifariş №60, sayı 200 nüsxə 

 

 



 

Document Outline

  • Texniki redaktorlar:            Anar Səmidov
  • Zülfiyyə Hənifəyeva
  • Kompüter tərtibatı:   Mehriban Bağırova

Yüklə 369,32 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin