1 İdrarəetmənin prinsipləri
Planlaşdırma menecmentin ilkin funksiyasıdır və o, təşkilatın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mərhələlərini özündə birləşdirir. Plan–qarşıya qoyulan məqsədləri, onların məzmununu, ardıcıllığını, müəyyən müddət ərzində onlara nail olunması yollarına dair fikirləri və ideyaları özündə əks etdirir.
İdarəetmənin növbəti əsas funksiyalarından biri də təşkiletmədir. Bu funksiyanın məqsədi qəbul olunmuş iş planının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Təşkiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin yerinə yetirilməsidir.
Təşkiletmə funksiyası fəaliyyətin planlaşdırma mərhələsindən fəaliyyətin həyata keçirilməsi mərhələsinə keçid mərhələsidir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri cəlb edir, yerləşdirir, onların gələcəkdə birgə fəaliyyəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək vəziyyətə gətirir. Təşkiletmə funksiyası sistemin bütün elementləri arasında daimi və mütərəqqi əlaqələri müəyyən edir, onların fəaliyyətinin qaydalarını və şərtlərini müəyyənləşdirir.
Motivləşmə daha çox psixoloji termindir. Motivləşmə insanı məqsədyönlü formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir.
Motivləşmə prosesinin baş verməsində motivasiyanın rolu olduqca böyükdür. Motivasiya motivlər toplusudur. Motivlər dedikdə, prosesin baş verməsi üçün lazım olan amillər, səbəblər, maraqlar, elementlər, xüsusiyyətlər başa düşülür. Motivlər insanı fəaliyyətə təhrik edir. Deməli, motivasiya insanı fəaliyyətə sövq etdirən və ya onu fəallaşdıran daxili və xarici hərəkətverici qüvvə və amillərin məcmusudur. Burada daxili və xarici hərəkətverici qüvvələr motivlərdir.
Marketinq menecmentin funksiyası olmaqla, tələb-təklif münasibətlərini araşdırmaq və bu münasibətdən doğan zəruri istehsalı müəyyən etmək, istehsalın həyata keçirilməsini təmin etmək, hazır məhsulun satışını həyata keçirmək fəaliyyətidir.
Marketinq “market” sözündəndir, hərfi tərcüməsi bazar deməkdir. Marketinqə aşağıdakı tərifləri vermək olar:
marketinq əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması ilə əlaqədar fəaliyyəti əhatə edir;
marketinq bazarın tələbatının öyrənilməsinə və onun aktiv fəaliyyətinə yönəldilmiş idarəetmənin alt sistemidir;
marketinq ehtiyacların və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür;
marketinq bazarın idarə edilməsinin konsepsiyasıdır.
Göründüyü kimi, verilən təriflər marketinqin müxtəlif cəhətlərini ifadə edir. Marketinq fəaliyyəti, həmçinin əmtəələrin işlənib hazırlanmasından, bazar tədqiqatlarının aparılmasından, əlaqələrin yaradılmasından, bölgünün təşkilindən, reklam və servis xidmətlərinin inkişaf etdirilməsindən ibarətdir.
Nəzarətetmə idarəetmənin mühüm funksiyalarından biridir. Nəzarət sözü nəzər yetirmək, baxmaq, müşahidə aparmaq mənasını daşıyır. Nəzarətetmə müəssisədə intizamın yaranmasını, fəaliyyətin tənzimlənməsini, qayda-qanunlara, təlimatlara əməl olunmasını təmin edən idarəçilik funksiyasıdır.
Nəzarət idarəetmənin obyektini və subyektlərini əhatə edir. Nəzarətin obyekti bütün istehsal sistemləri və yarımsistemləri, funksional və xətti sistemlər, istehsal, tədavül və s. sahələr ola bilər. Nəzarətin subyekti isə, fərdi adamlar, sosial qruplar və bütövlükdə təşkilat ola bilər.
Nəzarətin əsas məqsədi qərarların qəbulu ilə icrası arasındakı vəhdətliyi təmin etməkdən, müəssisələrin sərəncamında olan maddi dəyərləri mühafizə etməkdən, problemləri aşkar etməkdən, aradan qaldırmaqdan və gələcəkdə baş verməməsi üçün tədbirlər görülməkdən ibarətdir.
2 Plalaşdırma funksiyası
Planlaşdırma menecmentin ilkin funksiyasıdır və o, təşkilatın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mərhələlərini özündə birləşdirir. Plan–qarşıya qoyulan məqsədləri, onların məzmununu, ardıcıllığını, müəyyən müddət ərzində onlara nail olunması yollarına dair fikirləri və ideyaları özündə əks etdirir.
Planlaşdırma prosesi planların tərtib edilməsi ilə əlaqədar bir prosesdir. Planlaşdırma prosesi qərarların qəbul edilməsi və reallaşdırılması ilə əlaqədar təsəvvürlərin sistemləşdirilməsi mexanizmdir. Planlaşdırmanın idarəçilik fəaliyyəti baxımından aşağıdakı funksiyaları vardır:
Məqsədin müəyyən edilməsi.
Proqnozlaşdırma.
Layihələşdirmə.
Daxili koordinasiya.
Ehtiyatların bölüşdürülməsi.
Müddətinə görə planlar 3 növə bölünür:
1. Qısa müddətli planlar (Qısa müddətli planlar bir ilədək olan müddəti əhatə edir).
2. Orta müddətli planlar (Orta müddətli planlar iki ildən dörd ilədək olan müddəti əhatə edir).
3. Uzun müddətli planlar (Uzun müddətli planlar isə beş ildən yuxarı müddəti əhatə edir).
Planlar təsərrüfat fəaliyyətinin iqtisadi mahiyyəti və məzmununa görə aşağıdakı kimi təsnifləşdirilir:
Strateji planlar.
Taktiki planlar.
Cari planlar.
Operativ planlar.
Strateji planlar beş ildən yuxarı olan dövrü əhatə edir. Strateji planlar müəssisənin strategiyasının, onun fəaliyyət istiqamətlərinin, perspektiv inkişafının müəyyənləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütərəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabiliyyətinin möhkəmləndirilməsini nəzərdə tutur.
Strateji məqsədlərə aşağıdakılar aiddir:
Fəaliyyət istiqamətlərinin seçilməsi.
İstehsal olunacaq məhsul növünün seçilməsi.
Kapital qoyuluşunun həyata keçirilməsi.
Mövcud istehsalın təkmilləşdirilməsi.
Perspektivlərin müəyyən olunması.
Təşkilatın rəqabət qabiliyyətinin möhkəmləndirilməsi və s.
Strategiya təşkilatın mövcudluğuna dair əsas suallara cavab verir. Strategiya təşkilatın zəif və güclü tərəflərini araşdırır, imkanları və gözlənilən təhlükələri müəyyənləşdirir. Strategiya xarici mühitdə dəyişkənliyə reaksiya verilməsinin vasitəsidir.
Strategiya uzun müddətli layihələr əsasında işlənilir. Həmin layihələrin işlənməsi zamanı düzgün ətraflı məlumatlar toplusundan istifadə etmək lazım gəlir.
Strateji planlar şirkətin hansı biznes fəaliyyəti ilə məşğul olacağını və bu istiqamətdə həyata keçiriləcək vəzifələri özündə əks etdirir. Bundan sonra biznes vahidinin daxilində daha dəqiq planlaşdırma baş verir. Strateji məqsədlər marketinq, maliyyə, informasiya, istehsal, nəzarət sahələri üzrə birgə işlənir.
Taktiki planlar strategiyaya nail olmaq üçün müəssisəni müxtəlif vaxtlarda müəyyən fəaliyyət mövqelərinə çıxarır. Taktiki planlar strateji plana nail olmaq üçün taktiki gedişləri, mərhələləri, dövrləri özündə əks etdirirlər.
Cari planlar isə bir illik cari dövrü əhatə edir. Həm taktiki, həm də cari plan strateji planlara nail olunmasına xidmət edir. Cari plan uzun müddətli maliyyə-təsərrüfat fəaliyyətini illər üzrə özündə əks etdirən aralıq plandır. Cari planlara bir illik istehsal, maliyyə, maddi-texniki təchizat, satış və s. planlar aiddir.
Operativ planlar fəaliyyət dövründə baş vermiş mənfi dəyişikliklərin və onun yaratdığı problemlərin dərhal aradan qaldırılmasına xidmət edir. Operativ tədbirlər planı aşağıdakı məsələlərin həllini özündə cəmləşdirir.
Dəyişikliklərin və onların yaranma səbəblərinin öyrənilməsi.
Dəyişikliklərin və onların yaranmasına təsir edən amillərin təhlil edilməsi və təsir dərəcələrinin minimuma endirilməsi.
Dəyişikliklərin və onların yaratdığı problemlərin nəticələrinin dərhal aradan qaldırılması.
Müəssisədə həmin dəyişiklik və problemlərin yaranmaması üçün profilaktik tədbirlərin görülməsi.
Planlaşdırmanın aşağıdakı prinsipləri mövcuddur:
Planların ardıcıllığı prinsipi. Qarşıya qoyulan məqsədə nail olmaq yollarının və müddətlərinin ardıcıllığı düzgün müəyyənləşdirilməlidir.
Planların reallığı prinsipi. Planda nail olunması nəzərdə tutulan göstəricilər və nəticələr reallığa uyğun olmalıdır.
Planların aydınlığı prinsipi. Planlar aydın, başa düşülən tərzdə tərtib edilməlidir. Çünki ayrı-ayrı şöbələr və bölmələr onun müddəalarını başa düşməli və fəaliyyətlərində tətbiq etməlidirlər.
Planların çevikliyi prinsipi. Planlar situasiyanın, yaranmış vəziyyətin tələblərinə uyğun olaraq çevik formada dəyişdirilmək imkanına malik olmalıdır.
3 Təşkil etmə funksiyası
İdarəetmənin növbəti əsas funksiyalarından biri də təşkiletmədir. Bu funksiyanın məqsədi qəbul olunmuş iş planının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Təşkiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin yerinə yetirilməsidir.
Təşkiletmə funksiyası fəaliyyətin planlaşdırma mərhələsindən fəaliyyətin həyata keçirilməsi mərhələsinə keçid mərhələsidir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri cəlb edir, yerləşdirir, onların gələcəkdə birgə fəaliyyəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək vəziyyətə gətirir. Təşkiletmə funksiyası sistemin bütün elementləri arasında daimi və mütərəqqi əlaqələri müəyyən edir, onların fəaliyyətinin qaydalarını və şərtlərini müəyyənləşdirir.
Təşkiletmə funksiyasının vəzifəsi istehsal və insan ehtiyatlarını elə qarşılıqlı əlaqəli sistemdə birləşdirməkdən ibarətdir ki, qarşıya qoyulan məqsədə səmərəli surətdə nail olmaq mümkün olsun. Burada sistemin quruluşunun müəyyənləşdirilməsi, altsistemlər arasında qarşılıqlı əlaqələr, bölmələr arasında funksiyaların paylanması, müvafiq hüquqların verilməsi və s. nəzərdə tutulur.
Plan tapşırıqlarının ritmik və nəzərdə tutulan həcmdə, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi idarəetmənin təşkiletmə funksiyasının başlıca məsələsidir.
Hər bir düşünülmüş hadisə və proses, onun təşkil olunması ilə başlayır. Burada belə bir sual meydana çıxır. Onda niyə idarəetmənin birinci funksiyası təşkiletmə deyil, planlaşdırma hesab olunur?
Çünki hər hansı bir müəssisə və fəaliyyət təşkil olunmamışdan qabaq əvvəlcə məqsəd ortaya çıxır və ya müəyyən olunur. Məqsədin müəyyən olunması isə planlaşdırmanın ilkin mərhələsi hesab edilir. Deməli, məqsədin öncə yaranması fikri təşkiletmədən qabaq planlaşdırmanın yazılı və ya insan beynində ideya formasında meydana gəlməsini təsdiqləyir.
Təşkiletmə, həmçinin bir prosesdir. Bu prosesi üç mərhələyə bölmək olar.
Müəssisənin təşkil edilməsi.
İstehsalın təşkil edilməsi.
3. İdarəetmənin təşkili.
Təşkiletmənin birinci mərhələsi müəssisənin hüquqi cəhətdən təsis edilməsi və müvafiq dövlət orqanlarında qeydiyyatdan keçirilməsi ilə əlaqədardır. Bu mərhələ müəssisənin hüquqi cəhətdən təşkil olunması mərhələsi kimi başa düşülür. Çünki istehsal fəaliyyəti ilə məşğul olaraq pul qazanmaq istəyən sahibkar həmin istəyinə çatmaq və ideyalarını reallaşdırmaq üçün birinci növbədə müəssisəni təsis etməli, başqa sözlə desək, hüquqi şəxs yaratmalıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi şəxs yaratmadan fiziki şəxs kimi də fəaliyyət göstərmək mümkündür. Amma bu kiçik həcmli təsərrüfat subyektləri üçün daha çox əlverişlidir.
Hüquqi şəxsin yaradılması üçün əvvəlcə müəssisənin təşkil olunmasının hüquqi və texniki tərəflərini həyata keçirmək lazım gəlir.
Müəssisənin təşkilinin hüquqi və texniki tərəfləri nizamnamənin tərtib edilib müvafiq dövlət orqanlarında qeydiyyata alınmasından tutmuş, banklarda hesablaşma hesabı açmağa qədər olan bütün mərhələləri özündə əks etdirir.
İkinci mərhələ isə istehsalın təşkili mərhələsidir. Bu mərhələ istehsal üçün lazım olan ünsürlərin təşkili ilə əlaqədardır. İstehsalın baş verməsi üçün üç ünsürün olması vacibdir. 1) əmək alətləri (əsas vəsaitlər); 2) əmək cisimləri (dövriyyə vəsaitləri); 3) işçi qüvvəsi. İşçi qüvvəsi əmək alətləri vasitəsi ilə əmək cisimlərinə təsir etməklə məhsul istehsal edir.
Məhsul istehsalının təşkili məqsədilə rəhbərlər aşağıdakı funksiyaları yerinə yetirməlidirlər.
1. Əsas vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi.
2. Müəssisənin istehsal gücünün artırılması ilə əlaqədar texniki-təşkilati işlərin yerinə yetirilməsi.
3. Dövriyyə vəsaitlərinin cəlb edilməsi.
4. Maliyyə kapitalının cəlb edilməsi və maliyyə imkanlarının genişləndirilməsi.
5. İşçi qüvvəsinin cəlb edilməsi və əmək bölgüsünün aparılması.
6. Təhlükəsizlik və ekoloji tələblərin təmin olunması və s.
İstehsal fəaliyyəti ilə məşğul olmaq üçün əvvəlcə əsas vəsaitlərin – inzibati binanın, istehsal binasının təmin olunması, yəni alınması və ya icarəyə götürülməsi lazımdır. Bundan sonra texniki vəsaitlərin (maşın və avadanlıqların, dəzgahların) təchiz edilməsi vacib məsələdir.
4 Motivləşdirmə funksiyası
Motivləşmə daha çox psixoloji termindir. Motivləşmə insanı məqsədyönlü formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir.
Motivləşmə prosesinin baş verməsində motivasiyanın rolu olduqca böyükdür. Motivasiya motivlər toplusudur. Motivlər dedikdə, prosesin baş verməsi üçün lazım olan amillər, səbəblər, maraqlar, elementlər, xüsusiyyətlər başa düşülür. Motivlər insanı fəaliyyətə təhrik edir. Deməli, motivasiya insanı fəaliyyətə sövq etdirən və ya onu fəallaşdıran daxili və xarici hərəkətverici qüvvə və amillərin məcmusudur. Burada daxili və xarici hərəkətverici qüvvələr motivlərdir.
Motivləşmə prosesi isə insanda motivlərin köməyi ilə fəaliyyətin başlaması, davam etməsi və fəallığın artması prosesidir. Motivləşmənin əsasında insan tələbatları dayanır. Maddi və mənəvi ehtiyaclar insanın maddi və mənəvi tələbatlarını yaradır. İnsan öz tələbatını ödəmək üçün müxtəlif üsul və vasitələr axtarır. Tələbatlar insanı həyat və əmək fəaliyyətinə sövq edir. Buradan belə aydın olur ki, tələbatlar insanın fəallığının mənbəyini təşkil edir. Deməli, motivləşmə prosesinin əsas mənbəyi tələbatlardır.
İnsan hər hansı fəaliyyətlə məşğul olmaq üçün qarşısına məqsəd qoyur. Nə iş görməli və hansı sahədə çalışmalıdır ki, o yeməyə, geyimə və s. olan tələbatlarını ödəsin. Bu suala cavab tapdıqdan sonra insan özünə müvafiq fəaliyyət sferasında çalışmaq üçün əvvəl həmin fəaliyyətin ünsürlərinə (motivlər: ixtisas, bilik, informaşıyalar, maliyyə vəsaiti, texniki vəsaitlərə) malik olur, sonra isə fəaliyyət göstərməyə başlayır (motivləşir).
Fəaliyyət
Biz qeyd etdik ki, istehsalın baş verməsi üçün üç ünsürün olması vacibdir. 1) əmək alətləri; 2) əmək cisimləri; 3) işçi qüvvəsi. İşçi qüvvəsi əmək alətləri vasitəsi ilə əmək predmetlərinə təsir etməklə məhsul istehsal edir. Məsələn metal lövhələri tokar dəzgahında yonmaqla yivlər istehsal etməliyik. Təsəvvür edək ki, biz istehsalın hər üç ünsürlərini cəlb etmişik. Yəni fəaliyyət təşkil olunmuşdur. Burada əmək aləti kimi tokar dəzgahı, əmək cisimləri kimi metal lövhələr, işçi qüvvəsi kimi bu işi yerinə yetirəcək insanlar çıxış edir. Bu ünsürləri bir yerə toplamaq hələ istehsal prosesinə başlamaq demək deyildir. Çünki ünsürləri təşkil etdikdən sonra, istehsal prosesi üçün onların bir-birinə təsirini təmin etmək, yəni idarəetmənin üçüncü funksiyası hesab edilən motivləşmə prosesini yaratmaq və həyata keçirmək lazımdır. Motivləşmə insanı əmək alətləri vasitəsilə əmək predmetinə şüurlu surətdə təsir etməyə vadar edir. Bəs motivlər bu prosesdə özünü necə büruzə verir?
Əgər motivləşmə hərəkətverici qüvvədirsə, motiv bu qüvvəni yaradan səbəb və ya amildir. Məsələn istehsal prosesinin baş verməsi üçün dəzgah və metal lövhə vardır. Lakin işçi qüvvəsini cəlb etmək lazımdır. İşçi qüvvəsinin alacağı əmək haqqının məbləği onu qane etməzsə, o, işləməyəcəkdir. Nəticədə istehsal prosesi baş tutmayacaqdır. Deməli, əmək haqqı işçini işləməyə sövq edən əsas motivlərdən biridir.
5 Marketinq funksiyası
Marketinq menecmentin funksiyası olmaqla, tələb-təklif münasibətlərini araşdırmaq və bu münasibətdən doğan zəruri istehsalı müəyyən etmək, istehsalın həyata keçirilməsini təmin etmək, hazır məhsulun satışını həyata keçirmək fəaliyyətidir.
Marketinq “market” sözündəndir, hərfi tərcüməsi bazar deməkdir. Marketinqə aşağıdakı tərifləri vermək olar:
marketinq əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması ilə əlaqədar fəaliyyəti əhatə edir;
marketinq bazarın tələbatının öyrənilməsinə və onun aktiv fəaliyyətinə yönəldilmiş idarəetmənin alt sistemidir;
marketinq ehtiyacların və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür;
marketinq bazarın idarə edilməsinin konsepsiyasıdır.
Göründüyü kimi, verilən təriflər marketinqin müxtəlif cəhətlərini ifadə edir. Marketinq fəaliyyəti, həmçinin əmtəələrin işlənib hazırlanmasından, bazar tədqiqatlarının aparılmasından, əlaqələrin yaradılmasından, bölgünün təşkilindən, reklam və servis xidmətlərinin inkişaf etdirilməsindən ibarətdir.
Bəziləri marketinqin yalnız satış və reklamdan ibarət olduqlarını düşünürlər. Marketinq prosesi istehlakçılarla başlayır, istehlakçılarla davam edir və istehlakçılarla da bitir. Deməli, təşkilatlar istehsala başlamamışdan əvvəl istehlakçı tələbatını öyrənməli, istehsalı bu tələbatın ödənilməsinə uyğun qurmalı, sonra istehsal olunmuş məhsulu reallaşdırmaq haqqında düşünməlidirlər. Marketinq bazarda tələbatı öyrənən, bu məqsədlə istehsalı müəyyənləşdirən, istehsal olunmuş məhsulun satışını təşkil edən, nəhayət tələbatı ödəməklə gəlir əldə etməyi təmin edən fəaliyyətdir.
Marketinq insan ehtiyaclarının və tələbatının ödənilməsi məqsədi ilə mübadilənin baş verməsi üçün bazarda aparılan işdir. Mübadilə prosesi zəhmət tələb edir. Satmaq istəyən hər bir kəs alıcıları axtarmalı, onların ehtiyaclarını aşkar etməli, müvafiq malları layihələşdirməli, anbarlaşdırmalı, alıcılara təqdim etməli, qiymətləri razılaşdırmalıdırlar. Marketinq konsepsiyası müəssisənin bazarla əlaqədar fəaliyyətinin bütün mərhələlərinin nəzəri əsasını təşkil edir. Marketinq konsepsiyası müəssisələrin satış fəaliyyətinin təşkilinə olan baxışı əks etdirir. Marketinq konsepsiyası aşağıdakı alt konsepsiyaların məcmusundan ibarətdir:
İstehsalın təkmilləşdirilməsi konsepsiyası.
Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası.
Kommersiya səylərinin gücləndirilməsi konsepsiyası.
Sosial-etik konsepsiya.
Bazar konsepsiyası.
Rəqabətin, elmi texniki tərəqqinin (ETT) geniş vüsət aldığı hazırkı dövrdə istehsal daim təkmilləşir, bazara yeni məhsullar daxil olur. Buna görə də, müəssisə rəqabətə davam gətirmək üçün öz istehsalını təkmilləşdirməyə məcburdur.
Nəzarət ayrı-ayrı təşkilatlarda və onların daxili bölmələrində əlverişli şəraitin yaradılmasına imkan yaratmalıdır. Bunun üçün təşkilatların özlərində və onlardan kənarda müxtəlif nəzarətetmə sistemləri yaradılır. Nəzarət öz təbiətinə görə əks əlaqə prinsipinə, ideyasına əsaslanır. Başqa sahələrdə (Məsələn idarəetmə qərarlarında) olduğu kimi nəzarətin də özünəməxsus texnologiyası vardır:
nəzarət konsepsiyasının müəyyən edilməsi, seçilməsi
nəzarət məqsədinin seçilməsi
nəzarət metodlarının seçilməsi
nəzarət normalarının seçilməsi
nəzarət sferalarının seçilməsi
nəzarət müddətlərinin seçilməsi
Nəzarətin məqsədi stres vəziyyəti, qorxu xofu yaratmaq deyil, nöqsanların aradan qaldırılmasına kömək etməkdir. Menecer həmişə nəzarətin səmərəli olmasına, nəticədə müsbət halətin yaranmasına çalışmalıdır.
Nəzarətdə ən başlıca məsələ obyektin arzu olunan standartdan kənarlaşma səbəblərinin sistemli halda aşkara çıxarılması və qiymətləndirilməsi, tənzimləmə proqramının tərtib edilməsidir. Ən vacib məsələdən biri də nəzarətin idarəetmə tsikli, menecmentin digər funksiyaları ilə optimal halda əlaqələndirilməsidir. Nəzarətdə, həmçinin nəzarət vaxtının (ilkin, cari, son), nəzarət məqsədinin (operativ, strateji), nəzarət predmetinin (inzibati, maliyyə), nəzarətin məzmununun və nəzarət metodlarının dəqiqliyi, nəzarət fəaliyyətinin səmərəli təşkili son dərəcə vacibdir. Hər bir nəzarət növünün öz konkret məzmunu vardır. Bir qayda olaraq kənarlaşmalar yol verilən, yol veriləndən aşağı və yuxarı hədlərdə olur. Ona görə də ən vacib problemlərdən biri həmin kənarlaşmaların faktiki miqyasının müəyyən edilməsidir.
7 Sosial-psixoloji metod
Sosial-psixoloji üsul sosial və psixoloji üsullardan ibarətdir.
Sosial üsul. İdarəetmənin üsullarından biri də sosial üsuldur. Sosial üsul insanların sosial tələbatının ödənilməsi və sosial inkişafının təmin olunması ilə idarəetmənin həyata keçirilməsi üsuludur.
Sosial tərbiyə “İnsan-insan” sistemində həyata keçirilir. Qərb ölkələrində bu iş sosial iş adını almışdır. Sosial işin mənasını insanın insana humanist münasibəti təşkil edir. Sosial iş, həmçinin insanın cəmiyyətə uyğunlaşmasında xüsusi əhəmiyyət kəsb edir. İdarəetmənin sosial metodu rəhbər işçi münasibətlərində işçilərin hüquqlarının pozulmamasını, onlarla səmimi rəftar olunmasını, işçilərin sosial inkişafını və sosial tələbatlarının ödənilməsini tələb edir.
Sosial tələbat dedikdə, insanın maddi və mənəvi tələbatları sistemi başa düşülür. İnsan fəaliyyətinin əsasında sosial tələbatlar dayanır. İnsan öz tələbatını ödəmək üçün fəaliyyət göstərir və gəlir əldə edir. Əldə etdiyi gəlirlə o, öz tələbatlarını ödəməyə müvəffəq olur. Deməli, işçilərin tələbatlarının ödənilməsi yolu ilə onların fəallaşdırılması sosial üsulun əsas məqsədlərindən biridir. Rəhbər müəssisəyə işçi qəbul edərkən ona əmək haqqı təklif edir. O düşünməlidir ki, təklif etdiyi əmək haqqı işçinin minimum yaşayışını təmin etməlidir. Əgər təmin etmirsə, işçi daim iş axtarışında olacaq və istənilən vaxt o müəssisəni tərk etmək məcburiyyətində qalacaqdır.
Sosial tələbatın ödənilməsi işçini əmək fəaliyyətinə sövq edirsə, iqtisadi həvəsləndirmə sistemlərinin tətbiqi onların əmək fəallığını artırır. İqtisadi həvəsləndirmə sisteminə əlavə əmək haqqını, mükafatlandırma sistemini, maddi yardımların verilməsini aid etmək olar.
Psixoloji üsul. İdarəetmədə psixologiyanın, psixi proseslərin rolu böyükdür. İdarəetmə fəaliyyətində psixoloji üsul insanların davranış və ünsiyyət fəaliyyəti ilə əlaqədar olub, onların fəaliyyətinə təsir göstərmək, onları vacib məqsəd ətrafında səfərbər etmək üsuludur.
Psixoloji üsullar sistemi də sosial fəlsəfənin tərkibinə daxildir. Psixoloji üsul fərdlərin, qrupun və ya kollektivin psixologiyasına təsir etməklə onların fəallığının yaradılması və artırılması üsuludur. İdarəetmənin bu metodu kollektiv arasında psixoloji əhval ruhiyyə yaratmaqla istehsalın inkişafına, keyfiyyətin yaxşılaşdırılmasına və insanlar arasında birgə fəaliyyətin və sosial münasibətlərin tənzimlənməsinə yönəldilir.
Kollektivdə fərdi və qrupdaxili münasibətlərdən, onların psixoloji xüsusiyyətlərindən “Əmək resursları” fəslində bəhs olunmuşdur.
Dolayı psixoloji üsullardan biri müəssisədə sağlam psixoloji mühitin formalaşdırılmasıdır. Bu üsul kollektivdə daim yüksək abu-havanın, əhval-ruhiyənin olmasını təmin edir. Sağlam psixoloji mühit insanlar arasında münasibətləri tənzimləyir, humanizmin inkişafına şərait yaradır.
İdeya-siyasi tərbiyə dedikdə, konstitusiyasının ali məqsədinə hörmətlə yanaşmağı, dövlət direktivlərinə, qanunvericilik aktlarına əməl etməyi, əməli fəaliyyətdə dövlətin mənafeyini şəxsi mənafedən üstün tutmağı tələb edir. İdeya-siyasi tərbiyə milli bayramların, məsələn Konstitusiya gününün, müstəqillik gününün, milli dirçəliş gününün və s. qeyd edilməsi, işçilərin bir sıra siyasi xadimlərlə görüşlərinin keçirilməsi, kollektivin dövlət tədbirlərində, siyasi tədbirlərdə fəal iştirakı ilə əlaqədardır. İdeya-siyasi tərbiyə kollektivin vətənpərvər ruhda tərbiyələnməsi üçün önəmlidir.
Kollektivin adət-ənənəsi bir neçə illər və ya on illiklər ərzində yaranır və formalaşır. Yeni təyin olunmuş rəhbərlər də kollektivin adət-ənənələrini öyrənməli və ona uyğunlaşmalıdırlar. Çünki kollektivin adət-ənənəsi kollektivin xarakterinin, xüsusiyyətlərinin, onlar arasında ünsiyyətin, əlaqənin təzahüründən formalaşır. Kadrların hərəkəti, yeniləşməsi, işə qəbulu tədricən baş verdiyindən, yeni kadrlar həmin ənənələrin təsirinə məruz qalır və ona uyğunlaşırlar. Kollektivin adət–ənənəsi onu digər kollektivlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.
Dostları ilə paylaş: |