Məsələ: float m,p;
int k;
m=84.3; k=-12; p=32.15;
printf << \m=%f \tk=%d \tp=%e” <Ekranda aşağıdaki sətir veriləcək:
m=84.299999 k=-12 p=3.21500l+01
\t – idarəedici simvolun 2 – dəfə iştirak etməsi çıxışa verilən qiymətlərin bir-birindən aralı olmasını təmin edir. Formatın spesifikatoruna sahənin eni və dəqiqlik kimi parametrlər də əlavə oluna bilər.
C++ dilində proqramların ümumi strukturu aşağıdaki kimidir:
prosessor önü direktivlər
1-ci funksiyanın təyini
2-ci funksiyanın təyini
- - - - - - -
N-ci funksiyanın təyini
Bu funksiyaların arasında main-adlı əsas funksiya həmişə iştirak edir. Sadə proqramda ancaq baş funksiya iştirak edir və aşağıdaki strukturaya malik olur:
prosessor önü direktivlər
void main( )
{ obyektlərin təyini;
icra olunan operatorlar;
}
Prosessor önü direktivlər vasitəsi ilə standart kitabxana faylları proqrama birləşdirilir. Bu əməliyyatı #include direktivi yerinə yetirir:
#include Məsələ; #include - giriş-çıxış əməliyyatlarını təmin edən fayl birləşdirilir. #include - riyazi funksiyalar olan fayl birləşdirilir.
Proqramın strukturu iki variantda ola bilər:
I variant: ənənəvi C++
#include int main( ) {
/* proqram kodu */
return 0;
}
Ənənəvi C++ dilində bütün kitabxana funksiyalarının adları və identifikatorlar bir qlobal sahədə yerləşir.
II variant: Standart C++
#include using namespace std;
int main( ) {
/* proqram kodu */
return 0;
}
Using nameSpace Std; - operatoru std- adlı adlar fəzasını proqrama birləşdirir. Std – kitabxana funksiyaları yerləşən yaddaş sahəsinin adıdır.
Sadə struktura malik bir proqram kimi Heron düsturu vasitəsi ilə üçbucağın sahəsinin hesablanması proqramına baxaq. Üçbucağın tərəfləri a,b,c-olsun. Üçbucağın sahəsini düsturu ilə hesablayaq. Burada p-yarımperimetrdir. Məsələnin proqramı:
#include #include using namespace std;
void main( )
{ float a,b,c,p,s;
Cout << “\na=” ; Cin >>a;
Cout << “\nb=” ; Cin >>b;
Cout << “\nc=” ; Cin >>c;
P=(a+b+c)/2 ;
s=sqrt(p*(p-a)*(p-b)*(p-c)) ;
Cout << “\n üçbucağın sahəsi=” << s;
return 0; }
Proqram main adlı bir əsas funksiyadan ibarətdir. Void-onu bildirir ki, bu funksiyanın qaytardığı nəticə yoxdur. Boş mötərizə isə funksiyanın arqumentlərinin olmadığını bildirir. Fiqurlu mötərizənin içərisində olan hissə funksiyanın gövdəsi adlanır. Proqramın sonrakı hissəsində dəyişənlərin təsviri və yerinə yetirilən operatorlar gəlir. Sonunda nöqtə-vergül olan istənilən ifadə operator hesab edilir. Bu tərif nöqteyi-nəzərindən i++; - operator hesab edilir. Bu operatora operator ifadə də deyilir. Sahənin hesablanması ifadəsində sqrt kitabxana funksiyalar kitabxanasına aiddir. Bu kitabxananı proqrama qoşmaq üçün #include -prosessor önü direktivindən istifadə edilir. Burada bu kitabxananın baş faylının adıdır. Baxılan proqramda Cin və Cout operatorlarından istifadə edilir. Bu operatorlar uyğun olaraq verilənlərin klaviaturadan daxil edilməsinə və ekrana verilməsinə xidmət edir. Bu operatorlar C++ dilinin giriş-çıxışının standart kitabxanasının funksiyalarına müraciəti təmin edir. Bu kitabxananın əsas faylının adı -dır.
25.C++ dilində istifadə olunan riyazi funksiyalar
#include -prosessor önü direktivindən riyazi funksiyalari programa daxil etdikde istifade olunur. C++ dilində ən çox istifadə olunan funksiyalara misallar:
abs(x) – tam ədədin mütləq qiyməti
acos(x) – arccosx
asin(x) – arcsinx
atgx(x) – arctgx
cos(x) – cosx
sinx(x) – sinx
exp(x) - e
tg(x) – tgx
sqrt(x) -
pow(x, y) - x
log10(x) – lgx
log(x) - lnx
fmod(x, y) – x-in y-ə tam bölünməsindən alınan qalıq
fabs(x) – həqiqi ədədin mütləq qiyməti
ceil(x) – x-dən kiçik olmayan ən yaxın tam ədəd
floor(x) – x-i aşmayan ən böyük tam ədəd
26.C++ dilində yazılmış proqramın proqramlaşdırma sistemində