1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti Kompüterin arxitekturası haqqında



Yüklə 306,97 Kb.
səhifə6/21
tarix06.07.2022
ölçüsü306,97 Kb.
#62659
1   2   3   4   5   6   7   8   9   ...   21
Proqramlasdirma imtahan cavablari

Struktur üsulla alqoritmləşmədə aşagıdakı elementar strukturlardan istifadə edilir:
-xətti strukturlar;
-budaklanan strukturlar;
-dövrü strukturlar.
Yuxarıdan aşagıya dogru alqoritmləşmədə alqoritmik proses mərhələlərə bılünür və ardıcıl olaraq yuxarıdan aşagıya dogru mərhələlərin alqoritmi tərtib olunur.Hər növbəti mərhələnin alqoritmi əvvəlki mərhələnin alqoritmini təkmilləşdirməklə alınır və yekunda məsələnin tam alqoritmi alınır.

15.ƏBOB-un tapılması alqoritmi


Verilmiş ədədləri M və N ilə işarə edək, onda

  1. Əgər M<>N olarsa, 2 bəndinə, əks halda 5 bəndinə keç,

  2. Əgər M>N olarsa, 3 bəndinə, əks halda 4 bəndinə keç,

  3. M-dən N-i çıxmalı və bu fərqin nəticəsini M-ə mənimsəməli. 1 bəndinə keçməli.

  4. N-dən M-i çıxmalı və bu fərqin nəticəsini N-ə mənimsətməli. 1 bəndinə keçməli.

  5. ƏBOB-un M-ə bərabər olduğunu qəbul etmək.

  6. Son.


16.Alqoritmin düzgünlüyünün yoxlanılması


Alqoritmin düzgünlüyünün yoxlanılması praktiki cəhətdən çox əhəmiyyətlidir.Belə ki, əgər məsələnin alqoritmi səhv olarsa onun əsasında tərtib olunan proqram da səhv olar və nəticədə əlavə maşın vaxtı və proqramçının vaxt itgisinin sərf olunmasına səbəb olunar.Bu itgilərin qarşısını almaq üçün alqoritmləşmə mərhələsində alqoritmin düzgünlüyünü yoxlamaq lazımdır. Alqoritmin düzgünlüyünü yoxlamaq üçün ən geniş yayılan üsullardan biri testləşmşdir.
Testləşmə-aralıq və son nəticələri alqoritmin düzgünlüyünün yoxlanılmasında istifadə olunan misalların qurulmasından ibarətdir.Belə misallara testlər deyilir.Testləşmə zamanı məlum ilkin verilənlər-testlər götrülür və bu ilkin verilənlər üçün alqoritm icra olunur.Alınan nəticələr etalon nəticələrlə müqayisə olunur.Əgər alınan nəticələr etalon nəticələrlə üst-üstə düşərsə alqoritmin düzgünlüyünə təminat verilir.Əks halda alqoritmdə səhv var və bu səhvi tapmaq lazımdır. Testləşmənin aşagıdakı üsulları vardır:
1)Alqoritmik testləşmə;
2)Analtik testləşmə;
3)Məzmunlu testləşmə.
Alqoritmik testləşmə məsələnin alqoritmi qurulan zaman yerinə yetirilir.
Analtik testləşmədə üsulun düzgünlüyü yoxlanılır.
Məzmunlu testləşmədə məsələnin qoyuluşu dəqiqləşdirilir,parametirlərin fiziki mənasə aydınlaşdırılır və onlar arasındakı əlaqələr müəyyənləşdirilir.

17.C++ dilinin elementləri


dilinin sintaksisi C dilinin sintaksisinin əsasında yaradılmışdır.
dilinin əlifbasına daxildir:

  1. və -ə qədər olan latın əlifbası;

  2. onluq rəqəmləri;

  3. Xüsusi simvollar: “ ”

Probel də (boş simvol) xüsusi simvollara aiddir. Komentariyalardan, simvol sabitlərdən və digər işarələrdən də istifadə etmək olar (məs. Rus hərflərindən). Bəzi simvolların kombinası arasında probel qoyulmur. Bunlara aiddir:

Şərhlər (komentariya) simvolların arasında yazılır. dilində belə işarəli şərhlər də vardır.
Çoxsətirli şərhləri vermək üçün simvollarından, bir sətirli şərhləri vermək üçün işarədən istifadə olunur.
Əlifbanın simvollarından dilin leksemləri, yəni sözləri əmələ gəlir. Kompilyasiya zamanı bu sözlər bölünməz vahid kimi qəbul edilir. Leksemlərə identifikatorlar, işçi sözlər, sabitlər əməl işarələri və ayrıcılar daxildir.
Latın hərfləri və simvollar ardıcıllığı, altdan xətt “-” işarəsi birlikdə identifikatoru əmələ gətirirlər. İdentifikator hərflə başlamalıdır. Məsələ,
B12, x, y, Z1, max, , R1_x, R1_y.
Paskaldan fərqli olaraq böyük və kiçik hərflər bir-birindən fərqlənir. Məs.: MİSAL, misal, Misal-müxtəlif identifikatorlardır.
İşçi sözlərin təyinatı birqiymətli olaraq təyin edilir. İşçi sözlər dəyişənin adı kimi istifadə oluna bilməz. Standart dilində aşağıdaki işçi sözlərdən istifadə edilir:
asm else private this
auto enum protected throw
break extern public tru
case float register typedef
catch for return typeid
char friend short union
class goto signed unsigned
const if siteof virtual
continue inline static void
default int struct volatile
delete long switch while
do new template operator
double

Bunlardan başqa dilinin bəzi konkret realizasiyasında olan bəzi işçi sözləri də əlavə etmək olar. Bu halda bəzi işçi sözlər bir və ya iki altdan xətt işarəsi ilə başlaya bilər. Məsələ: _ds, _AH, ^ export və s.


18.Verilənlərin tipləri
Verilənlərin tipləri anlayışı proqramlaşdırma dilləri üçün vacib anlayışlardan biridir. Verilənlərin tipi anlayışı proqramlaşdırma dillərində verilənlərin strukturunu müəyyən edir. Proqramda istifadə olunan dəyişənlər hər hansı bir tipə aid olmalıdır. Dəyişənin aid olduğu tip dəyişənin ala biləcəyi qiymətlər çoxluğunu və yaddaşda tutduğu yaddaş sahəsinin həcmini və onun üzərində aparıla biləcək mümkün əməliyyatları göstərir. Proqramda istifadə olunan dəyişənlərin hansı tipə aid olduqları göstərilməlidir. -da verilənlərin tipləri aşağıda göstərilən sxemdəki kimidir:

-dilində 4 baza hesabı və ya ədədi tip vardır. Onlardan ikisi-char və int tam ədədlərin təsviri üçün, ikisi isə-float və double sürüşən nöqtəli ədədlərin tipini göstərmək üçün istifadə edilir.
Bunlardan əlavə proqramda bu tiplərin modifikasiyalarından və modifikatorlardan istifadə olunur. Ölçünü göstərən 2 modifikatordan-short(qısa) və long(uzun), işarəni göstərən 2 modifikatordan-signed(işarəli) və unsigned(işərasiz) – istifadə olunur. İşarəli modifikatorlar ancaq tam tiplərə tətbiq olunur. Cədvəl 6.2.1-də hesabi tiplər, onların qiymətlər diapozonu və yaddaşda tutduqları yer göstərilmişdir. int və unsigned int tiplərinin ölçüsü dilinin kompilyatorunun hansı əməliyyat sistemində işləməsindən asılıdır. 16-mərtəbəli əməliyyat sistemlərində bu tiplərə 2 bayt, 16-mərtəbəli əməliyyat sistemlərində isə 4 bayt(windows) uyğundur.
Cədvəl 6.2.1


Yüklə 306,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin