Monitorların tipləri: CGA, EGA, VGA, SVGA və s.
Videoplataların tipləri: CGA, EGA, VGA, SVGA və s.
Rəngin dərinliyi – ekrana eyni zamanda çıxarıla bilən rənglərin sayı ilə müəyyən edilir və videoyaddaşın ölçüsü ilə təyin edilir.
Ekranın ölçüləri – 14, 15, 17, 19, 21, 29 dyum (diaqonal üzrə) ola bilir.
Ekrana çıxarılan nöqtələrin sayı məsələn, 640 200 ola bilər. Eyni bir monitorda müxtəlif iş rejimlərində ekrana müxtəlif sayda nöqtələr çıxarıla bilir. Məsələn, VGA tipli monitorda ekrana 640 480 və 800 600 sayda nöqtə, SVGA tipli monitorda ekrana 1024 768 və 1280 1024 sayda nöqtə çıxarıla bilir.
Nöqtənin (pikselin) ölçüləri. Bu kəmiyyət kiçik olduqca ekranda təsvir bir o qədər keyfiyyətli alınır. Normal ölçü 0,25 mm-dir.
Kadrların dəyişmə tezliyi. Bu tezlik böyük olduqca istifadəçinin gözləri bir o qədər az yorulur. Normal tezlik 70 Hersdir.
6. Kompüterin proqram təminatı
Kompüterdə ixtiyari informasiya proqramlar vasitəsilə tədqiq olunur. Bunun üçün kompüterin qəbul edəcəyi dildə, informasiyanı emal etmək üçün lazım olan dəqiq və ətraflı göstərişlər ardıcıllığını (proqramı) tərtib etmək lazımdır. Öz-özlüyündə heç bir kompüter onun tətbiq edildiyi sahələr üzrə heç bir biliklərə malik deyildir. Bütün bu biliklər kompüterlərdə yerinə yetirilən proqramlarda cəmlənmişdir. Kompüter üçün müxtəlif proqramlar tətbiq etməklə, onu mühəndis və ya mühasibin, aqronom və ya riyaziyyatçının iş yerinə çevirmək olar. Buna görə də kompüterdən effektiv istifadə etmək üçün, onunla iş üçün lazım olan proqramların təyinat və xassələrini bilmək lazımdır.
Hal-hazırda kompüterlərin hər bir tipi üçün çoxlu sayda proqramlar işlənib hazırlanmışdır. Kompüterlərin işlədilməsi üçün zəruri olan prqramlar külliyatına kompüterlərin poqram təminatı deyilir. Kompüterlərdə istifadə olunan əsas tip proqramlar aşağıdakılardır:
1) Sistem proqramları. Bu proqramlar kompüterlərin işlədilməsi və onlara texniki qulluq, lompüterlərdə ixtiyari konkret məsələnin həlli zamanı hesablama prosesinin təşkili və idarə edilməsi və s. üçün nəzərdə tutulub. Onlara əməliyyat sistemləri, əməliyyat sistemlərini örtükləri, utilit-proqramlar, antivirus proqramları və s. aiddir.
2) Proqramlaşdırma sistemləri.
3) Alət proqramlar. Bu proqramlardan gündəlik fəaliyyətdə sənədlərin hazırlanması üçün bir alət kimi istifadə olunur. Onlara mətinlərlə iş üçün nəzərdə tutulan proqramlar (mətn redaktorları), qrafik redaktorlar, elektron cədvəllər (cədvəl prosessorları), verilənlər bazasını idarəetmə sistemləri, özündə bir neçə alət proqramı birləşdirən mühitlər və s.
4) Mətinlərin avtomatik tərcümə proqramları
5) Tədris proqramları
6) Tətbiqi proqramlar
7) Oyun proqramları
8)Multimedia proqramları.
Əvvəlcə sistem proqramına baxaq. Əməliyyat sistemləri və əməliyyat sistemlərinin proqram örtükləri sistem proqramlarının əsas növləridir. Bu vacib proqramlarsız müasir kompüterlərin işi mümkün deyildir. Birinci növbədə bu əməliyyat sistemlərinə aiddir.
Əməliyyat sistemi – məsələlərin həlli prosesində və istifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin təşkili, kompüterin bütün vasitələrindən effektiv istifadə üçün nəzərdə tutulmuş proqramlar kompleksidir. Kompüterlərdə əməliyyat sistemi xüsusilə vacib rol oynayır, çünki məhz o, kompüterlərlə işi sadə və əlverişli edir.
Əməliyyat sistemlərinə aid misallar:MS DOS,Windows-05,98 2000,XP,10,Linux və s.
Lakin sistem əmrlərin köməyi ilə kompüterləri idarə etmək çətinliklər yaradır, bu çətinlikləri aradan qaldırmaq üçün proqram örtüklərindən istifadə olunur. Praktiki olaraq hər bir əməliyyat sistemi üçün proqram örtükləri mövcuddur. Təkcə MS DOS üçün bu cür proqramlardan bir neçə tip hazırlanmışdır. Onlardan ən geniş yayılanları Norton Commander, Norton Navigator, XTree, Norton Desktop, PC ToolsDesktop, MS DOS Shell və başqalarıdır.
Sistem proqramlarına utilit proqramları adlanan proqramlar da aiddir. Bu proqramlar istifadəçi üçün xeyirli olan müxtəlif əməliyyatlar yerinə yetirir. Bunlar, məsələn disklərdəki vərilənləri sıxlaşdıraraq onların tutduğu həcmi kiçildən arxivator proqramlar, kompüterlərdəki verilənləri qoruyan və bərpa edən proqramlar, disklərdəki informasiyanı optimal yerləşdirən proqramlar və s. Utilitləri adətən müəyyən proqram paketlərində birləşdirirlər. Belə paketlərdən ən çox istifadə olunanı və güclüsü Norton Utilities adlanır.
Antivirus proqramlar da utilit proqramlardandır. Virus proqram mətni təhrif edərək, onu tamamilə işə yaramaz hala gətirə bilir. Virus duşmüş proqram, başqa proqramları da bu virusa yoluxdura bilir. Yoluxmaya əsasən com, exe ad genişlənmələri olan proqram faylları məruz qalır. Mətni fayllar, proqramlaşdırma dillərində tutulmuş proqram mətnləri, sənəd mətinləri və s. fayllar virusa yoluxmur, onlarda yalnız mətn təhrif oluna bilir. Virusa yoluxmuş kompüterlərdə bir çox lazımlı proqram paketləri sıradan çıxa bilir, lazımı fayllar silinə bilir və viruslarla mübarizə çox zaman tələb edir.Antivirus proqramlar:AİDTEST,DRWEB,Kasperski
AVP və s.
Texniki qulluq proqramlarının köməyi ilə kompüter sistemləri testləşmədən keçirilir, tapılmış çatışmamazlıqlar aradan qaldırılır, kompüterlərn bəzi qurğularının işi optimallaşdırılır.
Konkret tip kompütetlər üçün konkret alqoritmik proqramların yaradılıb, işlədilməsi üçün nəzərdə tutulmuş proqram və digər vasitələr kompleksinə proqramlaşdırma sistemləri deyilir. Proqramlaşdırma sistemi adətən proqramlaşdırma dilinin müəyyən versiyasından, bu dildə verilən proqramların translyatorundan və s. ibarət olur. Hər bir proqramlaşdırma sistemi ilə müəyyən proqramlaşdırma dili bağlı olduğundan, dillər haqqında məlumatlar verək.
Proqramlaşdırma dili – kompüter proqramlarının yaradılması üçün bir alətdir. Çoxlu saylı dillər arasında hal-hazırda geniş yayımış aşağıdakı dilləri qeyd etmək olar:
C,C++,C#,Java,Python və s.
Kompüterin proqram təminatının bir hissəsini tətbiqi proqramlar şoxlugu təşkil edir.Bura daxildir:
1.Mətn redaktorları(MS Word və s.);
2.Elektron cədvəllər(EXCEL və s.);
3.Qrafik redaktorlar(MS paint,Adobe photoshop və s);
4.Verilənlər bazasının idarə etmə sistemləri(Foxpro,Oracle,MS Access, Mysql və s
5.Prezentasiya proqramları(MS PoüerPoint);
6.Multi media proqramları(səs yazma,vidio faylların redaktorları və s.)
7.Müxtəlif proqram paketləri(Matcad,matlab və s.)
Tətbiqi proqramlar elm və texnikanın bu və ya digər sahələrinin tətbiqi məsələlərinin həlli üçün nəzərdə tutulub. Bu proqramlara misal olaraq mühasibat proqramlarını, nəşretmə sistemlərini, maliyyə təhlili proqramlarını, avtomatik proyektləşdirmə sistemlərini, verilənlərin statistik təhlili proqramlarını və s. göstərmək olar.
Tədris proqramları müxtəlif fənlərin öyrədilməsində geniş istifadə olunur. kompüterdəki proqramlarla iş qaydalarını öyrədən tədris proqramları da mövcuddur. Tədris proqramları arasında uşaqların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmağa imkan verən inkişafetdirici proqramları xüsusi qeyd etmək lazımdır.
Son illərdə kompüter oyun proqramları sahəsində çox böyük nəticələr alınmışdır. Bu proqramlarda kompüterin qrafik imkanlarından, üçölçülü təsvirlərdən geniş istifadə olunur.
Multimedia, kompüterlərdən mətnin, stereosəsin, səs müşayətinin, yüksək keyfiyyətli qrafikanın, videokliplərin, animasiyanın, hətta virtual reallığın tətbiqi ilə istifadə qaydalarına deyilir. Başqa sözlə multimedia kompüterin rəqamsal və mətni informasiyanın səs siqnalları və video siqnallarla birləşdirilməsi vasitəsidir. Mutimedialı kompüterdə səs stereoplatası, videomaqnitafon, videokamera, rəqəmsal fotokamera, televizorla iş üçün video daxiletmə platası, CD-ROM-la iş üçün diskovod, səs stereo-kolonkaları, mikrofon və tələb olunan proqram təminatı olmalıdır. Hal-hazırda multimedia üçün zəruri olan bütün proqramları özündə birləşdirən proqram paketləri (məsələn, Mulitmedia Kit) vardır.
7. Say sistemləri haqqında ümumi məlumat
Kompüter - elektron rəqəm qurğusudur. Elektron qurğudur, ona görə ki, burada ixtiyari informasiya elektrik siqnallarının köməyi ilə təsvir olunur. Rəqəm qurğusudur, ona görə ki, EHM-də ixtiyari informasiya rəqəmlərin köməyi ilə ifadə olunur.
Rəqəmləri yazmaq üçün, hər hansı bir say sistemindən istifadə etmək lazımdır. Say sistemləri ədədlərin yazılması və onlar üzərində cəbri əməliyyatların aparılması qaydalarını təyin edir.
Biz əsasən onluq say sistemindən istifadə edirik. Bu say sistemində ixtiyari ədəd on rəqəm, 0, 1, 2, … , 9 rəqəmlərinin köməyi ilə yazılır.
Ümumiyyətlə isə say sistemləri iki tipə bölünür: mövqeli və mövqesiz say sistemləri. Mövqesiz say sistemlərində ixtiyari rəqəmin qiyməti, onun ədəddə tutduğu mövqedən asılı olmur. Bu say sistemlərinə misal olaraq Roma say sistemini göstərmək olar. Bu sistemdə məsələn, XXX ədədində X rəqəmlərinin durduğu yer onun qiymətinə heç bir tə’sir etmir.
Mövqeli say sistemində isə ixtiyari rəqəmin qiyməti, onun ədəddə tutduğu mövqedən asılıdır. Bizim ən çox istifadə etdiyimiz onluq say sistemi də mövqeli say sistemlərinə aiddir. Məsələn, bu say sistemində götürdüyümüz 1998 ədədində 1 rəqəmi , yə’ni min, 9 rəqəmi , yəni doqquz yüz, 9 rəqəmi , yəni doxsan və nəhayət 8 rəqəmi , yəni səkkizi göstərir.
Mövqeli say sistemlərində, ədədləri ifadə etmək üçün, bu say sisteminin əsası adlanan müəyyən sayda rəqəmlərdən istifadə edilir. Məsələn, onluq say sistemində bu 0, 1, 2, … , 9 rəqəmləridir. Məhz buna görə də bu sistem onluq say sistemi adlanır. Mövqeli say sistemlərinə misal olaraq, eləcə də ikilik (0, 1), səkkizlik (0, 1, 2, 3, 4, 5, 6, 7), onaltılıq (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F) və s. göstərmək olar.
8. Bir say sistemindən digərinə keçid
Onaltılıq say sistemində verilmiş ədədi ikilik say sisteminə keçirmək üçün hər bir onaltılıq rəqəmin yerinə, bu rəqəmə uyğun gələn dörd ikilik rəqəmi (tetrada) qoymaq lazımdır.
9. Say sistemləri üzərində əməllər
10.Kompüterin yaddaşında informasiyanın təsviri
İxtiyari informasiyanı kiçik elementar hissələrə bölmək olar. Məsələn, kitabdakı ixtiyari mətn hərf və digər simvollardan ibarətdir. Burada hərf – mətn informasiyanın elementar hissəsidir.
İnformasiyanın ixtiyari elementar hissəsi ədəd şəklində ifadə edilirsə, onda belə informasiyaya kodlaşdırılmış informasiya deyilir. Belə ədədlər isə kodlar adlanır. Əgər mətndəki hər bir hərfi kodlaşdırsaq, məsələn, bu hərfin əlifbadakı sıra nömrəsi ilə, onda bütün mətni kodlaşdırmaq olar.
Kompüterlər isə informasiyanı yalnız kodlaşdırılmış şəkildə tədqiq edir. İnformasiyanın verilməsi üçün isə kompüterdə yalnız iki simvoldan 0 və 1 rəqəmlərindən istifadə edilir. İnformasiyanın bu cür ifadəsi kompüterlərin texniki xüsusiyyətləri ilə izah olunur. Belə ki, kompüterlərdə ikilik say sistemindən ona görə istifadə olunur ki, bu sistemin rəqəmlərini elektrik siqnalları (cərəyanı) ilə çox asanlıqla ifadə etmək olur: 0 – siqnal yoxdur və 1 – siqnal var.
Kompüterin yaddaşının tutumu baytlarla ölçülür, lakin çox vaxt digər ölçü vahidlərindən istifadə olunur. Bunlar: kilobayt (1 Kbayt=1024 bayt); meqabayt (1 Mbayt=1024 Kbayt), qiqabayt (1 Qbayt=1024 Mbayt). Əgər bir səhifə mətndə təqribən 2500 işarə varsa, onda 1 Mbayt - təqribən 400 səhifə, 1 Qbayt isə 400 min səhifə mətn deməkdir.
Bir bayt - informasiya vahidi olmaqla yanaşı, həm də kompüterin yaddaşının elementar oyuğudur.
Kompüterin yaddaşı bu cür oyuqlar ardıcıllığından ibarətdir. Hər bir oyuğun (bayt) öz ünvanı - oyuğun nömrəsi var. Kompüterin prosessoru informasiyanı tədqiq edərkən, o ünvana görə yaddaşda lazımi oyuğu tapır, oradakı informasiyanı oxuyub, lazımi əməliyyatları aparıb, alınan nəticəni digər bir oyuğa yazır.
11.Tam və həqiqi ədədlərin yaddaşda təsviri
müsbət tam ədədlərin yaddaşda təsviri
Verilmiş ədəd ikilik say sisteminə çevrilir,onun üçün ayrılmış yaddaş sahəsinin birinci bitində işarəsi(0-sıfır),sonrakı bitlərdə isə ədədin ikilik rəqəmləri yerləşir.
Məsələn, 19 tam ədədinin ikilik yazılışı 10011-dir və yaddaşda aşagıdakı qaydada yerləşir:
12.Alqoritm və onun xassələri
Alqoritm – verilmiş məsələnin həllinin tapılması üçün zəruri olan əməliyyatlar ardıcıllığının dəqiq və sadə təsviridir. Alqoritm anlayışının izahı üçün «alqoritmin icraçısı» anlayışının böyük əhəmiyyəti vardır. Belə ki, alqoritm hər hansı konkret bir icraçı üçün, məsələn, insan üçün, xüsusi maşın – kompüter üçün və s. qurulur. Beləliklə, demək olar ki, alqoritm – qoyulmuş məsələni həll etmək və ya müəyyən məqsədə çatmaq üçün müəyyən əməllər ardıcıllığının yerinə yetirilməsi haqqında icraçıya verilən dəqiq və aydın göstərişlərdir.
Dostları ilə paylaş: |