1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti Kompüterin arxitekturası haqqında



Yüklə 306,97 Kb.
səhifə3/21
tarix06.07.2022
ölçüsü306,97 Kb.
#62659
1   2   3   4   5   6   7   8   9   ...   21
Proqramlasdirma imtahan cavablari

KEŞ-yaddaş kompütermin yaddaşında aparılan əməliyyatların sürətləndirilməsini təmin edir. KEŞ-yaddaş 2 Mbayta qədər həcmə malik ola bilər.
Daimi yaddaş bura yazılmış verilənlərin və proqramların oxunması üçün nəzərdə tutulub. IBM tipli kompüterlərdə daimi yaddasaxlama qurğusu ayrıca mikrosxem kimi verilir və burada əməliyyat hissəsinin bir bölməsi – daxiletmə və xaricetmənin baza sistemi (BIOS) saxlanılır.
Xarici yaddasaxlama qurğusu böyük həcmli informasiyanın əsas yaddaşdan xaricdə uzun müddətə saxlanılmasını təmin edir. Yaddaş «xarici» olsa da onun çox hissəsi sistem blokunun korpusunda yerləşir. Xarici yaddaşa aşağıdakılar aiddir:

  1. elastik maqnit disklərdə toplanan informasiya

  2. bərk maqnit diskdə (vinçestrdə) toplanan informasiya

  3. dəyişdirilə bilən bərk maqnit disklərdə toplanan informasiya

  4. lazer kompakt disklərlə iş üçün diskovodlar

  5. strimerlər

(Diskovod - elastik, lazer maqnit disklərdəki informasiya ilə işləməyə imkan verən qurğulardır).
Dəyişdirilməyən bərk maqnit disk (vinçestr) kompüterlə iş zamanı daim istifadə olunan informasiyanın – əməliyyat sisteminin, proqram örtüyü proqramlarının və s. uzun müddətə saxlanmasını təmin edir. Vinçestr sistem blokunun korpusunda yerləşdirilir. Müasir vinçestrlərin yaddaş həcmi yüzlərlə Qbayt –larla ölçülür.
Lazer kompakt disklərlə iş üçün diskovodlar müxtəlif tip kompakt disklərdən informasiyanın oxunmasını təmin edir. Hal-hazırda istifadə olunan disklərin əsas tipləri aşağıdakılardır:

  1. CD-ROM (Compact Disk – Read Only Memory) – kompakt disklərin yalnız oxunmasını təmin edir. Kompakt disklərə informasiya istehsalçı tərəfindən yalnız bir dəfə yazıla bilir, disk isə çoxlu sayda oxuna bilər.CD-ROM-un ölçüsü 120 mm, yaddaş həcmi ən azı 680 Mbayt olur.

  2. CD-R disklər. Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-WRITER) ilə bir dəfə yazıla bilər. Diski ixtiyari CD-ROM ilə çoxlu sayda oxumaq olur.

  3. CD-RW disklər. Bu cür disklərə informasiya yazan diskovodla istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.

  4. DVD disklər. Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx yerləşdirilə bilməsindədir. İki tip disklər mövcuddur: DVD-ROM – yalnız informasiyanı oxumaq üçün, DVD-RAM isə informasiyanı həm oxumaq, həm də yazmaq üçün istifadə olunur. DVD disklərin oxunması üçün xüsusi qurğudan istifadə olunur, bu qurğu adətən CD-ROM-un da oxunmasını təmin edir.

Strimerlər informasiyanın maqnit lentə köçürülməsini təmin edən qurğudur. Bu qurğu informasiyanı qabaqcadan sıxmaqla maqnit lentə köçürür. Bu qurğudan bərk diskdə olan vacib informasiyanın maqnit lentə köçürüb saxlamaq üçün istifadə olunur. Strimerin kasetlərində bir neçə qiqabayt həcmində informasiya saxlamaq olur.
5. Kompüterin monitoru haqqında


Monitor kompüterə daxil edilən və ondan alınan həm mətni, həm də qrafik informasiyanın zahiri ifadəsini təmin edən elektron qurğudur. Monitorlar maye kristallar əsasında (LCD displey) və ya elektron-şüa əsaslı olur. Monitor ekrandan və onun idarəetmə sistemindən ibarətdir. Bu sistemin ən vacib hissəsi videoadapter – sistem blokunda videoplatada yerləşdirilir. Bu qurğu monitorun imkanlarını müəyyən edir. Monitorun ekranı piksel adlanan elementar hissələrdən ibarətdir. Monitorun iki iş rejimi var: qrafik iş rejimi və mətn iş rejimi.
Qrafik iş rejimi ekrana qrafiklərin, şəkillərin və s. çıxarılmasını təmin edir. Bu rejimdə ekranın hər bir nöqtəsini idarə etmək, onlara ixtiyari rəng vermək, onlardan müxtəlif təsvirlər qurmaq olur.
Mətn iş rejimi mətnlərin ekrana verilməsi üçün nəzərdə tutulub.
Mətn iş rejimi mətnlərin ekrana verilməsi üçün nəzərdə tutulub.
Monitorların əsas xarakteristikaları aşağıdakılardır:


  1. Yüklə 306,97 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin