1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti Kompüterin arxitekturası haqqında



Yüklə 306,97 Kb.
səhifə14/21
tarix06.07.2022
ölçüsü306,97 Kb.
#62659
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Proqramlasdirma imtahan cavablari

Müqayisə əməlləri. Müqayisə əməlləri Pascal dilində olduğu kimidir. Yalnız “bərabər” və “bərabər deyil” əməllərinin yazılışı fərqlidir.
< kiçikdir;
<= kiçikdir və ya bərabərdir;
> böyükdür;
>= böyükdür və ya bərabərdir;
= = bərabərdir;
! = bərabər deyil.

Müqayisə əməllərinin nəticəsi doğru olursa 1-ə, yalan olarsa, 0-a bərabər olur. Müqayisə əməllərinə misallar:


a<0, 101>=105, `a`= = `A`, `a`!=`A`
1-ci münasibətin doğruluğu a-nın qiymətindən asılıdır, 2-ci və 3-cü ifadənin qiyməti “yalan” (0), 4-cü ifadənin qiyməti isə “doğrudur” (1-ə bərabərdir).
Məntiqi əməllər.
- dilində üç məntiqi əməl var;
! – inkar;
&& - konyuksiya, məntiqi vurma (və);
|| - dizyunksiya, məntiqi toplama (və ya).
Məntiq əməllərinin yerinə yetirilmə qaydası aşağıdaki cədvəldə göstərilmişdir:

A

B

!A

A&&B

A||B

T

T

F

T

T

T

F

F

F

T

F

F

T

F

F

F

T

T

F

T
Cədvəldə əməllər üstünlük dərəcəsinin azalma sırasına görə düzülmüşdür. Məsələ, 0 !
> < >= <=
& &
| |
Bunlardan əlavə C++ dilində mərtəbə-mərtəbə yerinə yetirilən məntiq əməlləri də vardır. Bu əməllər operandların daxili təsviri olan ikilik mərtəbələrin bir cütü üzərində yerinə yetirirlər. Bu əməllərə bitlərlə olan məntiqi əməllər deyilir. Belə məntiqi əməllər aşağıdakilardır:
& - mərtəbəli konyuksiya (və),
| - mərtəbəli dizyunksiya (və ya),
^ - mərtəbəli istisna edən və ya,
~ - mərtəbəli inkar.
32.Tiplərin çevrilməsi əməlləri
Tiplərin çevirmələrinin iki növü vardır:
-qeyri aşkar çevirmələr;
-aşkar çevirmələr.
Qeyri-aşkar çevirmə zamanı ifadədə iştirak edən operandların tipləri proqramçının müdaxiləsi olmadan uyğun bir tipə çevrilir. Kiçik tip böyük tipə çevrilir. Məsələ, a- dəyişəni həqiqi tip, b və c-dəyişənləri tam tipə aiddirsə, onda
a*b+c*a-ifadəsinin qiyməti həqiqi tipə aid olacaq. Bu ifadədə iştirak edən dəyişənlərin tipində və ifadənin qiymətində qeyri-aşkar tip çevirməsi baş verir.
Tam tiplər üstünlük dərəcəsinin artma sırasına görə aşağıdaki kimidir:
char short int long
Həqiqi tiplər üstünlük dərəcəsinin artma sırasına görə aşağıdaki kimidir.
float double long double
Qeyd edək ki, tam tipləri həqiqi tipə çevirən zaman dəqiqilik itə bilər. Məsələ, 1-ədədinin əvəzinə 0.999 alına bilər. Aşağıda ifadənin qiymətinin hesablanması zamanı əməllərin yerinə yetirilmə ardıcıllığı və tiplərin çevrilməsi nümayiş etdirilmişdir.
Tutaq ki, char ch; int i; float f;
double d; long double r;

Aşkar tip çevirmələri əməlinin formatı aşağıdaki kimidir:
(tipin adı) operand
Operand sabitlər, dəyişənlər və ifadələr ola bilər. Nəticədə operandın tipi göstərilən tipə çevrilər. Tiplərin Aşkar çevirmələrinə aid misallar:
(long)8; (float)a; (int)x%2;
əməli digər binary əməllər kimi üstünlük dərəcəsi böyük olduğuna görə 3-cü ifadədə x dəyişəninin tipi əvvəlcə tam tipə çevrilir və sonra isə modula görə bölmə əməli yerinə yetirilir.
Aşağıdaki proqram fraqmentinə baxaq:
float c;
int a=1, b=2;
c=(float)a/b;
Nəticədə c-dəyişəni 0.5 qiymətini alar. Əgər tiplərin Aşkar çevrilməsi əməli tətbiq olunmasa idi onda c-dəyişəni “0”-qiymətini alardı.
33.Sizeof və “vergül” əməlləri

Yüklə 306,97 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin