1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti Kompüterin arxitekturası haqqında



Yüklə 306,97 Kb.
səhifə18/21
tarix06.07.2022
ölçüsü306,97 Kb.
#62659
1   ...   13   14   15   16   17   18   19   20   21
Proqramlasdirma imtahan cavablari

break operatoru
break operatorunun tətbiqinə aid aşagıdakı misala baxaq.Tələbənin biliyinin ədədi qiymətini ona ekvivalenti olan sözlərlə əvəz edən proqram fraqmentinə baxaq. Məsələ, 5-“əla”, 4-“yaxşı”, 3-“kafi”, 2-“qeyri-kafi”. Proqram aşağıdaki kimi olar:
#include
using name namespace std;
void main ( ) {int bol;
cout <<”\n qiyməti daxil edin:”; Cin>>bol;
switch(bol)
{case 2: cout<<”\t bu qeyri-kafidir!\n”;
break;
case 3: cout<<”\t bu kafidir!\n”;
break;
case 4: cout<<”\t bu yaxşıdır!\n”;
break;
case 5: cout<<”\t bu əladır!\n”;
break;
default: cout<<”\t belə qiymət yoxdur!\n;
}
}
Break operatoru seçmə operatorunun yekunlaşdığını bildirir, yəni digər budaqlara keçid baş vermir. Əgər bütün budaqlardan break operatorunu götürsək düzgün nəticə alınmaz.
goto operatoru
goto operatoru demək olar ki, bütün yüksək səviyyəli dillərdə mövcuddur. Struktur proqramlaşdırma nöqteyi-nəzərindən bu operatordan istifadə etmək əlverişli deyildir.

Operatorun formatı:


goto nişan;
Nişan qeyd olunan operatordan əvvəl yazılan identifikatordur və ondan sonra :- işarəsi qoyulur. Bəzi hallarda goto operatorundan istifadə etmək əlverişli olur. Məsələ, bir-birinə daxil olan dövrlərdə vaxtından əvvəl dövrdən çıxmaq zəruri olan hallarda goto operatorundan istifadə etmək olar:
for(…)
{while(…)
{for(…)
{… goto exit…}
}
}
exit:cout<<”dövrdən çıxmaq”;
Şərtsiz keçid operatorundan istifadə edən zaman aşağıdaki məhdudiyyətləri nəzərə almaq lazımdır:

  • xaricdən blokun daxilinə idarəni vermək olmaz;

  • if...else operatorunun daxilinə idarəni vermək olmaz;

  • seçmə operatorunun daxilinə idarəni vermək olmaz;

  • dövrün daxilinə idarəni vermək olmaz.



43.Birölçülü massivlər
Massiv eyni tipli elementlər yığımıdır və yaddaşda kəsilməz bir sahədə yerləşir. Massivin elementlərinə indeks adlanan dəyişəndən isitifadə etməklə müraciət edilir. Massiv aşağıdaki üç parametrlə xarakterizə olunur: adı, tipi, ölçüsü.
Massivin təsviri formatı aşağıdaki kimidir:
elementlərin tipi adı [ölçülü];
Məsələ,
int A[10];
Bu massiv tam tipə malik 10 elementdən ibarətdir. İndeksin aşağı sərhəddi “0” qəbul olunur: A[0], A[1], A[2], . . . , A[9].
Pascal dilindən fərqli olaraq C++ dilində indeksin dəyişmə diapazonunu ixtiyari götürə bilmərik. Massivin təsvirində göstərilən ölçü indeksin maksimal qiymətindən bir vahid çox olmalıdır.
Əgər massivin təsvirində elementlərin qiymətləri verilərsə, onda massivin ölçüsünü göstərməmək olar:
int p[ ]={2,4,6,5,8};
Bu halda aşağıdaki qiymətlərlə olan massiv formalaşır:
A[0]=2, A[1]=4, A[2]=6, A[3]=5, A[4]=8.
Əgər massiv
int M[6]={5,3,2};
-kimi elan olunarsa, onda 6-elementdən ibarət massiv yaranır. Birinci üç elementi göstərilən qiymətləri alır. Yerdə qalan elementlər isə ya qeyri-müəyyən olur və ya sıfra bərabər olur (əgər massiv statistik olarsa).
Bir ölçülü massivə aid aşağıdaki misallara baxaq:
Misal 1. Bir ölçülü massivin elementlərini klaviaturadan daxil edən və ekrana çıxaran proqram yazaq:
//Massivin elementlərinin daxil edilməsi və çıxışa verilməsi.
#include
#include
using namespace std;
void main ( )
{int i, a[5];
clrscr ( );
for (i=0; i<5; i++)
{cout<<”a[“<>a[i];}
for(i=0; i<5; i++)
{cout<<”a[“<}
Sizeof(x)-funksiyasının nəticəsi 20 bayta, sizeof(x[0])-ın nəticəsi 2 bayta bərabərdir. Nəticədə n=10-massivin elementlərinin sayını alarıq.
44.Çoxölçülü massivlər

Yüklə 306,97 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin