Sinkin bəsit maddələrlə qarışılıqlı təsiri.
2Zn + O2 → 2ZnO 3Zn + 2P → Zn3P2
Zn + Cl2 → ZnCl2 ZnJ2 + 2LiH → ZnH2 + 2LiJ
Zn + S → ZnS
Sinkin mürəkkəb maddələrlə qarşılıqlı təsiri.
Zn + H2O → ZnO + H2 Zn + H2S → ZnS + H2
Zn + 2HCl → ZnCl2 + H2
Zn + 2NaOH → Na2ZnO2 + H2 ərinti
Zn + 2NaOH + 2H2O → Na2[Zn(OH)4] + H2 məhlul
Qatı sulfat turşusu ilə sink turşunun qatılığından və temperaturundan asılı olaraq SO2, S və ya H2S əmələ gətirir.
Zn + 2H2SO4(qatı) → ZnSO4 + SO2 + 2H2O
3Zn + 4H2SO4(qatı) → 3ZnSO4 + S + 4H2O
4Zn + 5H2SO4(qatı) → 4ZnSO4 + H2S + 4H2O
Sink nitrat turşusu ilə qatılıqdan və şəraitdən asılı olaraq aşağıdakı kimi reaksiyaya daxil olur:
3Zn + 8HNO3(qatı) → 3Zn(NO3)2 + 2NO + 4H2O
4Zn + 10HNO3 (duru)→ 4Zn(NO3)2 + N2O + 5H2O
5Zn + 12HNO3 (duru) → 5Zn(NO3)2 + N2 + 6H2O
4Zn + 10HNO3 (duru) → 4Zn(NO3)2 + NH4NO3 + 3H2O
Sink poladdan olan məmulatlarda qoruyucu örtük kimi, mislə (bürünc), alüminiumla və nikellə olan ərintilərin alınmasında, sink-kömür qalvanik elementlərinin istehsalında istifadə edilir.Sink-oksiddən sink ağı (ağ boya) alınmasında istifadə edilir
Tətbiq sahələri. İstehsal edilən sinkin əsas hissəsi sink lövhələrin hazırlanmasında, polad əşyaların sinklənməsinə, müxtəlif xəlitələrin (bürünc – 40% Zn, 60% Cu, tompak – 10% Zn, 90% - Cu ) hazırlanmasına sərf edilir. Sənayedə və laboratoriyalarda sinkdən reduksiyaedici kimi istifadə edilir. Sink – oksiddən sink ağı (ağ boya ) alınmasında istifadə edilir.
BİLET-2
1.ATOMUN QURLUŞU HAQQINDA ÜMUMİ MƏLUMAT.REZERFORD MODELİ.NÜVƏNİN TƏRKİBİ.
XIX əsrin axırlarına qədər atom bölünməz hissəcik kimi qəbul edilirdi.
Qazların elektriki keçirməsi, fotoeffekt, elektroliz və radioaktivlik hadisəsinin öyrənilməsi nəticəsində atomun mürəkkəb quruluşa malik olması sübut edildi. Atomun mürəkkəbliyini təsdiq edən ilk təcrübi fakt katod şüalarının kəşfi ilə yarandı.
Atom elementar hissəcik olmayıb, mürəkkəb quruluşa malikdir.O müəyyən kütlə, yük və spinlə səciyyələnən üç cür elementar hissəcikdən - elektron, proton və neytrondan ibarətdir.
Dostları ilə paylaş: |