Zn0 – 2e - = Zn+2 oksidləşmə
Cu+2 + 2e - = Cu0 reduksiya
Prosesin ümumi tənliyi belə göstərmək olar.
Zn0 + Cu+2 = Zn+2 + Cn0
Məhlulda mis inlarını sayı azaldıqca, artıq qalan SO4-2 ionları arakəsmədən sola, sink ionları isə soldan sağa keçir və beləliklə, məhlulda kation və anionların nisbəti dəyişmir. Üzərində oksidləşmə prosesi gedən elektrod anod, reduksiya prosesi gedən elektrod isə katod adlanır. Hər bir qalvanik elementi qısa elektrokimyəvi sxem şəklində göstərmək qəbul edilmişdir. Məsələn, Cu-Zn qalvanik elementi belə göstərilir:
(-) Zn | Zn+2 || Cu+2 | Cu (+)
Vertikal tək xətlər məhlul ilə elektrodlar arasındakı ayrılma səthini, qoşa xətt isə məsaməli arakəsməni ifadə edir.
5.TİTAN,TƏBİİ BİRLƏŞMƏLƏRİ,ALINMASI,KİMYƏVİ XASSƏLƏRİ VƏ TƏTBİQ SAHƏLƏRİ
d2 – elementlər (Ti, Zr, Hf, Ku) dövri sistemin dördüncü əlavə yarımqrupunu (IV b) təşkil edir. Valent elektronlarının ikisi atomların xarici elektron təbəqəsində, ikisi isə xaricdən əvvəlki təbəqənin d- əlavə səviyyəsində yerləşir (n-1)d2ns2.
Kimyəvi reaksiyalarda +2, +3, +4 oksidləşmə dərəcəsi göstərir. Onların dördvalentli birləşmələri davamlıdır.
Titan ilk dəfə oksid şəklində 1791 – ci ildə ingilis kimyaçısı Qreqor tərəfindən ilmenit mineralında, sonra isə 1775 – ci ildə alman kimyaçısı Klaprot tərəfindən rutil mineralından alınmışdır. Yunan əfsanəvi qəhrəmanı Titanın şərəfinə (yerin oğlu) “titan” adlandırmışdır.
Dostları ilə paylaş: |