Təbiətdə tapılması. Sinkə təbiətdə yalnız birləşmələr şəklində təsadüf olunur.
ZnS sfalerit
ZnCO3 sink karbonatı, qalmey
Zn[Al2O4] qanit
ZnO sinkit
Alınması. Sinki sink-sulfidi yandırmaqla əmələ gələn sink-oksidi reduksiya etməklə alınır.
2ZnS + 3O2 → 2ZnO + 2SO2
ZnCO3---ZnO+CO2
ZnO + C→ Zn + CO
ZnO + H2 → Zn + H2O
Sink, həmçinin ZnSO4 məhlulda elektrolizindən alınır.
ZnSO4 + 2H2O →Zn + O2 + H2 + H2SO4
Fiziki xassəsi: Sink maviyəçalan gümüşü rəngli metaldır. O, adi şəraitdə kövrəkdir, 100-150oC-də yumşalıb təbəqə şəklində yaxşı yayılır, 200oC-dən yuxarı temperaturda yenə də kövrəkləşir. Sink ağır metallara aiddir
Kimyəvi xassələri.Sinkin səthi nazik oksid təbəqəsi ilə örtüldüyündən havada davamlıdır. Sinki qızdırdıqda oksigenlə birləşir, oksidi suda həll olmur. Uyğun gələn hidroksid dolayı yolla alınır.