II q a y d a : n+l cəminin ədədi qiyməti bərabər olan iki orbitaldan baş kvant ədədinin qiyməti kiçik olan orbital əvvəlcə dolur. 3d və 4p – orbitalları üçün n+l cəmi bərabərdir ( 3+2=5; 4+1=5). Bu halda 3d – orbitalı üçün n=3 və 4p – orbitalı üçün n=4 olduğundan, qaydaya əsasən 3d – orbitalı 4p- orbitalından əvvəl dolur.
3d n+l = 3+2=5
4p n+l = 4+1=5
Kleçkovski qaydasında kənara çıxma halları da müşahidə olunur. Cu, Ag, Au, Cr, Mo, Pd, La, Ac orbitalların elektronla dolması zamanı həmin qayda pozulur. Ümumiyyətlə, orbitalların elektronlarla dolma ardıcıllığı aşağıdakı kimi olur:
1s 2s 2p 3s 3p 4s 3d 4p 5s 4d 5p 6s 4f 5d 6p 7s 5f 6d 7p...
5.QALVANİK ELEMENTLƏR(Cu Zn)DANİEL-YAKOBİ QALVANİK ELEMENTİ
Elektrokimyəvi proseslər oksidləşmə- reduksiya reaksiyalarına əsaslanır. Belə proseslərdə elektronlar reduksiyaedicidən oksidləşdiriciyə keçir və qalvanik element əmələ gəlir. Qalvanik element kimyəvi enerjini elektrik enerjisinə çevirən cihazdır. Misal olaraq, Yakobi – Daniel qalvanik elementinin işini nəzərdən keçirək. Sink- sulfat və mis 2- sulfat məhlullarına müvafiq olaraq sink- və mis lövhələr daxil edilir. Məhlullar bir-birindən məsaməli arakəsmə vasitəsilə ayrılır. Sink daha aktiv olduğu üçün məhlula sink ionları göndərir, mis elektrodu üzərində isə mis ionları toplanır. Beləliklə, sink mənfi, mis isə müsbət elektrod vəzifəsini görür.
Elektronların sinkdən misə keçməsi dövrədə elektrik cərəyanının
əmələ gəlməsinə səbəb olur. Elektrodlar üzərində aşağıdakı proseslər gedir.
Dostları ilə paylaş: |