Zn0 – 2e - = Zn+2 oksidləşmə
Cu+2 + 2e - = Cu0 reduksiya
Prosesin ümumi tənliyi belə göstərmək olar.
Zn0 + Cu+2 = Zn+2 + Cn0
Məhlulda mis inlarını sayı azaldıqca, artıq qalan SO4-2 ionları arakəsmədən sola, sink ionları isə soldan sağa keçir və beləliklə, məhlulda kation və anionların nisbəti dəyişmir. Üzərində oksidləşmə prosesi gedən elektrod anod, reduksiya prosesi gedən elektrod isə katod adlanır. Hər bir qalvanik elementi qısa elektrokimyəvi sxem şəklində göstərmək qəbul edilmişdir. Məsələn, Cu-Zn qalvanik elementi belə göstərilir:
(-) Zn | Zn+2 || Cu+2 | Cu (+)
Vertikal tək xətlər məhlul ilə elektrodlar arasındakı ayrılma səthini, qoşa xətt isə məsaməli arakəsməni ifadə edir.
BİLET-19
1.MADDƏ KÜTLƏSİNİN VƏ ENERJİSİNİN SAXLANMASI QANUNU.KÜTLƏ VƏ ENERJİ ARASINDA ƏLAQƏ
Bu qanun materiya və hərəkətin saxlanması qanunudur.1748-ci ildə M.V.Lomonosov tərəfindən kəşf edilmişdir. Qanun aşağıdakı kimi ifadə olunur.
Kimyəvi reaksiyaya daxil olan maddələrin kütlələri cəmi, reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabərdir.
Dostları ilə paylaş: |