Təbii birləşmələri. Titan səpələnmiş element olub, yer qabığının 0,63% - ni təşkil edir. Təbiətdə yayılmasına görə dördüncü yer tutur. Titanın 5 izotopu var. Əsas birləşmələri aşağıdakılardır.
TiO2 - rutil
FeTiO3 - ilmenit
CaTiSiO5 - sfen
Alınması. Ti- ı rutildən alırlar. Onu əvvəlcə titan 4- xloridə çevirib, sonra alınan duzu Mg- la reduksiya edirlər.
TiO2 + 2C +2Cl2 →TiCl4 + 2CO
TiCl4 + 2Mg →2MgCl2 + Ti
Titanı yüksək təmizlikdə almaq üçün TiJ4 birləşməsinin termiki parçalanmasından (800-9000 C) istifadə olunur.
TiJ4 → Ti + 2J2
Fiziki xassələri. Titan gümüşü- ağ rəngli yüngül metaldır. O yüksək bərkliyə malikdir, lakin soyuq halda belə titandan asanlıqla məftil çəkmək olur. tər = 17250C, p=4,54 q/sm3.
Kimyəvi xassələri.Ti havada qaldıqda səthi qorucu oksid təbəqəsi ilə örtülür. Adi şəraitdə az aktiv metaldır. Oksigendə yandıqda baş oksidi TiO2 alınır.
Ti + O2 → TiO2 Ti + 2Cl2 → TiCl4
Ti + 2S → TiS2 Ti + C → TiC
Titan 600 – 8000C – də suyu parçalayır.
Ti + 2H2O → TiO2 + H2
Titanı qələvilərlə əritdikdə həll olur.
Ti + 4NaOH → Na4TiO4 +2H2
Titana duru isti sulfat turşusu ilə təsir etdikdə hidrogen ayrılır.
2Ti + 3H2SO4 (duru) → Ti2(SO4)3 + 3H2
Titan qatı sulfat turşusunun isti məhlulunda həll olur.
2Ti + 6H2SO4 (qatı) → Ti2(SO4)3 + 3SO2 + 6H2O
Hidrogen halogenidlərin titana təsiri müxtəlifdir. Qaz halında HF və HCl ilə təsir etdikdə reaksiya aşağıdakı tənliklər üzrə gedir.
Ti + 4HF → TiF4 + 2H2
Ti + 4HCl → TiCl4 + 2H2
Qatı HCl –la TiCl3 alınır.
2Ti + 6HCl (qatı) → 2TiCl3 + 3H2
Qatılığından asılı olmayaraq HNO3 isti halda titana təsir etmir. Metalın səthindən oksid təbəqəsini təmizlədikdə isə titan H2TiO3 turşusuna qədər oksidləşir.
3Ti + 4HNO3 + H2O → 3H2TiO3 + 4NO
Titan HCl + HNO3 qarışığında və zərhəldə həll olur.
3Ti + 18HCl + 4HNO3 → 3H2[TiCl6] + 4NO + 8H2O
Tətbiqi. Poladı əritdikdə titan oksigen və azotu tamamilə kənar etmək üçün istifadə olunur. Onda metal bircinsli olur və boşluqlar qalmır. Dəmir ilə xəlitə şəklində (ferrotitan) xüsusi polad istehsalında aşqar kimi tətbiq olunur. Titandan nüvə reaktorlarının ən mühüm detalları hazırlanır. Ti xəlitələri olduqca davamlıdır və korroziyaya qarşı yüksək müqavimət göstərir. Xüsusi çəkisinin az olması sayəsində titan çox qiymətli konstruksiya materialı kimi tətbiq edilir. Ərintilərindən atom reaktorlarında, gəmi və maşınqayırmada, elektrotexnikada, raket texnikasında və s. tətbiq olunur.
BİLET-25
1.KIMYANIN ILK QANUNLARI.STEXIOMETRIK QANUNLQAR
Kimya təbiət elmlərindən biri olmaqla, başqa təbiət elmləri ilə birlikdə bizi əhatə edən maddi aləmi öyrənir. Kimya-maddələrin tərkibini, quruluşunu, xassələrini və çevrilmələrini öyrənən elmdir. Elementlər və onların birləşmələri kimyanın tədqiqat obyektidir.
Müasir kimya zəngin eksperimental materiallar və tutarlı nəzəriyələrə əsaslanan fundamental elmlər sistemidir. Kimya təbiət haqqında olan elmlər arasında əsas yer tutur. Hazırda 20 milyon üzvi və yarım milyona yaxın qeyri üzvi maddələr məlumdur. Onların bir hissəsi bizə təbiət tərəfindən hazır şəkildə verilmiş təbii maddələrin azacıq modifikasiyası yolu ilə əldə edilmişdir. Lakin maddələrin böyük bir qrupu isə, təbiətdə mövcud olmadığı halda, insan tərəfindən sintez edilmişdir. Hər bir kimyəvi maddənin öz daxili qruluşu var və yüzlərlə müxtəlif reaksiyalara girir.
Elmi inkişafın əsasında kimyəvi maddələr və proseslər xalq təsrrüfatının müxtəlif sahələrində, o cümlədən maşın və cihaz qayırmada, yüngül və yeyinti sənayesində, tibbdə və kənd təsərrüfatında, inşaatda və məişətdə tətbiq edilir. Bu məqsədlə polimer materiallar, sintetik liflər, laklar, boyalar, gübrələr, yarımkrçiricilər, yuyucu və partlayıcı maddələr, həmçinin digər kimyəvi məhsullar istehsal olunur. Atom energetikasında, hesablama texnikasında, elektronikada, kosmonavtikada, radiotexnikada və digər sahələrdə kimyanın rolu böyükdür.
Kimyanın bir sıra ilkin qanunları stexiometrik qanunlar adı ilə məlumdur (stexiometriya-yunanca tərkib hissəni ölçmək deməkdir
2.METAL VƏ HİDROGEN RABİTƏLƏRİ
Metal rabitə. Dövri sistem elementlərinin əksəriyyəti metallardır. Metalların bir-birindən fərqlənmələrinə baxmayaraq,onların ümumi xassələri də vardır. Metallar yüksək elektrik və istilik keçiriciliyinə, plastikliyə,metal parıltılığına, reduksiyaedici və s. ümumi xassələrə malikdir. Bütün bu xassələr metal rabitəsinin təbiəti ilə əlaqədardır. Metal rabitəsi eyni metal atomları arasında mövcuddur.
Kristal qəfəsdə müsbət metal ionları ilə ümumiləşdirilmiş valent elektronları arasında qarşılıqlı təsirdən yaranan delokallaşmış çoxmərkəzli kimyəvi rabitəyə metal rabitəsi deyilir. Metal rabitəsi metalın kristal halında mövcuddur. Buxar fazada metallar atomlar və ya ikiatomlu molekullar halında olur (Na2, K2 və s.).
Dostları ilə paylaş: |