4.KIMYANIN ILK QANUNLARI.STEXIOMETRIK QANUNLQAR
Kimya təbiət elmlərindən biri olmaqla, başqa təbiət elmləri ilə birlikdə bizi əhatə edən maddi aləmi öyrənir. Kimya-maddələrin tərkibini, quruluşunu, xassələrini və çevrilmələrini öyrənən elmdir. Elementlər və onların birləşmələri kimyanın tədqiqat obyektidir.
Müasir kimya zəngin eksperimental materiallar və tutarlı nəzəriyələrə əsaslanan fundamental elmlər sistemidir. Kimya təbiət haqqında olan elmlər arasında əsas yer tutur. Hazırda 20 milyon üzvi və yarım milyona yaxın qeyri üzvi maddələr məlumdur. Onların bir hissəsi bizə təbiət tərəfindən hazır şəkildə verilmiş təbii maddələrin azacıq modifikasiyası yolu ilə əldə edilmişdir. Lakin maddələrin böyük bir qrupu isə, təbiətdə mövcud olmadığı halda, insan tərəfindən sintez edilmişdir. Hər bir kimyəvi maddənin öz daxili qruluşu var və yüzlərlə müxtəlif reaksiyalara girir.
Elmi inkişafın əsasında kimyəvi maddələr və proseslər xalq təsrrüfatının müxtəlif sahələrində, o cümlədən maşın və cihaz qayırmada, yüngül və yeyinti sənayesində, tibbdə və kənd təsərrüfatında, inşaatda və məişətdə tətbiq edilir. Bu məqsədlə polimer materiallar, sintetik liflər, laklar, boyalar, gübrələr, yarımkrçiricilər, yuyucu və partlayıcı maddələr, həmçinin digər kimyəvi məhsullar istehsal olunur. Atom energetikasında, hesablama texnikasında, elektronikada, kosmonavtikada, radiotexnikada və digər sahələrdə kimyanın rolu böyükdür.
Kimyanın bir sıra ilkin qanunları stexiometrik qanunlar adı ilə məlumdur (stexiometriya-yunanca tərkib hissəni ölçmək deməkdir).
5.METALLARİN SƏNAYEDƏ ALINMA ÜSULLARI(PİROMETALLURGİYA,ELEKTROLİZ,HİDROMETALLURGİYA ÜSULLARI
+Təbiətdə rast gəlinən və sənaye miqyasında sərbəst metal almağa yararlı olan müxtəlif minerallara filizlər deyilir. Metalların filizlərdən sənaye üsullarla alınması ilə məşğul olan sahəyə metallurgiya sənayesi deyilir. Metallar piro- , hidro- və elektrometallurgiya üsulları ilə alınırlar.
Dostları ilə paylaş: |