bir sistemin yaranmasına tələb yaratdı. Standartlaşdırmada yaranan problemlərin başında proqramlaşdırma terminologiyası gəlirdi. Buna səbəb hər firmanın özünəməxsus terminologiyasının olması idi. 1984-cü ildə International Organization of Standardization (ISO) adında bir qurum Open System Interconnection modelini “ISO”-nu yaratdı. ISO qurumun adının qısaltması deyil, latınca bərabər "isos" sözündən götürülüb. Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışır. OSI Modeli dəyişilməz qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi yarada bilər. Amma OSI modelinin standartlarında olmazsa böyük ehtimal digər şəbəkələr tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir.