|
|
səhifə | 18/34 | tarix | 11.03.2022 | ölçüsü | 255,62 Kb. | | #53596 |
|
ünvanlanmadığı üçün onu silirlər.
Bunu daha yaxşı anlamaq üçün yuxarıda bir ethernet hub-ın işləmə şəkillərini göstərmişəm. Hub-a
bağlı kompüterlər ulduz topoloji istifadə etməyinə baxmayaraq, hub içində eyni bus kimi tək bir
xətt olduğunu görə bilərik.
Bus topoloji istifadə edən əvvəlki şəbəkə növləri yeni şəbəkələrə qoşula bilərlər. Çünki işləmə
məntiqləri, yəni məntiqi topolojiləri eynidir. Demək olar ki, bütün ethernet hub-larda bir dənə
əlavə koaksial kabel girişi vardır. Koaksial kabel ilk bus topoloji ilə işləyən sistemlərdə işlədilirdi.
Ethernetin istifadə etdiyi bu mələz topoloji bəzən star-bus topoloji kimi tanınır. Tək mələz topoloji
star-bus deyildir. IBM-in yaratdığı və günümüzdə populyarlığını itirən, ancaq zamanında geniş
istifadə olunmuş Token Ring şəbəkə texnologiyası da star-ring mələz topolojisini istifadə edirdi.
Bu sistemdə də çöldən baxıldığında eyni ethernetin star-bus-ı kimi kabelləmə ulduz şəklində
olduğunu görürük. Hər kompüterdən ayrı bir kabel ethernet-dəki hub-ın bənzəri bir qutuya girir.
Ancaq bu qutunun içində Token Ring şəbəkələrinin istifadə etdiyi məntiqi bir həlqə(ring) quruluşu
mövcud olurdu.
2.3 Birbaşa qoşulma üçün istifadə olunan ilkin kabel texnologiyaları və inkişafı
İş yerlərində ilk kompüterlərin peyda olmasından sonra istifadəçilər məlumat ötürmək, çap etmək
üçün ilk olaraq birbaşa qoşulma kabellərindən istifadə etməyə başladılar. İki kompüterin bir-birinə
qoşulması, kompüterin arxa hissəsində yerləşən COM və LPT portlarından mümkün olurdu. Bu
Dostları ilə paylaş: |
|
|