1. kurikulumun əsaslari


edilməlidir ki, heç kəs bir mövqeyin üstünlüyünü hiss etməsin



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə19/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   15   16   17   18   19   20   21   22   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

edilməlidir ki, heç kəs bir mövqeyin üstünlüyünü hiss etməsin. 
Söz Assosiasiyaları( bütün siniflə həyata keçirilir).Əqli hücum üsullarından biridir. 
Təfəkkür baxımından isə hafizəyə əsaslanır.Dərsin mötivasiya, ümumiləşdirmə, 
mərhələlərində tətbiq olunur.Bu esuldan istifadə edilərkən öyrəniləcək mövzuya 
aid əsas söz(və ya söz birləşmələri) lövhəyə yazılır.Şagirdlər həmin söz ilə bağlı ilk 
xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır. 
Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, 
onlardan anlayış və ya ideya çıxarılır.Bu anlayışlar əsasında yeni materialın 
öyrənilməsinə başlanılır.Bu üsul həm də şifahi formada tətbiq oluna bilər.Bu 


üsuldan həm mövzunun əvvəlində həm də sonunda istifadə olunur.Nümunə:
müəllim sözü qeyd edir, məsələn dairədə”Ailə” yazaraq şagirdlərdən 
soruşur”Uşaqlar, ailə haqqında nələri söyləyə bilərsiniz?”Şagirdlərdə gəlib lazımi 
əlamətləri yazırlar.Hər kəs öz fikrini bildirir.Nəticədə döğru fikirlər çıxarılır.Bu 
üsulun məqsədi: -təhliletmə bacarıqlarını və təhlil proseslərini inkişaf etdirmək; -
şagirdlərdə idrak fəallığı yaratmaq; - mövzunu öyrənməyə başlayarkən 
mövzunun sonunda şagirdlərin yeni öyrəndiklərini aşkara çıxarmaq; -cisim vəya
hadisənin xüsusiyyətini müəyyənləşdirmək.Üsulun tətbiqinə isə 5-7 dəqiqə vaxt 
ayrılır. 
ROLLU OYUNLAR – (kiçik və böyük qruplarla həyata keçirilir).Taksanomiyanın
Tətbiq mərhələsində öz əksini tapır. Təfəkkür baxımından isə Tənqidi və yaradıcı 
təfəkkürə əsaslanır.Dərsin motivasiya və ümumiləşdirmə mərhələsində tətbiq 
olunur.Oyunlar daha maraqlı və səmərəli iş formasıdır.Bunun məqsədi təlim 
materialının qavranılmasını və dərk edilməsini asanlıaşdırmaq, şagirdləri real 
təhsildə və həyatda baş verən vəziyyətlərə hazırlamaqdır.Qeyri-müəyyənlik 
şəraitində, yaradıcılıq fəaliyyətində, real mühütin əsas cəhətlərinin təxəyyüldə 
yaradıldığı vəziyyətdə qərar qəbul etməyi öyrətmək üçün oyundan istifadə olunur. 
Rollu oyunlar hər hansı problemə müxtəlif nöqteyi – nəzərdən yanaşmağı, 
müxtəlif rollara girməyi tələb edir.Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq 
və mövcud vəziyyətə başqalarının gözü ilə baxmaq imkanı verir.Müəllim əvvəlcə- 
dən situasiya fikirləşib tapır, sinif otağını hazırlayır.Oyunun iştirakçılarını ehtiyatla 
və ustalıqla seçmək lazımdır.Rolun ifası zamanı münaqişələrin yaranmasına yol 
verilməməlidir.Rollar qısa olmalı, sadə dildə yazılmalıdır.Müəllim sinfi öz rollarını 
ifa edən bir neçə qrupa bölə, ya da bir qrupa oynamağı, qalanlarına isə aktyorların
oyununu müşahidə etməyi tapşıra bilər.Oyunun sonunda şagirdləri ustalıqla 
rollarından “çıxarmaq” vacibdir.Xeyli maraqlı və əyləncəli olan bu metodik üsul 
digər fəal üsullardan fərqli olan əlavə imkanlar yaradır.Şagirdin bu oyundan əldə 
etdiyi keyfiyyət – emosional təəssüratdır.Bu metod şagirdlərin yalnız birbaşa 
təcrübəsindən deyil, həm də simulyasiya edilmiş təcrübədən öyrənə bilməsinə
əsaslanır.Simulyasiya - immitasiya, təqlid etmək, fəaliyyət və hadisələri yalandan 
yaratmaq deməkdir.Hətta oyun arzuedilməz istiqamətdə getdikdə də oyunu baş 
tytmuş hesab etmək olmaz.BU üsulun əsas məqsədi: problemə digər adamın gözü 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin