1. kurikulumun əsaslari


və tapıntılarla tanış etmək; - 0lunan təqdimatla şagirdlərə yeni



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə33/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   29   30   31   32   33   34   35   36   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

və tapıntılarla tanış etmək; - 0lunan təqdimatla şagirdlərə yeni 
informasiya vermək; - əldə olunmuş yeni fikri qaydaya salmaq və 
sistemləşdirmək; - müəyyən nəticəyə gəlmək üçün tədqiqat sualına cavab 
tapmaq və bu zərurətin yaranmasına şərait yaratmaq; - təqdimat bir növ 
yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik 
xarakter daşıyır.Təqdimat zamanı şagird özünü və təmsil etdiyi qrupu 
təqdim edir, araşdırılan problemin adını göstərir, həmin problemin onlar


üçün maraqlı olub- olmadığı haqda qısa məlumat verir, üzünu 
yoldaşlarına tutaraq nitqinə giriş verir.Qeyd etmək lazımdır ki, şagird 
çıxışına başlayan zaman kənar danışıqlara son qoyulur, yəni şagidin nitqi 
kəsilmir.Bu mərhələdə müəllimin əsas vəzifəsi aşağıdakılardır: - şagirdin 
fəal iştirakını təmin edir; - bütün sinfi fəal dinləməyə sövq edir; - bütün 
şagirdlərə təqdimata öz münasibətini razılıqlarını və ya narazılıqlarını 
bildirməyə zövq edir; - daha çox şagirdi fikir mübadiləsinə cəlb edir; 
şagirdləri liderlərə sual verməyə stimullaşdırır və s. 
4.İNFORMASİYANIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ 
Aparılma müddəti 7 dəqiqə (standart).Şərt deyil, dərsin gedişatından asılı 
olaraq daha az və ya çox da ola bilər.Fəal dərsin 4-cü mərhələsidir.Bu 
məhələnin məqsədi: - yeni əldə edilmiş faktlar əsasında bilikləri 
sistemləşdirmək; - tədqiqat sualının cavabını aydınlaşdırmaq; - bütün 
zehni vərdişlərin, təfəkkürün müxtəlif növlərinin səfəbərliyini təmin 
etmək; - şagirdlərin irəli sürdükləri ideyaların müzaakirə zamanı 
fərqləndirilməsini və qeyd edilməsini müşahidə etmək; - şagirdlərin 
ideyanı işləyib hazırlamasına şərit yaratmaq.Bu mərhələdə müəllimin 
vəzifəsi: - bu zaman müqayisə, təhlil və sintezdən istifadə edilməsinə şərait 
yaratmaq; -şagirdləri diskusiyaya təhrik edir; - şagirdlərin ideyalarını 
dinləyir; - bununla yanaşı, müəllim öz nöqteyi-nəzərini şagirdlərə zorla 
qəbul etdirmir; - müəllim təklif və ideyaları diqqət mərkəzində saxlayır və s.
Bu mərhələdə müəllim hansı səhvləri buraxır? - müəllim öz fikirlərini zorla 
qəbul etdirir; - yönəldici suallardan istifadə edir; - şagirdi hazır cavaba 
yönəldir; - düşünməyə və təhlil etməyə imkan verməyən suallardan istifadə 
edir və nəticədə də şagirdlərin özlərinin həlli yolunu tapmasına imkan 
vermir və s. Göründüyü kimi, bu mərhələdə tapşırıqlar pərakəndə haldan 
toplu hala keçeir və nəticədə məlumatlar cəmlənmiş olur.Bu mərhələdə 
müəllim qrupların işini bir- biri ilə əlaqələndirir.Müzakirələrin sonunda 
hansısa əsas üzrə qruplaşdırılmış informasiya lövhədə qeyd edilir. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin