1. kurikulumun əsaslari



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə4/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   2   3   4   5   6   7   8   9   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

 
 
 
 
 
 
4.ƏSAS KOMPETENSİYALAR 


PLAN: 
1. Bilik,bacarıq,və vərdişlər 
2. Dəyər və keyfiyyət 
3. Əsas kompetensiyalar 
4. Metakompetensiyalar 
Kompentasiyalar latın sözü “competentia”olub,”bacarıq,səriştə,qabiliyyət”,” 
mühakimə etməyə səlahiyyətli”,”danışmağa hüququ olmaq” mənasını verir.
Kompetensiya –
situasiyadan irəli gələn və qarşında duran hər hansı konkret 
məsələni həyata keçirmək üçün sərf etdiyi bacarıqdır.Vəziyyətdən qaynaqlanan 
tələblərə cavab vermək üçün əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə 
effektiv və səmərəli tətbiq etmək bacarığıdır.Həmçinin müəyyən funksiyaların 
müvəffəqiyyətli icrası üçün zəruri olan bilik,bacarıq, müvafiq təcrübə və şəxsi 
keyfiyyətlərin toplusudur.Şagirdin dərsi qavraması üçün mütləq bilikdən əlavə,
bacarıqlara da ehtiyacı var.Bunu da formalaşdırmaq üçün “beş barmaq- a aydınlıq 
gətirək. Kompetensiya sözündə 
BİLİK+BACARIQ+VƏRDİŞ+DƏYƏR+KEYFİYYƏT
kimi açar sözləri 
birləşdirir.(biz bunu 5 barmaq adı ilə yadda saxlayaq) Ümumiyyətlə
kompetensiyanın formalaşması üçün şagird müəllimin qoyduğu suallara cavab 
tapmağı öyrənməlidir.Bu şagirddən fəal,yaradıcı iş, alınmış məlumatı təhlil etmək 
bacarığı tələb edir.Bunun üçün müəllim dərs keçərkən həmişə problemli situasiya 
yaratmalıdır.Bu isə şagirdi dərsi düşünülmüş şəkildə qavramağa, yaradıcılığını
inkişaf etdirməyə məcbur edir.Yaşadığımız dövrdə “ 21-ci əsr müəlliminin 
kompetentliyi” nə də böyük diqqət yetirilir,yəni ki müəllimin savadlılığının, yeni 
pedaqoji texnalogiyalardan istifadə etmık bacarığının,ünsiyyət qabiliyyətinin, 
kompüterdən istifadə etmək bacarığının, yaradıcı təfəkkürdən törəyən bilikləri bir-
biri ilə əlaqələndirərəkyeni bir bilik yaratma qabiliyyətinin,müəllim- şağird 
ünsiyyətini ən gözəl formada qura bilmək bacarığının olması ön planda 
durur.
BİLİK-
qrşıda duran məsələni həyata keçirmək üçün 
koqnitiv
(şagirdin 
informasiyanı dərketmə prosesi) fəaliyyət nəticəsində əldə olunan məlumat 
toplusuna deyilir.Bilik həmçinin bacarığı formalaşdırmaq üçün şagirdin özü və onu
əhatə edən aləm və aləmin amilləri haqqında informasiyadır.Biliklərə 
yiyələnmək,işində çətinliklərin aradan qaldırılması şagirdin paktikasına yaxşı təsir 
göstərir,şagirdlərdə öz quvvəsinə inam yaradır.Məlumatın mexaniki mənimsənil 
məsi,formul və təriflərin şüurun iştirakı olmadan əzbərlənməsibiliklərin formal 
mənimsənilməsinə səbəb olur.Ədəbiyyat,Tarix,Coğrafiya kimi fənlər əsasən bilik 
səviyyəsində öyrənilməlidir.
BACARIQ- 
bilik, təcrübə, vərdiş nəticəsində əldə 
edilmiş şagirdin işgörmə qabiliyyətidir.Hər işdə bacarıq lazımdır.Çünki insan 
arzusunu həyata keçirmək üçün öz səyi və bacarığı sayəsində istədiyi məqsədə nail 
ola bilər.”Göz görmək ağıl başa düşmək üçündür”,yəni bilik olmasa şagird 
bacarığını formalaşdımaqda çəkər.Bacarıq şagirddə əmək vərdişlərini formalaşdırır 
onu müstəqilliyə və yaradıcılığa alışdırır.Deməli,bacarıq biliyin məqsədyönlü 


formada həyata keşirir.Təbiət və Riyaziyyat fənləri, həmçinin Dil dərsləri bilik və 
bacarıqlar səviyyəsində öyrənilməlidir.Məsələn,Həndəsəni öyrənmək üçün təkcə 
teoremləri bilmək kifayət etmir, eyni zamanda həmin teoremi isbat etmək 
bacarığına yiyələnmək lazımdır.
VƏRDİŞ-
Şagirdin təlim prosesində qazandığı 
hərəkət,yəni bir növ biliyin bacarığa çevrilməsi prosesinin intensivləşdirilməsi 
hadisəsi kimi vərdişi formalaşdırıb alışqanlıq halına salan əsas amillərdəndir.Hər 
hansı bir bacarığı dəfələrlə təkrarlayan bir şagird bacarığı vərdişə çevirmiş olur.
Texnologiya vənni isə bilik,bacarıq və vərdişlər səviyyəsində öyrənilməlidir.
DƏYƏR-
İnsanın özünün fiziki və mənəvi varlığını qoruyub saxlaması,onun arzu 
və təlabatlaının ödənilməsi üçün yaşadığı cəmiyyətin və mühütün qəbul etdiyi 
ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.Şagirdin nəinki 
cəmiyyətdən,həmçinin ailədən, dövlətdən qazandığı milli və mənəvi dəyərlər onun 
şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır.Ümumiyyətlə,dəyərlər şəxsiyyəti 
formalaşdıran keyfiyyətlərdəndir.Şagirdin nailiyyəti isə bilik və bacarıq əsasında 
əldə olunub formalaşan dəyərlər sisteminə aiddir.
KEYFİYYƏT-
İnsanın 
vətənpərvərlik,demokratiklik,humanistlik,kimi keyfiyyətləri özündə cəmləşdirməsi 
yoldaşına kömək etməsi,böyüklərinə hörmət etməsi,səbrli olması,qətiyyətli olması, 
cəsarətliliyi,özünü ələ ala bilməsi,inamı,xeyirxahlığı,məsuliyyətliliyi,intizamlılığı, 
işgüzarlığı,mərdliyi kimi keyfiyyətləri özündə birləşdirməsi 
kompetensiyanı 
forma
laşdıran prinsiplərdəndir.Beləki şagirdlər üçün əlavə addımların atılması,tədris 
materialının şagirdlər tərəfindən əsaslı dərk olunmasının təşkil edilməsi,bu 
məqsədlə müəllimin şagirdlərin şüurunu hərəkətə gətirməsi,onları düşünməyə,fikir 
yürütməyə vadar etməsi,onların diqqətini öyrənilən hadisələrdə səbəb- nəticə 
əlaqələrinə yönəltməsi, müəllimin rəhbərliyi ilə şagirdlərin müəyyən əqli nəticələr 
çıxarması və s. Bütün bunlar şagirdlərdə 
kompetensiyaların
intensiv şəkildə 
formalaşmasına kömək edir.Nəticədə şagirdlər idrak əməliyyatları olan 
müqayisə,təhlilə,ümumiləşdirməyə,mücərrədləşdirməyə daha çox müraciət etməli 
olurlar.
Əsas kompetensiyalar aşağıdakılardır:-
İnsanlar ana dilində ünsiyyət qura 
bilməlidirlər.-insanlar ana dilində ünsiyyət qura bilməlidirlər; -ən azı bir xarici 
dildə ünsiyyət qurub danışa bilməlidirlər; -Riyazi savadı olmalıdır; -Elm və 
texnalogiyada sadə və mürəkkəb bacarıqlara sahib olmalıdır məsələn kompüter 
proqramını bilməsi,slayd qura bilməsi və s.; - Sosial və vətəndaşlıq kompetensiya
ları olmalıdır; - Yenilik və sahibkarlıq hissi kompetensiyaları olmalıdır; - 
Kompüter savadı olmalı,ondan istifadə etməyi bacarmalıdır, - Müstəqil öyrənmə
kompetensiyaları olmalıdır.Əgər bu bacarığı olmazsa digər bacarıqları 
mənimsəməkdə çətinlik çəkə bilər.;- Texniki kompetensiya- şagird gördüyü işin 
əsas tərkib hissəsini müəyyən etməyi bacarmalıdır.- Davranış kompetensiyası- 
şıxsi keyfiyyətlərin təsviri üçün nəzərdə tutulan bacarıqdır;- Siyasi və sosial 
kompetensiyalar oz üzərinə məsuliyyət götürmək bacarığı birgə qərar qəbul etmək 
bacarığı və .s; - Çoxmədəniyyətli cəmiyyətin həyatı ilə əlaqəli kompetensiyalar
(tolerantlıq,irqi ayrıseçkiliyə qarşı və s); - Şifahi və yazılı ünsiyyətdə kompetensiya 
lar(orta təhsilli insanın ictimai həyatda şifahi və yazılı ünsiyyət hazırlığını bildirən 


bacarıqlar);- İKT sahəsində kompetensiyalar (informasiya texnologiyalarını tətbiq 
etmək, reklam vasitəsilə yayılan xəbərlərə tənqidi yanaşma bacarığı). 
Metakompetensiyalar:(əsas bacarıqlardan əlavə,şagirddə daha da böyük 
bacarıqların formalaşması):-
Tənqidi təfəkkür;(məsələn,sinifdə müzakirə olunan 
mövzuya şagirdin yanaşması);- Yaradıcı yanaşma(şagirdin mövzuya daha yaradıcı 
yanaşaraq onu dərk etməsi); - Təşəbbüskarlıq;(şagirdin bilik ehtiyatını toplaması, 
fürsətləri qiymətləndirməsi,insanların ictimai ünsürlər kimi faktorlar onların təşəb 
büskarlıq səviyyəsinə təsir edir.Dövlətin təşəbbüskarlığı isə cəmiyyəti canlandır 
maq və dəstəkləmək üçündür); - Problemlərin həlli;(insanın problemin həlli yolunu 
daha tez və sadə yolla tapmağa qadir olması); - Riskin qiymətləndirilməsi;(çox risk 
edən insan riski daha rahat qiymətləndirməyə qadir şəxsdir); - Qərarların qəbul 
ediməsi;(doğru qərar verənlər qərarları daha rahat qəbul etməyi bacarırlar); - 
Hisslərin konstruktiv (qurucu) idarə edilməsi;( insanların ağılla hərəkət 
etməsi,özündən tez çıxması.hisslərini çilovlaya bilməsi,hərəkətlərinə daha çox 
diqqət göstərməsi və s.) 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin