31. Risklərin idarə edilməsini xarakterizə edin. Risk layihənin məqsədlərinin əldə olunmasına müəyyən zərər vura bilən, gözlənilməyən hadisələrin yaranmasına səbəb olan, layihəyə və onun elementlərinə təsir göstərən bir parametrdir.
Risk üç faktorla səciyyələnir:
Layihəyə mənfi təsir göstərən hadisələr;
Hadisələrin yaranma ehtimalı;
Hadisələr nəticəsində layihəyə dəyən zərərin dəyərləndirilməsi.
Risklərin idarə edilməsi layihənin həyata keçirilməsi zamanı risk dərəcəsinin minimuma endirilməsi və layihə iştirakçıları arasında dəyə biləcək mümkün ziyanın paylanması, başqa sözlə desək, həmin riskli hadisələrin təhlili, dəyərləndirilməsi və aradan götürülməsi ilə bağlı tətbiq olunan formal metodların məcmusudur.
Bütün layihələr və layihələrin əksər aspektləri bu və ya digər şəkildə riskə məruz qalırlar:
Maliyyə riskinə
Texniki riskə
Təşkilati riskə
Sosial-siyasi riskə və s.
Risklərin idarə edilməsi layihə üzrə riskin meydana gəlmə ehtimalının yüksək olduğu bütün hallarda tətbiq edilir: PMİ USA tərəfindən təqdim edilmiş aşağıdakı sxemə nəzər salaq:
Dövlət təşkilatlarının bilavasitə təsiri (qanunlar, standartlar, ekologiya)
Təbii fəlakət
Gözlənilməyən ətraf hadisələr (ekoloji, sosial, iqtisadi, texniki)
Qeyri-müəyyən mühit və uğursuzluqlar (qeyri-sabit siyasi vəziyyət, müqavilələrin pozulması və s.)
Gözlənilən ətraf hadisələr
Bazara görə risklər (xam malın qiyməti, tələbat, rəqabət, bazar qiymətləri, alıcının münasibəti)
İstismar (dəstəkləmə zəruriyyəti, təhlükəsizlik)
Valyuta kursu
İnflyasiya
Vergi sistemi
Sosial və ekoloji faktorlar
Daxili hadisələr
İş qrafikinin pozulması (işçi qüvvə və materiallar çatışmazlığı, tətillər, təchizatda ləngitmələr, layihədəki səhvlər, sifarişçinin tələbi, qeyri-real planlar, rəhbərliyin dəyişməsi və s.)
Maliyyələşdirmənin dayandırılması
Xərclərin artması (icraçıların, tədarükçülərin, sifarişçilərin və s.)