5. Layihəyə qoyulan tələblər Təşkilat üçün faydalı olan istənilən layihə aşağıdakı tələblərdən heç olmasa birini ödəməlidir:
- təşkilatın məhsuldarlığının yüksəlməsini təmin etməlidir;
- investisiyaların həcminin ixtisar edilməsinə yardım etməlidir;
- cari xərclərin azalmasına kömək etməlidir;
- təşkilatın cari və gələcək əsas göstəricilərinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmasını təmin edərək, bütün üç xarakteristikaya kompleks şəkildə təsir etməlidir.
Şəkil 2.3. Layihələrin idarə olunmasının möcüzəli üçbucağı
Məhdudiyyətlərdən hər hansı birinin dəyişməsi onlardan daha birinin dəyişməsinə səbəb olur. Layihələrin idarə olunması bu baxımdan bu cür məhdudiyyətlər arasında tarazlığın axtarılmasından ibarətdir.
Xərclər, müddətlər və keyfiyyət arasında alınmış nisbət tam fəaliyyət alqoritmi almağa imkan vermir. Bu elementlərdən hansının zəif yeri olduğu təyin edilməlidir. Layihələr bir qayda olaraq, dəyərlərinin endirilməsi aspektinə tabe olur, buna görə də axtarılan zəif yer məhz xərclər (design to cost) olacaqdır. Beləliklə, planlaşdırma və icra prosesində layihələrin menecmenti məhz bu amilə daha çox diqqət yetirməlidir.
Bəzi layihələrdə müəyyən müddətlərə qəti olaraq riayət edilməsi zərurəti yaranır. Burada layihə menecmentinin vəzifəsi məhz bu cəhətin ön plana çəkilməsi olur (design to time).
Əgər layihənin məqsədi məhz müəyyən keyfiyyət səviyyəsinə nail olmaqdırsa, əsas diqqət bu amilə yetirilməlidir (design to quality).
Bu üç siyasət layihə menecmentinə layihənin yerinə yetirilməsi gedişində ilk növbədə məhz hansı istiqamətdə hərəkət etmək lazım olduğunu göstərir. Əgər bu zaman menecment digər aspektləri nəzərdən qaçırmayıb, möcüzəli üçbucağın qravitasiya nöqtəsi olan ideal nöqtədən məqbul məsafədə hərəkət edərsə, layihəni çox güman ki, müxtəlif dərəcədə uğurlu, çox uğurlu və ya həddən uğurlu kimi qiymətləndirmək olar.