1. Liderliklə menecment arasında fərq və liderliyin əsas xüsusiyyətləri



Yüklə 192,5 Kb.
səhifə3/3
tarix04.04.2023
ölçüsü192,5 Kb.
#93076
1   2   3
Liderlik və menecment vəzifələri cox vaxt eyni mənada islədilir

3. Liderlik haqqında nəzəriyyələr.
Liderlik Bacarıqları” Nəzəriyyəsi
• Liderlik bacarıqlarının tərifi: bir sıra məqsəd və vəzifələrə nail olmaq üçün kimlərinsə bilik və bacarığından istifadə etmək imkanı
• Diqqət liderdə cəmləşir
• Əldə edilə bilən və inkişaf etdirilə bilən bacarıq və qabiliyyətləri vurğulayır
• Liderlərin etdiyini deyil, effektiv liderliyi mümkün edən bacarıqları vurğulayır
• Təklif edir ki, çox adam liderlik üçün potensiala malikdir
• Bu, təşkilat çərçivəsində bütün səviyyələrdə olan liderlərə tətbiq oluna bilər
• Bacarıqlar siyahısı şəxsin liderlik səlahiyyətlərinə təsir edə bilər-müəyyənləşdirər
• İmtahan qiymətləri liderlərə müxtəlif sahələri öyrənmək imkanı verir; sonralar liderlər bu sahələr üzrə daha çox təlim ala bilərlər
Texniki bacarıq – müəyyən iş və ya fəaliyyət növü üzrə biliyə və təcrübəyə malik olmaq.
İxtisaslaşdırılmış bacarıqlar
Analitik qabiliyyət
Müvafiq alət və texnologiyalardan istifadə etmək bacarığı
• Texniki bacarıqlar məhsul və ya proses ilə təcrübi bacarığı özündə birləşdirir.
• İdarəetmənin daha aşağı səviyyələrində böyük əhəmiyyətə malikdir
İnsan bacarığı - insanlarla işləmək qabiliyyətinə malik olmaq və bu barədə biliyə malik olmaq.
Özünün və başqalarının perspektivlərini eyni zamanda nəzərə almaq İnsanlarla (ayrı-ayrı fərdlərlə) işləmək bacarıqları liderə ümumi məqsədlərə nail olmaq üçün qrup üzvləri ilə birgə işləməkdə kömək etməyə imkan verir Etimad mühitini yaradır, burada üzvlər iştirak edə biləcəklərini və təşkilatda qərarlara təsir göstərə biləcəklərini hiss edirlər
Təşkilatın bütün səviyyələrində vacibdir:
Konseptual bacarıq – təşkilati siyasəti və ya problemləri müəyyən etməkdən ibarət olan zehni işi yerinə yetirmək qabiliyyəti (şirkət nəyi müdafiə edir və istiqaməti nədir) Mücərrədlik və hipotetik anlayışlarla asanlıqla işləyir
Təşkilatın baxış (viziya) və strateji planın aydınlaşdırılması və tərtib edilməsində mərkəzi rol oynayır
Ali rəhbərlik səviyyələrində ən vacibdir
Liderlik Üslubu Nəzəriyyəsi:
• Tabeçiliyində olan işçilərə özlərini, rəhbərlik və kolletiv üzvləri ilə münasibətdə rahat hiss etməkdə kömək edir;
• Məqsədlərinə çatmaq üçün liderlərin təşkilatlara necə kömək etməsini izah etmək üçün yaranıb;
• İstehsalata göstərilən qayğı təşkilati məqsədlərə nail olmaqda liderlər necə cəlb edilib;
• Adamların qayğısına qalmaq Lider təşkilatın məqsədlərinə nail olmağa cəhd göstərən işçilərin qayğısına necə qalır;
• Konseptual səviyyədə liderin üslubu davranışın iki əsas növündən ibarətdir: tapşırıq və münasibət;
• Yanaşmanın üslubundan asılı olaraq, liderlər öz hərəkətlərini qiymətləndirə bilərlər və öz liderlik üslublarını yaxşılaşdırmaq üçün necə dəyişəcəklərini müəyyən edə bilərlər ;
• Öz üslublarını qiymətləndirərkən menecerlər başqaları tərəfindən necə qavranıldıqlarını və daha uğurlu olmaq üçün davranışlarını necə dəyişə biləcəklərini müəyyən edə bilərlər.
“Transformasiya rəhbərliyi” nəzəriyyəsi
Bu yanaşma liderlərin təşkilatlarda əhəmiyyətli dəyişiklikləri necə başlaya, inkişaf etdirə və yerinə yetirə biləcəyini təsvir edir. İşçilər bu dəyişikliyi ehtiyaclarının ödənməsində, onların dəyərləndirilməsi və mənəvi cəhətdən dəstəklənmələrində hiss edirlər.
Transformasiya rəhbərliyi növbəti üsullardan istifadə edərək işçiləri daha əzmlə çalışmağa sövq edir:
1-ən başlıca müəyyən və ideallaşdırılmış məqsədlərin dəyər və əhəmiyyəti barədə şüuru artırır
2- təşkilatın mənafeyini şəxsi maraqdan üstün tutur
3- daha yüksək səviyyəli ehtiyaclara müraciət edir
4- möhkəm dəyərlər və ideallar toplusunu təqdim edir
5- işçiləri yaradıcı və yenilikçi olmağa ruhlandıraraq onların intellektini stimullaşdırır
6- işçilərin ehtiyacları ilə maraqlanaraq onları dəstəkləyəcək mühiti təmin edirlər.
Paylanmış liderlik nəzəriyyəsi Paylanmış liderliyin tərifləri:
 "liderlik bacarığını öyrənmək və inkişaf etdirmək üçün ümumi kontekstlərin yaradılması” (Harris, 2003)
 "liderlik və istiqamətin çoxsaylı mənbələri" (Elmor, 2000) Bu təriflər paylanmış idrak və fəaliyyət nəzəriyyəsinin nəzəri əsasları üzərində qurulmuşdur.
Paylanmış rəhbərliyi başqa liderlik yanaşmalarından üç aspekt fərqləndirir:
1- Razılıqlı hərəkət (Gronn, 2002)

  • Spontan əməkdaşlıq

  • Məsələni həll etmək üçün qarşılıqlı təsir və münasibətlərin "birliyi" "Anlayışın fərz edilən strukturu" çərçivəsində inkişaf edən ümumi istiqamətlər

  • Birgə strukturların təşkili (yəni komandalar)

İnsanlar əməkdaşlıq edəndə, təşəbbüslərini və atılan addımları birləşdirəndə razılıqlı hərəkət yaranır; nəticə isə onların fərdi hərəkətlərinin cəmindən daha yüksək olur.
2- Liderliyin açıq sərhədləri, yəni liderlər şəbəkəsi genişlənir, nəticədə cəmiyyətin daha çox üzvləri qərar verməkdə iştirak edə bilir.
3- Ekspertiza növləri inkişaf etdirilir və bu ayrı-ayrı fərdlər deyil, bir çoxları arasında paylanılır. Paylanmış liderlik sadəcə tapşırıqların paylanması deyil. Paylanmış liderlik əsas fikrin qəbulunu tələb edir: ağılın və düşüncənin paylaşması səbəbindən idrak artırılır (bu, fərdi liderin bacarıq, üslub və davranışında cəmləşən bir çox liderlik nəzəriyyələrindən fərqlidir).
Etik perspektiv müəyyən vəziyyətdə düzgün/səhv, yaxud yaxşı/pis seçimlər üzrə qərar qəbuletmədə rəhbər olaraq qayda və ya prinsiplər sistemini təmin edir.
• Liderlərin hərəkətləri və kimliyi onların davranış və əxlaqı ilə müəyyən edilir.
• Liderlərin müəyyən situasiyalarda seçimləri və cavabları onların etikası ilə müəyyən edilir.
Etik liderliyin prinsipləri:

Başqalarına hörmət
• Başqalarına özünə arzuladığı münasibəti göstərir.
--Başqalarının dəyərlərinə və qərarlarına hörmətlə yanaşır
--Başqa adamlara onların yaradıcılıqları və arzuları ilə birgə olduqları kimi qalmağa imkan verir
--Başqalarını şərtsiz qiymətləndirir və fərdi fərqləri dəyərləndirir
--Lider davranışları
• Tabeçiliyində olan işçiləri diqqətlə dinləyir
• Başqasının halına yanır
• Ona qarşı çıxanların nöqteyi-nəzərinə tolerantdır
Başqalarına xidmət
• Davamçılara istiqamətlənib – liderin planlarında davamçını üstün tutmağı öyrədən altruist prinsipinə əsaslanır.
--Xeyriyyəçilik – başqalarının maraqlarına hörmət etmək və məqsədlərinə çatmaqda kömək etmək liderlərin borcudur.
--Liderlər təşkilat məqsədinin keşikçiləridir; başqalarına xidmət edərkən onlar: təşkilatın məqsədini aydınlaşdırır, hər bir təşkilat üzvünə bu məqsədi tamamən çatdırır və bütün üzvlər bu məqsəd ətrafında birləşdirilir.
--Liderlər davamçılar üçün xeyirli olan qərarları qəbul etməkdə etik məsuliyyət daşıyırlar.
Lider davranışları
• Nümunəvi və tərbiyəvi davranışlar
• Səlahiyyət verən davranışlar
• Komandanı təşviq edən davranışlar
• Vətəndaşlıq davranışları
Ədalət nümayiş etdirir:
• Etik liderləri ədalət məsələləri narahat edir; qərar qəbul edərkən onlar ədalətliliyi rəhbər tuturlar Onlar distributiv ədalət prinsiplərinə sadiqdirlər
Lider davranışları
• Tabeçilikdə olan bütün şəxslərlə bərabər davranır
• Xüsusi rəftar/xüsusi davranış vəziyyətlərində fərqli rəftarın səbəbi aydın, ağıllı və sağlam mənəvi dəyərlər təməlində qurulur
Düzgünlük nümayiş etdirir
• Ədalətli liderlər dürüst olur, lakin eyni zamanda başqalarının hiss və münasibətlərinə həssasdırlar
--Onlar aldadıcı deyil
--Onlar açıqlıq və səmimiyyətlə bərabər, həqiqəti söyləyirlər və eyni zamanda müəyyən vəziyyətdə məlumatı nə qədər açıqlamağın müvafiq olduğuna nəzarət edirlər
Lider davranışları:
• Edə bilməyəcəyiniz işlər barədə söz verməyin
• Vəzifənizi yerinə yetirin
• Məsuliyyətdən yayınmayın
• "Ən yararlının salamat çıxması" təzyiqlərini qəbul etməyin
• Təşkilatda düzgün qiymətləndirmə mükafatlandırmanı ədalətli şəkildə həyata keçirin
Cəmiyyəti təşviq edin:
• Ümumi fayda üçün çalışan liderlər başqalarına öz iradələrini yeritmirlər; onlar hər kəs tərəfindən qəbul edilə biləcək məqsədləri axtarırlar.
--Başqalarının qayğısına qalmaq – bu, saxta transformasiya liderlərini əsl transformasiya liderlərindən fərqləndirən ən başlıca xüsusiyyətdir
--Transformasiya liderləri davamçıları ilə birlikdə müəyyən etdikləri ----- məqsədlərindən kənara çıxaraq daha böyük cəmiyyətdə fəaliyyət göstərirlər
Etika növbəti səbəblərdən liderlik üçün əhəmiyyətlidir:
• Təsir prosesi
• Ümumi məqsədlərə nail olmaq üçün davamçıları birləşdirmək ehtiyacı
• Liderlərin təşkilatın dəyərlərinə təsiri
NƏTİCƏ
Beləliklə liderlik nədir? Mükəmməl olan tərif belədir:Liderlik əks təqdirdə müvəffəq olunmayacaq nəticəni qəsdən əldə etmək üçün digərlərinə rəhbərlik etmək sənətidir.Sadəcə nəticələrin əldə edilməsilə yaxşı lider olunmur. Yaxşı liderlər zəhmət tələb edən nəticələrə qəsdən başqalarının köməyindən faydalanaraq nail olurlar. Onlar tək başına uğursuz şirkətləri şanslı təşkilata çevirə bilirlər. Onlar kampaniyanın inkişafını dəyişə bilərlər. Yaxşı liderlik ümumi nailiyyət üçün ən əsas vasitədir.
Yaxın keçmişə və bu günə nəzər yetirdikdə liderdən gözlənilənlərin olduqca fərqli olduğunu görə bilərik. Keçmişdə diqqətini məhsula, qiymət rəqabətinə yönəldən liderlik, hal-hazırda bu diqqəti qlobal iqtisadiyyat, internet iqtisadiyyatı kimi anlayışlar səbəbindən insana vəyaradıcılığa yönəltmişdir. Bu gün əsl lider – yaxşı bir araşdırmaçı və əldə etdiyi məlumatları süzgəcdən keçirə bilən, nəticələri yaxşıqiymətləndirib, səbəb nəticə əlaqələrini rahatlıqla qura bilən, analitik, həlli anında inkişaf etdirən, yaradıcı, ünsiyyətə açıq və məlumatlarınıpaylaşmağı bilən; qərar mexanizmlərində qabaqcıl ola bilən adamdır. Buna əlavə oluna bilən mütləq bir çox meyar vardır, ancaq bizim saydıqlarımız xüsusiyətlərdən birini çıxarsaq, bu, əskilməyə səbəb ola bilər.
Lider, liderlik etdiyi təşkilatın davamlı inkişafını və daha yaxşıya getməsini təmin edərkən, bu inkişafın önünü açmaq üçün eyni zamanda, öz inkişafına da zaman ayırmalı və bunun üçün səy göstərməlidir.
ƏDƏBİYYAT:

  1. “Təşkilati davranış və menecment psixologiyası üzrə dərs vəsaiti”, İsrayıl İsgəndərov, Sevər Şivəxanova-Erdemir 2013;

  2. Marketinqin əsasları. Dərs vəsaiti. A. T. MəmmədovBakı-2007.

  3. Аgаsəf Imrаn – Mеnеcmеnt. Dərslik. Bаkı – 2007

  4. Kotler F., Marketinqin əsasları, Bakı, Ergün, 1993

  5. Məmmədov Х., Mirzəyev S., Marketinqin əsasları, Bakı, QAPP-POLİQRAF



Yüklə 192,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin