1. Liderliklə menecment arasında fərq və liderliyin əsas xüsusiyyətləri



Yüklə 192,5 Kb.
səhifə1/3
tarix04.04.2023
ölçüsü192,5 Kb.
#93076
  1   2   3
Liderlik və menecment vəzifələri cox vaxt eyni mənada islədilir






PLAN

Giriş
1. Liderliklə menecment arasında fərq və liderliyin əsas xüsusiyyətləri.


2. Liderlik vəzifə və tapşırıqları. Liderliyin növləri.
3. Liderlik haqqında nəzəriyyələr.
Nəticə
Ədəbiyyat
GİRİŞ
Liderliyə bir çox təriflər verilir. “Collins” ingilis dili lüğəti liderliyi belə müəyyənləşdirir: “ komanda və qrupun rəhbəri (ləri)”. Lakin əsil liderlik bundan daha artıq mənaya malikdir. Lider təşkilatın icraçı direktoru və ya gizli müvəffəqiyyətə nail olmaq üçün komandasına rəhbərlik edən bir illik işçi də ola bilər. Dəfələrlə güclü liderlər sadəcə olaraq ruhlandırma, inandırma və şəxsi əlaqələr vasitəsilə rəhbərlik etdikləri halda, lider rəsmi güc və səlahiyyətdən də istifadə edə bilər. 
Liderlik əhəmiyyətinin fərqində olan təşkilatlar, yüksək səviyyəli rəhbərliyinin yeni mühitə uyğunlaşmasını təmin etmək, ya da liderlərini yetişdirmək üçün müxtəlif üsullara müraciət edərlər. Çünki, təcrübəli bir idarəçinin üst bir mövqeyə, ya da fərqli bir rola gətirərkən, yenivəzifəsinə uyğun olması tələb olunur. Bugünün liderləri də davamlı dəyişmənin və rəqabətin qaçılmaz və zəruri olduğunu bilərək, işdünyasında müvəffəqiyyətli olmaq üçün bir mütəxəssisə ehtiyac duyarlar. 
Elə bütün bu səbəblərdən ötrü  liderlərə yol göstərən "qoç" larla çalışılar. Bu vəziyyət bizə  liderlik mövqeyinə nə qədər əhəmiyyət verildiyini göstərən xüsusiyyətdir. Bir liderin motivasiyasını yüksək tuta bilmək üçün "qoç" la edilən işlər, yalnız iş həyatıyla məhdudlaşmamalı, həmçinin də ictimai həyatda, ailə münasibətlərində, ya da başqa  ortaq işlərdə, həll axtarışlarında da öz əksini tapmalıdır. Olduqca müvəffəqiyyətli nəticələr əldə edilən vəziyyətdə belə, bu nəticələr hərzaman kifayət qədər təmin edici olmaya bilər. Bu, uğursuzluq hissi və bədbəxtlik gətirə bilər. Əslində isə buna ugursuzluq da demək olmaz.
1. Liderliklə menecment arasında fərq və liderliyin əsas xüsusiyyətləri.
Liderlik və menecment vəzifələri çox vaxt eyni mənada işlədilir. Əslində isə onlar bir-birindən fərqli məvhumlardır. Liderliyə aid olan vəzifə və öhdəliklər menecmentlə bağlı olan vəzifə və öhdəliklərdən tam fərqlidir. Qarşısına liderlik etmək məqsədi qoyan məktəb direktorunun öhdəlikləri ilə menecmentlə məşğul olan direktorun öhdəlikləri üst-üstə düşmür və bu vəzifələrin hər biri fərdi yanaşma tələb edir. Əgər liderlik işçi heyətin istiqamətləndirilməsi və perspektiv məqsədlərin müəyyən olunmasına yönəldilirsə, menecment görülən işlərin səmərəliliyinə üstünlük verir. Göstərilən fərqləri yalnız fəaliyyətdəki fərqlər kimi qiymətləndirmək düzgün olmazdı, çünki fərqin yalnız fəaliyyətdə görülməsi lider fəaliyyətləri ilə menecment fəaliyyətləri arasında daima mövcud olan gərginliyin artmasını daha da gücləndirir. Liderlər daha çox ətrafa və gələcəyə nəzər salırlar, çünki onlar gələcək uğurları yeniliklərdə görürlər. Menecerlər isə mövcud vəziyyətlə məşğul olaraq təşkilatın uğurunu nəzarət sistemi və nizam-intizamın yaxşılaşdırılmasında görürlər. Güclü liderlik və səmərəli menecmentlik vəhdəti məktəbin uğurlu fəaliyyətini şərtləndirən ən vacib amildir. Bacarıqlı məktəb direktorları bu keyfiyyətlərin hər birinə malik olmalıdırlar. Onlar hansı vəziyyətdə daha çox liderliyə, hansı halda isə idarəetmə bacarıqlarının səfərbər edilməsinə ehtiyac olduğunu yaxşı bilirlər.
John Vest-Burnham Məktəblərdə İdarəetmənin Keyfiyyəti adlı kitabında liderliyə və menecmentə aid olan aşağıdakı meyarları səciyyələndirir. Liderliyə aşağıdakılar daxildir:
 Uzaqgörənlik
Strateji məsələlər
 Dəyişikliklər
 Nəticələr
Insanlar
 İşlərin daha düzgün şəkildə həyata keçirilməsi
 İstənilən situasiyalardan məharətlə çıxmaq Menecmentə aid məsələlər aşağıdakılardır:
 Icra
 Gündəlik fəaliyyətlərlə bağlı olan məsələlər
 Razılaşmalar
Resurslar
 Sistemlər
 İşlərin daha düzgün şəkildə həyata keçirilməsi
Liderlik və menecment fəaliyyətləri Hooper Alan və John Potterin Dərrakəli Lider adlı kitabında daha aydın və təfərrüatlı şəkildə təsnif edilmişdir. Onlar göstərilən dəstəyə görə Varren Bennisə öz minnətdarlıqlarını bildirərək, liderlə meneceri fərqləndirən aşağıdakı xüsusiyyətləri sadalayırlar:


Yüklə 192,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin