1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?
13. Mülki müdafiə planının birinci və ikinci bölmələri. Mülki Müdafiə planı əsas hissədən və əlavələrdən, əsas hissə isə Dörd bölmədən ibarətdir. I Bölmə: Qısa coğrafı və sosial-iqtisadi xarakteristika,Ehtimal olunan şərait və yarana biləcək vəziyyət. Bu bölmədə əks olunur: 1. Təsərrüfat obyektinin qısa coğrafi və sosial-iqtisadi xarakteristikası; 2. Obyektin mülki müdafiə üzrə dərəcələrə aidiyyatı; 3. Regionda və obyektdə baş verə biləcək fövqəladə hadisələrin növləri; 4. Partlayış və yanğın təhlükəli maddələr saxlanılan yerlər; 5. Kimyəvi maddələr saxlanılan və radiasiya təhlükəli obyektlər; 6. Fövqəladə hadisələr baş verərkən yarana biləcək şəraitin qiymətləndirilməsi.
II Bölmə. Əhalinin və işçilərin mühafizəsinin təşkili. Bu bölmədə əks olunur: a. Gündəlik fəaliyyət rejimində: 1. Mülki müdafiə sahəsində dövlət orqanlarının, hüquqi şəxslərin,vətəndaşların və Mülki Müdafiə qüvvələrinin vəzifələrinin öyrədilməsi və keyfiyyətlə yerinə yetirilməsi; 2. Əhaliyə və işçilərə fərdi mühafizə vasitələrindən istifadə edilmə qaydalarının öyrədilməsi; 3. Əhaliyə və işçilərə kollektiv mühafizə qurğularından istifadə Etmə qaydalarının öyrədilməsi; 4. Xəbərdarlıq, rabitə, informasiya sistemlərinin və maddi yardım fondlarının yaradılması və təkmilləşdirilməsi.
b. Yüksək hazırlıq rejimində: 1. MM qərargahlarında (idarəetmə məntəqələrində) rəhbər heyətin növbətçiliyinin təşkil edilməsi və mülki müdafiə qüvvələrinin Hazır vəziyyətə gətirilməsi; 2. Xəbərdarlıq, rabitə və informasiya vasitələrinin hazır vəziyyətə gətirilməsi; 3. Fövqəladə halların baş vermə təhlükəsi və ya baş verməsi barədə dövlət orqanlarının və işçilərin (əhalinin) xəbərdar edilməsi; 4. Fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması, belə hadisələrin baş verəcəyi hallarda isə insanların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına dair tədbirlər; 5. Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinə və işçilərə fərdi Mühafizə vasitələrinin verilməsi; 6. Təhlükə baş verməsi ehtimal olunduqda radioaktiv, güclü təsirli zəhərləyici maddələr (GTZM) və partlayış təhlükəli maddələr saxlanılan müəssisələrdə kollektiv mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi; 7. Təhlükəli zonalardan əhalinin və işçilərin köçürülməsi üçün köçürmə orqanlarının hazır vəziyyətə gətirilməsi və köçürmə planlarının dəqiqləşdirilməsi; 8. Epidemiyaya qarşı tibbi profilaktik tədbirlərin keçirilməsi; 9. Kənd təsərrüfatı heyvanlarının və məhsullarının mühafizəsi üzrə görüləcək tədbirlər (aidiyyatı üzrə).