1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Mülki müdafiə qüvvələrinin yaradılması



Yüklə 81,03 Kb.
səhifə19/30
tarix07.04.2023
ölçüsü81,03 Kb.
#94294
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?

23. Mülki müdafiə qüvvələrinin yaradılması.
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, həmçinin icra hakimiyyəti başçılarının tabeliyində olmaqla, mülki müdafiənin xüsusi tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan müxtəlif təyinatlı qüvvələrdən ibarətdir. Mülki müdafiə qüvvələri fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə işlərinin yerinə yetirilməsi üçün yaradılır. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşdirilməmiş dəstələr təşkil edir. Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə növlərə bölünür:

  1. Tabeliyinə görə ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.

  2. Yerinə yetirdikləri vəzifələrə görə obyektlərdə ümumi məqsədli mülki dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.

  3. Ümumi məqsədli mülki dəstələri zədələnmə ocaqlarında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.

Yığma komandalar, xilasetmə dəstələri, yığma mexanizasiya dəstələri ümümi məqsədli dəstələr sayılır.

  1. Mülki müdafiə xidmət (xüsusi təyinatlı) dəstələrinə kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. dəstələr aiddir.

  2. Yüksək təhlükəli obyektlərdə ixtisaslaşdırılmış dəstələr yaradılır.

Hazırlıq dərəcəsinə görə, hərbiləşdirilməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqlı (hazırlığa gətirilmə vaxtı 2-6 saat), qalan dəstələr isə, gündəlik (ümumi) hazırlıqlı olurlar (hazırlığa gətirilmə vaxtı 6-24 saat).
Mülki müdafiə qüvvələrinin hazırlığa gətirilmə vaxtı – mövsümdən (qış, yay), habelə, iş və işdən kənar vaxt nəzərə alınmaqla, obyektlərin mülki müdafiə planlarında öz əksini tapır.

24. Mülki müdafiə kəşfiyyatı.
Kəşfiyyat sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsi üçün MM qüvvələrinin ən başlıca təminat növüdür. Qarşıya çıxan tapşırığın xarakterinə görə kəşfiyyat ümumi və xüsusi kəşfiyyat növlərinə və kəşfiyyat məlumatlarının əldə edilməsi üsullarına görə isə yerüstü, hava və dəniz kəşfiyyatı üsullarına bölünür.
Ümumi kəşfiyyat – qəzanın yerini, vaxtını, xarakterini, dağıntının dərəcəsini, dəyən maddi ziyanın miqdarını, xəsarət alanların və köməyə ehtiyacı olanların sayını, əhalinin mühafizəsi və xilas edilməsi üzrə vacib olan tədbirlərin görülməsini, müəyyən etmək məqsədilə təşkil olunur və aparılır. Xüsusi kəşfiyyat radiasiya, kimya, mühəndis, yanğın, tibbi vəbioloji kəşfiyyat növlərinə bölünür. Xüsusi kəşfiyyat təbii və texnogen xarakterli fövqəladə hadisələrin və düşmənin müasir qırğın silahlarından istifadəsi zamanı yaranmış vəziyyət barədədolğun məlumatların alınması məqsədilə təşkil olunur. Yerüstü kəşfiyyat – ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM qərargahları tərəfindən təşkil edilir. Havadan kəşfiyyat – zədələnmə ocaqlarında, təbii fəlakət vəqəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təyyarə və ya vertolyotlardan aparılır. Dənizdən kəşfiyyat – sahillərdə, limanlarda, buradakı qurğularda vəziyyəti öyrənmək məqsədilə aparılır, yüksək sürətli gəmilər və ya katerlər vasitəsi ilə icra edilir.
Mühəndis kəşfiyyatının təşkili və aparılması üsulları:
Mühəndis kəşfiyyatı ştatlı mühəndis kəşfiyyat dozoru və ya mühəndis kəşfiyyatı manqası tərəfindən aparılır. Kəşfiyyatçıların təchizatı kəşfiyyat tapşırıqlarına uyğun həyata keçirilir.Kəşfiyyat zamanı müşahidə aparılır, hadisə yerinə, oradakı əşyalara, iş aparılan sahəyə və obyektlərə, qurğuların vəziyyətinə bilavasitə baxış keçirilir.Kəşfiyyat tapşırıqları verilən zaman dozora göstərilir: fəaliyyət göstəriləcək zonanın hüdudları; hərəkət marşrutu; çıxış məntəqəsindən keçmə vaxtı; kəşfiyyatın, ayrılmış nəqliyyat vasitələrinin sayı; kəşfiyyat məlumatlarının məruzə edilməsi qaydası.

Yüklə 81,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin