1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Bakterioloji silahların fərdi xüsusiyyətləri



Yüklə 81,03 Kb.
səhifə18/30
tarix07.04.2023
ölçüsü81,03 Kb.
#94294
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?

21. Bakterioloji silahların fərdi xüsusiyyətləri.
Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir:

  • Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir, insanlar, heyvanlar və bitkilər arasında kütləvi yoluxucu xəstəliklərin yaranmasına səbəb ola bilir;

  • Onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşəratlarda, gənələrdə və gəmiricilərdə qala bilir;

  • Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır;

  • Bir sıra yoluxucu xəstəliklər xəstə adamlardan sağlam adamlara asanlıqla keçir və tez yayılır;

  • Bəzi mikrob və zəhərlərin (toksinlərin) aşkar olunması çətinlik törətdiyinə görə zədələnmə təhlükəsinin daha çox olması;

  • Yoluxmuş havanın hermetik olmayan sığınacaq və binalara nüfuz etmək və orada olan insanları yoluxdurmaq xüsusiyyəti;

  • İstehsalının başqa kütləvi qırğın silahlarına nisbətən daha asan və ucuz başa gəlməsi.

Bioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı əlamətlərə görə təyin etmək olur:

  • Döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;

  • Binaların damı və divarlarında, ağac yarpaqlarında və yollarda tozaoxşar və ya qatı maye şəkilli maddələrin olması;

  • Ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;

  • Mərmilərin, konteynerlərin, müxtəlif bağlama və ya qutuların düşdüyü yerlərdə çoxlu həşəratların, gənələrin və ya gəmiricilərin olması;

  • Əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev heyvanlarının və quşların kütləvi qırılması və ya xəstələnməsi.

22. Bakterioloji silahdan əmələ gələn infeksion xəstəliklər.
Vəba – Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliiyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsi ilə olur. İlin isti vaxtlarında vəbanı milçəklər də yayır.
Qarayara – Kəskin yoluxucu xəstəlikdir. Təbii şəraitdə qarayara əsas etibarı ilə kənd təsərrüfatı heyvanlarında müşahidə olunur və bu xəstəlik insanlara heyvanlardan keçir. Bu mikrob sporunun xarici mühitdə çox davamlılığı, müxtəlif yollarla keçib insanı və heyvanları yoluxdurma qabiliyyətinə malik olması və ölüm hallarının yüksək olması qeyd olunur. Qarayara törədicisini ilin bütün fəsllərində su təchizatı məbələrini, otlaqları, yemi, mal-qara sürülən yolları və başqa obyektləri zəhərləmək yolu ilə tətbiq etmək olar. Xəstəliyi yaymaq üçün yoluxdurulmuş həşəratlardan və aerozol halına salınmış törədicinin spor formasından istifadə edirlər. Nəticədə heyvanların kütləvi surətdə xəstələnməsi və ölməsi mümkündür.
Təbii çiçək – ağır yoluxucu xəstəlikdir. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, huşun depressiyasına səbəb olur. 2-3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur.

Botulizm – Toksini hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir. Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90-100%) ölümlə nəticələnir.


Taun – Təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyə insanlar yoluxdurulmuş gəmiricilərdən və birələrdən yoluxa bilərlər. Yoluxma gəmiricinin dişləməsi, tənəffüs və həzm yolları vasitəsilə, xəstəlik törədicilərin zədələnmiş dəriyə və gözün selikli qişasına düşməsi nəticəsində baş verə bilər. Gizli dövr 2-6 gündür. Bu xəstəliyin törədiciləri taun çöpləridir. Çox vaxt qasıq nahiyəsindəki limfa düyünləri şişir, sonra irinləyir, müalicə etmədikdə yaralar açılır. 4-5 gündən sonra sepsis nəticəsində hərarət qalxır və xəstəliyin ağ ciyər forması inkişaf etməyə başlayır. Bu zaman pnevmoniya inkişaf edir və qısa zamanda epidemiya xarakteri ala bilər. Taun insandan insana hava-damcı yolu ilə keçir. Müalicə aparmadıqda ölümlə nəticələnir.
Tulyaremiya – İnsan və heyvanların tulyaremiya xəstəliyinə çox meylli olduqlarını, inkubasiya dövrünün qısa, xarici mühitdə törədicinin çox davamlı, yoluxmanın müxtəlif yollarla aparılmasının mümkün olduğunu, yoluxma nəticəsində xəstəliyin çox uzun və ağır keçdiyini nəzərə alaraq düşmən tərəfindən tulyaremiya törədicisinin bakterioloji silah kimi tətbiq edilməsi mümkündür. Heyvanların tulyaremiya ilə yoluxdurulması çox ciddi epidemioloji əhəmiyyətə malikdir.


Yüklə 81,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin