Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4.52 Mb.
Pdf просмотр
səhifə1/65
tarix29.12.2016
ölçüsü4.52 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   65

Az rbaycan Respublikas T hsil Nazirliyinin

я

ы я



9 12 08

3 4 нюì яëè я

я

1 . .20 -ci il tarixli, 1 3



mri il

я

ø



t sdiq olunmu dur.

ISBN 978-9952-34-75 -2

6

D rslikd mumi epidemiologiyan n b t n b lm l ri hat olunmu dur: epidemik proses



я

я ö


ы ö ö ю я я я я

ø

haqq nda t lim, dezinfeksiya, sterilizasiya, dezinseksiya, deratizasiya, yoluxucu



ы

я

x st likl rin profilaktikas , epidemioloji n zar t, ocaqda apar lan ksepidemik t dbirl r.



я я я

ы

я я



ы

я

я



я

D rslikd ATU-nun tibbi-profilaktika fak lt sinin t l b l ri

n n z rd tutulmu proq-

я

я



ö я

я я я я ö÷ö я я я

ø

ram sas nda m xt lif yoluxucu x st likl rin epidemiologiyas v profilaktikas na dair



я ы

ö я


я я я

ы я


ы

я

ы я



ø

trafl m lumat verilmi dir.

Bundan ba qa, kitabda m xt lif yoluxma mexanizml ri il t r l n t r dicil r t r find n

ø

ö я



я я ю ö ö я ю я

я я я


я

t r dil n x st likl r (helmintozlar, protozoozlar, x st xanadaxili infeksiyalar) x susi

ю я я я я я я

я я


ö

diqq t verilmi dir.

я

ø

Bak , "



" N riyyat vi, 2012,

s h.


ы

яø

Å



я

Шя

я

rq-Q rb

728


www.fb.com/eastwest.az

M llifl r:

öя я

И. .A

ЬAYEV

я

m kdar elm xadimi,



tibb elml ri doktoru,

я

professor



X.N.X

И

L FL

Tibb zr f ls f doktoru,

ö я я я я

dosent


F. .T

Ш

A YEVA

ЬЫ

Tibb zr f ls f doktoru,

ö я я я я

dosent


Rяy÷ilяr:

H.A.Q

И

D ROVA

Respublika Q S-l M bariz M rk zinin direktoru

ИЧ я ö

я я я


,

professor  t

d

, è


ëìëя è оê о

V.N.V

И

K LOV

ATU-nun ictimai sa laml q v s hiyy nin t kili

ü

ы я я


я

яø

kafedras n n professoru,  t



d

ы ы


è

ëìëя è оê о



ÖN SÖZ

Təqdim  etdiyimiz  dərslik  Azərbaycan  Tibb  Universitetinin 

epidemiologiya kafedrasının proqramına əsasən tərtib edilmişdir. 

Bu kitab əsasən tibbi-profilaktika fakültəsinin tələbələri üçün nə-

zərdə  tutulmuşdur.  Azərbaycan  dilində  epidemiologiyaya  həsr 

edil  miş ilk və axırıncı dərslik 1957-ci ildə kiçik həcmdə yazıl mış-

dır. Üstündən 50 il keçdiyindən həmin dərslik tamamilə köh nəl-

miş dir. Hal-hazırda tibb universitetinin azərbaycandilli tələ bə lə ri 

bizim 1984–1985-ci illərdə yazdığımız “Epide miolo giya dan təc-

rü bi  məşğələlər”  kitabından  istifadə  edirlər.  Onun  da  yazıl ma-

sından 25 il vaxt keçmiş və bu dövr ərzində epidemiologiya sahə-

sin də çoxlu yeniliklər əldə edilmişdir.

Bu  dərsliyi  hazırlayarkən  keçmiş  SSRİ-nin  görkəmli  epi de -

mi o  loqlarından L.V.Qromaşevskinin (1947), V.A .Başe ni nin (19-

55),   D.V.Vi no qradov-Voljinskinin  (1973),  İ.İ.Yolkinin  (1979), 

V .D. Bel yakovun və R.X.Yafayevin (1989) epi demiologiya dərs-

liklərindən,  eləcə  də  xarici  ölkələrin  görkəmli  epi demio loq la

 

rı-



nın  kitablarından  istifadə  edilmişdir.  Bundan  əla və,  ümumi  və 

xüsusi epidemiologiya sahəsində çalışmış bir çox təd  qi qat çıların 

elmi  işlərindən  ayrı-ayrı  fəsillərin  yazıl ma sında  isti fadə  edil-

mişdir. Ümidvarıq ki, epide mi olo gi ya nın son zaman larda sürətli 

inkişafı nəticəsində əldə edilən məlu matlar müxtəlif fəsillərdə öz 


əksini  tapmaqla  tələbələrin  müasir  epidemiologiyaya  dair  bi-

liklərə yiyələnmələrinə kömək edəcək.

Müəlliflər müasir dövrün tələblərinə uyğun dərslik yaz ma ğa 

çalışmışlar.  Bu  işin  çətinliyini  başa  düşərək,  dərslik  haq qın da 

mülahizələrini  və  tənqidi  iradlarını  bizə  yazanlara  min nət dar 

olarıq.


5

GİRİŞ

Yoluxucu xəstəliklər bu günə qədər səhiyyənin aparıcı prob -

lemi olaraq insanların sağlamlığını, yaşama müddətini və ö lü  mün 

səbəblərini müəyyən edir. Digər xəstəliklərlə müqayisədə yoluxu-

cu  xəstəliklər  planetin  əhalisi  arasında  dünyada  ikinci-üçüncü 

yer də durur. Məlumdur ki, istənilən xəstəliyin nozoloji müs tə qil-

liyi etioloji agentlə müəyyən olunur.

Ölümün əsas səbəblərindən olan on xəstəlikdən yeddisi in-

fek sion mənşəlidir. ÜST-ün göstəricilərinə əsasən, insanların 33%-i 

yoluxucu xəstəliklərdən məhv olurlar. Son illər uşaq ölümü azal-

maq dadır və bu ilk növbədə yoluxucu xəstəliklərin pro fi  lak ti ka-

sı  nın və terapiyasının effektivliyinin artması hesabına baş verir. 

Hazırda yoluxucu xəstəlikləri şərti olaraq 2 əsas xəstə liklər qru-

puna bölmək olar. Birinci – dərmanlara qarşı törədicilərin m ü  qa -

vi mətinin artması ilə əlaqədar olaraq aktivləşən və yeni əra zi ləri 

fəth edən köhnə “qayıdan” infeksiyalar və ikinci – əvvəllər mə lum 

olmayan, həqiqətən yeni yaranan infeksiyalardır. Onların otuz dan 

çoxu XX əsrin son 25 ilində meydana çıxmışdır. Köhnə infeksi-

yalardan malyariya, vərəm, sarı qızdırma və vəba diqqəti xüsu si-

lə cəlb edir. Dünyada hər il 500 mln insan malyariyaya yoluxur ki, 

bunlardan 450 mln-u Afrikada yaşayır. Hər il 2 mln-a yaxın şəxs 

bu xəstəlikdən ölür.

Yer  kürəsi  əhalisinin  artması  əvvəllər  meşələrlə  örtülmüş 

ərazilərin mənimsənilməsi ilə müşayiət olunurdu ki, bu da əha li-

nin köhnə (malyariya, sarı qızdırma) və yeni növ xəstəlikləri k e-

çi  rən həşəratlarla təmasda olmaq təhlükəsini yaradırdı. Yeni məs-

kun  laşan ərazilərdə əhalinin sayının artması və sanitar xid mə tin 

qey ri-qənaətbəxş  vəziyyətdə  olması  vəba,  qrip,  salmonelyoz  və 

eşe  rixioz kimi xəstəliklərin artmasına şərait yaradır. Bundan baş-

qa, bioterrorizm unudulmuş problem olan çiçək, taun, qara yara 

kimi  çox  təhlükəli  infeksiyaları  gündəlik  məsələyə  çevir miş dir. 

Taun planetin əhalisini keçmişdə vahiməyə saldığı kimi, bu gün 

də  narahatlıq  doğurur. Yeni  aşkar  olunan  yoluxucu  xəstə lik lə rin 


6

sayı da getdikcə artmaqdadır. Bəşəriyyət üçün ən təhlükəli h e sab 

olunan İİV infeksiyası üzrə vəziyyət xüsusilə həyəcan d o ğurur. 

Bu infeksiya ilə əlaqədar bir sıra Afrika ölkələrində ağır siyasi 

və iqtisadi problemlər yaranmışdır.

Əlbəttə, yoluxucu xəstəliklərlə mübarizədə nəzərəçarpacaq 

müvəffəqiyyətlər çoxdur. Məsələn, qızılcaya qarşı peyvəndin a lın     -

masından əvvəl dünyada hər il 135 mln xəstələnmiş uşaqdan 7-8 

mln-u, hal-hazırda isə ildə 42 mln-dan yalnız 1 mln-u məhv olur. 

Planlı şəkildə aparılan profilaktik tədbirlərin sayəsində polio mie-

lit,  drakunkulyoz  (rişta)  xəstəliklərinin  tam  ləğv  olun ması  və 

artıq  ciddi  problem  yaratmayan  cüzam  ilə  mübarizə  m ə sə   lələri 

real  laşmışdır. Keçmişdə geniş yayılan taun, vəba, təbii çiçək, səp-

gili  və  qarın  yatalağı,  difteriya,  malyariya,  qrip  və  digər  xəs tə-

liklərin pandemiya və epidemiyası keçən minillikdə yüz milyon-

larla  in san ın  ölümünə  səbəb  olmuşdur.  XX  əsrin  əvvəlində 

yük sək xəstələnmə səviyyəsində ölüm halları taunda – 65-100%, 

vəbada – 45%, səpgili və qarın yatalağında – 25-40% təşkil et-

miş dir.

Lakin xəstəliklərin diaqnostikası və müalicəsində əldə olu-

nan müvəffəqiyyətlərə baxmayaraq, infeksion xəstəliklər insanın 

mü hüm patologiyası olaraq qalmaqdadır: həkimə müraciət edən 

hər ikinci pasiyent yoluxucu xəstəliklərə yoluxmuş şəxslərdir, sa-

hə  pediatrlarının  pasiyentlərinin  70%-i  yoluxucu  xəstəliklərdən 

əziy  yət çəkən uşaqlardır.

Yoluxucu xəstəliklərin mənfi təsiri xüsusən müharibə döv-

rün də,  təbii  fəlakət  və  iqtisadi  böhranlar  zamanı  daha  qabarıq 

təzahür edir. Belə ki, 1980–1988-ci illərdə Əfqanıstanda olan so-

vet ordusunun əsgərlərinin infeksion xəstəliklərdən itkiləri sani-

tar  itkilərin  tam  yarısını  təşkil  etmişdir.  XX  əsrdə  80-ci  illərin 

sonu  90-cı  illərin  əvvəlində  Rusiyada  məlum  hadisələrlə  bağlı 

sosial-iqtisadi  sarsıntı lardan  sonra  daha  bir  epidemioloji  prob-

lem – difteriyanın yenidən alovlanması baş verdi ki, bu da A v ro-

pada qeydə alınan difteriyanın 80%-ni təşkil etmişdir.

Son illər həm yeni aşkar edilən, həm köhnə yaxşı öyrənilmiş 

infeksion patologiyaların misli görünməyən fəallaşması müşahidə 

edilir. Belə ki, infeksion xəstəliklərin siyahısı əvvəllər məlum ol-


7

mayan xəstəliklər (Lass, Ebol, Marburg virus qızdırmaları, ente-

rotoksik və enterohemorragik eşerixozlar, yersinyoz, İİV-in fek-

siya, kampilobak terioz, bir sıra virus bağırsaq xəstəlikləri, C, D, 

E,  F  və  G  virus  hepatitləri,  legionelyoz,  borrelioz,  in san ların 

prionla törənən və heyvanların sinir sisteminin xəstəlikləri, xan-

ta vi rus  ağciyər  sindromu  və  s.),  eyni  zamanda  qeyri-infeksion 

etio  lo giyalı xəstəliklərin (xroniki hepatit, xora xəstəliyi, Berket 

lim  foması, Kapoşi sarkoması, T-hüceyrəli leykoz və digər şişlər) 

he sa bına daima artmaqdadır. Həmçinin son illər immun çat ış maz-

lığına məruz qalan və xəstə xa nadaxili şəraitdə yoluxan pasi yent-

lərdə şərti-patogen törədicilərin rolu artır: bunlardan her petik və 

si tomeqalovirus infeksiyaları, pnev mosistozu, m i kop laz mo zu, xla-

midiozu, toksoplazmozu, kandidozu misal göstərmək olar.

Hazırda  infeksion  xəstəliklərin  səviyyəsinin  sürətlə  art-

ması mü şahidə olunur, onun inkişaf templəri artıq minil lik lər lə 

deyil,  onilliklərlə  ölçülür.  Bu  isə  V.İ.Pokrovski  və  başqaları 

(1993) tərə findən “Epidemik prosesin müasir inkişaf anlayışını” 

irəli sür mə yə əsas vermişdir. Onilliklər ərzində bir çox infek si-

ya ların kliniki və epidemioloji aşkarlanması bu xəstəliklər üzrə 

əvvəllər  mövcud  olan  təsəvvürləri  xeyli  dəyişmişdir.  Belə  ki, 

müx təlif  etiologiyalı  xroniki  xəstəliklərin  yayılması  sürətlə  baş 

verir. İnfeksion mənşəli və ilk növbədə prion ensefalopatiya xü-

susi aktuallıq kəsb edir.

Yeni  minilliyə  bəşəriyyət  İİV  infeksiyasının  davam  edən 

pan  demiyası, vərəm, malyariya və cinsi yolla yayılan xəstə lik lə-

rin artması şəraitində daxil olmuşdur. Həmçinin kəskin respira-

tor virus infeksiyaları əsas problem olaraq qalır, belə ki, infeksi-

on xəstəliklərin 90%-i bunların payına düşür, ikinci yerdə isə hər 

il  planetin  milyarddan  çox  sakininin  düçar  olduğu  kəskin  ba-

ğırsaq infeksiyaları durur. Beləliklə, infeksion xəstəliklər əv vəl-

ki kimi insan patolo giyasında əsas yerlərdən birini tutur.



8

Epidemiologiya kafedrasının tarixindən

ATU-nun  epidemiologiya kafedrası 1943-cü  ildə sanitariya-

gigiyena  fakültəsinin  nəzdində  məşhur  epidemioloq,  professor 

İ.Ə.Axundov tərəfindən təşkil olunmuşdur. Kafedra bir müddət 

Malyariya və tibbi parazitologiya institutunun bazasında yerləş-

miş dir.


Yarandığı ilk illərdə kafedranın ştatı 2 nəfər akademik işçidən 

ibarət olmuşdur ki, onlar da sanitariya-gigiyena fakültəsində həm 

Azərbaycan, həm də rus dillərində epidemiologiya fənnini tədris 

edirdilər. Onlardan biri professor İsmayıl Əbdülxalıq oğlu Axun-

dov, digəri isə assistent Məmmədhəsən Məmədhüseyn oğlu A x un -

dov idi.


İ.Axundov  Almaniyada  Münhen  tibb  institutunda  təhsilini 

başa vurduqdan sonra orada doktorluq müdafiəsi edərək vətənə 

q a yı tmış, görkəmli alim-epidemioloq, malyarioloq və entomoloq 

kimi Azərbaycanda o zamanlar geniş yayılmış malyariya ilə m ü-

barizə işində fəal iştirak etmişdir. Professor İ.Axundovun 40-dan 

artıq elmi işinin əksəriyyəti, o cümlədən monoqrafiyası məhz mal-

yariya probleminə həsr olunmuşdur. O, elmi-pedaqoji fəa liyyətlə 

məşğul olaraq, zəngin bilik və bacarığını respublikada tibbi kadr-

ların  hazırlanması  işinə  sərf  etmişdir.  Belə  ki,  1931-ci  ildən 

1942-ci ilə qədər Azərbaycan Tibb İnstitutunun ölkə patologiyası 

kafedrasının  dosenti  vəzifəsində  iş lə miş,  eyni  zamanda  1939–

1940 -cı illərdə Azərbaycan Həkimləri Tək millə  şdirmə İnsti  tu tu-

nun tropik xəstəlikləri kafedrasına rəhbərlik e t mişdir.

N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda epidemio-

lo gi ya  kafedrasının  təşkilatçısı  olan  İ.Axundov  kafedra  yaran-

dığı vaxt dan – 1943-cü ildən ömrünün sonuna – 1952-ci ilə q ə-

dər ona rəhbərlik etmişdir.

Professor Axundovla  birlikdə  1943-cü  ildən  1948-ci  ilə  qədər 

ka fed rada assistent vəzifəsində işləyən M.Axundov və 1945-ci i l dən 

1948-ci ilə qədər işləyən Salar Ağarəfi oğlu İmaməliyev sonralar 

tibb elmləri doktoru, qabaqcıl səhiyyə təşkilatçıları, A zər bay can 

T a un əley hinə stansiyanın və Epidemiologiya, mikrobilogiya və 



9

gigiyena  institutunun  rəhbəri  olmuşlar.  1945-ci  ildən  assistent 

kimi  fəaliyyətə  başlayan Tağı  Ələkbər  oğlu Tağızadə  ömrünün 

sonuna qədər kafedrada çalışmışdır.

Professor  İ.Axundovun  faciəli  vəfatından  sonra  kafedraya 

1952-ci ildən 1964-cü ilə qədər professor Pyotr Petroviç Popov 

rəhbərlik  etmişdir.  O,  kafedra  müdiri  olmaqla  yanaşı,  eyni  z a-

man da Malyariya və Tropik təbabət institutunun direktoru vəzi-

fəsini daşımışdır. Bu dövrdə kafedrada 2 assistent – T.Tağızadə 

və Ə.S.Mərdanlı, həmçinin 2 aspirant – R.Ə.Bayramova və Ş.N .

Həsənov işlə miş dir. Ə.Mərdanlı sonralar kafedranın do senti o l-

muş və ömrünün sonuna qədər kafedrada işləmişdir. Ş.Həsə nov 

sonralar  epidemiologiya  kafedrasının  baş  müəllimi,  dosenti  və 

yoluxucu  xəstəliklər  kafedrasının  dosenti  olmuşdur.  R.Bayra-

mova isə ATU-nun mikrobilogiya və immunologiya kafedrasının 

pro fesso ru olmuşdur.

1964-cü ildən 1992-ci ilə qədər kafedraya əməkdar elm xa -

dimi,  professor  T.Tağızadə  rəhbərlik  etmişdir.  O,  1964-cü  ildə 

dok torluq dissertasiyası müdafiə etmiş, 1965-ci ildə professor e l mi 

adını almış, bütün ömrü boyu ATU-nun epidemiologiya kafedra-

sında işləmişdir. Müxtəlif illərdə (1962–1966, 1981) Azərbaycan 

SSR Səhiyyə Na zir liyinin ET Tibbi Parazitologiya və Tropik T ə-

babət  İnstitutunun  di rek toru  olmuşdur.  Elmi-tədqiqatları  əsa sən 

leptospiroz, malyariya, helmintozlar və salmanelloz xəstə li yi nin 

müalicə  və  profilaktikasına  həsr  edilmişdir.  Azərbaycan  SSR 

Epidemioloqlar, Mikrobioloqlar və Pa  ra  zi to loq  lar Elmi c ə miy  yə-

ti nin sədri olmuşdur (1974-cü ildən). T.Ə.Tağızadə “S ə hiy yə əla-

çısı” döş nişanı (1954), “Şərəf nişanı” ordeni və medallarla təltif 

edilmiş,  1981-ci  ildə  “Əmək dar  elm  xadimi”  fəxri  adına  layiq 

g örülmüşdür.

T.Tağızadənin təşəbbüsü sayəsində epidemiologiya fənninin, 

di gər respublikalarda olduğu kimi, müalicə-profilaktika, pediat-

riya, sto ma tologiya fakültələrində də tədrisinə nail olunmuşdur.

Professor T.Tağızadə  kafedranın  maddi-texniki  bazasını  g e-

nişlən dirməklə yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsinə və 

kadr ha zırlığına da xüsusi diqqət yetirmişdir. Hazırda kafedranın 

elmi dərəcəsi olan əməkdaşlarının əksəriyyəti onun yetir mə lə ri-


10

dir. Professor T.Ta ğızadənin rəhbərliyi altında 11 doktorluq, 27 

n a mi zədlik disser ta siyası müdafiə edilmişdir. Tibb elm ləri dok-

torları İbadulla Əliağa oğlu Ağayev və Məhərrəm Zül füqar oğlu 

Niftullayev hazırda kafed rada öz fəaliyyətlərini davam etdirirlər. 

Biologiya elmləri doktoru F.P.Ələkbərov ömrünün sonuna qədər 

kafedranın pro fes soru vəzifəsində işləmişdir.

Kafedra  yarandığı  ilk  günlərdən  tədris  işi  ilə  yanaşı,  elmi-

təd  qi qat  işinə  də  geniş  yer  ayırmışdır.  Elmi  işlərin  əsas  isti qa-

mət ləri  res publikamızın  ölkə  patologiyası  və  səhiyyənin  aktual 

problemləri nə zərə alınmaqla planlaşdırılır. Belə ki, ka  fedra təş-

kil olunan ilk illərdə malyariya, qayıdan yatalaq, dəri leyş ma ni-

ozu, pappataçi qız dır ması kimi xəstəliklərin epidemiologiyasının 

öyrənilməsinə  geniş  yer  ve ri lirdisə,  sonralar  T.Tağız a dənin  rəh-

bər liyi  altında  leptospiroz  prob le mi nin  hər tərəfli  öyrə nil məsinə 

dair silsilə elmi-tədqiqat işləri apa rıl mışdı. Alınan elmi nailiy yət-

lər  nəticəsində  kafedranın  nəzdində  təşkil  olunmuş  lep to s piroz 

labo ratoriyası keçmiş Zaqafqaziya və Orta Asi ya Respublikaları 

üçün metodik mərkəz kimi qəbul olunmuşdu.

Epidemiologiya kafedrasına 1992-ci ildən Əməkdar elm x a-

dimi, Əməkdar müəllim, professor İbadulla Əliağa oğlu Ağayev 

rəhbərlik edir. 



11

Vətən Epidemioloqları

Axundov  İsmayıl  Əbdulxalıq  oğlu  –  08.12.1897-ci  ildə 

Şama xıda  anadan  olmuş,  22.03.1952-ci  ildə  Moskva  şəhərində 

faciəli  şəkildə  vəfat  etmişdir.  Görkəmli  epidemioloq,  parazito-

loq, tibb elmləri doktoru (1937), professor (1939). İ.Ə.Axundov 

1920-ci  ildə  Azərbaycan  Demokratik  Res pub likası  tərəfindən 

Almaniyaya  Münhen  universitetinin  tibb  fa kül təsinə  təhsil  a l-

mağa göndərilmiş və 1925-ci ildə oranı əla qiy mətlərlə bitirmiş-

dir. 1925–1928-ci illərdə Hamburq tropik insti tutunda professor 

Martininin  yanında  assistent  vəzifəsində  çalış mış dır.  1928-ci 

il də vətənə qayıtmış, Azərbaycan tropik institu tun da e n to moloji 

şöbəsinin  müdiri  kimi  fəaliyyətə  başlamışdır.  1929–1946-cı  i l-

lərdə Tropik institutda şöbə müdiri, eyni zamanda ATİ-nin ölkə 

patologiyası kafedrasının dosenti (1931-1942), Ba kı tropik stan-

siyasının direktoru (1934-1939), Həkimləri Təkmil ləş dirmə İns-

titutunda  tropik  xəstəlikləri  kafedrasının  müdiri  (1939–1940), 

Səhiyyə Nazirliyinin malyariya ilə mübarizə şöbə si nin rəisi v ə-

zi  fəsində çalışmışdır (1943–1952). 1941-ci ildən 1943-cü ilə q ə-

dər Zaqafqaziya hərbi dairəsinin baş epidemioloqu olmu ş dur.

1943-cü  ildə  N.Nərimanov  adına ADTİ-nin  epidemiologiya 

kafedrasını  yaratmış  və  ömrünün  sonuna  qədər  (1952)  orada 

müdir olmuşdur. Əsas tədqiqat işləri malyariyanın epidemio lo gi-

ya  sına,  kimyəvi  profilaktikasına  və  keçiricilərin  biologiyasına, 

eko  lo gi yasına,  faunasına  və  yayılmasının  öyrənilməsinə  həsr 

olun   muş dur.  O,  bu  sahəyə  40-dan  artıq  elmi  məqalə  və  1  m o-

noq rafiya  həsr  etmişdir.  Onun  əməyi  dövlət  tərəfindən  yüksək 

qiy mətləndirilmiş, “Şərəf nişanı” ordeni, “Qafqazın müda fiə sinə 

görə”, “Almaniya üzərində qələbə”, “Vətən müharibəsi illə rində 

şərəfli  əməyə  görə”  medalları,  “SSRİ  Səhiyyə  Əlaçısı”  döş 

nişanı,  SSRİ  və Azərbaycan  SSR  Səhiyyə  nazirliklərinin  fəxri 

fərmanları ilə təltif edilmişdir.



Pyotr  Pyotroviç  Popov  –  27.06.1888-ci  ildə  Peterburqda 

anadan olmuş, 11.07.1964-cü ildə Moskva şəhərində dünyasını 

dəyişmişdir.  Görkəmli  epidemioloq,  parazitoloq,  əməkdar  elm 

x adimi (1949), tibb elmləri doktoru (1926), professor(1930).



12

1910-cu ildə Peterburq universitetinin təbiət elmləri şöbəsini, 

1919-cu  ildə  isə  Moskva  Dövlət  Universitetinin  tibb  fakültəsini 

bitirmişdir. Universiteti bitirdikdən sonra Zaqafqaziya hərbi dai rə-

sinə ordu sıralarına çağırılmışdır. 1921–1930-cu illərdə Mos k va  da 

tropik  institutda  çalışmışdır.  Bu  müddət  ərzində  o,  RSFSR-də, 

Ukraynada, qərbi Sibirdə, Orta Asiyada ekspedisiyalarda iş ti rak 

etmişdir.  1930-cu  ildə  P.P.Popova  Azərbaycanda  tropik  ins titut 

təş kil etmək tapşırılmışdır və 1952-ci ilə qədər o, bu insti tu tu nun 

direktoru  olmuşdur.  1952–1964-cü  illərdə  N.Nərimanov  adı na 

ADTİ-nin  epidemiologiya  kafedrasının  müdiri  olmuşdur.  Onun 

rəhbərliyi ilə 40 namizədlik və 6 doktorluq dissertasiyası müda-

fiə  edilmişdir.  Təd qiqatları  gənə  spiroxetozlarına,  malya ri ya ya, 

dəri və visseral leyşmaniozlara, helmintozlara həsr olun muş dur. 

150-dən çox elmi əsərlər çap etdirmişdir. 1949-cu ildə ona Azər-

bay canın əməkdar elm xadimi adı verilmişdir. 1961-ci il də P.P. -

Po pov “Qırmızı əmək bayrağı” ordeni ilə təltif edilmişdir.

Tağızadə Tağı Ələkbər oğlu – 04.09.1923-cü ildə Bakı ş ə hə -

rində anadan olmuş, 25.11.1998-ci ildə vəfat etmişdir. Gör kəm li 

epidemioloq,  əməkdar  elm  xadimi  (1981),  tibb  elmləri  dok  toru 

(1964), professor (1965).

T.Ə.Tağızadə 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitu tu-

nun müalicə-profilaktika fakültəsini bitirmişdir. O, əmək fəa liy-

yətinə 1942-ci ildə Kəlbəcər rayonunda əvvəl epide mioloq və p a-

ra zitoloq, sonra isə rayon səhiyyə şöbəsinin müdiri, 1 9 4 3– 1944-cü 

illərdə Yevlax rayonunda sanitar-epidemioloji stan si yanın və eyni 

zamanda tropik stansiyanın rəisi, 1944–1945-ci illərdə Quba rayon 

dövlət sanitariya müfəttişi vəzi fələrində çalış mışdır. 1945-ci ildə 

N.Nərimanov adına ADTİ epidemiolo giya kafedrasına as  sistent 

vəzifəsinə seçilmişdir. 1956–1962-ci il lərdə müalicə-pro filaktika 

fakültəsinin dekan müavini, 1966-1968-ci illərdə sanitariya-gigi-

yena  fakültəsinin  dekanı  olmuşdur.  1962–1966,  1981–1988-ci 

illərdə  Elmi-Təd qiqat  Tibbi  Parazi to lo giya  və  Tropik  T ə babət 

İnstitutunun, 1988-1992-ci illərdə isə El mi təd qiqat Epidemiolo-

giya,  gigiyena  və  peşə  xəstəlikləri  insti tu tunun  direktoru 

vəzifəsində işləmişdir. 1964-cü ildən 1992-ci ilə qədər ATU-nun 

epidemiologiya kafedrasının müdiri, 1992–1998-ci il lərdə kafed-



13

ranın professoru olmuşdur. 1968–1975-ci illərdə Səhiyyə Nazir-

liyinin baş epidemioloqu, 1984–1992-ci illərdə isə baş parazito-

loqu olmuşdur.

1974-cü ildən 1992-ci illər ərzində Azərbaycan epide mio loq-

ları,  mikrobioloqları  və  parazitoloqlarının  elmi  cəmiyyətinin, 

Sə hiyyə Na zir liyinin problem komissiyasının, ATU-nun nəzdin-

də ki  ix ti sas laş dırılmış  şuranın,  profil  həkimlərinin  attestasiya 

komis si yasının sədri, “Azərbaycan Tibb”, “Tibbi parazitologiya 

və para zi tar xəs tə liklər” (Moskva) jurnallarının redaksiya heyə-

ti nin, keçmiş SSRİ-də bir çox cəmiyyət və elmi şuraların üzvü 

ol muş dur. Geniş erudisiyalı və hərtərəfli biliyə malik olan pro-

fessor T.Ə.Tağızadə öz elmi-pedaqoji fəaliyyətinin 55 ili ərzində 

infek sion və parazitar xəstəliklərin öyrənilməsi və onlarla müba-

ri zənin təş kili sahəsində elm və praktikanı qiymətli məlumatlarla 

zən ginləşdirən  çoxsaylı  təd qiqat  işləri  aparmışdır.  Tədqiqatları, 

əsa sən, leptospiroz, mal ya riya, helmintozlar və salmonelyoz xəs -

tə liklərinin  epidemio lo gi ya sına  həsr  olunmuşdur.  1  dərslik,  4 

mo no qrafiya, 7 dərs vəsaiti, 18 el mi-kütləvi kitabça, 300-ə qədər 

elmi  mə qalə  nəşr  etdirmişdir.  Onun  rəhbərliyi  ilə  11  doktorluq 

və  26  na mizədlik  dissertasiyası  mü dafiə  olunmuşdur.  Professor 

T.Ə.Ta ğı zadənin xidmətləri höku mət tərəfindən yüksək qiymət-

lən  diril mişdir.  O,  Səhiyyə  əlaçısı  (1954),  Şərəf  nişanı  ordeni 

(1971),  bir  sı ra  medallar,  SSSR-i  və Azərbaycan  SSR  Səhiyyə 

nazir liklərinin,  Azərbaycan  Ali  Soveti  Rəyasət  heyətinin  fəxri 

fərmanları ilə təl tif olunmuşdur. 1981-ci ildə ona Azərbaycanın 

əməkdar elm xa dimi fəxri adı verilmişdir.




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə