Az rbaycan Respublikas t hsil Nazirliyinin


Qeyri  -  patogen  (şərti  -  patogen)  obliqat  parazitlər



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   2   3   4   5   6   7   8   9   ...   65

Qeyri  -  patogen  (şərti  -  patogen)  obliqat  parazitlər.  Son 

zamanlar  törədicinin  orqanizmdə  uzun  müddət  qalmasını  ifadə 

etmək üçün persistensiya termini daxil edilmiş, latent infeksiya 

termini  meydana  gəlmişdir.  Latent  infeksiyalara  1,  2,  5  tipdən 

olan  adenoviruslar  tərəfindən  törədilən  sadə  herpesi  misal  gös-

tərə bilərik. Xəstəlik yalnız latent infeksiya bioloji tarazlıq vəziy-

yətini pozduqdan sonra əmələ gəlir. Latent infeksiyanın kəs kinləş-

mə si nə gətirib çıxaran spesifik və daxili təsirlərin xarakteri müx  təlif 

xəstəliklər  zamanı  eyni  deyildir.  Bu  zaman  endogen  infeksiya 

fəallaşır. Baş verən fenomen özü isə törədici üçün bir uyğun laş-

madır.  İnfeksiyanın  kəskin  mərhələsində  onun  disseminasiyasını 

təmin edir.

Parazit  və  sahibin  qarşılıqlı  uyğunlaşmasının  ən  son  həddi 

qeyri-patogen  parazitizmdir.  Hazırda  məhz  təbii  şəraitdə  qeyri-

patogen olan mikroorqanizmlər tərəfindən törədilən pato lo gi yalar 

daha çox əhəmiyyət qazanmışdır. İnsanın daimi sakinləri – bağır-

saq çöpü, difteroidlər, Klebsiella cinsindən olan bak te riyalar və s. 

bu  cür  xəstəliklərin  törədiciləridir.  Belə  törədicilər  tərəfindən 

törədilən xəstəliklər yalnız müəyyən şəraitdə – orqanizmin rezis-

tentliyi  aşağı  düşdükdə,  orqanizmin  reaktivliyinin  dəyişildiyi 

şəraitlərdə  (bu  zaman  təbii  qeyri-patogen  mikroorqanizmlər 

pato gen təsir göstərir) əmələ gəlir. Buna radiasion şüalanma, ağır 

travma  və  yanıqlar,  soyuqlama,  kortikosteroidlər  və  anti bi o tik-

lərin  qəbul  edilməsi  aiddir.  Orqanizmin  rezistentliyi  ley ke miya 

və diabet kimi xəstəliklərdə də aşağı düşür. Təbii ş ə ra itdə     insa-

nın  patologiyasında  qeyri-patogen  mikro orqa nizm lər   tərə fin dən 



61

törədilən xəstəliklərin xüsusi çəkisi böyükdür. Bun lar hələ yaxşı 

öyrənilməmiş iltihabi xəstəliklər, cərrahi – irinli xəs tə lik lər, yara 

infeksiyası, xolesistit, pielit, sistit və s. iltihabi pro ses lər dir.

İnsanın  qeyri-patogen  obliqat  parazitlər  tərəfindən  törədilən 

xəstəlikləri bəzən endogen infeksiyalar tipində gedir. Çox zaman 

pato loji  prosesin  inkişafı  spesifik  qeyri-patogen  parazitlərin 

zədə lənmiş  dəri  və  selikli  qişalardan  onlar  üçün  xas  olmayan 

yol la daxil olması nəticəsində baş verir. Bu zaman autoinfeksi-

yadan söhbət gedir. Lakin endogen infeksiyalar və autoinfeksiya 

termini  dəqiq  deyildir.  İstənilən  mikroorqanizmlər  insan  orqa-

nizmini  onun  həyatının  istənilən  mərhələsində  xaricdən  yolux-

durur,  yəni  endogen  əmələ  gəlmir.  Həm  də  insanların  həyatı 

boyu  örtük  toxumalarının  qeyri-patogen  mikroflorasının  (mik-

roflora) mübadiləsi baş verir və xəstəlik bu mikroflora ilə çarpaz 

yoluxmanın nəticəsində yarana bilər.

Beləliklə,  şərti-patogen  törədicilər  qrupuna  özünün  bioloji-

ekoloji  xarakteristikasına  görə  fərqlənən  müxtəlif  törədicilər 

daxil edilir: heyvanların və insanın fakültativ parazitləri və təbii 

şəraitdə patogen olmayan insanın obliqat parazitləri.



Parazitizmin  fərdi  xüsusiyyətləri.  Epidemioloji  bioamilin 

xarak teristikasını  verərkən  infeksion  xəstəlik  törədicilərinin 

pa razitizmini  xarakterizə  edən  ümumi  bioloji-ekoloji  xüsusiy-

yət  lərindən  başqa,  ayrı-ayrı  törədicilərin  insan  orqanizmi  və 

ətraf  mühitlə  qarşılıqlı  münasibətinin  konkret  formalarını  da 

nəzərə almaq lazımdır.

Epidemik  prosesin  gedişinə  infeksiyanın  aşağıdakı  xüsu-

siyyətləri  təsir  göstərir:  inkubasiya  dövrünün  davametmə  müd-

də ti,  infek si yanın  tipik,  atipik  və  simptomsuz  gedişləri,  sahib 

orqanizmdən törədicinin xaric olma müddəti və xarakteri, törə-

di cinin  ayrı-ayrı  orqanlara  tropluğu,  xəstəliyin  gedişinin  müd-

dəti,  postinfeksion  immunitetin  təzahür  etməsi,  xarici  mühitin 

əlverişsiz təsirinə qarşı davamlılığı.


62

EPİDEMİK PROSES HAQQINDA TƏLİM 

Epidemik prosesin spesifikliyinin təbiəti

Parazitar  sistemlərin  fəaliyyətini  aşağıdakı  əlamətlər  müəy-

yən  edir: 1) spesifik sahibin populyasiyası ilə törədicinin qarşı-

lıqlı təsiri zamanı aşkar edilən bioloji xüsusiyyətləri; 2) törədici 

populyasiyası  ilə  spesifik  sahibin  qarşılıqlı  təsiri  prosesində 

aş kar  edilən  bioloji  xüsusiyyətləri,  ekologiyası  və  etiologiyası; 

3) parazitar sistemlərin təkamül etdiyi sosial şəraitdə parazit və 

spesifik sahib popul yasi yalarının qarşılıqlı təsiri.

Parazit və sahib populyasiyalarının qarşılıqlı təsirini 

əks etdirən epidemioloji əlamətlər

 Əlamət

 

Əlamətin məzmunu



1. Xəstə və törədicigəzdirənin 

yo luxuculuğunun xarakteri

Törədicinin xaric edilmə yolu və yol ux-

ma   mexanizmi.  Törədicinin  ma hi y yəti 

və infeksion təbiəti ilə müəyyən olunur.

2. Xəstələrin yoluxuculuq dö   -

v  rü  (müddəti)

3.İnkubasiya dövrü

Yoluxma və xəstələnmə arasındakı inter-

val


4.  Xəstəliyin  ağırlığının  da-

vam   etməsi

Letallıq  və  əmək  qabiliyyətinin  iti-

rilməsi  göstəriciləri,  həmçinin  xəs tə-

liyin gedi şi nin ağırlıq dərəcəsinə görə 

xəstələrin  bölgüsü.  Törədicinin  pato-

genliyi sahibin həssaslığı ilə müəyyən 

olunur.


5. Törədicigəzdirənlik və on un 

kateqoriyaları 

Rekonvalessentlərin  və  (və  ya)  infek-

si yanın  simptomsuz  forması  ilə  yo-

lux muş  şəxslərin  törədicini  orqaniz-

m də saxlamaq qabiliyyəti. Törədicinin 

sahibin immun mexanizmlərinin təsirini 

dəf etmək qabiliyyəti ilə müəyyən olunur.



63

6. Əhalinin immunoloji

st rukturu

İnsan  populyasiyalarının  immunitetin 

olub-olmamağına görə paylanması, im-

mun təbəqənin isə immunitetin gər gin-

li yinə və davam etmə müddətinə görə 

paylanması. Törədicinin immunogenli-

yi  və orqanizmin immunitet əmələ gə-

tir mək və onu saxlamaq qabiliyyəti ilə 

müəyyən olunur.

7.Manifestlik

Xəstəlik  əlamətləri  olan  yoluxmuş 

şəxslərin  payı. Törədicinin  patogenlik 

də rə cəsi  və  orqanizmin  həssaslığı  ilə 

müəyyən olunur.

8.Kontagiozluq əmsalı

Qeyri-immun populyasiyada yoluxmuş 

şəxslərin orta sayı. Törədicinin kon ta-

gi o z luğu  və  həssaslıq  dərəcəsinə  görə 

spesifik sahibin populyasiyasının struk-

turu ilə müəyyən olunur. 

9. Endemiklik

Xəstələnmənin  proqressiv  şəkildə  art-

ma sı sürəti. Törədicinin kontagiozluq və  

patogenlik göstəriciləri, həmçinin infek-

siyanın manifestliyi ilə müəyyən olunur.

Epidemiologiya  problemlərinə  münasibətdə  populyasiya 

(fransızca:  “population”  –  əhali  deməkdir)  bioloji  növün  real 

möv  cudluq formasıdır. Növlər məkan və zaman daxilində pay-

lan  mış  populyasiyalardan  təşkil  olunmuşdur.  Mikrobio logiyada 

yo luxucu xəstəliklərin törədicilərinə uyğun  olaraq, populyasiya 

an layışı  vəziyyətdən  asılı  olaraq  müxtəlif  mənalarda  işlədilir. 

Çox  zaman  populyasiya  dedikdə  becərilmə  şəraitində  olan 

mikro orqa nizm lə rin  məcmuyu başa düşülür. 

Müvafiq  olaraq  epidemiologiyada  insan  populyasiyası  ter-

mini ilə törədicilərin sirkulyasiyası hududunda, başqa sözlə, epi-

demik  (endemik)  ocaqların  hüdudunda  insanın  ərazi,  sosial, 

məişət və yaş qrupları müəyyən edilir. Endemik ərazidə törədici 

populyasiyası  həmişə  diskretdir.  O,  məkan  və  zaman  daxilində 



64

paylanmış epidemik ocaqlardan ibarətdir (aşkar edilməmiş ocaq-

lar da daxil olmaqla). 

Epidemik  ocağa  ərazi  və  populyasiya  baxımından  müxtəlif 

təriflər verilmişdir. 

L.V.Qromaşevski  epidemik  ocaq  (onun  terminologiyasına 

görə  –  yoluxucu  xəstəlik  ocağı)  dedikdə  infeksiya  mənbəyinin 

olduğu yer və törədicininin ötürülə biləcəyi (mümkün) yoluxma 

mexanizminin  realizasiya  olduğu  ərazini  nəzərdə  tutur.  Popul-

yasiya  yanaşmasında  antroponozlar  zamanı  epidemik  ocaq  törə-

dici populyasiyasının və onun mövcud olmasını təmin edən insan-

ların  yaşayış  mühitidir.  Bu  halda  epidemik  ocağın  məkan  və 

zaman sərhədləri insanların ərazi, sosial, məişət və yaş qrup larının 

hə yat fəaliyyətlərinin xüsusiyyətləri ilə müəyyən olunur; bu ocaq 

da xilində xəstəlik törədicilərinin sirkulyasiyası mümkündür.

  İnsanların  zoonozlarla  xəstələnməsi  enzootiya  ilə  bağlıdır. 

Enzootiya özü isə epizootik ocaqların inkişaf etməsi zamanı təz a-

hür olunur. Epizootik ocaqların təyinində ərazi (E. N. Pav  lov s ki ) 

və populyasiya (B.N.Beklemişev) yanaşmalarından istifadə e dir-

lər. E.N.Pavlovskiyə görə təbii ocaq (enzootik ocaq) – törə di ci-

nin donordan resipiyentə ötürülməsi mümkün olan coğrafi land-

şaft sahəsidir. Populyasiya yanaşmasına uyğun olaraq, epizootik 

ocaq  -  törədici  populyasiyası  və  onun  mövcud  olmasını  təmin 

edən onurğalı heyvanların populyasiyalarının (transmissiv infek-

siyalar zamanı həmçinin buğumayaqlıların, sapronozlar zamanı 

isə həm də xarici mühitin spesifik şəraiti) yaşayış mühitidir.

Epidemik  proses  mürəkkəb  sosial-bioloji  hadisədir.  Epide-

mik  proses  3  halqadan  ibarətdir:  infeksiya  mənbəyi,  yoluxma 

me  xanizmi və həssas orqanizm. Epidemik proses haqqında təlim 

3 əsas bölməni əhatə edir:

1)  Epidemik  prosesin  əmələ  gəlmə  səbəbləri  (bioloji,  təbii, 

s o sial) və onun inkişaf şəraiti, epidemioloji prosesin mahiyyəti, 

parazit və sahib populyasiyaları arasında müəyyən sosial və təbii 

şəraitlərdə baş verən qarşılıqlı təsir öyrənilir.

2) Epidemik prosesin inkişaf mexanizmi: yoluxma mexaniz -

mi   nə zəriyyəsi, təbii ocaqlılıq nəzəriyyəsi və parazitar sis tem lə-

rin özünütənzimləmə nəzəriyyəsi öyrənilir. 


65

3) Epidemik prosesin təzahürləri öyrənilir, yəni infeksion xəs-

tə liklərin  müxtəlif  ərazi,  əhali  qrupları  və  zamana  görə  paylan-

ması müəyyən edilir.



Birincibölmədə epidemik prosesin nə üçün baş verdiyi a y-

dın   laş dırılır. Klinik təbabətdə patoloji prosesi orqanizm səviy yə-

sində öyrənən analoji bölmə etioloji bölmə adlanır.

İkincibölmədə epidemik prosesin necə inkişaf etməsi öyrə ni-

lir  və patogenezi müəyyən edilir.



Üçüncübölmədə epidemik prosesin necə təzahür etməsi, əla-

mət ləri – semiotika araşdırılır.



Epidemik proses, onu təşkil edən və inkişafına 

təsir göstə rən amillər

Epidemik proses epidemiologiyanın predmetini təşkil edir. 

Epidemik prosesin elementar əsasını yoluxucu xəstəlik, y o-

lux ma  mexanizmi  və  əhalinin  xəstəliyə  həssaslığı  təşkil  edir. 

İ.V.Qro ma şevski göstərir ki, epidemik proses bir-birinin ardınca 

qanunauyğun şəkildə baş verən yoluxucu xəstəlik hadisələrindən 

ibarət olub, bütün yoluxucu xəstəliklərin (parazitar xəstəliklərin) 

yeganə real saxlanma formasıdır.

Epidemik proses ardıcıl baş verən və bir-birilə qarşılıqlı əla-

qəsi  olan  yoluxucu  xəstəlik  hadisələrinin  zəncirindən  ibarət 

olub, xəstə və törədicigəzdirən olan epidemik ocaq şəklində özü-

nü büruzə verir. Yoluxucu xəstəliyin yayılması prosesini, s a də cə, 

estafet  şəklində  təsəvvür  etmək  olar.  Belə  olduqda  estafet  işti-

rakçısı  xəstəliyin  törədicisini  qəbul  edir,  sonra  onu  başqasına 

ötürür.

Hər bir növbəti yoluxmanın baş verməsi üçün ardıcıl və qar-



şılıqlı əlaqəsi olan üç amilin iştirakı mütləqdir: 

a)  xarici  mühitə  törədicini  ifraz  edən  yoluxucu  xəstəliyin 

mən bəyi (insan, heyvan); 

b) yoluxucu xəstəliyin keçirilmə amilləri (xarici mühit ob yek t-

ləri – su, hava, torpaq və s.);

c) həssas orqanizm (immuniteti olmayan əhali).

Bunların birinin epidemik prosesdən çıxarılması yoluxucu xəs -

təliyin yayılmasının qarşısını alır. Epidemik proses sosial və bio-



66

loji əsası olan mürəkkəb hadisədir. Sosial nöqteyi-nəzərdən epi-

demik  proses  insanların  cəmiyyətdə  yaşayış  tərzindən  (sıxlıq), 

su  və  kanalizasiya  ilə  təchiz  olunmasından,  peşəsindən,  müha-

ribələrdən, tibbi yardımla təchiz olunmasından və s. asılıdır. Epi-

demik prosesin bioloji əsası onunla izah olunur ki, o, yoluxucu 

xəs təlik  törədici  ilə  insan  orqanizmi  arasında  qarşılıqlı  təsirin 

nəti cəsidir.  Törədicilərin  insan  bədəninə  daxil  olmasına,  orada 

i n kişaf etməsinə, digər canlı orqa nizmə keçməsinə, yaşamasına 

və ya bir növ kimi təbiətdə saxlanmasına şərait yaradır.



Epidemik prosesin tərkib hissələri (daxili strukturu)

Epidemik  proses  haqqında  təlim  ümumi  epidemio logi ya nın 

əsas  hissəsidir  və  L.V.Qromaşevskiyə  görə,  o,  epidemio lo gi ya-

nın  pred metidir.  Epidemik  proses  –  populyasiya  səviyyəsində 

törədicinin  və  insan  orqanizminin  qarşılıqlı  təsiri  prosesi  olub, 

müəyyən sosial və təbii şəraitlərdə tək-tək və ya çoxsaylı xəs tə-

lik lərlə, həmçinin infeksiyanın simptomsuz formaları ilə təzahür 

edir. L.V.Qromaşevski göstərmişdir ki, epidemik proses bir-bi ri-

nin  ardınca  davam  edən  infeksion  hallar  zənciridir. V. D.  Bel ya-

kov (1964, 1976) isə epidemik prosesi xarakterizə edərək söy lə-

miş dir  ki,  o,  populyasiya-növ  səviyyəsində  törədici-parazit  və 

in san orqanizminin qarşılıqlı təsirinin özünütən zimləmə prosesi 

olub, labüd və kifayət qədər sosial və təbii şəraitlərdə infeksiya-

nın manifest və simptomsuz formaları ilə, tək-tək və çoxlu xəs-

tə lənmələrlə təzahür edir. 

Epidemik prosesin bir il (mövsümilik), bir çox illər və hətta 

on illiklər ərzində (dövrilik) dövri yüksəlişləri və enişləri sə ciy yə-

vidir. 


Epidemik prosesin inkişafının əsasında 3 başlıca halqa durur: 

infeksiya mənbəyi, yoluxma mexanizmi, həssas orqanizm. 



67

Epidemik prosesin strukturu.



İnfeksiya mənbəyi

Epidemik prosesin inkişafında infeksiya mənbəyi mühüm rol 

oynayır. İnfeksiya mənbəyi – törədicinin çoxaldığı, toplandığı və 

xarici mühitə ifraz edildiyi və onun mövcud olması üçün təbii y a-

şayış mühiti hesab olunan yoluxmuş canlı orqanizmdir.

Müasir terminologiyada “İnfeksiyamənbəyi dedikdə törə di ci-

nin növ kimi saxlanmasını təmin edən təbii yaşayış və ço xalma 

mühiti başa düşülür”. İnfeksiya mənbəyi bunlardır:

• insan – kəskin və xronik infeksiya ilə xəstə, rekon valessent və 

ya törədicigəzdirən;

• canlı orqanizm, əsasən heyvanlar, nadir hallarda bioplankton 

(zooplankton və ya fitoplankton);

• abiotik ətraf mühit.

Yoluxmuş  orqanizmdən  törədicinin  xaric  edilməsi  fizioloji 

pro seslərlə (defekasiya, sidik, tənəffüs, tüpürcək ifrazı, epitelinin 

des kvamasiyası  və  s.),  onların  patoloji  intensivləşməsi  (ishal), 

həm  çinin bəzi patoloji aktlar (öskürək, zökəm, asqırma, qusma) 

və  s.  proseslərlə  (dəridə  və  selikli  qişalarda  xoralar,  eroziyalar) 

şərt  lənir  ki,  bunlar  xəstəliyi  müşayiət  edirlər.  Törədicilər  qapalı 

qan sistemində yerləşdikdə onlar orqanizmdən qansoran buğuma-

yaqlılar vasitəsilə xaric edilir.

Yoluxmuş orqanizmdən xaric edildikdən sonra yoluxucu xəs-

tə liklərin  törədiciləri  ətraf  mühitdə  qalır,  burada  onlar  nəinki 

müəyyən müddətdə həyat qabiliyyətini saxlayır, həm də bu və ya 

digər amillərlə yeni orqanizmə daşınırlar.

Əgər  infeksiya  mənbəyi  insandırsa,  onda  xəstəlik  antro po-

noz  lar qrupuna aiddir. Bəzi yoluxucu xəstəliklərdə insan ye ganə 

infeksiya mənbəyi (qarın yatalağı və səpgili yatalaq, malyariya, 

q ı zılca,  epidemik  parotit)  ola  bilər.  Çox  vaxt  xəstə  klinik  əla-

mətlərin şiddətlənməsi dövründə törədiciləri maksimal miqdarda 

ifraz edir, yəni xəstəlik törədicinin ətraf mühitdə yayılmasını t ə-

min  edən  simptomlarla  (zökəm,  asqırma,  öskürək,  qusma,  dia-



68

reya, tüpürcək ifrazı, yerli zədələnmə ocaqlarının möh təviy yatı) 

m ü şayiət  edilir.  Bu  zaman  oxşar  simptomların  yaranması  yolu-

xucu xəstəliklə xəstə insanın mikroorqanizmdən və onun tok si-

nin dən fiziki cəhətdən azad olmasına şərait yaradır. Lakin elə h ə -

min  simptomlar  törədicinin  xeyrinədir,  onun  ətraf  mühitdə 

yayılmasını və bioloji növ kimi saxlanmasını təmin edir.

Yoluxduruculuq  baxımından  xəstənin  ətrafdakılar  üçün  təh-

lü kəlilik  dərəcəsi  xəstəliyin  müxtəlif  dövrlərində  eyni  deyildir, 

bu da yoluxucu xəstəliklərin əksəriyyəti üçün səciyyəvi olan pa -

to genlik  və  klinik  tsiklilik  ilə  şərtlənir.  İnfeksiya  mənbə lərinin 

bütün baxılan variantlarından epidemioloji baxımdan ən təh lü kə si 

atipik, çətin aşkar edilən formalar və infeksion prosesin müx təlif 

dövrləridir.

Yoluxucu xəstəlik aşağıdakı dövrlərə bölünür: inkubasiya döv-

rü  –  yoluxma  anından  etibarən  xəstəliyin  klinik  əlamətləri  mey-

dana çıxana qədər davam edir, xəstəliyin manifestləşməsi dövrü, 

rekonvalessensiya dövrü, sağalma və qalıq əlamətləri dövrü.



69

İnkubasiyadövründə, adətən törədicinin ətraf mühitə yayıl-

ması müşahidə olunmur, lakin bəzi infeksiyalar (qızılca, B və C 

v  i  ruslu  hepatit)  zamanı  bu  dövrün  sonunda  törədicinin  ifraz 

edilməsi mümkündür.

Bir qayda olaraq, xəstəliyin başlanğıcından nə qədər çox vaxt 

keçmişsə,  xəstə  və  ya  xəstəliyi  keçirmiş  şəxs  ətrafdakılar  üçün 

bir o qədər az təhlükəsizdir.

Sağalma dövründə törədicinin ifraz edilməsi azalır və əksər 

y o luxucu  xəstəliklərdə  tamamilə  kəsilir.  Lakin  bəzən  rekonva-

lessent  törədicigəzdirənlik formalaşır  ki,  bu  halda  ətraf  mühitə 

törədicinin  müəyyən  müddət  ifraz  edilməsi  mümkündür  (difte-

riya, streptokokk infeksiyası, vəba, qarın yatalağı). Törə dici gəz-

di rənlər – praktik sağlam şəxslərdir. Törədiciləri ifraz etmə müd-

də tindən  asılı  olaraq  törədicigəzdirənliyin  kəskin  (3  aya  qə  dər  

q a rın yatalağı və paratiflərdə) və ya xronik formaları (3 ay  dan bir 

neçə on ilə qədər) ayırd edilir. Xronik törə dici gəz di rən lik bir çox 

illər və hətta ömürlük davam edə bilər. Rekonvalessent, kəskin 

və  xronik  törədicigəzdirənlər  çox  vaxt  böyük  epidemioloji 

əhəmiyyət daşı yır, belə ki, onlar təcrid edilmir, sağlam şəxslərlə 

aktiv ünsiy yətdə qalırlar. Bir sıra infeksiyalarda belə törə di ci gəz-

di rənlərin  miqdarı  (meninqokokk  infeksiyası,  vəba,  difteriya) 

manifest formalarla xəstələrin sayından on, yüz, hətta min dəfə 

çox olur.

Törədicigəzdirənlik infeksion xəstəliklərə qarşı əvvəllər pey-

vənd olunmuş şəxslərdə və ya həmin xəstəliklərə tutulmuş şəxs-

lərdə,  başqa  sözlə,  immuniteti  olan  şəxlərdə  də  ola  bilər,  buna 

sağ  lam  törədicigəzdirənlik  deyilir. Tranzitor  törədici gəzdirənlər 

daha az təhlükə törədirlər, onların orqanizmində törədicilər qısa 

müd dət ərzində qalır.

Patogen mikroorqanizmlərin əksəriyyətinin yaşaması və art-

ması üçün yeganə təbii şərait canlı orqanizmdir ki, o da onların 

parazitik  təbiəti  ilə  bağlıdır.  Xarici  mühit  belə  canlılar  üçün 

müvəqqəti yaşayış yeri olaraq onların müəyyən müddət saxlanıl-

masını təmin edir. Həssas insan və heyvan orqanizmində pato-

gen mikrobların yaşaması, onların nəinki törəyib artması üçün, 

eləcə  də  təbiətdə  bir  növ  kimi  saxlanması  üçün  şərait  yaradır. 



70

Yo luxmuş  insan  və  heyvanlar  yoluxucu  xəstəliklərin  amilləri 

üçün təbii sahibdirlər, onlardan patogen mikroor qanizmlər sağ-

lam insanlara keçə bilər, ona görə də onlar yoluxucu xəstəliyin 

mənbəyi adlanırlar.

Qeyd  etdiyimiz  kimi,  yoluxucu  xəstəliyin  (infeksiya)  mən-

bəyi insanlar və müxtəlif növ heyvanlar ola bilər. İnsanlar ara-

sında yayılan yoluxucu xəstəliklərin əsas qrupunu antro po noz lar 

(yunanca “antropos” – insan və “nozos” – xəstəlik), yəni an caq 

i n s ana  xas  olan  xəstəliklər  təşkil  edir.  Bu  xəstəlik  amil lərinin 

bioloji sahibi insandır. Elə ona görə də, antroponozlarda infek-

siya mənbəyi yoluxmuş şəxs (xəstə və törədicigəzdirən) olur.

Antroponozlara qızılca, göyöskürək, qrip, dizenteriya, vi  ru s -

lu   hepatit, qarın yatalağı və s. yoluxucu xəstəliklər aiddir. İnfek-

siya  mənbəyi  (yoluxmuş  insanlar)  infeksion  prosesin  gedişinin 

müxtəlif  formasında  (kəskin,  yüngül  formalar  və  törə di ci gəz-

dirmə) patogen mikrobları ətraf mühitə ifraz edir. Patogen mik-

robların  xəstə  orqanizmdən  ifraz  edilməsi  müddəti  xəstəliyin 

patogenezi və kliniki dövrləri ilə sıx əlaqədardır. Adətən, xəs tə li-

y in  inkubasiya  dövründə  törədici  ifraz  olunmur,  bəzi  xəs tə lik-

lər də (qızılca, qarın yatalığı, infeksion hepatit və s.) bu dövrün 

s o nunda  törədicilər  xaricə  ifraz  oluna  bilir.  Bəzi  xəstəliklərdə 

(qı zılca, göyöskürək, infeksion hepatit və s.) xəstəliyin prodro-

mal  dövrü  ən  yoluxucu  dövr  hesab  edilir.  İnfeksion  prosesin 

şiddətlənmə  dövründə  xarici  mühitə  böyük  miqdarda  törədici 

ifraz olunduğundan bütün yoluxucu xəstəliklər üçün bu dövr ən 

y o luxdurucu dövr sayılır.

İnfeksion  prosesin  sönməsi  və  klinik  simptomların  yox  o l-

ması ilə bərabər törədicilərin ifraz edilməsinin intensivliyi azalır. 

Xəstələrin əksəriyyətində sağalma baş verdikdə bu proses da ya-

nır. Bəzi xəstəliklərdə (qarın yatalağı, dizenteriya, skarlatina və s.) 

isə klinik simptomların yox olması orqanizmin törə di ci dən azad 

olmasından tez baş verir, belə hallarda xəstələr rekon va les se nsiya 

dövründə də yoluxdurma qabilliyətini saxlayır.

İnfeksiya  mənbəyindən  törədicilərin  ifraz  edilməsi  yolları 

o n ların inkişafı üçün seçdiyi üzv və toxumalardan asılıdır. Belə 

ki, tənəffüs üzvlərinin yoluxucu xəstəliklərində (qızılca, göy ös-


71

kü rək,  qrip,  vərəm  və  s.)  mikroblar bəlğəm və  selik  damcıları, 

m ə də-bağırsaq üzvlərinin zədələnməsi ilə özünü göstərən xəs tə-

lik   lərdə  (qarın  yatalağı,  dizenteriya,  vəba  və  s.)  isə  əsasən  q u-

sun tu kütlələri və nəcislə ifraz olunur. Bəzi xəstəliklərdə (malya-

riya, rikketsiozlar və s.) törədicilər xariclə əlaqəsi olmayan d a xi li 

üzv və toxumalarda inkişaf edir, sonra qana keçir, ona gö rə də bu 

zaman törədicilər sağlam insanlara qansoran həşə rat lar vasitəsilə 

ötürülür.

Yoluxucu  xəstəliklərdə  ikinci  infeksiya  mənbəyi  hey van lar-

dır, belə xəstəliklər zoonozlara aiddir. Zoonoz xəstəliklər insanın 

yoluxucu  və  invazion  xəstəliklərinin  böyük  bir  qrupunu  (y u-

nan ca  “zoon”  –  heyvan  və  “nozos”  –  xəstəlik)  təşkil  edir,  bu 

xəs təliklərdə infeksiya mənbəyi müxtəlif heyvanlardır. Heyvan-

ların əhliləşdirilməsi insanlara zoonoz xəstəliklərin keçirilmə sin də 

mühüm rol oynayıb.

Bəzi zoonozlar üçün təbii ocaqlılıq xarakterikdir. Bu hallarda 

bio senozların üzvləri arasında törədicilərin təbii rezervuarları möv-

cuddur. Təbii ocaq larda törədici zəncirvari şəkildə: heyvan – bio-

tik  keçirici  –  heyvanlar  arasında  dövr  edir  və  bununla  spesifik 

yaşayış  mühitinin,  populyasiyanın  və  növünün  saxlanmasını 

təmin edir. Təbii ocaqlar insandan asılı olmayaraq uzun müddət 

mövcud ola bilər. İnsan təbii ocaqda yoluxur və epidemik zəncirə 

cəlb edilir (məsələn, gənə ensefaliti, taun, tulyaremiya, hemorra-

gik qızdırma). Bu zaman ev heyvanları və kənd təsərrüfatı hey-

vanları epidemik zəncirə qoşulur. Əgər insan, ev və kənd təsər-

rü fatı heyvanları sonralar digərləri üçün infeksiya mənbəyi kimi 

xid mət edirsə, onlar əlavə infeksiya mənbəyi adlanır.

Kənd  təsərrüfatı  heyvanlarının  xəstəliklərində  (vərəm,  qara 

y a ra,  manqo,  sap,  salmonelyoz,  listerioz,  erizipeloid,  leptospi-

roz, tokso plazmoz, dabaq, Kü-qızdırması, trixinelyoz və s.) xəs-

tə heyvanlar çox vaxt infeksiya mənbəyi rolunu oynayır. Bunu n-

 la yanaşı, bir çox vəhşi heyvanlar da, onların içərisində g  ə  mi ricilər 

xüsusi əhəmiyyət daşıyır, bir çox təbii ocaqlı xəs tə lik lərdə (tulya-

remiya,  gənə  qayıdan  yatalağı,  gənə  ensefaliti  və  s.)  infeksiya 

mən bəyinə çevrilirlər. İnsanlarda rast gəlinən yo luxucu xəstə lik-

lə rin  təxminən  üçdə  birini  zoonozlar  təşkil  edir.  Bununla  belə, 


72

əhalinin zoonozlarla yoluxması antroponozlara nisbətən qat-qat 

azdır.

Zoonozların  epidemik  prosesi  epizodik  ocaqda  daima  dövr 



edən törədici populyasiyası ilə insan cəmiyyəti arasında qarşılıqlı 

prosesdir.



Abiotikmühit (torpaq, su, yerüstü ekoloji sistemlər) – üçüncü 

infeksiya  mənbəyidir,  belə  mühit  infeksiya  mənbəyi  sayıldıqda 

xəstəliklər sapronozxəstəliklər adlanır. Sapronozların törə dici lə ri   

ətraf mühitdə (torpaqda, suda) daima və sərbəst şəkil də yaşayır 

və özlərinin təbiətdə mövcud olması üçün epidemik prosesə bir 

o qədər də möhtac deyildirlər. Bu törə dicilər insanın və heyvan-

ların psevdo parazitləridir. Sap ro nozların törədiciləri sərbəst y a şa-

yan sapro fit lərdən və bitkilərdən, buğumayaqlılardan, hidrobiont-

lardan təkamül etmişdir. Sapronozlara yersiniozlar, l e gio nelyozlar, 

meloidozlar aiddir. Proqnozlara görə sapronozların xüsusi çəkisi 

gələcəkdə yoluxucu xəstəliklərin strukturunda artaracaqdır.

Beləliklə, insanlar infeksiya mənbəyi olduqda belə xəstə lik-

lər antroponoz, heyvanlar olduqda zoonoz xəstəliklər adlanır.

Törədiciləri ətraf mühitdə əlverişli şəraitdə artıb çoxalan in -

fek  sion (parazitar) xəstəliklərə sapronozxəstəliklər deyilir.

Törədicilər üçün təbii yaşayış mühiti olan və onların təbiətdə 

mövcud  olmasını  təmin  edən  biotik  insan  və  ya  heyvan  orqa-

nizmi və abiotik (su, torpaq) obyektlərin cəmi infeksiya törə di ci-

lə  rinin rezervuarıadlanır.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin