Epidemiologiyanın inkişaf dövrləri
Idövr.Bakteriologiyayaqədərkidövr(XIXəsrinsonrübünə
qədər)
1) Hippokratın məkan və zaman epidemik konstitusiyası haq-
qında konsepsiyası;
2) Hippokrat və Saydenhamın miazmatik hipotezası;
3) Qədim dünyada yaranmış və Frakastro və Samoyloviç
tərəfindən inkişaf etdirilən kontagioz hipoteza;
4) Bir sıra infeksion xəstəliklərin epidemiyalarının öyrənilməsi
(E.Cenner, L.Paster, R.Kox, İ.İ.Meçnikov və s.);
29
5) Bir sıra qeyri-infeksion xəstəliklərin epidemiyalarının ö y-
rə nil məsi.
IIdövr.Bakteriologiyadövrününilkonilliyi(XIXəsrinsonu
vəXXəsrinəvvəli)
Epidemiologiyanın inkişafının tənəzzülü. Mikrobiologi yanın
formalaşması və inkişafı.
IIIdövr.İntibahdövrüvəepidemiologiyanınyenielmiəsaslar
üzərində inkişafı (XX əsrin ikinci rübünün əvvəli – hazırkı
vaxtaqədər)
1) Epidemiologiyanın epidemik proses haqqında elm kimi
nəzəri cəhətdən əsaslandırılması. D.K.Zabolotnı – sovet
epide mi o lo giyasının banisidir;
2) 20-30-cu illərdə epidemiologiya kafedralarının yaradıl-
ması (D. K.Zabolotnı, L.V.Qromaşevski);
3) L.V.Qromaşevski, V.A.Başenin, E.N.Pavlovskinin epide-
mioloji məktəbləri.
IVdövr.Müasirdövr
1) Epidemiologiyanın ümumtibb elmi kimi inkişafı;
2) Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda epide mio lo gi-
yanın epidemik proses haqqında elm kimi inkişafı (özü nü-
tən zimləmə mexanizmlərinin aşkarlanması əsa sında);
3) Tibb ali təhsil müəssisələrində epidemiologiya kafed-
ralarının ya ra dılması.
Müasir epidemiologiyanın istiqaməti.
İnfeksion epidemiologiyanın 3 başlıca məqsədi vardır:
1) xəstəliklərlə (sağlamlıqla) bağlı problemlərin ölçüsünü və
ya yıl masını təyin etmək yolu ilə səhiyyə xidmətinin inki-
şafını isti qamətləndirmək;
2) bu xəstəliklərlə mübarizə aparmağa imkan verən və ya
onlara təsir göstərən etioloji (səbəbiyyət) və digər amilləri
aşkar etmək;
3) xəstəliklərlə mübarizə və cəmiyyətin sağlamlığının yax şı-
laş dırıl ması məqsədilə həyata keçirilən tədbirlərin effek-
tivliyinin təyin edilməsi metodunu işləyib hazırlamaq.
30
Epidemiologiyanın metodları
Epidemik proses elə mürəkkəb hadisədir ki, onu tək bir m e-
tod la öyrənmək qeyri-mümkündür. Epidemik prosesin inkişaf
s ə bəblərini təhlil edərkən bəzən eyni vaxtda bir neçə metoddan,
məsələn, epidemioloji müayinə (müşahidə) tarixi, statistik, mik-
robioloji, immunoloji, eksperimental metoddan istifadə etmək l a-
zım gəlir. Bundan başqa, epidemiologiya ilə yanaşı, digər elm
sahə lərində də (biologiya, parazitologiya, coğrafiya və s.) işlə di-
lən metodlar tətbiq olunur.
Bu müayinə metodlarının ən başlıcası epidemiolojimüayinə
metodudur. Bu metod onunla qiymətlidir ki, yoluxucu xəs tə lik-
lərin əmələ gəlməsini və inkişafını hərtərəfli öyrənməyə imkan
verir. Yoluxucu xəstəliklərə qarşı mübarizədə tətbiq olunan epi-
demioloji müayinə metodunun yüksək effektivliyi sayə sində
on dan son zamanlar geniş yayılmış somatik xəstəliklərin təh li-
lində də istifadə olunur. Epidemioloji müayinə (müşahidə) m e-
todu – epidemiologiyanın əsas metodudur. O, əha li arasında həm
yoluxucu xəstəliklərin tək-tək xəstələnmə hadi sələrinin (ocaqlar),
həm də çoxlu əhali qruplarının xəstələnməsinin (epidemiyalar)
müayinəsində istifadə edilir. Epidemioloji müayinə yoluxucu xəs-
tə liklərin başvermə səbəblərini öyrənməyə imkan verir, xarici
mühitin müxtəlif amillərinin rolunu, xəstəliyin yayılmasında bu
və ya başqa şərtlərin təsirini, epidemik prosesin inkişafında onla-
rın əhəmiyyətini açıqlamağa kömək edir. Bu üsulun başlıca əhə-
miy yəti ondadır ki, epidemioloji müayinə zamanı konkret müəy-
yən məlumatlar alınır və onun əsasında ocağı məhv etmək üçün
əksepidemik tədbirlər planı işlənib hazırlanır. Beləliklə, epidemi-
oloji müayinə metodu nəinki yoluxucu xəstəliklərin epi de mio lo-
gi yasının, həm də qeyri-infeksion xəstəliklərin əsas meto dudur.
Tariximetod (tarixi təsviri, tarixi fərqləndirmə). Epide mio lo-
gi yada qədimdən istifadə olunur. O, bu və ya başqa yoluxucu
xəs təliklərin vaxtı, olduğu yeri və müxtəlif tarixi dövrlərdə y a-
yıl ması haqqında fikir yürütməyə imkan verir. Bizim eramızdan
əvvəl XII əsrdə Şərqdə təbii çiçək, bizim eranın XI yüzilliyində
Qədim Romada taun xəstəliyinin olması haqqında məlumatlar
31
bizim dövrümüzə məhz tarixi mənbələr sayəsində gəlib çatmış-
dır. Tarixi metod yoluxucu xəstəliklərin təkamülü haqqında fikir
yürütməyə də imkan verir.
Statistik metod. Başqa elmlərdə olduğu kimi, epidemio lo-
giyada da geniş istifadə edilir. Statistik müayinə metodu xəs tə lər-
dən yığılmış ilkin məlumatlarla başlanır (məs.: ocağın epidemio-
loji müayinə kartası; təcili bildiriş vərəqəsi). Ocaqlarda m ü a yinə
apararkən və ya epidemiyanı təhlil edərkən toplanan mə lumatlar
cədvəllərdə cəmlənir və statistik üsullarla işlənir. Epide mi o-
logiyada çox vaxt sadə statistik üsullardan istifadə olunur. Əsas
etibarilə xəstələnmə, ölüm, letallıq göstəriciləri hesablanır və
o nların vasitəsilə xəs tələnmənin operativ və retrospektiv təh li li
aparılır.
Mikrobiolojimetod. Müasir dövrdə mikrobioloji müayinə m e-
todundan nəinki yoluxucu xəstəliklərin etiologiyasının təyin edil-
məsində, həm də törədicinin yoluxmuş orqanizmdən ifraz e dil məsi
yollarını, xaric edilməsinin vaxtını və şiddətini, törədi ci lərin xarici
mühitdə davamlılığını və s. müəyyən etmək üçün i s tifadə olunur.
Bu zaman bir çox epidemioloji məsələlər (infeksiya mənbəyinin
rolu, törədicinin yoluxma mexanizmi və s.) öyrənilir.
İmmunoloji metod. Müasir epidemiologiyada geniş istifadə
edilən immunoloji müayinələrin əsas məqsədi əhalinin müxtəlif
y o lu xucu xəstəliklərə qarşı immunitetinin vəziyyətini, eləcə də
im munoloji amillərin epidemik prosesdə əhəmiyyətini açıqla-
maqdan ibarətdir. Bundan başqa, bu müayinələrin (başlıca ola-
raq seroloji) köməyi ilə peyvənd edilmiş kollektivlər arasında
immunitetin səviyyəsi və vaksinasiyanın effektivliyi öyrənilir.
Eksperimental metod (eksperimental epidemiologiya). Epi-
demiologiyanın ən mürəkkəb məsələlərinin həllində istifadə olu-
nur. Müasir dövrdə peyvənd preparatlarının, immunoqlo bu lin lərin,
dezinfeksiya, deratizasiya maddələrinin keyfiyyəti, y o lu xucu xəs-
tə lik törədicilərinin virulentliyi və s. eksperimental metodun vasi-
tə silə təyin edilir.
Eksperimentdə müşahidədən fərqli olaraq, hadisə (onun his-
sələri) süni yaradılır və ya təbii prosesin gedişinə süni şəkildə
m ü daxilə olunur.
32
Epidemiologiyada eksperiment dedikdə fərdin öyrənilən pro-
se sə süni müdaxilə edilməsi başa düşülür. Təbii şəraitdə həyat özü
müəyyən edir: kim amillərin təsirinə məruz qalır, kim yox.
Tədqiqatçının vəzifəsi ondan ibarətdir ki, bu əlamətə görə fərqi
gör sün və nəticəni fərqləndirsin. Eksperimental tədqiqat za manı
isə tədqiqatçı özü müəyyən edir: kim amillərin təsirinə məruz
qalır, kim yox. Epidemiologiyada tətbiq olunan eksperimental
müa yinənin müxtəlif variantları vardır: nəzarət olunan epidemi-
oloji eksperiment, nəzarət olunmayan epidemioloji eksperiment,
təbii eksperiment, epidemik prosesin fiziki modelləşdirilməsi,
eks perimentin epizotologiyası.
V.D.Belyakov (1989) epidemioloji metodu yenidən işləyə rək
aşağıdakı hissələrə bölmüşdür:
1. Epidemiolojimüayinəmetodu – məkan və zaman daxilində
xəs tələn mənin paylanmasının təhlilinə əsaslanan metodik üsulla-
rın cəmidir. Bu, profilaktik və əksepidemik tədbirlərin aydınlaş-
dırıl ması və xəstəliyin əmələ gəlməsi mexanizmini müəyyən e t-
mək üçün əvəzedilməz metoddur. Əsas məqsəd xəstəliklərin
pro fi lak ti ka sına dair həyata keçirilən tədbirlərin elmi cəhətdən
əsaslan dı rılması və onların effektivliyinin qiymətləndirilməsidir.
Epidemioloji metodun təcrübi səhiyyədə istifadə edilməsinə epi-
demioloji diaqnostika deyilir.
2. Təsviri-qiymətləndiricimetod aşağıdakıları nəzərdə tutur:
a) ilkin məlumatların toplanması – ilkin məlumatların qey diy-
yatı, hesabat məlumatları, götürülən nümunələrin müa yinələrinin
nəticələri əsasında aparılır;
b) statistik göstəricilərin hesablanması – bu zaman ümumi
qəbul edilmiş statistik göstəricilərdən istifadə olunur;
c) müxtəlif nozoloji formalarla xəstələnmənin təhlili nəti cə-
sin də meydana çıxan problemlərin qiymətləndirilməsi (ölüm s ə-
bəb lərinin araşdırılması, xəstələnmə, ölüm, əmək fəaliyyətinin
m ü vəqqəti itirilməsi, əlillik, iqtisadi zərər və s.);
d) hirpotezin yaranması.
33
Epidemioloji metodun mahiyyəti
Epidemioloji müayinə metoduna epidemiologiyaya xas olan
spesifik müayinə üsulları daxildir:
– Epidemioloji müayinə (epidemiological survey) əhalinin fi -
ziki inkişafını, ölüm göstəricisini, xəstələnmə göstəricisini, m ə i -
şət və əmək şəraitini öyrənmək üçün aparılır;
– Epidemioloji müayinə xəstəliyin yayılma dərəcəsinin, inki-
şaf qanunauyğunluqlarının və baş verən xəstəlik hallarının rast
gəl mə tezliyinin aydınlaşdırmasına istiqamətlənmişdir.
Epidemioloji müşahidə (epidemiological surveillance) xəs tə lən-
mə nin yayılması və inkişaf meyli üzərində aparılır və mə lumatın
sistemli toplanmasını, ölüm və xəstələnmə göstəriciləri haqqında və
digər vacib məlumatların qiymətləndirilməsini nə zərdə tutur və epi-
demioloji eksperimentin qoyulması vasitəsilə hə yata keçirilir. Digər
elm sahələrində (laborator, entomoloji, meteoroloji və s.) əldə edilən
b i liklərdən epidemioloji məqsədlər üçün istifadə edir.
Epidemioloji metod – məkan və zaman daxilində xə s tə lik lə-
rin yayılmasının xüsusiyyətlərinin təhlilinə əsaslanmış, xəs-
tələnmənin formalaşması mexanizmlərini, səbəblərini, şərait lə ri,
o n ların profilaktikasının problemlərini aşkar etmək üçün nəzərdə
tutulmuş metodik yanaşmaların cəmi olub, xəstəliklərin profilak-
tikasına dair tədbirlərin əsaslandırılması və onların səmə rə li li yi-
nin qiymətləndirilməsi məqsədilə tətbiq edilir.
Epidemioloji diaqnostika – məlumatların epidemioloji təhlili
və sintezi olub, epidemioloji metodun üzvi komponenti sayılır.
Klinik diaqnoz – ayrılıqda hər bir xəstənin xəstəliyinin mahiy-
yə ti barəsində həkimin rəyidir.
Epidemiologiyada işlədilən anlayışlar və terminlər
Antropogen amillər – insanın fəaliyyəti nəticəsində törənən
amillər olub, biosenotik əlaqələrin pozulmasına gətirib çıxarır.
İnfeksiya – makro- və mikroorqanizmin qarşılıqlı əlaqə sinin
mürəkkəb patofizioloji prosesi olub, geniş diapazonda dəyişir,
simptomsuz törədicigəzdirənlikdən yoluxucu xəstəliyin ağır for-
34
malarına qədər. Bu termin həmçinin yoluxucu xəstəliyin törə di ci-
sini, onun makroorqanizmə daxil olmasını, orqanizmdə t ö rə dicinin
lokalizasiyasını ifadə etmək üçün işlədilir.
İnfeksiya mənbəyi – patogen mikroorqanizmlərin çoxaldığı
və toplandığı insan və ya heyvan orqanizmi olub, buradan
törədicilər ətraf mühitə xaric edilə və həssas orqanizmə daxil ola
bilirlər.
Yoluxucu xəstəliklərin törədicigəzdirənliyi – infeksion pro-
sesin formalarından biridir, bu zaman törədicilərin insan və heyvan
orqanizmində parazitlik etməsi klinik təzahürlərsiz baş verir və
törədicilərin ətraf mühitə ifraz olunması ilə müşayiət edilir; patoge-
nin növündən asılı olaraq “bakteriyagəzdirmə” (“basilgəzdirmə”),
“virusgəzdirmə”, “helmintgəzdirmə” ayırd edilir.
Pandemiya (qlobal epidemiya) – dünyanın bir çox ölkələrində
xəstəliyin yayılmasına deyilir
Skrininq – əhalinin hamısının və ya müəyyən hissəsinin
(kontingentinin, kollektivin) eyniadlı müayinəsidir.
Ekzotik (gətirilmə) infeksiyalar – epidemik prosesin sax-
lanması üçün labüd olan şəraitin olmaması üzündən həmin yerə
xas olmayan yoluxucu (parazitar) xəstəliklərdir.
Təcili profilaktika – törədicinin daxil olduğu orqanizmdə i n-
feksion prosesin inkişafının qarşısının alınması məqsədilə qoru yucu
preparatların (kimyəvi preparatların, faqların, zərdabların və s.) y e-
ri dilməsidir.
Təcili bildiriş–yoluxucu (parazitar) xəstəliklərin qeydiy yatı
zamanı əsas xəbərdaredici sənəddir, yoluxucu xəstəliklə xəstə və
ya törədicigəzdirən aşkar edildikdə, həmçinin qida və ya kəskin
peşə zəhərlənməsi olduqda sanitar-epidemioloji xidmət idarəsinə
göndərilir.
Endemik infeksiyalar–epidemik prosesin saxlanması üçün
l a büd olan təbii və ya sosial şəraitlərin yaranması ilə əla qədar
müəyyən yer üçün xas olan yoluxucu (parazitar) xəstə liklərdir.
Epidemioloji məlumat– konkret ərazidə epidemioloji şəraiti
və yoluxucu (parazitar) xəstəliklərlə mübarizə və profilaktika təd-
birlərinin vəziyyətini səciyyələndirən qeydiyyat və hesabat m ə lu-
matlarının, arayış, xəbər, icmal və s. kompleksidir.
35
Epidemioloji situasiya (şərait) – müəyyən zaman müd də-
tin də konkret ərazidə yoluxucu (parazitar) xəstəliklərin yayılma-
sının xarakteristikasıdır.
Əksepidemik (profilaktik) vasitə və tədbirlərin epidemioloji
effektivliyi – hər hansı vasitə (məsələn, vaksin), tədbir və ya
on ların kompleksi vasitəsilə müəyyən qrupun müdafiəsinə və ya
ümumilikdə epidemik prosesə məqsədyönlü təsirin nəticəsində
alınmış effektdir. Bu, təcrübə və kontrol qruplarında xəstə lən-
mənin müqayisəsinin əsasında nəzarət olunan epidemioloji təc-
rü bə şəraitində təyin edilir.
Epidemioloji təhlil–epidemioloji diaqnozun qoyulması məq-
sədilə epidemik prosesin öyrənilməsi üçün spesifik üsul və m e-
todların işlədilməsidir.
Operativ epidemioloji təhlil – müəyyən ərazidə epidemioloji
şəraitin öyrənilməsi olub, epidemik prosesin idarə edilməsi üzrə
operativ qərarların qəbul edilməsi məqsədilə həyata keçirilir.
Prospektiv (koqort) epidemioloji təhlil–determinə edən amil -
lərin aşkar olunması məqsədilə epidemik prosesin öyrənil məsidir.
Retrospektiv epidemioloji təhlil – tədqiqat anından əvvəlki
müd dət ərzində həmin ərazidə epidemioloji şəraitin öyrənilməsi
olub, profilaktik və əksepidemik tədbirlərin təkmilləşdirilməsi
və epidemioloji proqnozların işlənib hazırlanması üçün aparılır.
Epidemioloji diaqnoz–öyrənilən zaman intervalında əha li-
nin müəyyən qrupları arasında konkret ərazidə epidemioloji ş ə-
raitin və onun determinantlarının (səbəblərinin) qiymət lən di ril -
məsi olub, profilaktik və əksepidemik tədbirlərin plan laş dı rıl ması
və həyata keçirilməsi və epidemioloji proqnozların i ş lənib hazır-
lanması məqsədilə aparılır.
Epidemioloji kontrol– profilaktik və əksepidemik təd bir lə-
rin ye rinə yetirilməsinə nəzarət vasitəsidir.
Epidemioloji metod–epidemik prosesin yaranması, in kişafı,
məh dudlaşdırılması və ləğv edilməsinə dair məlumatların təhlilini
və sintezini təmin edən spesifik üsul və vasitələrin cəmidir.
Epidemioloji nəzarət (monitorinq)–müəyyən ərazidə yolu-
xucu xəstəliklərin epidemik prosesi üzərində dinamik (fasiləsiz)
və kompleks izləmə sistemidir, buraya epidemioloji məlumatın
36
top lanması, verilməsi, təhlili və qiymətləndirilməsi daxildir. O,
p r o filaktik və əksepidemik tədbirlərin təkmilləşdirilməsi və ef -
fek tivli yinin artırılması üzrə tövsiyələrin işlənib hazırlanması
məq sə di lə aparılır.
Epidemioloji proqnoz– yoluxucu xəstəliklərin yayılmasının
yaxın və uzaq gələcəkdə inkişafı (və ya ləngiməsi) haqqında söy -
lənən proqnozdur.
Epidemioloji müayinə (epidemik ocağın müayinəsi)–epi-
demik ocağın yaranmasının səbəb və şərtlərinin aşkar edilməsi,
onun məhdudlaşdırılması və ləğv edilməsi üzrə hazırlanmış təd-
bir lər sistemidir.
Yoluxucu xəstəliklərin epidemiologiyası – epidemik prose sin
yaranması və inkişaf qanunauyğunluqları və onun məhdud laş -
dırılması və ləğv edilməsi haqqında elmdir.
Qeyri-yoluxucu xəstəliklərin epidemiologiyası – əhalinin
sağ lamlıq vəziyyətinə təsir göstərən müxtəlif mənşəli qeyri-küt-
ləvi pozğunluqların və somatik xəstəliklərin yaranması və yayıl-
ma sının qanunauyğunluqlarını epidemioloji metodun vasitəsilə
ö y rənən istiqamətdir.
Epidemik proses – əhali arasında spesifik infeksion halların
(klinik təzahür edən xəstəlik və ya törədicigəzdirənlik) yaran-
ması və yayılması prosesidir. Onun bioloji əsasını parazitar sis-
tem təş kil edir.
Epidemiya – epidemik xəstələnmənin bir forması olub, bütün
əha linin və ya onun ayrı-ayrı qruplarının yoluxucu (pa razitar) xəs -
təliklərlə kütləvi yoluxmasıdır. Bundan başqa, epidemik alovlan-
malar və ya qrupşəkilli xəstələnmə (ailədə, məktəb, istehsalatda və
s.) ayırd edilir.
“Epizootiya”,“panzootiya”və“enzootiya”terminləri törə di -
cinin heyvanlar arasında dövranı prosesində “epidemiya”, “pan-
demiya” və “endemiya” terminlərinə uyğundur.
37
Epidemiologiyanın tibb elmi və səhiyyə üçün əhəmiyyəti
Epidemiologiyanın təbabət elmində, xüsusilə yoluxucu xəs-
təliklər və peşə xəstəlikləri sahəsində əhəmiyyəti böyükdür. Epi-
demiologiya sahəsində elmi yeniliklər təbabət elmini xeyli zən-
gin ləş dirmişdir, təcrübi səhiyyədə yoluxucu xəstəliklərə qarşı
m ü hüm tədbirlərin təklif edilməsi isə bu xəstəliklərin qarşısının
alınması sayəsində minlərlə insan həyatının qorunması ilə n ə ti-
cə ləndi. Epidemiologiya elminin əldə etdiyi nailiyyətlərdən biri
dünya miqyasında təbii çiçəyin ləğv edilməsidir. Vaxtilə mil yon-
larla insanın ölümünə səbəb olan təhlükəli vəba və taun xəs tə-
likləri epidemiologiya elminin təklif etdiyi tədbirlər nəti cəsində
bir çox ölkələrdə yox dərəcəsinə endirilmişdir. Uşaqlar arasında
ömürlük əlilliyə səbəb olan poliomielit xəstəliyi qısa müddət
ər zində dünya miqyasında epidemiyalardan tək-tək xəstələnmə
d ə rəcəsinə en dirilmişdir.
Əsrimizin taunu adlandırılan viruslar tərəfindən törədilən insa-
nın qazanılmış immunçatışmazlıq sindromu (QİÇS) xəstəliyi epi-
demiologiya elmi tərəfindən əvvəlcədən proqnozlaşdırma yolu ilə
a y dınlaşdırıldı, sonra isə ona qarşı mübarizə tədbirləri işlənib h a-
zırlandı. Epidemiologiya elminin mütərəqqi üsulları müasir t ə ba-
bətdə somatik xəstəliklərlə mübarizədə geniş istifadə edilir. Bu
xəstəliklər sırasında bədxassəli şişlər və ürək-qan damar sistemi xəs-
təlikləri ilə mübarizədə epidemiologiya elmindən daha geniş istifadə
edilir.
Epidemik prosesin idarə olunmasının elmi və təşkilati
əsasları və ayrı-ayrı infeksiyaların ləğvi
Yoluxucu xəstəliklərin ləğv edilməsi tibb elminin mürəkkəb
prob lemlərindəndir. Amerikanın Boston şəhərində yerləşən Har-
vard universitetinin profilaktik təbabət və epidemiologiya kafed-
rasının professoru Qordon qeyd edir ki, xəstəliyin ləğv edilməsi o
deməkdir ki, yer kürəsinin heç bir yerində yenidən baş ver mə sin.
Xəstəlik yalnız bütün dünyada ləğv edildikdən sonra ona qarşı
profilaktik tədbirləri dayandırmaq olar.
38
Deyildiyi kimi, yoluxucu xəstəliyin nozoloji növ kimi ləğv
e d il məsi (devastasiya) törədicinin bioloji növ kimi qlobal miq-
yasda məhv edilməsi (eradikasiya) ilə təmin edilir. Yoluxucu
xəs təliyin qlobal ləğv edilməsi onun regional ləğv edilməsi ilə
baş lanır. Yoluxucu xəstəliyin regional ləğv edilməsi ərazi da xi-
lində t ö rə dicinin məhv edilməsi (eliminasiya) və bir daha bu əra-
zidə g ə tirilmə törədicinin inkişafının qarşısının alınması yolu ilə
mümkündür.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında
dün yanın bir çox ölkələrinin səyi nəticəsində dünya miqyasında
təbii çiçək xəstəliyi ləğv edilmişdir. Uzun müddətdir ki, təbii çi -
çək xəstəliklər sırasından çıxarılmış və ona qarşı profilaktik təd-
birlər dayan dırıl mışdır.
ÜST tərəfindən üçgünlük malyariyanın ləğvi proqramı hazır-
lanmış və dünya miqyasında həyata keçirilir. Ancaq bu tədbirlər
nəticəsində malyariya parazitinin məhv edilməsi hələlik mümkün
olmamışdır. Hazırda tropik və subtropik ərazilərdə ÜST-ün mal ya-
riyanın qarşısını almaq proqramı geniş miqyasda yerinə yetirilir.
Müasir dövrdə bir çox təhlükəli yoluxucu xəstəliklərin (vəba,
taun, viruslu gənə ensefaliti və s.) ləğv edilməsi mümkündür, a n-
caq onun həyata keçirilməsi bir çox dünya ölkələrinin iştirakı və
ÜST-ün rəhbərliyi altında aparılarsa, müəyyən müddətdə buna
nail olmaq olar. Lakin bu, çox mürəkkəb işdir və ancaq külli v ə-
sa it qoyuluşu onun gerçəkləşməsinə zəmanət verə bilər.
Yoluxucu xəstəliklərin ləğv edilməsi problemi epidemiya ə l ey-
hinə tədbirlərin əsasında həll ola bilər. Parazitar sistemin özü nü tən-
zimləmə nəzəriyyəsi bu problemin anlaşılmasına böyük yenilik g ə -
tirir (V.D.Belyakov, 1989). Nəzəri baxımdan yoluxucu x ə s tə liklərin
ləğv edilməsinə epidemiya əleyhinə tədbirlərin aparılması ilə nail
olmaq olar. Epidemiya əleyhinə tədbirlərin ək səriy yəti xəstə liklərin
qarşısının alınmasına yönəldilib. Törə di ciyə bioloji növünü saxla-
maq üçün hökmən bir mər hələdən başqa mə r hələyə fasiləsiz keç-
məsi vacibdir. Bununla yanaşı, yoluxucu xəs təliyin ləğv edil məsi
mər hə ləsində klinik-diaqnostik təd bir lə rin ( m ə sələn: pey vənd) çox
yüksək səviyyədə aparılması lazımdır. Yoluxucu xəs təliklərin ləğv
edilməsi hipodiaqnostikaya meylin olması, xəstəlik göstə ri ci lə ri-
39
nin süni şə kildə aşağı salınması ilə mümkün deyildir. Bu və ya
d i gər yoluxucu xəstəliklərin ləğv edilməsi təkcə xəstəliyin yayıl-
masının qarşısını almaqla deyil, eyni zamanda epidemik prose-
sin başqa həssas mexanizminə təsir etməklə müəyyən edilir.
Yoluxucu xəstəliklərin ləğvi müəyyən yoluxucu xəstəliyin
ölkə və ya bir sıra ölkələrin hüdudlarında, yaxud bütün yer kürə-
sində həmin xəstəliyin törədicisinin tam məhv edilməsi və ya
yox olması ilə müşa yiət olunan ləğvini nəzərdə tutur. Bu, x a-
ricdən törədici gətirilmə məklə müəyyən ərazidə əhali arasında
ləğv olunan infeksiyanın hər hansı bir formada baş vermə ehti-
malını istisna edir. Antroponozlar zamanı yoluxucu xəstə liklərin
ləğ vi dedikdə müəyyən ərazidə törədicinin dövr etməsinin tam
dayan dırılması başa düşülür. Zoonozlar zamanı heyvanlarda mü -
vafiq xəstəliklər aşkar edildikdə, insanların xəstələnməsinə yol
verilməməsi vacibdir, buna ya spesifik profilaktika, ya da təbii
ocaq ların ləğv edilməsi yolu ilə nail olmaq mümkündür.
Müasir şəraitdə yoluxucu xəstəliyin tam ləğvi üçün həmin i n-
fek siyanın epidemik prosesini tamamilə qırmağa və bununla da
xəstəliyin ləğvini təmin etməyə, həmçinin onun törədicisini məhv
etməyə qadir yüksək effektiv vasitələr lazımdır.
Yoluxucu xəstəliklərin ləğvi məsələsi 1946-cı ildə ÜST ya ra dıl -
dıqdan sonra daha da canlandı. Bununla yanaşı, eradikasiya (xəs tə-
lik törədicilərinin kökünün kəsilməsi) termini istifadə edil məyə baş-
lanıldı. Eradikasiyanı həyata keçirərkən mübarizə təd birləri o
za man effektiv ola bilər ki, onlar epidemik prosesin hər üç halqa-
sına qarşı yönəldilsin. Bu, aşağıdakıları nəzərdə tutur:
1) infeksiya mənbəyinin zərərsizləşdirilməsi;
2) yoluxma mexanizminin qırılması;
3) orqanizmin xəstəliklərə qarşı rezistentliyinin yaradıl ması.
Yoluxucu xəstəliklərin real ləğvi o zaman mümkündür ki, gös-
tərilən üç yoldan hər birinə qarşı yönəldilsin və aparılan təd bir lər
n ə ti cəsində üç amildən, heç olmasa, biri tamamilə sıradan çıxsın.
İnfeksiya mənbələri çox olduqda, yoluxma mexanizmi a san lıqla r e-
a lizasiya olunduqda, xəstəliyin yayılmasının qarşısı çə tin alındıqda
və orqanizmin xəstəliklərə qarşı həs saslığını zəiflət mək müm kün o l-
ma dıqda yoluxucu xəs tə liklərin ləğvi imkanı qeyri-r e aldır.
40
Bu və ya digər törədici növünün ləğvinə səbəb olan mexa-
nizm 2 yolla təsir göstərir:
- xarici şəraitin yüksək sürətlə və intensivliklə baş verən də yiş-
məsi növün dəyişən şəraitdə adaptasiya qabiliyyətinə üstün gəlir;
- növün birbaşa məhvinə gətirib çıxarır.
Yoluxucu xəstəliklərlə mübarizə və onların ləğv edilməsi ü z rə
keçmişdə müxtəlif cəhdlər göstərilmişdir:
- I və II əsrlərdə Avropada cüzamlı xəstələr üçün lazaretlər y a-
ra dılmışdır;
- XV əsrdə ingilis tərləmə qızdırmasına qarşı mübarizə apa-
rılmışdır;
- 1884-cü ildə Rusiyada manqo ilə mübarizəyə dair qanunve-
ricilik aktları qəbul olunmuşdur;
- Danimarkada 1893-cü və 1939-cu ildə səpgili yatalaq və q a-
y ı dan yatalağa qarşı mübarizə həyata keçirilmişdir;
- XX əsrin 20-ci illərində Mərkəzi və cənubi Amerikada sarı
qız dırmaya qarşı mübarizə aparılmışdır;
- 1932-ci ildə SSRİ-də drakunkulyoza qarşı mübarizə və onun
ləğv edilməsi planı işlənib hazırlanmış və müvəffəqiyyətlə həyata
keçi rilmişdir;
- 1955-ci ildə ÜST tərəfindən dünya üzrə malyariyanın ləğv
edilməsi proqramı qəbul olunmuşdur;
- 1958-ci ildə ÜST tərəfindən dünyada təbii çiçəyin ləğv edil-
məsi proqramı qəbul olunmuş və onun müvəffəqiyyətlə həyata k e-
çi rilməsi sayəsində 1980-ci ildə xəstəlik qlobal miqyasda ləğv
edilmişdir.
Müasir şəraitdə ÜST bir sıra xəstəliklərlə mübarizə və onla-
rın ləğvi proqramını irəli sürmüşdür:
- poliomielitin ləğvi;
- qızılcanın ləğvi;
- difteriyanın ləğvi;
- malyariya ilə mübarizənin gücləndirilməsi və s.
|