Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

İnfeksiya mənbəyi

Patogen parazitin yaşaması və həyat fəaliyyəti üçün təbii ş ə-

rait rolunu oynayan yoluxmuş orqanizm (insan, heyvan) infek-

siya mən bəyidir. Bu kateqoriya həm infeksiya mənbəyinin təbii 

mahiyyətini,  həm  də  insanla  təbiətin  (infeksiya  mənbəyi  olan 

hey  vanlarla) qarşılıqlı əlaqəsini aydınlaşdıraraq, hər şeydən əv -

vəl, insanın infeksiya mənbəyi kimi sosial təbiətini üzə çıxarır. 

İnfeksiya  mənbəyi  kateqoriyasının  əhəmiyyəti  ilə  əlaqədar 

ola raq qeyd etmək lazımdır ki, bir çox müəlliflər onu yoluxma-

nın baş ver mə sin də iştirak edən xarici mühit obyektləri ilə eyni 

səviyyədə  qiymət ləndirirlər.  Lakin  bu,  heç  də  düzgün  deyildir. 

cansız obyektlərin epidemioloji əhəmiyyətini təsvir etmək üçün 

“yoluxma amillər” və “yoluxma yolları” anlayışları qəbul edil-

mişdir (İ.İ.Yolkin, 1973).



Yoluxma mexanizmi

 Bu kateqoriya patogen parazitin yoluxmuş orqanizmdən sağ-

lam orqanizmə yoluxması zamanı məruz qaldığı bioloji adapta-

siya  hallarının  tam  məzmununu  ifadə  edir.  Bununla  belə,  bu 

anlayış  patogen  parazitin  yoluxmuş  orqanizmdən  sağlam  şəxsə 

fasiləsiz və fasiləli hərəkətindən və bu zaman baş verən yerdə-



84

yişmələrdən danışır. Yoluxma mexanizmi təsadüfi hal deyil, p a ra-

zitin patogen mahiyyətindən irəli gələn qanunauyğun epidemioloji 

haldır, o, bir tərəfdən sahibin orqanizminə parazitin a d ap tasiyası, 

digər tərəfdən fərdi sahibini dəyişən zaman yaranan şəraitə uyğun-

laşması deməkdir (L.V. Qomaşevski, 1965).

 Yoluxma mexanizmi insanların və istiqanlı heyvanların ana-

tomik-fizioloji sistemlərinin 4 tipinə uyğundur: həzm, tənəffüs, 

qan döv ranı və xarici örtük. Patogen parazitin yoluxması prosesi 

3 mər hələdə baş verir: törədicinin yoluxmuş orqanizmdən ifraz 

edilməsi,  ətraf  mühitdə  qalması  və  yenidən  həssas  orqanizmə 

d a xil olması.

Patogen parazitin xaricə ifraz edilməsi mərhələsi orqanizmin 

fizioloji (tənəffüs, tüpürcək ifrazı, defekasiya, sidik ifrazı, epite-

lin deskvamasiyası) və patoloji (öskürək, zökəm, qusma, ishal, 

irin  axması,  tüpürcək  ifrazı,  hematofaq  buğumayaqlıların  qan 

sorması) prosesləri ilə bağlıdır. 

 İkinci mərhələ patogen parazitin sonrakı mərhələyə bi la va-

si tə və dolayı yolla ötürülməsinə şərait yaradan spesifik, müəy-

yən biotik və abiotik elementlərlə (parazit və qeyri-parazit canlı 

k e çi ricilər, aralıq sahiblər, torpaq, hava, su, qida məh sulları, m ə i  -

şət  əşyaları  və  s.)  birlikdə  xarici  mühitdə  qalması  ilə  bağ lıdır. 

Ye ni həssas orqanizmə daxil olma (yoluxma) mərhələsi əsas eti-

ba rilə iki yolla baş verir: 1) patogen parazitin xarici mü hitlə əla-

qə si olan daxili üzvlərə daxil olması; 2) tamlığı pozulmuş və ya 

pozulmamış  dəri  və  xarici  selikli  qişalar  vasitəsilə  orqanizmə 

daxil olması (Y.N. Pavloviski, 1950, L.V. Qro maşevski,1965) . 

Birinci yolla patogen parazit yeni orqanizmə fizioloji proses lər 

zamanı (tənəffüs, qida və su qəbul etdikdə – tənəffüs üzv lə ri nin 

və  bağırsağın  yoluxucu  xəstəliklərində)  daxil  olur,  ikinci  yolla  

patoloji hallar (qanla keçən və xarici örtük infeksiyaları zamanı – 

dəri  örtüklərinin  zədələnməsi)  və  fizioloji  proseslər  (cin si  əlaqə, 

bəzi  xarici  örtük  xəstəlikləri  zamanı  –  tualet  əməliyyatları)  z a-

manı orqanizmə daxil olur. 



85

Epidemik ocaq

Epidemik ocaq anlayışı keyfiyyət (yoluxma təhlükəsi) və k ə-

miy yətcə  (çoxlu  xəstəlik)  fərqli  olmasına  baxmayaraq,  mən tiqi 

ehtimal  kateqoriyasında  birləşir  (müəyyən  ərazidə  və  mü ə y yən 

vaxtda yoluxma ehtimalı). 

 Ədəbiyyatda çox vaxt “yoluxucu xəstəlik ocağı”, “yoluxma 

ocağı”  terminləri  işlədilir.  “Yoluxucu  xəstəlik  ocağı”  anlayışı 

pa toloq  və  klinisistlər  tərəfindən  qəbul  edilib,  yoluxucu  xəs tə-

lik lə  yoluxmuş  xəstənin  orqanizmində  gedən  məhəlli  patoloji 

pro sesi təmsil edir, ona görə də, bu anlayışlar epidemiologiyada 

işlədilmir.  “Yoluxma  ocağı”  hərbi  epidemiologiyanın  xüsusi 

kateqoriyasıdır. “Yoluxucu xəstəlik ocağı” anlayışı epidemioloji 

məz munludur,  ancaq  o,  tam  deyil  və  məntiqi  cəhətdən  dəqiq 

deyil. Əvvəla ona görə ki, xəstəlik həmişə orqanizmin həyat f ə-

al liyətinin pozulması ilə özünü büruzə verir. Ocağın varlığı tək-

cə  xəstəni  deyil,  törədicigəzdiriciləri  də  əhatə  edir.  “Yoluxucu 

xəs təlik” mürəkkəb halın bir tərəfini göstərir. Ona görə də “epi-

demik  ocaq”  terminini  işlətmək  bu  cəhətdən  daha  məq sə də uy-

ğundur (İ.İ.Yolkin, 1958; L.V.Qromaşevski, 1965).

Epidemik  ocaq  epidemik  prosesin  ilkin  elementidir.  Epide-

mik  ocağa  məzmunca  fərqlənən  bir  neçə  müxtəlif  tərif  veril-

mişdir. L.V.Qromaşevskiyə görə, epidemik ocaq müəyyən ş ə ra-

itdə hazırkı xəstəliyi keçirmək qabiliyyətinə malik olan i n  fek siya 

mənbəyinin  yerləşdiyi  yer  və  onu  əhatə  edən  ətraf  mühitdir 

(L.V.Qromaşevski, 1965).

İ.İ.Yolkinin fikrincə, epidemik ocaq infeksiya mənbəyi, onun 

ətrafında  olan  sağlam  şəxs  törədicilərin  ötürülməsinin  konkret 

t ə bii və sosial elementləri olan yerdir. Baş vermiş yoluxucu xəs-

tə lik ona xas olan maksimal inkubasiya müddəti ərzində öz t ə-

sirini göstərir (İ.İ.Yolkin,1973).

Başqa  sözlə  desək,  epidemik  ocaq  yoluxucu  xəstəliyin  baş 

ver  diyi  və  ya  onun  yayılma  ehtimalı  olan  müəyyən  ərazidə  və 

kol lektivdə fəaliyyət göstərən epidemik prosesin əsas şərtlərinin 

(infeksiya mənbəyi, yoluxma amilləri, həssas orqanizm) cəminə 

deyilir (D.V.Vinoqradov-Voljinski,1973).


86

Bu anlayış həm sporadik şəkildə baş vermiş xəstəlik hallarına, 

həm də çoxlu xəstələnmələrə aiddir. Bu kateqoriyanın əhəmiyyəti 

çox  böyükdür.  Belə  ki,  yoluxucu  xəstəliyin  xü  sus iy yət lərini  n ə-

zə rə alaraq, epidemik ocağın sərhədlərini tə yin edir və həmin əra-

zidə lazımi əksepidemik tədbirlər həyata keçirilir.

Epidemik  ocağın  yaranması  həmişə  infeksiya  mənbəyinin 

əmə  lə  gəlməsi  ilə  bağlıdır.  Ocağın  yaranmasında  ancaq  konta-

gioz xəstələr rol oynayırlar. Əksər zoonoz xəstəliklər, şərti-pa to-

gen mikroblarla törədilən toksikoinfeksiyalar, tetanus və bir çox 

başqa  xəstəliklərlə  yoluxmuş  xəstələr  epidemik  ocağın  əmələ 

gəlməsinə səbəb olmur.

Epidemik ocağın fəaliyyət müddəti ən əvvəl infeksiya mən-

bə yinin yoluxduruculuq dövrünün müddətindən asılıdır. Belə ki, 

kəskin yoluxucu xəstəliklərdə o, həftələr və aylarla, xroniki s ü-

rən yoluxucu xəstəliklərdə (vərəm, qarın yatalağının xroniki t ö-

rə   di ci gəzdirənliyi və s.) isə on illərlə saxlanıla bilər. Ocaq o z a-

man sönmüş hesab edilir ki, xəstənin sağalması, h os     pi    tal   laş dırılması 

və ya ölüm nəticəsində ocaqda törədicinin ifrazı dayanır, yoluxma 

amil  rolu  oynayan  bütün  əşyalar  z ə rər siz ləş di ri lir,  canlı  keçiricilər 

məhv edilir və təmasda olan həssas əhalinin maksimal inkubasiya 

dövrü başa çatır.

Epidemik ocağın sərhədi xəstəliyin kontagiozluğundan, törə-

dicinin yoluxma mexanizmindən və ocağın sanitar-gigiyenik x a-

rak  teristikasından asılıdır. Göyöskürək zamanı epidemik ocağın 

sərhədi xəstənin otağı ilə məhdudlaşa bilər. Göyöskürək törə di-

ci sinin olduğu bəlğəm damcıları xəstədən 1,5-2 m-dən çox m ə-

sa fədə yayılmır, çünki törədici ətraf mühitdə tez məhv olur.

Dizenteriya, infeksion hepatit və s. xəstəliklərdə epidemik o ca-

ğın sərhədi təmasda olan mənzilləri və ya yataqxananı əhatə edir. 

Yoluxma  bu  hallarda  ümumi  istifadə  yerlərində  baş  verə  bilər, 

çün ki törədici nəcislə çirklənmiş səthlərdə uzun müddət saxlanır.

Qızılcanın və su çiçəyinin ocağı bəzən bir mənzilin əra zi sin-

dən  kənara çıxır, buna səbəb hava axını ilə törədicilərin pil lə kən-

lə rarası  sahə  və  ventilyasiya  şaxtaları  vasitəsilə  uzaq  məsafəyə 

yayılmasıdır.



87

Xüsusi  təhlükəli  xəstəliklərin  sərhədləri  isə  daha  genişdir. 

Təbii çiçək, taun, vəba xəstələri olan epidemik ocaqdan xəstəlik 

ş ə hər və rayon ərazisinə yayılır.



Sporadikxəstələnmə (yunanca “sporadicos” – yayılmış, t ə sa-

dü fi, tək-tək).

Bu kateqoriya, eləcədə epidemiya və pandemiya k a te qo ri ya-

la rı epidemik prosesin kəmiyyət və keyfiyyətcə, onun məkan və 

zaman daxilində yayılmasını intensiv və ekstensiv göstəricilərini 

ifadə edir.

Əsasən tək-tək xəstələnmə ilə özünü göstərən, əhalinin m ü-

əy yən yoluxucu xəstəliklə hazırkı məkan və zaman çərçivə sində 

çox da yük sək olmayan xəstələnməsinə sporadik xəstələnmə d e-

yilir  (İ.İ.Yolkin,  1973).  Başqa  sözlə,  bir-birilə  nəzərə  çarpan 

əlaqəsi olmayan, istənilən vaxtda baş verən tək-tək xə  s tə lən mə yə 

sporadik  xəstələnmə  deyilir  (D.V.Vinoqradov-Voljinski,  1973). 

Məsələn,  əhalinin  hər  10000  nəfərinə  ildə  0,5-1  qarın  yatalağı, 

2-3 difteriya və 300-500 qriplə xəstələnmə hadisəsi d ü şür.



Epidemiya (yunanca “epi”-üzərinə, “demos” - xalq, əhali).

Sporadik  xəstələnmənin  səviyyəsinin  yüksəlməsi  və  böyük 

miq darda epidemik ocaqların əmələ gəlməsi ilə özünü göstərən 

y o luxucu  xəstəliyin  intensiv  yayılmasına  epidemiya  deyilir 

(İ.İ.Yolkin,  1973).  Başqa  sözlə  desək,  müəyyən  ölkəni  (şəhəri, 

kollektivi) əhatə edən, eyni infeksiya mənbəyindən baş verən və 

yoluxma yolları ümumi olan, eləcə də bir-birilə yoluxma zənciri 

ilə əlaqəli olan, əhali arasında eyniadlı yoluxucu xəstəliyin küt-

ləvi  yayılmasına  epidemiya  deyilir  (D. V.Vinoqradov-Voljinski, 

1973). Burada epidemik prosesin gərginliyinin kəmiyyət meyarını 

qiymətləndirmək  çətinlik  törədir,  çünki  hər  bir  epidemiya  müx-

təlif gərginliyə malikdir.

Hazırkı  hadisədə  sporadik  xəstələnmə  ilə  mütləq  ciddi  m ü-

qayisəli və obyektiv analiz aparmaq lazımdır ki, vaxtında adi xəs-

tələnməni  xroniki  sürən  epidemiyadan  fərqləndirmək  müm kün 

olsun,  çünki  uzun  müddət  davam  etdikdə  xronik  epidemiya  bu 

yer  üçün  “adi”  göstəricilər  kimi  qələmə  verilir.  Belə  fərqlən-

dirmənin  böyük  təcrübi  əhəmiyyəti  var.  Sporadik  xəstələnməni 

epidemiyadan obyektiv fərqləndirmək üçün yoluxucu xəstəliyin 


88

səviyyəsinin  düzgün  qiymət ləndirmə  meyarını  müəyyən  etmək 

lazımdır.  Bunun  üçün  ölkə,  ayrı-ayrı  respublika  və  zonalarda 

geniş  yayılmış  yoluxucu  xəstəliklərin  nisbi  epidemioloji  gö s-

təriciləri (xəstələnmə, ölüm, letallıq) əsas götürülə bilər. 

Epidemiya bir neçə ölkəni və qitəni əhatə edə bilər. Epide-

miya  dövründə  müəyyən  ərazidə  yaşayan  əhali  arasında  xəs tə-

lən mə 2-5-10-20 və daha çox arta bilər ki, bu, epidemik prosesin 

gərginliyindən asılıdır. Müəyyən rayonda, şəhərdə, ölkədə xəs tə-

lən mə  səviyyəsinin  xeyli  yüksəlməsinə  bir-birilə  əlaqəsi  olma-

yan bir neçə epidemiyaların baş verməsi səbəb ola bilər. Xəs tə li-

yin epidemioloji xüsusiyyət lərin dən və onun y a y ıl ma şəraitindən 

asılı  olaraq,  epidemiyalar  qısa  müddətdə,  sürətlə  və  ya  yavaş 

in kişaf edir. Yavaş inkişaf edən epidemiya uzun müddət sürür və 

xəstəliyin səviyyəsi yüksək olaraq qalır. 

Pandemiya (yunanca “pandemiya” – ümumxalq hadisəsi). 

Bəzi  xəstəliklər  (qrip,  təbii  çiçək,  taun,  vəba)  qısa  müddət 

ərzində geniş miqyasda yayılaraq, bütün dünya ölkələrini və ya 

bir  neçə  qitəni  əhatə  edir.  Xəstəliyin  belə  yayılmasına  pande-

miya deyilir. Başqa sözlə desək, pandemiya müəyyən ölkədə və 

ya  eyni  zamanda  bir  neçə  ölkədə  yoluxucu  xəstəliklərin  qeyri-

adi yüksək səviyyədə epidemik yayılmasıdır (İ.İ.Yolkin, 1973). 

Epidemik  prosesin  bu  cür  inkişafına  xüsusi  təhlükəli  y o lu-

xu cu  xəstəliklər  səbəb  ola  bilər,  belə  xəstəliklərdə  törədici  ilə 

həssas orqanizmin görüşü, adətən, xəstələnmə ilə nəticələnir. Bu 

xəstəliklərdən XIX əsrdə vəba 5 dəfə, XX əsrin ikinci yarısında 

isə qrip xəstəliyi bir neçə dəfə pandemiya şəklində yayılmışdır. 



Endemiya (yunanca “endomos” – yerli). 

Epidemioloji  cəhətdən  bu  kateqoriya  müəyyən  ərazidə  yer-

ləşən və epidemik prosesin gərginliyindən asılı olmayaraq, əhali 

arasında yoluxucu xəstəliyin məhdud (lokal) şəkildə yayılmasını 

ifadə edir. Başqa sözlə desək, müəyyən ərazidə yaşayan əhali ara-

sında  uzun  müddət  ərzində  hər  hansı  yoluxucu  xəstəliyin  m üx-

təlif miqdarda daima baş verməsi endemiya adlanır. 

Xəstəliyin məhdud yayılmasını, adətən, coğrafi mühitin x ü-

su siyyətləri ilə əlaqələndirirlər: gah daimi abiotik yoluxma amil-

ləri ilə hazırkı yerə xas olan infeksiya törədicisinin mənbə yindən 



89

(lepto spi rozlar,  tulyaremiya,  toksoplazmoz),  gah  spesifik  canlı 

k e çi ricidən (malyariya, pappataçi qızdırması), nəhayət, mühitin 

spesifik keçi riciləri və abiotik amillərlə infeksiya mənbəyi ara-

sındakı mürəkkəb biosenotik münasibətlərdən (leyşmanioz, gənə 

və ağcaqanad ensefalitləri, bəzi helmintozlar, hemorragik qızdır-

malar və s.) asılıdır.

Qeyd edilən xəstəliklər ancaq infeksiya mənbələri və ya spe-

sifik  keçiricilərin  arealında  yayılır.  Bəzən  isə  onlar  elə  iqlim 

zonalarında  yayılırlar  ki,  orada  patogen  parazitin  fazalı  inkişafı 

üçün şərait yaradan xarici mühitdə abiotik amillərin (temperatur, 

rütubət, tor pağın strukturu və s.) daim təsir etdiyi yoluxucu xəs tə-

lik törə di ci sinin mənbəyi olsun (məsələn, ankilosto midoz la r  da).

L.V.Qromaşevski (1965) endemiya anlayışını iki yerə: “təbii 

endemiklik”  və  “statistik  endemiklik”liyə bölür.  Birinciyə  zoo-

noz və zooantroponozlar, ikinciyə isə bütün antroponozları daxil 

edir.

Patogen mikrobların spesifik lokalizasiyası

Digər elmlərdə olduğu kimi, epidemiologiyanın qanunları və 

q a nunauyğunluqları da hadisə və proseslərin münasibət və m a-

hiyyət əlaqələrini meydana çıxarır. Qanunlar müəyyən və qeyri-

mürəkkəb əlaqələr və münasibətləri ifadə edir, qanunauy ğun luqlar 

özünü qanunların təsirinin cəmi kimi göstərir. Epi de  mi ologiyanın 

qanunları  ayrı-ayrı  hadisələr  və  ya  hətta  onların  müxtəlif  c ə-

hətləri arasında (məsələn, orqanizmdə patogen parazitin lokali-

zasiyası ilə yoluxma mexanizmi və ya yoluxma m e xa nizmi ilə 

parazitin  bəzi  bioloji  xüsusiyyətləri  arasında)  yaranan  əlaqə  və 

m ü nasibətləri ifadə edir. 

Ancaq onlar yalnız mühüm münasibətləri ifadə edə bilərlər: 

epidemik prosesin mütləq elementlərinin qarşılıqlı əlaqəsi və ya 

e p  i demik  prosesin  əsas  hərəkətverici  qüvvələri  –  sosial  şə  ra it-

lər lə coğrafi mühit amilləri arasındakı münasibət. Məsələn, insan 

və  heyvan  orqanizmində  patogen  parazitin  lokalizasiyası  onun 

ayrı-ayrı növlərinin optimal yaşayış mühitinə müqayisəli uyğun-

laşmasının qanunauyğun nəticəsidir. Ancaq lokalizasiyanın yü k-

sək patogenetik və kliniki əhəmiyyətə malik müxtəlifliyinə bax-


90

ma yaraq (xüsusilə polipatogen parazitlərdə), patogen m  i k     ro blarda 

onun xarici mühitə ifrazı yolları və həmin növün gələcək varlığını 

təmin edən toxuma, üzv və sistemlərə müvafiq adaptasiya yaran-

mışdır (bağırsaqlar – qarın yatalağı və dizenteriya bakteriyaları, 

vəba vibrionları və enteroviruslar üçün, tənəffüs sistemi – qrip 

virusları, adenoviruslar və difteriya bakteriyaları üçün, qan döv-

ranı  sistemi  –  Provaçek  rikket siyaları,  Obermeyer  spiroxetləri, 

pappataçi  qızdırması  virusu,  malyariya  plazmodiumları  üçün, 

x a rici dəri və selikli qişa örtüyü – mikozların, traxomanın, dəri 

leyşmaniozunun törədicisi üçün).

Epidemioloji  nöqteyi-nəzərdən  bu,  spesifik  lokalizasiyadır. 

O,   patogen  parazitin  yoluxma  mexanizmini  müəyyən  edir  və 

on un  bioloji  xüsusiyyətlərini  formalaşdırır:  xarici  mühitdə  ya -

şa ma formaları (spor əmələgətirmə, məsələn, qara yara, tetanus, 

botulizm və yara anaerob bakteriyaları), xarici mühit amil lə rinə 

davamlılıq, transovarial və transfazal yolla yoluxma və s. Pato-

gen parazitin spesifik lokalizasiyası və yoluxma mexanizmi bir-

birilə qarşılıqlı əlaqədədir. Bu hadisələrin bir-birindən sıx asılı-

lığı epidemik prosesin inkişafına səbəb olur. 

Patogen parazitin insan və heyvan orqanizmində spesifik l o-

ka lizasiyası və törədicilərin müvafiq yoluxma mexanizmi insan-

ların yoluxucu xəstəliklərinin təsnifatının elmi əsasını təşkil edir. 

Bu meyara əsasən onlar aşağıdakı şəkildə təsnif olunur: 1) həzm 

sisteminin yoluxucu xəstəlikləri, 2) tənəffüs yollarının yoluxucu 

xəstəlikləri, 3) qan sisteminin yoluxucu xəs tə lik ləri, 4) xarici ö r-

tük  lərin yoluxucu xəstəlikləri, 5) vertikal ö tü rülən yoluxucu xəs-

tə liklər.



Epidemik prosesin hərəkətverici qüvvələri

Epidemik prosesin əsas hərəkətverici qüvvələrini onun 3 m ü t -

ləq  şərtinin  (infeksiya  mənbəyi,  yoluxma  amilləri,  həssas  orqa-

nizm) qarşılıqlı təsirinin cəmi, sosial şərait və coğrafi mühitin ə l-

verişli amilləri təşkil edir.

Yoluxucu xəstəliklərin cəmiyyətdə yayılması və onların pro fi-

laktikası və ləğv edilməsində sosial şəraitlər mühüm rol oynayır. 

Onların içərisində aşağıdakı sosial şərait elementləri əsas yer tu -

tur:


91

- əhalinin iqtisadi fəaliyyətinin xarakteristikası (sənaye, kənd 

tə  sərrüfatı, ticarət, xüsusi peşələr) və iqtisadiyyatın coğrafiyası;

-  əhalinin  maddi  təminatının  dərəcəsi  və  ümumi  sanitariya 

m ə   dəniyyətinin səviyyəsi

- iş prosesləri zamanı və məişətdə insanların ünsiyyət formaları;

- əhalinin sıxlığı və yerləşmə xüsusiyyətləri (yaşayış mən  tə-

qə lərinin tipləri, mənzillərin xarakteri); 

-  yaşayış  məntəqələrinin  abadlıq  səviyyəsi  (su  təchizatının 

tip   ləri, su təmizləyici sistem və s.);

- əhalinin məişət xüsusiyyətləri, tarixən formalaşmış adət və 

ə n ə nələri; 

- nəqliyyat yolları şəbəkəsi, nəqliyyatın üstünlük təşkil edən 

növ ləri, nəqliyyat əlaqələrinin xarakteristikası; 

- əhalinin demoqrafik göstəriciləri (doğum, ölüm); 

- miqrasiya proseslərinin səciyyəsi

- səhiyyənin vəziyyəti, tibb elminin, eləcə də epidemiologiya 

və onunla əlaqəli sahələrin (gigiyena, mikrobiologiya, virusolo-

giya, yoluxucu xəstəliklərin klinikası və s.) inkişaf səviyyəsi.

Sosial şəraitlər epidemik prosesin bütün elementlərinə, xü  su-

silə infeksiya mənbəyi və yoluxma mexanizminə təsir edir. İnsa-

nın  yoluxucu  xəstəliklərinin  təkamülündə  sosial  amillərin  əhə-

miy yəti aydın görünür. coğrafi mühit amilləri ilə yanaşı, sosial 

yaşayış  şəraiti  də  epidemik  prosesin  əsas  hərəkətverici  qü v-

vəsidir, onun təsiri altında törədicinin bioloji xassələri, yoluxma 

mexanizmi, infeksiya mənbəyinin – ev və vəhşi heyvanların bio-

loji  xüsusiy yətləri,  eləcə  də  insanların  həyat  tərzi  d ə yişilir.  Bir 

sözlə, yoluxucu xəstəliklərin epidemiologiyası də  yi şir. Epidemik 

prosesin  kəmiyyət  və  keyfiyyətcə  dəyişməsi  c ə miyyətin  tarixi 

inkişaf mərhələrinə uyğun baş verir. Sosial şəraitlərin epidemik 

prosesin  əsas  hərəkətverici  qüvvələri  kimi  qəbul  edilməsi  elmi 

mahiy yətindən başqa, yoluxucu xəstəliklərə qarşı effektiv m ü ba-

rizə  tədbirlərinin  işlənib  hazırlan masında  təcrübi  təbabət  üçün 

geniş perspektivlər açır.

V.D.Belyakov  epidemik  prosesi  bir-birilə  sıx  qarşılıqlı  əla-

qə si olan 3 bölmədən (yarımsistem) ibarət sistem kimi nəzərdən 

ke çirir.

Birincibölmə (yarımsistem) – epidemik prosesin amil lərinin 

(bio loji, sosial, təbii), onun inkişafının səbəb və şəraitləri.



92

İkincibölmə (yarımsistem) – epidemik prosesin inkişaf m e-

xa nizmi (özünütənzimləmə, yoluxma mexanizmi, təbii-ocaqlılıq 

nəzəriyyələri).

Üçüncübölmə (yarımsistem) – epidemik prosesin aşkar o lu n-

ması (yoluxucu xəstəliklərin ərazidə, insanlar arasında müəyyən 

vaxtda yayılması).

Alimə görə, epidemik prosesin təzahürlərində insanların təbii 

və  sosial  yaşayış  mühitləri  əhəmiyyətli  rol  oynayır.  Parazitar 

sistemlərin  özünütənzimləmə  nəzəriyyəsi  əsasında  V.D .Belya-

kov  epidemik  prosesin  daxili  tənzimlənməsinin  4  müddəasını 

müəyyən etmişdir:

1) bir-birinə münasibətlərinə görə parazit və sahib popul ya si-

ya  la rı nın genotipik və fenotipik heterogenliyi

2)  bir-biri  ilə  qarşılıqlı  təsirdə  olan  populyasiyaların  bioloji 

xüsu siy yətlərinin qarşılıqlı dəyişkənliyi

3) epidemik prosesin qeyri-bərabər inkişafını müəyyən edən 

pa ra zit populyasiyasının fazalı yenidənqurulması; 

4)  epidemik  prosesin  fazalı  yenidənqurulmasında  sosial  və 

təbii şə raitlərin tənzimedici rolu.

Bölmələr bir-biri ilə sıx əlaqədədir. Epidemik proses yalnız 

səbəblərin təsirini müəyyən edən şəraitlər olduqda təzahür edir. 

Problem kifayət dərəcədə öyrənildikdə müəyyən şəraitlərdə epi-

demik  prosesin  təzahürlərini  proqnozlaşdırmaq  mümkündür. 

Ey ni zamanda təhlil və müqayisə yolu ilə epidemik prosesin t ə-

zahürlərini  xarakterizə  edən  rəqəm  materiallarının  və  onun  i n-

kişaf  mexanizmini  göstərən  məlumatların  əsasında  səbəblərin 

təsirini  müəyyən  edən  konkret  şəraiti  aşkar  etmək  olar.  Epide-

mik  prosesin  təzahür  formalarını  proqnozlaşdırmaq  üçün  y o-

lux ma  amillərini  və  inkişaf  mexanizmini  bilmək  lazımdır.  Epi-

demik  prosesin  xüsusiyyətlərinə  dair  məlumat ların  və  onun 

i n kişaf  mexanizmi  haqqında  biliklərin  əsasında  epidemik  diaq-

nostika (epidemioloji prosesin inkişafını müəyyən edən ami l lə-

rin   aydınlaşdırılması) həyata keçirilir.

Epidemik  prosesin  əsas  amilləri  bunlardır:  bioloji,  sosial, 

təbii.  Onlardan  birincisi  səbəb,  digərləri  isə  epidemik  prosesin 

f a siləsiz inkişafını təmin edən şərait kimi çıxış edir. Buna görə 

də biz epidemik prosesin amillərini ayrıca təsvir etməklə yanaşı, 



93

ümumilikdə  infeksion  patologiyada  səbəbiyyət  probleminə  də 

toxunmağı lazım bildik.


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin