virus, I (HTLV-1)
Virus
T-hüceyrəli limfoma-
leykemiya
1981 Toksigen stamm-staphy-
lococus aureus
Bakteriya Toksik şok sindromu
1982 Escherichia coli 0157:H7 Bakteriya Hemorragik kolit, hemoli-
tik uremiya
1982 HTLV-II
Virus
Leykemiya
1983 Borrelia burgdorferi
Bakteriya Laym xəstəliyi
1983 İnsanın immun-
çatışmazlıq virusu
Virus
İİV-infeksiya, QİÇS
1983 Helicobacter pylori
Bakteriya Mədə xorası xəstəliyi
1984 Rickettsia japonica
Rikketsiya Yapon ləkəli qızdırması
1985 Enterocytozoon lueneus Protozoa
Uzunsürən diareya
1986 Cyclospora cayetanensis Protozoa
Uzunsürən sulu diareya
1986 BSE agent
Prion
Süngərəbənzər inək
ensefalopatiyası
123
1988 Herpes 6 (HHV-6)
virusu
Virus
6-cı uşaq xəstəliyi –
tranzitor rozeol yoz
səpgili qızdır ma
1988 Hepatit E virusu
Virus
Enteral E hepatiti
1989 Erlichia chaffeensis
Bakteriya
İnsan erlixiozu
1989 C hepatiti virusu
Virus
Parenteralc hepatiti
1991 Guantario virus
Virus
Hemorragik venesuela
qızdırması
1991 Encephalitozoon hellem Protozoa
Konyunktivit,
disseminaiyalı xəstəlik
1991 Babesianın yeni növləri Protozoa
Atipik babezioz
1992 Vibrio cholerae 0 139
Bakteriya
Vəbanın yeni törədicisi
1992 Bartonella henselae
Bakteriya
Pişik cırmağı xəstəliyi
1993 Encephalitozoon cuniculi
Protozoa
Disseminaiyalı xəstəlik
1993 Sin Nombre virus
Virus
Xantaviruslu ağciyər
sindromu
1994 Sabia virus
Virus
Brazilia hemor ragik
qızdırması
1995 HHV-8
Virus
QİÇS xəstələrində
Kapoşi sarko masının
törədicisi
1995
İnsan üçün pato-
gen olan inəklərin
– BSE agentinin CJD
süngərəbənzər ensefa-
lopatiya törədicisi
Prion
Əsasən cavanları
zədələyən Kleys feld-
Yakobs xəs təliyinin yeni
variantı
1996 Hedra virus (Australian
bat lyssa virus)
Virus
İt və pişiklərin ölümcül
pnev mo niyası, in-
sanda ölümcül nevroloji
xəstəlik
1997 H5N1 (avian flu)
Virus
Honkonqda in san ları
zədə lə yən və xəstəlik
törə dən quş qripi vi rusu
1999 Nipah virus
Virus
İnsanda xəstə lik lərinə
səbəb olan, bəzən
ölümlə nəticələnən
Hendraya bənzər zoonoz
təbiətli virus
124
Yoluxucu və parazitar xəstəliklərin beynəlxalq təsnifatı
Xəstəliklər, travmalar və ölüm səbəbləri haqqında B ey nəl-
xal q statistik təsnifatda (1965) birinci sinif “yoluxucu və parazi-
tar xəstə lik ləri” ayrılаraq yoluxucu və parazitar xəstəliklər
sinfinə ancaq “yo lu xu cu”, “transmissiv” xəstəliklər salınmışdır.
Nəticədə yoluxucu xəs təliklərin çoxu təsnifatın bütün siniflərinə
səpələnmişdir. Yoluxucu və parazitar xəstəliklərin ardıcıl yer ləş-
di rilməsi birinci sinfin da xi lin də müəyyən taksonomik qrupa
(bakteriya, virus, rikketsioz, spi ro xetoz, mikoz, helmintoz) aid
olmasına əsaslanır. Ancaq qəbul edilən bu qayda heç də hər yer-
də hesaba alınmayıb (ayrı-ayrı hallarda klinik və ekoloji əla mət-
lər nəzərə alınıb).
Epidemik prosesin təkamülü
Müasir anlayışlara görə epidemik prosesin inkişafına po pul-
yasiya və növlərarası münasibət səviyyəsində törədici ilə insan
or qa nizmi arasında yaranmış qarşılıqlı münasibətlər təsir gös-
tərir. Parazitar sistemlər üçün xas olan əlaqələr epidemik proses
haq qında təlimin daxili bioloji əlaqələridir. Sosial və təbii mühit
ele mentləri epidemik prosesin inkişafında böyük rol oynayır.
Be lə liklə, epidemiologiya üçün bioloji elmlərlə əlaqələr epide-
mik proses haqqında təlimdə daxili əlaqələri təmin edir.
Epidemik prosesin inkişaf mexanizmi müasir epidemio lo gi-
yada ümumiləşdirilmiş 3 nəzəriyyənin əsasında dərk edilir: epi de-
mik prosesin daxili tənzimləmə (özünütənzimləmə) nəzə riy yəsi
(V.D.Belyakov, 1975), törədicilərin yoluxma mexanizmi nəzəriy-
yəsi (L.V.Qromaşevski, 1941), transmissiv və bir qisim yo lu xucu
xəstəliklərin təbii-ocaqlılıq nəzəriyyəsi (Y.N .Pavlovski,1938).
125
Epidemik proses haqqında təlimin əsas bölmələri və onların
qarşılıqlı əlaqəsi.
Epidemik prosesin təzahürü müxtəlif əhali qruplarında, ərazi
və zaman daxilində xəstəliyin strukturuna və intensivliyinə görə
fərqlənir. V.D.Belyakov epidemiyaəleyhinə tədbirlərin həcminə
və məzmununa, epidemik diaqnostikanın istiqamətinə və əhaliyə
göstərilən əksepidemik xidmətin təşkilinə, epidemik prosesin i n-
kişaf sxeminə, yaranmış yeni elmi təsəvvürlərə əsasən müvafiq
düzəlişlər etmişdir.
Riyazi üsullar və elektron hesablama texnikasının epidemio-
loji müayinə və əksepidemik tədbirlərdə tətbiq edilməsi epide-
mioloji diaqnostikanın imkanlarını xeyli artırmışdır, bu isə öz
n öv bəsində epidemik prosesin inkişaf intensivliyinin müxtəlif
şəraitlərdə kəmiyyətcə qiymətləndirilməsini mümkün etmişdir.
Bunun əsasında operativ epidemioloji təhlilin aparılması, yolu-
xu cu xəstəliklərin proqnozlaşdırılması üsullarının işlənməsi və
əksepidemik xidmətin keyfiyyətinin yüksəldilməsinə effektiv
təsir göstərən sistemin yaranması imkanı meydana gəlmişdir.
Be lə ki, qrip, adenovirus, streptokok, stafilokok və s. yoluxucu
xəs təlik lərdə epidemik prosesin inkişaf xüsusiyyətlərinin hər tə-
rəfl i müayinəsi nəinki yoluxucu xəstəliklərin qanunauyğunluqla-
rını yeni aspektdə öyrənməyə, hətta epidemik prosesin özünü-
tən zim ləmə sisteminin varlığını müəyyən etməyə imkan verdi
(Belyakov V.D. 1975).
Epidemik prosesin tənzimlənməsi (özünütənzimləmə) əks
əlaqə əsasında fəaliyyət göstərən parazit törədici və insan – s a-
hib populyasiyalarının genotipik və fenotipik cəhətdən müxtəlif
olan və daim dəyişən, bir-birilə qarşılıqlı əlaqədə olan sistemin
vasitəsilə təmin edilir.
Epidemik prosesin inkişaf mexanizmini təşkil edən səbə biy-
yət- nəticə əlaqələrinin yeni anlayışı əhalinin yoluxucu xəs tə lik-
lərlə xəstələnməsinin qanunauyğunluqlarının və onun ə s a sında
bu xəstə liklərə qarşı mübarizənin yeni prinsiplərinin, e l ə cə də l a-
zımi vəsait, üsul və tədbirlərin öyrənilməsi üçün pers pek tiv
şərait yaradır. Belə ki, biliklərin müasir səviyyəsində epidemik
prosesin özünü tənzimləmə nəzəriyyəsinin qəbul edil məsi i m mun-
126
rezistent insanların genotipik və fenotipik xüsu siy yət lə ri ni n ə-
zə rə alaraq, antroponoz yoluxucu xəstəliklərə qarşı mübarizədə
əsas prinsip kimi profilaktikanın fərdləşdirilməsini ön plana
çəkir.
Bu şəraitdə əsas qüvvələri epidemik prosesin fasiləsizliyini
təmin edən və törədicinin kollektivdə saxlanmasında xüsusi rolu
olan, immuniteti zəifləmiş şəxslərin müdafiəsi üçün profilaktik
tədbirlər planının işlənib hazırlanmasına və təcrübəyə tətbiq
edilməsinə yönəltmək lazımdır.
L.V.Qromaşevskinin yoluxucu xəstəliklərin törədicilərinin
yoluxma mexanizmi təlimi
Patogen törədicilərin yoluxma mexanizmi təkamül pro se-
sin də yoluxucu xəstəliyin törədicisinin yoluxmuş orqanizmdən
sağlam həssas or qanizmə ötürülməsini təmin edən forma laş mış
üsulların məcmusudur.
Yoluxucu xəstəliklərin törədicilərinin yoluxma mexanizmi
nəzəriyyəsi L.V.Qromaşevski (1941) tərəfindən işlənib hazır lan-
mış dır. O, XX əsrin 40-cı illərinə qədər yoluxucu xəstəliklərin
patologiyasına dair toplanmış məlumatları araşdıraraq antro po-
noz larda epidemik prosesin inkişafına nəzər yetirir və törə di ci lə-
rin yoluxma mexanizmi nəzəriyyəsini yaradır. Bu mexanizm
törədicinin spesifik sahibin orqanizmini dəyişməsini və onun b i o -
loji növ kimi təbiətdə saxlanmasını təmin edir.
Bu nəzəriyyəyə görə patogen törədicinin yoluxma me xa-
nizmi canlıların uzun təkamül prosesində yaranmışdır və yolu-
xu cu xəstəliklərin törədicilərinin parazitar təbiəti ilə bağlıdır. P a-
ra zit sahibin orqanizmində yaşaması üçün əlverişli şərait tapır
(lazımi qida, müvafiq temperatur və s.). Lakin parazit təbiətdə
nö vünü saxlamaq üçün hökmən öz sahibini tərk etməlidir. Para-
zitin başqa sahibə keçməsinin əsas səbəbi ondadır ki, yoluxmuş
sahibin orqanizmində xəstəlik nəticəsində immunoloji (müdafiə)
dəyişiklik baş verir, bunun nəticəsində parazitin yaşa ması üçün
əlverişsiz şərait yaranır ki, o da mikrobların ölümünə gətirib ç ı-
xara bilər.
127
Bəzi xəstəliklərdə (qızılca, hünü qızdırması və s.) immunitet
elə tez yaranır ki, törədici artıq xəstəlikdən bir neçə gün sonra
məhv olur. Bununla yanaşı, bir qisim xəstəliklərdə (vərəm, qarın
yatalağı və s.) immunitetin zəifləməsi nəticəsində törədici uzun
müddət, bəzi hallarda ömrünün sonunadək orqanizmdə qalır. Bu
halda da törədicinin yoluxma mexanizmi fəaliyyət göstərməlidir,
çünki sahibin ömrü müəyyən qədər məhduddur, törədicinin bio-
loji növ kimi saxlanması üçün o, bu müddətdə yerini (sahibini)
hökmən dəyişməlidir. Beləliklə, əgər xəstəlik törədiciləri yer də-
yiş mək qabiliyyətinə malik olmasaydı, onda sahibi ilə birlikdə
məhv olardı və bununla da yoluxucu xəstəliklər ləğv olardı.
Yoluxmuş insan və ya heyvan orqanizmi infeksiya mən bə yi-
dir, onlar törədicini sağlam (həssas) orqanizmlərə keçirirlər. Mə -
lum olduğu kimi, epidemik proses 3 halqadan ibarətdir: infek-
si ya mənbəyi, yoluxma mexanizmi və həssas orqanizm. Uzun
müd dət hesab edilirdi ki, dövr edən törədici dəyişmir, əhalinin
həssaslığı isə kütləvidir. Bu fikir ancaq yoluxucu xəstəliyin
ma ni fest növündə özünü doğruldur.
Zoonoz xəstəliklərdə epidemik prosesin inkişaf mexanizmini
aydınlaşdıran zaman əsas və əlavə infeksiya mənbəyinin olması
müəyyən edildi. Əsas infeksiya mənbəyi bioloji növün təbiətdə
saxlanmasını təmin edən təbii yaşayış şəraiti – spesifik sahibdir,
əla və mənbə isə törədicinin əlavə sahibi olub, onu insanlara
keçirir. İnsan bəzi zoonozlarda (taun) törədicinin əlavə (epide-
mioloji cəhətdən təhlükəli) infeksiya mənbəyi ola bilər. Törə di-
ci nin rezervuarı (saxlandığı yeri) törədici populyasiyasının təbii
yaşayış şəraiti ilə birgə əlaqəsinin cəmidir.
Yoluxucu xəstəliklərin yoluxma mexanizmi mürəkkəbliyi ilə
fərqlənir. O, 3 mərhələdən ibarətdir: 1) törədicinin yoluxmuş or -
qa nizmindən xaricə ifraz olunması, 2) törədicinin xarici mühitdə
yaşaması, 3) törədicinin yeni sahibin orqanizminə daxil olması.
Hər bir yoluxucu xəstəliyin törədicisi bioloji təkamül pro se-
sin də nəinki öz sahibinin orqanizminə, həm də yoluxma mexa niz-
minə uyğunlaşır. Törədicinin yoluxmuş orqanizmdən sağ lam
(həssas) orqanizmə keçməsi bu təkamül prosesində f o r ma laşmış
spesifik yoluxma mexanizmi vasitəsilə həyata keçir. Müxtəlif
128
törədicilər sahibin müəyyən üzv və toxumalarına u y ğun laşır və
orada onların inkişaf etməsi üçün əlverişli şərait ya ranır (spesifik
lokalizasiya). Müəyyən edilmişdir ki, bu və ya di gər üzv və t o-
xu malarda məskunlaşma nəinki onların, eləcə də sahibin bütün
orqanizmində dəyişiklik törədir. Belə ki, xəstəlik m ər kəzi sinir
sistemini, endokrin və başqa sistemləri əhatə edərək ümumilikdə
maddələr mübadiləsinin pozulmasına səbəb olur.
Bəzi patogen törədicilər ancaq bir toxumada (monotrop)
parazit həyat sürür. Məsələn, yoğun bağırsağın selikli qişasında
ya şayan dizenteriya törədicisi və ya yuxarı tənəffüs üzvlərinin
epitel hüceyrələrində yaşayan qrip törədicisi belələrindəndir.
Bu nunla yanaşı, elə törədicilər vardır ki, onlar müxtəlif üzv və
t o xu malarda (politrop) yaşayırlar. Politrop törədicilərin törətdiyi
yoluxucu xəstəlikdə onun ilkin lokalizasiyasına digərləri (ikin-
cili) də əlavə olunur. Ancaq hər bir yoluxucu xəstəliyin epidemi-
oloji xa rakteristikasını verərkən törədicinin ancaq o lokalizasi-
yası ma raq doğurur ki, oradan törədici yoluxmuş orqanizmdən
həssas orqanizmə keçmək imkanı qazansın. Məsələn, serebros-
pinal meningitin törədicisi əvvəl burun-boğazın selikli qişasına
düşərək orada inkişaf edir (törədicinin birincili lokalizasiyası).
Sonralar meninqokoklar beyin qişalarında, oynaqlarda və s.
nahiyələrdə məskunlaşır (ikincili lokalizasiya). Ancaq ikincili
lokaliza si yanın epidemioloji əhəmiyyəti yoxdur, çünki t örə di ci-
lər buradan xarici mühitə ifraz edilə bilmir və xəstəliyin y a yıl-
ma sında iştirak etmirlər, xəstəlik isə törədicilərin ancaq yuxarı
tənəf füs yollaranın selikli qişasının ifrazatı vasitəsilə ətraf m ü-
hi tə xaric edilməsi nəticəsində sağlam (həssas) şəxslərə yo luxa
bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, xəstəlik törədicilərinin y a-
yıl ması mexanizmi üç mərhələdən ibarətdir. Birinci mərhələdə –
patogen törədicinin orqanizmdən xaric edilməsi, ikinci mər hə-
lə də – törədicinin xarici mühitdə qalması baş verir. Yoluxma
m e xanizminin bu iki mərhələsi bir-birilə sıx əlaqədardır və s a hi-
bin orqanizmində törədicinin lokalizasiyasından asılıdır. Belə ki,
vəba, dizenteriya və digər bağırsaq qrupu xəstəliklərinin törə di-
ci ləri ifrazat vasitəsilə torpağa, suya, tənəffüs yolunun x əs tə lik-
129
lə rində isə törədici tüpürcək, selik damcıları vasitəsilə ancaq h a-
va ya düşür.
Törədicilərin yoluxma mexanizminin üçüncü mərhələsi,
yəni parazitin yeni sahibin orqanizminə daxil olması mərhələsi
isə öz növbəsində ikinci mərhələ ilə – törədicinin xarici mühitdə
qal ması ilə müəyyən edilir. Belə ki, havada olan patogen t ö rə di-
ci lər ancaq həmin hava ilə yeni sahibin orqanizminə düşə bilər.
Suya (qidaya) düşmüş patogen törədicilər yalnız onları qəbul
etdikdə insanı yoluxdura bilər. Xarici mühitə çıxış yolu olmayan
üzv və ya orqanda yerləşən törədicilərin orqanizmdən xaric edil-
mə si isə qansoran buğumayaqlılar vasitəsilə həyata keçir. Başqa
sözlə desək, patogen törədicinin orqanizmdə lokalizasiyası və bu
törədicinin bir bioloji sahibdən digərinə ötürülməsi mexanizmi
bir-biri ilə sıx əlaqəlidir.
Xarici şəraitdə yoluxucu xəstəlik törədicilərinin müxtəlif d a-
vamlılığı yoluxma mexanizmi ilə təyin olunur. Məsələn, mal ya-
riya parazitləri xarici mühitdə davamsızdır, bu törədicilər bir
sahibdən başqasına keçərkən qansorucu buğumayaqlılar tərə fin-
dən ətraf mühitin təsirlərindən qorunur. Ətraf mühitin tə si rinə
bağırsaq qrupu xəstəliklərinin törədiciləri (qarın yatalağı, dizen-
teriya və s.) daha davamlıdır. Yoluxmuş xəstədən nəcislə xaric
edilmiş bu törədicilər yeni sahibə daxil olana qədər mü rək kəb
yol keçirlər. Bu yollardan birinin inkişaf sxemi aşağıdakı ki mi-
dir: patogen törədici nəcislə yoluxmuş xəstənin və ya ona qulluq
edənlərin əllərinə düşür, sonra törədici çirkli əllə qida məh sul la-
rı na, oradan ağız vasitəsilə orqanizminə daxil olur. Di gər vari-
antda törədici nəcislə torpağa, suya düşür, tərəvəzi çirk lən dirir
və sonra ağız vasitəsilə bədənə daxil olur. Bütün mər hələlərdə
ətraf mühit törədicinin özünə də mənfi təsir göstərir ki, bəzən
buna cavab olaraq bir çox törədicilərdə bu təsirlərə qarşı davam-
lılıq yaranır.
130
Törədicilərin yoluxma amilləri haqqında anlayış
Törədicilərin yoluxma amilləri – törədicinin bir orqaniz min-
dən digərinə ötürülməsini təmin edən ətraf mühit amilləridir. T ö-
rə dici yoluxmuş orqanizmdən ifraz edildikdən sonra ətraf mü -
hitə düşür və yenidən həssas orqanizmə daxil olana qədər orada
qalır. Ətraf mühit şəraiti yaşayış baxımından törədicilər üçün
müx təlifdir. Törədicinin xarici mühitdə qalması müddəti də eyni
deyildir. Ətraf mühit müxtəlif amilləri (temperatur, rütubət, qida
maddələrinin olması və s.) özündə birləşdirir. Onlar patogen t ö-
rə dicilərə təsir edərək ya onun orqanizmə daxil olmasına mane
olur, ya da kömək edir.
Törədicinin yoluxmuş orqanizmdən həssas orqanizmə keç-
mə sini və epidemik prosesin daimiliyini təmin edən ətraf mühit
amillərinə xəstəlik törədicilərinin yoluxma amilləri deyilir. O n-
lara aşağıdakılar aiddir: a) hava; b) su; c) torpaq; d) ərzaq məh -
sulları; e) məişət əşyaları; ə) istehsal alətləri; f) yoluxucu x əs tə-
lik lərin canlı keçiriciləri (buğumayaqlılar). Bəzi törədicilər
t ə ka mül prosesində təmas yolu ilə (dəri-zöhrəvi xəstəliklər) y o-
lux maya uyğunlaşmışdır.
Törədicinin ötürülməsində iştirak edən amillərin cəmi onun
yoluxma yolunu təyin edir.
Hava –yoluxucuxəstəliklərintörədicilərininyoluxmaamilidir
Törədicilərin müxtəlif yoluxma amilləri arasında hava mü -
hüm əhəmiyyət daşıyır. Aerozol yoluxma mexanizmində törə di-
cilərin infeksiya mənbəyindən hava vasitəsilə, xaric edilməsi,
eləcə də həssas orqanizmə hava vasitəsilə daxil olması bir sıra
bioloji və fiziki qanunauyğunluqlarla müəyyən edilir.
Bununla belə, aerozolların əmələ gəlməsini və mövcud ol ma -
sını səciyyələndirən məlumatların böyük əhəmiyyəti var, çün ki
yoluxucu xəstəliklərin yayılmasında asılı halda üzərlərində t ö rə -
diciləri daşıyan maye və bərk cisimləri olan hava amili m ü hüm
rol oynayır. Hava əksər yoluxucu xəstəliklərin t ö rə di ci lə ri üçün
digər mühitlərə nisbətən (su, torpaq, ərzaq məhsulları v ə s. ) az
131
əlverişlidir. Öskürmə, asqırma, tənəffüs və danışıq z a ma nı əmələ
gələn mikrob aerozolu monodispers deyildir, müxtəlif ölçülü c i-
sim ciklərdən ibarətdir. Bu aerozolun 15-20%-ni kiçik fraksiyalar
təşkil edir. Onlar tənəffüs zamanı ağ ciyərlərin dərin qatlarına daxil
olur və bununla törədicilərin oraya keçməsində mühüm rol oyna-
yır. Hava törədicilərin artması üçün əlverişli şərait olmasa da,
ayrı-ayrı mikroblar orada müx tə lif müddətdə sağ qalır: qızılı sta-
filokok otaq şəraitində 72 saat, difteriya çöpləri 11 saat, qrip
virusu 4 saata qədər. Törə dicilərin havada yaşama müddəti tem-
peraturdan, rütu bətdən, intensiv günəş şüalarının təsirindən və s.
asılıdır.
Əsasən hava vasitəsilə yayılan xəstəliklərə qrip, qızılca,
or nitoz, epidemik parotit, su çiçəyini misal göstərmək olar. B u-
nun la yanaşı, stafilokok, streptokok, pnevmokok, meninqokokk,
göyöskürək, difteriya, vərəm, taun, tulyaremiya, Kü- qız dır ması
törədicilərinin də hava vasitəsilə yayılması mühüm əhəmiyyət
daşıyır. Ağciyər toxumaları bəzi mikrob növlərinə həssas olduğu
zaman süni surətdə yaradılmış qara yara, bruselyoz, səpgili yata-
laq və s. aerozolları ilə nəfəs aldıqda da bu xəstəliklərin y o-
lux ma mexanizmindən asılı olmayaraq xəstəlik baş verə bilər.
Su –yoluxucuxəstəliklərintörədicilərininyoluxmaamilidir
Suyun patogen mikroblarla çirklənməsi müxtəlif yollarla baş
verir. Su daha çox açıq su hövzələrinə zərərsizləşdirilməmiş çir-
kab suların axıdılması nəticəsində çirklənir. İnfeksion xəstə xa na-
lar ın, baytarlıq müəssisələrinin, eləcə də heyvani məhsulları emal
edən müəssisələrin (ət kombinatı, dəri-gön fabrikləri) çir kab s u-
ları insan sağlamlığı üçün daha təhlükəlidir. Leysan ya ğış lar n ə ti-
cə sində səthi çirklənmiş suların axması sayəsində də su höv zə -
lərinin, su quyularının çirklənməsi baş verir. Açıq su mən b ə ləri
çay və göllərdə paltar yuyanda, çimdikdə, çay gə mi lə rin dən çirkab
sularının axıdılması zamanı, heyvanları suvararkən çi r k lənir. Pato-
gen mikroblarla çirklənmiş su yoluxucu xəstə lik lə rin törə di ci lə-
ri nin yayılmasında ən qorxulu kütləvi (epi de mik) v a si tə yə çevri-
lir. Suda olan törədicilər ətraf mühit amillərinə (məsələn, günəş
132
şüasına) qarşı həssasdır. Suyun 2 m dərinliyinə düşən günəş şüa-
ları mikrobların əksər hissəsini məhv edir. Bununla belə, su höv-
zə lərinin dibinə yaxın hissədə (lildə) törədicilər uzun müddət sağ
qalır.
Suda yaşayan bir çox canlılar özlərindən mikroblara öldü rü-
cü təsir göstərən maddələr ifraz edirlər. Onların təsiri nəticə sin də
su mikroblardan azad olur. Bu proses yayda daha sürətlə gedir.
Qışda isə suyun təmizlənməsi ləngiyir, ona görə də xə s tə lik t ö rə-
dən mikroblar (vəba, qarın yatalağı, dizenteriya və s.) s o yuq s u da
uzun müddət saxlanılır.
Su vasitəsilə keçirilən xəstəliklərin siyahısı böyükdür. Onlara
vəba, qarın yatalağı, A və B paratifləri, bakterial və amöb dizen-
te riyası, enterokolitlər, infeksion hepatit, poliomielit, Koksaki və
s. viruslu diareyalar, leptospirozlar, bir çox helmintozlar, eləcə
də tulyaremiyanın angioz, bubon və bağırsaq növlərini misal
gös tərmək olar. Su dəri örtüyü və selikli qişaların bəzi xəstə lik lə-
rində (traxoma, qoturluq, göbələk xəstəlikləri, adenoviruslu k on-
yunktivit və s.) törədicilərin yoluxma amili kimi iştirak edir. O,
bəzi zoonozların (manqo, dabaq, salmonelyoz, Kü-qız dır m a s ı,
qara yara və s.) törədicilərinin yayılmasında da iştirak edir. Bir
çox yoluxucu xəstəliklərin törədiciləri su vasitəsilə insanlara ya
enteral yolla (bağırsaq qrupu xəstəlikləri), ya da parenteral yolla
zədələnmiş dəri və selikli qişalardan keçir (leptospirozlar, dəri
və xarici örtük xəstəlikləri).
Torpaq –yoluxucuxəstəliklərintörədicilərininyoluxmaamilidir
İnsan və heyvan ifrazatları ilə xaric edilmiş patogen törə di ci-
lər hava və su ilə yanaşı, torpağı da çirikləndirirlər. Bu, tor pağı
bir çox yoluxucu xəstəliklərin törədicilərinin güclü yoluxma
amilinə çevirir. Patogen anaerob törədicilərin yayılmasında tor-
pa ğın böyük əhəmiyyəti var. Tetanus, qazlı qanqrena və botulizm
törədiciləri insanların və heyvanların nəcisi ilə torpağa d ü şərək
spor əmələ gətirir və illərlə orada sağ qalır. Əgər tetanus və ya
qazlı qanqrenanın törədicisi çirklənmiş torpaqla tamlığı pozul-
muş dəridən və ya yara dan daxil olarsa, onda yoluxma baş verir.
133
Törədicilərlə çirklənmiş və tam konservləşdirilməmiş (ət, b a lıq,
tərəvəz), hisə verilmiş ərzaq (kolbasa, donuz əti) məh sul la rını
q i da məqsədilə istifadə etdikdə insan botulizmlə yoluxa bilər.
Torpaq qara yara mikroblarının uzun müddət sax lan ması
üçün ən əlverişli şəraitdir. Qara yaranın törədiciləri tor pağa d ü-
şə rək (xəstə heyvanların ifrazatı ilə, qara yaradan ölən heyvanla-
rın cəsədlərinin basdırılması zamanı) orada spor əmələ gətirir və
uzun müddət sağ qalır, əlverişli şəraitdə isə hətta artır.
Torpaq törədicilərlə çirklənmiş torpaqla yayılan bağırsaq
q ru pu xəs təliklərinin ötürülməsində böyük əhəmiyyət kəsb edir.
Qarın yatalağı, dizenteriya, infeksion hepatit və başqa törədicilər
qida lanmada torpaqla çirklənmiş çiy tərəvəzdən və həmin tor-
paqdan çıxan sudan istifadə etdikdə orqanizmə daxil olur. Törə-
di cilərlə çirklənmiş torpaq böyük miqdarda insanları əhatə edən
su epidemiyalarının baş verməsinə səbəb olur.
Torpaq geohelmintlərin (askaridlər, ankilostomidlər və s.) y a-
yılmasında xüsusi əhəmiyyət daşıyır. Bu qurdların yumurtaları
nəcislə torpağa düşərək orada müəyyən inkişaf dövrünü keçirir.
İnsanların xəstələnməsi ağız (askaridoz) və dəri vasitəsilə qurd-
ların orqanizmə daxil olmasından sonra baş verir. Nəhayət, üzvi
maddələrlə və tullantılarla çirklənmiş torpaq gəmiricilərin və
milçəklərin artmasına əlverişli şərait yaradır.
Qidaməhsulları –yoluxucuxəstəliklərintörədicilərinin
yoluxmaamilidir
Yoluxucu xəstəliklərin törədicilərinin yoluxmasında qida məh-
sullarının böyük əhəmiyyəti vardır. Su kimi, o da patogen b a-
ğırsaq qrupu xəstəliklərinin törədicilərinin (antroponoz, zoo noz)
ötürülməsində mühüm rol oynayır. Qida məhsulları müəy yən
dərəcədə digər qruplara aid xəstəliklərdə: difteriya, skar la tina,
v ə rəm (öküz tipi), tulyaremiya, dabaq, meninqoensefalit, Kü -qız-
dırması, qara yara (bağısaq forması) və s. zamanı iştirak edə b i-
lər.
Qida məhsullarının patogen mikroblarla yoluxması birincili
və ikincili ola bilər. Birincili yoluxma heyvanlardan alınan
134
məhsullardan istifadə etdikdə baş verir. Qida maddələrinin ikin-
cili yoluxması daha çox qeydə alınır.
Yoluxucu xəstəliklərin törədiciləri qida məhsullarına xəstə və
ya basilgəzdirənlərin əlləri, çirklənmiş qab-qacaqla keçə bilər.
Gəmiricilər və ya milçəklər də törədicini qida məhsullarına ö tü-
rə bilərlər. İkincili çirklənmə qidanın alınması, daşınması, sax-
lan ması, eləcə də xörək hazırlayan zaman baş verir. Qida məh-
sul la rına düşmüş törədicilər (xüsusilə heyvani məhsullarla) qısa
müd dət ərzində orada yaşaması və hətta inkişafı üçün əlverişli
şərait tapırlar. Epidemioloji əhəmiyyətinə görə qida mə h sulları
aşağı da kı növlərə bölünür: 1) süd və süd məhsulları; 2) ət və ət
məhsul ları; 3) balıq və balıq məhsulları; 4) yumurta (ördək, qaz,
toyuq); 5) tərəvəz, giləmeyvə və onların konservi; 6) çörək və u n-
dan ha zır lanmış digər məmulatlar. Yoluxmuş qida məhsulu spo-
ra dək və kütləvi xəstələnməyə səbəb ola bilər. Sonuncu qida epi-
demiyası adlanır. Bu epidemiyanın xüsusiyyəti ondadır ki,
epi demik proses qeyri-adi sürətlə inkişaf edərək xəstəlik böyük
say da insanları əhatə edir.
Çox vaxt qida epidemiyaları törədicilərlə çirklənmiş südü
q ə bul etdikdə baş verir. Südün yüksək epidemioloji əhəmiyyəti
onunla izah edilir ki, maye mühit olduğu üçün törədicilər onun
bütün həcmində yayılır və qidalı mühit olan süddə şiddətlə inki-
şaf edir lər (18-20
o
C-dən başlayaraq). Birincili yoluxmuş süd,
xüsusilə də xəstə heyvanlardan (bruselyoz, vərəm, dabaq) alınan
süd epidemioloji cəhətdən çox təhlükəlidir. Belə südün çiy ş ə-
kildə qəbul edilməsi nəticəsində insanlar bir sıra yoluxucu
xəstəliklərin törə diciləri ilə yoluxurlar. İkincili yoluxmuş süd də
epi demioloji cəhətdən təhlü kəlidir. Sağlam heyvandan alınıb
son ra saxlanma, nəqliyyat, satış və emal vaxtı çirklənən süd i n-
sanların qarın yatalağı, A və B paratifləri, dizenteriya kimi y o lu-
xucu xəstəliklərlə yoluxmasına səbəb olur.
Süddən bir qədər az olsa da süd məhsullarının (şor, xama,
qa tıq, kərə yağı, kremlər, dondurma və s.) törədicilərlə çirklən m ə-
si qida epidemiyasına bənzər epidemioloji vəziyyətin əmələ gəl-
mə sinə gətirib çıxarır.
Ət və ət məhsulları da bir çox zoonoz xəstəliklərin yayıl ma-
sın da mühüm rol oynayır. Bunlardan salmonelyoz, qida tok si ko-
135
in feksiyalarının törədicilərinin epidemioloji əhəmiyyəti xüsusilə
yüksəkdir. Salmonelyoz xəstəliyinin törədicilərinin – salmonel-
laların minə yaxın növü var. Salmonellalar müxtəlif heyvanların
və quşların orqanizmində inkişaf edir. Heyvanların salmonella-
larla yoluxması təkcə sağlığında deyil, kəsilən dən sonra da
( c əm dəyin emalı, daşınma zamanı təmiz ətin yolux muş ətlə bir-
lik də aparılması, yemək hazırlayarkən və s.) müm kündür. Xəstə
quş ların yumurtaları ilə də salmonelyozla yoluxma baş verə b i-
lər. Salmonellalarla yoluxmuş ət, ət məhsullarının və yumurtala-
rın termiki emaldan keçmədən istifadə edilməsi kütləvi toksiko-
infeksiyalara (qida zəhərlənməsi) səbəb olur.
Yoluxmuş ətin hisə verilmiş məhsulları (kolbasa, donuz əti)
botulizm toksikoinfeksiyasına səbəb olur. Teni dozların (donuz
və öküz) və trixinelyozların yayılmasında heyvan ətinin xüsusi
əhə miyyəti var. Biohelmintlərin sürfələri (opistorxoz və s.) ilə
yoluxmuş balığı çiy yeyərkən və ya termiki emaldan düzgün
keçirilmədikdə insan parazitlərlə yoluxur.
Bir sıra xarici ölkələrdə çirkab suları ilə çirklənmiş su höv zə-
lə rində yetişdirilmiş dəniz ilbizinin qida məqsədilə istifadə
edilməsi nəticəsində qarın yatalağı və viruslu hepatitlə kütləvi
xəs tələnmə qeydə alınmışdır. Bağırsaq qrupu və digər xəstəlik lə-
rin törədiciləri ilə yoluxmuş çörək, çiy tərəvəz və meyvə də p a-
togen törədicilərin yayılmasında iştirak edir. Bu qida məh sulları
ilə yoluxmaya tək-tək təsadüf olunur, çünki patogen törə di cilər
onlarda inkişaf etmir.
Məişətvəistehsalatəşyalarıxəstəliklərinyoluxmaamilidir
Xəstə və ya basilgəzdirənlər tərəfindən xarici mühitə ifraz
edilmiş patogen mikroblar ətraf mühitdə yerləşən əşyaların ü zə-
rinə düşə bilər. Əşyalar törədicilərlə hava (tozla) və h ə şə rat lar
vasitəsilə də çirklənə bilər. Patogen mikroblar bu əşyaların ü zə-
rində, adətən artmırlar və tədricən məhv olurlar. Xəstəliyin y a yıl-
masında iştirak edən xəstəlik törədiciləri ilə çirklənmiş əşya ların
rolu eyni deyildir. O, çirklənmənin dərəcəsindən, t ö r ə di ci lərin ə t-
raf mühitdə saxlanma müddətindən və nəhayət, s ağ lam şəxslər t ə-
136
rə findən əşyaların istifadə edilməsinin tez li yin dən (daha çox, az
hallarda, nadir hallarda) asılıdır.
Digər əşyalarla müqayisə etdikdə qab-qacağın (qaşıq, stə kan,
nimçə və s.) epidemioloji əhəmiyyəti daha böyükdür. Törə dici
ilə çirklənmiş qab-qacağın istifadəsi nəticəsində vərəm, sifilis,
difteriya, skarlatina, epidemik parotit, qrip, bağırsaq və digər
qrup xəstəliklərlə yoluxma baş verir. Oyuncaqlar yuxarıda adları
çəkilən törədicilərlə çirklənmiş olarsa, uşaqların yoluxmasına
g ə tirib çıxarar.
Üst və alt paltar, üz və burun dəsmalı, baş geyimi və s. kimi
g eyim əşyalarının da yoluxucu xəstəlik törədicilərinin ötürül mə-
sində böyük əhəmiyyəti vardır. Bu əşyaları sağlam və xəstə şəxs-
lər işlədərsə, qoturluq, göbələk və digər dəri xəstəliklərini, eləcə
də traxoma, bağırsaq qrupu xəstəlikləri, səpgili yatalaq və s. yo lu-
xu cu xəstəlikləri ilə yoluxa bilərlər. Törədicilərlə çirklənmiş xəz
boyunluq vasitəsilə qara yaranın dəri növünün əmələ gəl məsi
məlumdur. Nəhayət, geyim paltarından bir neçə ş əx sin bir gə isti-
fa də etməsi zamanı pedikulyozun yayılması üçün əlverişli şərait
yaranır.
Patogen törədicilərin ötürülməsində mebel, divar, döşəmə nin
yoluxma amili kimi əhəmiyyəti nisbətən zəifdir. Bu, onunla izah
edilir ki, onlar çox az çirklənirlər, insanlar onlarla nisbətən az
təmasda olurlar. Doğrudur, xəstələrin ifrazatları ilə çirk lən dikdə
çox böyük olmayan xəstələnmə halları baş verir (məsələn: v ə-
rəm də, tulyaremiya zamanı toz vasitəsilə və s.). Yoluxucu xəs tə-
lik lərin (xüsusilə bağırsaq qrupu xəstəliklərinin) törədiciləri ilə
həddən çox çirklənmiş ayaqyolu qapısının tutacaqları xəstə liyin
sağlam şəxslərə ötürülməsində yoluxma amili kimi iştirak edə
bilər.
|