Az rbaycan Respublikas t hsil Nazirliyinin


Amillər üçlüyünün (bioloji, sosial, təbii) qarşılıqlı əlaqəsi



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

Amillər üçlüyünün (bioloji, sosial, təbii) qarşılıqlı əlaqəsi

Amillər üçlüyünün qarşılıqlı əlaqəsinin nəticəsi insan həya-

tının aşağıdakı obyektiv hadisələri kimi meydana çıxır:

- Orqanizm səviyyəsində xəstəlik və ya ölüm ilə təzahür edir. 

Xarakterik klinik gedişlə ifadə olunan istənilən patoloji vəziyyət 

xəstəlik (disease) sayıla bilər.

- Populyasiya səviyyəsində xəstələnmə (morbidity) və ölüm 

(mortality) kimi təzahür edir.

-  Xəstəlik  (ölüm)  artıq  baş  vermiş  hadisədir,  onu  ölçmək 

(riyazi yolla ifadə olunur) və məntiqi cəhətdən izah etmək olar;

Beləliklə, xəstələnmə və ölüm abstrakt sayılır, terminlər xəs tə-

lik hallarının tezliyini və ya xəstəliyin (ölümün) həmin əhali qrupu 

arasında yayılmasını ifadə edir və 3 göstərici üzrə he  sab la nır:

• a) xəstələrin (ölənlərin) sayına əsasən;

• b) bu şəxslərin əziyyət çəkdikləri xəstəliklər (xəstəliyin mər-

hə lələri və ya tutmaları) üzrə;

• c) xəstəliklərin davam etmə müddətinə (günlər, həftələr) görə.

Bioloji amil 

İnfeksion xəstəliyin fərqli xarakter xüsusiyyəti ondan iba rət-

dir ki, patoloji reaksiyalar xəstənin orqanizmində xəstəliyin t ö rə-

dicisi adlanan digər orqanizmin çoxalmasına cavab olaraq inki-

şaf  edir.  Epidemik  prosesin  bioloji  amili  –  infeksion  xəstəlik 

t ö rə dicisinin həyat fəaliyyətinin, bu törədicinin insan orqanizmi 

və  xarici  mühitlə  qarşılıqlı  münasibətinin  təzahürləridir.  Başqa 

sözlə, epidemik prosesin bioloji amili – infeksion xəstəlik törə-

di  cilərinin ekologiyasıdır.

Ekologiya – canlı orqanizmlərin həyat tərzi haqqında, onla-

rın populyasiyasının ətraf mühitlə uyğunlaşması haqqında elm-

dir.  Ekoloji  aspektdə  qida  əlaqələri  daha  mühüm  əhəmiyyətə 

malikdir. canlı orqanizmlərin hamısını qidalanmanın tipinə görə 

(fotosintez edən bitkilər və xemosintez edən bakteriyalar istisna 

edilməklə) 3 qrupa bölürlər: saprofitlər, yırtıcılar, parazitlər.

Saprofitlər  ölmüş  orqanizmlərdə  qidalanırlar,  yırtıcılar  isə 

bir-birini qabaqcadan öldürürlər. Parazitlər digər növün hesa bı na 


138

yaşayır və onun bədən şirəsi, sahibin toxumları, həzm olun muş 

q i dası  və  ya  ölmüş  hüceyrələri  ilə  qidalanırlar.  Yırtıcılardan 

fərqli olaraq, parazitlər öz sahiblərindən asılıdırlar.

İnfeksion proses törətmək qabilliyətinə malik olan mikrob lar 

patogen mikroblar adlanır. Patogenlik mikroorqanizmlərin t ə ka-

mül prosesində əmələ gəlmiş növ və genetik əlamətidir. Bu ə l a-

mə  tinə  görə  mövcud  olan  bütün  mikroorqanizmləri  patogen, 

şərti-patogen (qeyri-patogen) və fakültativ (saprofit) törədicilərə 

bölmək  olar.  Mikroorqanizmlərin  eyni  bir  növünün  müxtəlif 

ştamlarında patogen xüsusiyyətlərin təzahür etmə dərəcəsi xeyli 

fərqlənə bilər. Buna görə də patogenliyin ölçüsü kimi virulentlik 

anlayışı daxil edilib. Təbii ki, virulentlik, yəni xəstəlik törətmə 

dərəcəsi,  müəyyən  bircinsli  ştama  və  heyvan  növünə  xas  olan 

fər di  əlamətdir.  Ümumiyyətlə,  virulentliyə  həmin  mikrob  şta-

mı na xas əlamət kimi baxmaq olmaz, o həm təbii, həm də süni 

şərait lərdə dəyişə bilər. Məsələn, mikrobların virulentliyini hey-

van ların  orqanizmindən  passaj  etməklə  (həmçinin  heyvan  h ü-

cey  rələrindən,  toyuq  embrionundan,  həşəratlardan  passaj  e t-

məklə), elektiv qidalı mühitlərdən başqa mühitlərə köçürməklə, 

kimyəvi  və  fiziki  təsirlərlə  artırmaq  və  ya  azaltmaq  olar. Viru-

lentliyi  aşağı  salınmış  mikroorqanizmlərin  bu  x ü su siy yət lə rin-

dən vaksin ştamlarının alınmasında geniş istifadə edirlər. Viru-

lentlik törədi cinin orqanizmə daxil olma yerindən və üsulundan 

da asılıdır.

Patogenliyin  3  əsas  atributu  vardır:  infektivlik,  invazivlik 

(i n vazionluq), toksigenlik.

İnfektivlik  (və  ya  yoluxduruculuq)  təbii  şəraitlərdə  m ik ro-

orqanizmlərin infeksion proses törətmək qabiliyyətidir.

İnvazivlik  –  orqanizmin  müdafiə  baryerlərini  dəf  etmək, 

on  da yaşamaq və çoxalmaq qabiliyyətidir.

Toksigenlik (toksiklik) orqanizmdə mübadilə prosesinə təsir 

etmək və onun fizioloji funksiyalarını pozmaq qabiliyyətidir.

Patogenliyi  səciyyələndirən  bu  3  atributa  vahid  bir  tam  h a-

lında baxılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, hər bir ami-

lin əhəmiyyəti mikroorqanizmin növü ilə müəyyən olunur. Belə 

ki, difteriya və tetanus çöpləri infeksiyanın giriş qapısından uza-


139

ğa yayılmayaraq toksin ifraz edir və məhz bu, xəstəliyin gedişini 

müəyyən  edir.  Tulyaremiya,  taun  zamanı  ön  plana  mikrobun 

invaziv  xüsusiyyətləri  çıxır.  Nəhayət,  qarın  yatalağında  həm 

invazivlik, həm də intoksiya kəskin təzahür olunmuşdur.

Mikroorqanizmlərin  patogenliyi  onların  orqanizmə  daxil 

ol maq, yaşaya bilmək, çoxalmaq və yaşamaq imkanlarını təmin 

edən,  orada  lazımi  fiziki-kimyəvi  şərait  tapmasını  və  ondan 

müdafiə  qüvvələrini  dəf  etməsini  təmin  edən  xüsusiyyətlərin 

kompleksidir.  Bu  xüsusiyyətlərə  mikroorqanizmlərin  hüceyrə 

səthinin  strukturu  və  həmçinin  bioloji  aktiv  maddələr  əmələ 

gətirmək  qabiliyyəti  aiddir.  Konkret  olaraq  mikroorqanizmin 

patogenlik  amilləri  kapsul  və  ya  qişa  strukturları,  toksinlər  və 

fermentlərdir.  Bakteriyaların  hüceyrə  səthinin  spesifik  kompo-

nentləri  bakteriyaların  virulentliyində  əhəmiyyətli  rol  oynayır. 

Onlar kimyəvi tərkibinə görə polisaxarid, zülal, lipid və ya lipo-

po lisaxaridlərdir. Onlara qarın yatalağı bakteriyalarının Vi -an ti-

ge ni və tulyaremiya törədicisinin növ antigeni daxildir. B u ra  ya 

həmçinin  aşağıdakılar  aiddir:  qlütamin  turşusunun  polipeptidi 

olan qara yara basillərinin kapsulu, Bernet rikketsiya la rının poli-

saxarid zülal təbiətli faza qişası, vərəm mikobakteriyalarının Kord-

faktoru  (lipid),  Qram-mənfi  bakteriyaların  l i p o polisaxarid  zülal 

kompleksləri (O-antigen). Bu hüceyrə strukturları mikro or qa niz m-

lərin  müdafiə  reaksiyalarını  dəf  edir.  Bu  təsirin  mexanizmi  heç 

də həmişə aydın olmur. Lakin məlumdur ki, böyrəküstü vəzilər 

tərə findən  adrenalinin  əmələ  gəlməsi  pozulur.  Qara  yara  və 

streptokok  bakteriyalarının  kapsulu  antifaqositar  aktivliyə  m a-

lik dir.


Göstərilən hüceyrə strukturları bakterial hüceyrələr üçün h ə-

ya ti vacibdir. Onların çoxu yalnız İn Vivo sintez olunur və viru-

lent  ştamlara  mənsubdurlar.  Mikrobun  patogenliyinə  ca vab deh 

olan bu strukturlar onun antigen xüsusiyyətlərinin spesi fikliyini 

də müəyyən edir. Patogenlik amillərinə ekzotoksinlər və bakteri-

yaların hücey rədənkənar məhsulları da aiddir. Botulizm, tetanus, 

difteriya, qazlı qanqrena törədicilərinin ekzotoksinləri mikrobla-

rın əsas patogen xüsusiyyətlərini və xəstəliyin kliniki mən zə rə si-

nin xarakterini təyin edir. Onlar zülallardır və mikrob hücey rə si-

nin həyat fəaliyyəti prosesində əmələ gəlirlər.



140

Hüceyrədənkənar məhsullar infeksion prosesin yaran ma sında 

iştirak etsə də, patogenliyin mühüm amilləri deyildirlər. On lara 

mik robların  virulentliyini  artıran  maddələr  (aqressinlər,  an

 

ti-


faqlar),  to xuma  və  hüceyrənin  strukturunu  dağıdan  fer ment lər 

(hialuronidaza, kollagenaza, nuklein turşularının hidrolazası, fib-

rinolizin) aiddir. Hüceyrədənkənar məhsullara həmçinin infek si-

ya lar zamanı üzvi maddələri parçalayan və toksikozu güc lən di-

rə n fermentlər də daxildir (ureaza, dekarboksilaza və s.).

Xəstəliyin baş verməsi üçün orqanizmə mikrobun və ya on -

ların  toksinlərinin  müəyyən  miqdarı  daxil  olmalıdır.  İnfeksiya-

nın  təzahür  etməsinə  səbəb  olan  doza  yoluxdurucu  doza  (YD, 

İD), ölümə səbəb olan doza isə letal doza (LD) adlanır. Adətən, 

yoluxdurucu və ya letal doza mikrobların (virus, toksin) təcrübə 

altına  alınmış  heyvanların  50%-də  effekt  törədən  miqdarı 

nə zərdə tutulur. Müvafiq olaraq YD 50 və LD 50 ayırd edilir.

Yoluxdurucu və ya LD-nın səviyyəsi mikrobun virulent li yin-

dən,  mikroorqanizmin  növ  və  fərdi  həssaslığından,  həmçinin 

yo luxma şəraitindən asılıdır. Ştamın virulentliyi nə qədər yüksək 

olarsa, onun yoluxdurucu dozası da o qədər aşağı olur.

Mikrobun  virulentliyindən,  həmçinin  orqanizmin  ona  qarşı 

həssaslığından asılı olaraq xəstəliyin baş verməsi üçün bir və ya 

bir neçə mikrob hüceyrəsi, ya da yüz və hətta minlərlə mikro or-

qanizmlər  lazımdır. Yüksək  yoluxduruculuğa  malik  törədicilər, 

m əsələn, taun, tulyaremiya, təbii çiçək və s. zamanı orqanizmə 

tək-tək mikrob hü ceyrəsi və ya virus hissəcikləri düşdükdə xəs-

təlik  əmələ  gəlir.  Bağırsaq  qrupu  bakteriyalarının  yoluxdurucu 

d o zası  xeyli  yüksəkdir.  Botu lizm,  tetanusun  çox  kiçik  dozaları 

kliniki cəhətdən aşkar xəstəlik törədir.

Yoluxdurucu və ya letal dozanın ölçüsü mikrobun orqa niz mə 

daxil olma yolundan asılıdır. Məsələn, bəzi bakteriyaların və ya 

t ok sinlərin  parenteral  yeridilməsi  zamanı  (dərialtına,  vena daxi-

li nə) xəstəliyin baş verməsi üçün lazım olan doza ağızdan da xil 

edilən dozadan 10 və 100 dəfə azdır. Vəba vibrionu mədə-ba ğır-

saq yoluna hətta az dozada düşdükdə belə xəstəlik törədir, ve na-

da xili  yeridilmə  zamanı  isə  az  patogendir.  Hər  bir  mikro or-

qanizmin növü üçün özünün xarakterik yoluxma yolu vardır və 


141

bu, törədicinin orqan və toxumalara tropluğu ilə müəyyən olu-

nur. Bu səbəbdən də respirator, bağırsaq, qan və perkutan infek-

siyalar fərqləndirilir.



Sosial amil

Epidemiologiyada sosial amil – maddi nemətlər istehsalı ilə 

müəyyən  olunmuş  ictimai  əlaqələrin  və  ictimai  münasibətlərin 

məc muyu olub, epidemik prosesə aktivləşdirici və ya tormozla-

yıcı təsir göstərir və bu zaman infeksion xəstəlik törədicilərində 

təka mül yolu ilə əmələ gəlmiş özünütənzimləmə m e xa nizm lə ri-

ni n tə za hür etməsinə şərait yaradır və ya mane olur. Bu amillər 

epi  de mik prosesin inkişafının daxili şəraitlər kateqoriyasına aid 

edilir.

Bəzi  sosial  elementlər  epidemik  prosesə  təsir  edərək  infek-



sion  xəstəlik  törədicilərinin  parazitizminin  təzahür  etməsinə 

şə rait  yaradır  və  ya  mane  olur.  İndiyə  qədər  sosial  amillərin 

infeksion xəstəliklərin əmələ gəlməsi, yayılması və paylanması 

prosesinə təsiri haqqında çoxlu faktiki materiallar toplanmışdır. 

Bu zaman sosial həyatın müxtəlif elementlərinin əhəmiyyəti ilə 

onlarla infeksion xəstələn mənin səviyyəsi, strukturu və dinami-

kasının ayrı-ayrı göstəriciləri ara sında əlaqə müəyyən edilmişdir. 

Hətta qədim dünyada epi demiyaların müxtəlif ərazilərdə inkişaf 

etdiyi, əsasən aztəminatlı əhali təbəqəsini əhatə etdiyi gös tə ri lir di.

Hazırda məlumdur ki, müəyyən sosial münasibətlər zamanı 

elə şəraitlər yaranır ki, o, törədicilərin həyat fəaliyyətinə (t ə ka-

mül  yolu  ilə  əmələ  gəlmiş  bioloji  tələbatlara)  mane  olur,  digər 

s o sial  müna sibətlər  zamanı  isə  onların  fəaliyyətinə  əlverişli 

şərait yaranır. Birinci halda epidemik proses sönür, ikinci halda 

isə inkişaf edir.

Törədicinin  insanla  ətraf  mühit  arasında  yaranmış  bioloji-

eko  loji  münasibətləri  müxtəlifdir.  Müxtəlif  xəstəliklər  zamanı 

ey ni bir sosial şəraitin epidemik prosesin inkişafına eyni cür t ə-

sir etməsi məhz bununla izah olunur. Ayrı-ayrı xəstəliklər z a ma-

 nı kəskin sosial dəyişikliklərin epidemik prosesin gedişinə oxşar 

təsir göstərməsi də bununla izah olunur.


142

Məhsuldar  qüvvələrin  inkişafı  epidemik  prosesə  göstərilən 

əlavə  və  dolayı  təsirlə  müşayiət  olunur.  Məhsuldar  qüvvələrin 

inkişafı pro se sində əmək və məişət şəraitinin yaxşılaşması, sani-

tar  mədəniyyətin  və  digər  sosial  dəyişikliklərin  yüksəlməsi, 

infeksion  xəstəliklərin  bəzi  törədicilərinin  həyat  fəaliyyətinin 

təzahür etmə sinə mane olan və epidemik prosesin sönməsinə g ə-

ti rib  çıxaran  şərait  yaranır.  Bununla  yanaşı,  məhsuldar  qüv və-

lərin inkişafını müşayiət edən urbanizasiya və digər sosial d ə yi-

şik liklər  (məsələn,  yüksək  sürətli  nəqliyyat  növ lə rinin  tədbiq 

olunması)  ayrı-ayrı  törədicilərin  bioimkanlarının  daha  aktiv 

həyata keçirilməsi üçün şərait yaradır və bununla da onlar tərə-

findən  törədilən  xəstə lik lərin  yayılmasına  gətirib  çıxarır.  Məh-

sul dar qüvvələrin inkişafı profilaktikanın yeni vasitələrinin i ş lə nib 

hazırlanması  və  istifadəsi  hesabına  epidemik  prosesə  m ə q  səd-

yönlü, şüurlu təsir etmək, həmçinin sosial dəyişikliklərin əlverişsiz 

təsirini neytrallaşdırmaq üçün münbit şərait yaradır.

Epidemiologiyada  sosial  amilin  başa  düşülməsi  epidemik 

prosesin  inkişaf  xüsusiyyətlərini  bütün  müxtəlif  sosial-iqtisadi 

for ma siyalarda  tarix  boyu  onun  əsas  tendensiyalarını  izah  et -

məyə imkan ve rir. Epidemik prosesin konkret təzahürləri həmin 

infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizə zamanı 

nəzərə alın malıdır. Sosial şəraitin müxtəlif elementləri ayırd olu-

nur:  cəmiyyətin  müxtəlif  siniflərinin  və  təbəqələrinin  həyat, 

məişət və fəaliyyət xüsusiyyətləri, əhalinin sıxlığı, onun yaş tər-

kibi, miqrasiya prosesləri, şəhər və kənd həyat tərzinin xüsusiy-

yət ləri, milli və yerli ənənələr və adətlər, peşə fəaliyyətinin x a-

rak teri,  su  təchizatı  sistemi,  zibillərin  yığılması  və  daşınması, 

nəq liyyatın, qidalanmanın vəziyyəti, əhalinin ümumi və sanitar 

m ə dəniyyəti, tibb elminin inkişaf səviyyəsi, əhaliyə səhiyyə xid-

mətinin təşkili, təminatı və təhcizatı və s.

Sosial  şərait  epidemik  prosesin  intensivliyini  (keyfiyyət  və 

miq  dar baxımından) müxtəlif cür tənzim edir. Antroponozlar z a-

manı onların infeksiya mənbəyinə təsiri xəstənin erkən aşkar e d il  -

məsi, hospita li zasiyası və effektiv müalicəsi ilə müəyyən olunur.

Sosial amilin heyvanlara təsiri 2 cür təzahür edir. Əgər söh-

bət ev heyvanlarından gedirsə, onda onların təsərüffat əhəmiy yə-

tindən və epidemioloji fəlakətin dərəcəsindən asılı olaraq komp leks 



143

baytarlıq-sanitar  tədbirlər  tətbiq  edilir  (müalicə  və  i  m   mu ni  zasi ya-

dan tutmuş onların kəsilməsinə qədər). Söhbət si na ntrop heyvanlar-

dan gedirsə, onların qırılmasına və yaşayış yerlərinin və insan h ə-

yatı  üçün  mühüm  olan  obyektlərin  qorunması  üçün  bir  sıra 

s a  nitar-texniki tədbirlərin həyata keçirilməsinə fikir verilir.

Həmçinin müharibə, aclıq (sosial sarsıntı) kimi sosial h a di sə-

lər də  epidemik  prosesə  onun  aktivləşməsi  istiqamətində  təsir 

gös tərilir. İnamla söyləmək olar ki, müxtəlif ictimai-iqtisadi for-

masiyalara epidemik prosesin özünəməxsus gedişi xasdır.



Təbii amil

Epidemiologiyada təbii amil – xarici mühitin abiotik və bio-

tik elementlərinin məcmuyudur, onlar bilavasitə dolayı təsir gös-

tərən  (sosial  şəraiti  dəyişməklə)  epidemik  prosesi  a k tiv ləş dirir 

və ya tormozlayır. Bununla o, infeksion xəstəlik törə di ci lə rin də 

tə ka mül prosesində əmələ gəlmiş özü nü tən zimləmə mexanizm-

lə rinin  təzahür  etməsinə  mane  olur  və  ya  şərait  yaradır.  Təbii 

amil epidemik prosesin inkişafının daxili şəraitlər k a te qoriyasına 

aid edilir.

Qədim  zamanlarda  epidemiyaların  müxtəlif  təbii  şəraitlərlə 

bağ lı  olması  epidemik  konstitusiya  nəzəriyyəsinin  irəli  s ü rül-

məsinə səbəb olmuşdur. Söhbət epidemiyaların inkişafına tellu-

rik və kosmik ha di sələrin təsirindən gedir. Sonralar təbiətin ayrı-

ayrı elementlərinin epidemik prosesin inkişafına diferensia siyalı 

təsiri müəyyən ol muş dur. Onların içərisində iqlimin xüsusi rolu 

vardır. Tropiklərdə və orta zonalarda infeksion xəstəliklərin y a-

yıl ması  iqlimlə  bağlıdır.  Müəyyən  vaxtlarda  iqlimi  xarakterizə 

edən  havanın,  xüsusilə  temperatur  və  rütubətin  epidemioloji 

ə hə  miyyəti  qeyd  olunmuşdur.  Bu  amillərin  təsiri  xeyli  m ü rək-

kəbdir və xəstəliklərin müxtəlif amillərinə müna sibətdə eyni d a-

xil dir.  Bir  sıra  zoonozlar  zamanı  epizootik  prosesin  inkişafına 

amillərin təsiri daha aydın təzahür edir. Toplanmış faktlar təcrübi 

cəhətdən Pavlovskinin təbii – ocaqlılıq nəzəriyyəsində öz ək si ni 

tapmışdır. Təbii-ocaqlı infeksiyalarda müxtəlif biosenotik əla qə-

lərin, təbi ə tin ayrı-ayrı biotik və abiotik elementlərinin, landşaf-


144

tın mühüm epidemioloji əhəmiyyət daşıması məlumdur. Keçi ri-

ci  lərin  yu murtaqoyma  müddətinin  və  aktivliyinin,  həmçinin 

xəs  təlik törə di cilərinin onlarda çoxalmasının temperaturdan ası-

lılığı da müəyyən olunmuşdur. Bir sıra xəstəliklər zamanı epizo-

otik və epidemik prosesin aktivliyinin hava şəraiti ilə əlaqəsi də 

məhz bununla izah edilir.

Antroponozlar zamanı təbii şəraitlərin epidemik prosesin i n-

ki  şa fına və təzahürünə təsirinin xarakteri az öyrənilmişdir. Bəzi 

təbiət  ele mentlərinin  (temperatur,  rütubət)  törədicinin  viru-

lentliyinə və çoxal ma sürətinə, həmçinin insan orqanizminin re -

zis  tentliyinə bilavasitə təsiri haqqında bir çox fikirlər söylən miş-

dir.

Dəyişilən təbii şəraitlərin sosial şəraitləri dəyişməklə epide-



mik  prosesə  dolayı  təsir  etməsi  də  təyin  olunmuşdur.  Belə  ki, 

ilin soyuq dövründə hava-damcı antroponozları ilə xəs tə lən mə-

ni n artmasına ilin bu vaxtında insanların qapalı binalarda uzun 

müddət  qalması,  xəstəlik  törədicisinin  yoluxma  mexanizminin 

aktivləşməsi təsir göstərir.

Təbiət  amilinin  epidemik  prosesə  təsir  dərəcəsi  cəmiyyətin 

tarixi inkişafının səviyyəsi ilə müəyyən olunur. Əlverişsiz təsir 

m e xanizmini başa düşməklə əks təsir üçün vasitə və metodlar i ş-

lənib hazırlanır.

İnfeksion xəstəliklərin profilaktikası və mübarizəsi sahə sində 

işləyən  həkim  konkret  şəraitlərdə  onları  neytrallaş dırmaq  üçün 

fəaliyyətində təbiət amilinin əlverişsiz təsirini vaxtında görməli 

və aradan qaldırmalıdır.

 

Yoluxma mexanizmi nəzəriyyəsinin inkişafı

V.D.Belyakov  qeyd  edir  ki,  epidemiologiya  inkişaf  etdikcə 

y o luxma  mexanizmi  nəzəriyyəsinin  bir  çox  müddəaları  da  d ə-

qiq ləşir. L.V.Qromaşevski tərəfindən işlənib hazırlanmış yo  lux-

 ma mexanizmi nəzəriyyəsindən sonra aşkar edilmişdir ki, müx-

təlif törədicilər hətta embrion hüceyrələrində inkişaf edir, buna 

uyğun olaraq, törədicilərin vertikal yoluxma mexanizminin 5-ci 

tipi (valideynlərdən gələcək nəslə ötürülən) müəyyən edil mişdir. 


145

Törədicilər dəridə yerləşdikdə (leyşmanioz istisna olaraq), trans-

missiv  yoluxma  mexanizmi  aşkar  edilmişdir.  Sahibin  or qa-

nizmində  bir  deyil,  müxtəlif  növ  törədicinin  yerləşməsi  müəy-

yən  edilmişdir.  Lakin,  bir  qayda  olaraq,  törədicinin  təbi ətdə 

bioloji növ kimi saxlanması onun əsasən bir yerdə loka liza siyası 

ilə  tə min  edilir.  Belə  hallarda  spesifik  sahibin  orqa nizmində 

törədi cinin əsas və əlavə lokalizasiyası haqqında da nı şılır.

Sonralar  aydın  oldu  ki,  yoluxucu  xəstəliklərin  törədiciləri 

təkamül prosesində sahibin orqanizminə ancaq konkret lokali za-

siya ilə deyil, həmçinin müəyyən yoluxma amilləri ilə də uyğun-

laş mışdır.  Bunun  əsasında  spesifik  və  qeyri-spesifik  y o lux ma 

amil ləri anlayışı yaranmışdır.

Yoluxma mexanizmi nəzəriyyəsi o vaxt işlənmişdir ki, hələ 

t ö rə  di cinin  rezervuarı  (saxlanma  yeri)  ilə  əsas  yaşayış  şəraiti 

haqqında konkret fərqlər yox idi. Bu nəzəriyyəyə görə, zoonoz 

xəs təliklərin  yoluxma  mexanizmi  insan  orqanizmində  t ö rə di ci-

nin  lokaliza si ya sından  asılıdır.  Zoonoz  xəstəliklərin  tö rə diciləri 

politrop  olduğundan,  onlara  xas  olmayan  yerdə  lokalizasiya 

qeyd edilirdi. Bu nəzəriyyəyə görə, zoonozların törədiciləri hey-

van orqanizmində passaj (orqa nizmlərin təkrar yoluxdurulması) 

h e sabına saxlanılır.

L.V.Qromaşevski  bağırsaq  qrupu  xəstəliklərində  “təmas-

məişət yoluxması” termininin işlədilməsinin ciddi əleyhinə çıx-

dı. O göstərdi ki, fekal-oral yoluxma mexanizmi həmişə y o lux  ma 

amilləri  vasitəsilə  yerinə  yetirilir  və  ona  görə  yoluxma  z a manı 

infeksiya mənbəyi ilə sıx təmas (görüş) tələb olunmur. B u nunla 

əla qədar  göstərilir  ki,  aerozol  yoluxma  fekal-oral  y o lux madan 

100 dəfə fəaldır. Belə yanaşma bağırsaq infeksiyaları, o cüm lə-

dən  qarın  yatalağı  və  Fleksner  dizenteriyasına  qarşı  m ü barizə 

təd birlərini təkmilləşdirməyə imkan verdi.

Poliomelit  və  A  viruslu  hepatitin  profilaktikasında  görülən 

tədbirlərin effektivliyinin aşağı olması tədqiqatçıları bu xəstəlik-

lə rin aerozol yoluxma mexanizminə malik olmasından şübhə lən-

mə yə vadar etdi. Sonralar aydın olmuşdur ki, fekal-oral yoluxma 

me xanizmi zamanı bəzi törədicilərin (poliomelit, A viruslu hepa-

tit və çox güman ki, Zonne dizenteriyasının törədiciləri) insan-


146

dan insana bilavasitə ötürülməsi mümkündür. Fekal-oral yo  lux-

 ma mexanizmi ilə yayılan digər qrup infeksiyaların törədiciləri 

(qarın yatalağı, Fleksner dizenteriyası, E viruslu hepatit), doğ ru-

dan  da, fekal-oral yoluxma mexanizmi, bilavasitə yoluxma amil-

lə ri vasitəsilə yayılır.



Epidemik prosesin özünütənzimləmə nəzəriyyəsi

Hər  bir  nəzəriyyə  o  vaxta  qədər  yaşayır  ki,  o,  yeni  xəstə-

lən mə hallarını və faktlarını səmərəli şəkildə izah edə bilir, prak-

tik tövsiyələr isə arzuedilən effekt verir. Biologiya elmində ümu-

mi  likdə (təbabət – biologiya elminin hissəsidir) və e      pi    d e   m i o logiyada 

mövcud nəzə riy yələr arasında, hər şeydən əvvəl, Y.N.Pavlovski tə rə-

findən işlənmiş yoluxucu xəstəliklərin təbii-ocaqlılıq nəzəriyyəsi və 

L.V.Qromaşevski tərəfindən verilmiş antroponoz infeksi ya ların törə-

di cilərinin yoluxma mexanizmi nəzəriyyəsi xüsusi rol oynayır. XX 

əsrin ikinci yarısından etibarən qeydə alınan yo luxucu xəs tə lik-

lərin strukturu kəskin yük səkkontagioz manifest formaların x ü-

su si  çəkisinin  azalması  və  xro nik,  hospital,  ləng  inkişaf  edən, 

sapronoz  və  şərti-patogen  törə di cilərlə  şərtlənən  xəs tə liklərin 

x ü susi çəkisinin artması şəklində özünü göstərir ki, bu da əks-

epi demik  tədbirlərin  effektivliyinin  aşağı  olması  və  “qayı dan 

infeksiyalar”  probleminin  yaranması  ilə  bağlıdır.  Bütün  bun lar 

L.V.Qromaşevskinin “triada” konsepsiyasına dair baxış ların d ə-

yiş dirilməsini tələb edir.

Toplanmış  faktlar  əksepidemik  fəaliyyət  konsepiyasının  ye -

ni  dən işlənməsini və hər şeydən əvvəl, bir sıra nəzəri və təcrübi 

mə sələlərin həll edilməsini tələb edir:

1) kollektivdə yaranan gətirilmə xəstəliklərin spesifik törə di-

ci lərin  dövranı  sayəsində  baş  verən  xəstəliklərdən  diferen siasi-

yasının mürəkkəbliyi;

2) tək-tək və çoxsaylı xəstələnmə ocaqlarının məhdudlaş dı rıl-

masında  meydana  çıxan  çətinliklər  və  şərtiliklər,  həmçinin  epi-

demik ocağın mövcudolma müddətinin, təbdirlərin həcmi, on la-

rın aparılması və başa çatdırılması müddətlərinin təyin edil mə si;

3)  klinik-epidemioloji  proqnozun  kəmiyyət  və  keyfiyyət 

me yar    la rının olmaması və ya aşağı informativliyi, həmçinin e ko  -



147

loji  proqnozlaşdırmanın  vahid  sisteminin  yaradılmasının  zəru-

riliyi;

Bu  kimi  bir  sıra  məsələlərin  həlli  V.D.Belyakov  tərəfindən 



işlənib hazırlanmış parazitar sistemlərin özünütənzimləmə nəzə-

riy yəsi ilə bağlıdır. Parazitar sistemlərin özünütənzimləmə nəzə-

riyyəsi epide mio logiyanın bir elm kimi inkişafında yeni addım 

idi.  Onun  sayəsində  elmi  və  təcrübi  epidemiologiya  ümumtibb 

elmi  sə viyyəsinə  qalxdı  və  profilaktik  səhiyyənin  həqiqi  diaq-

nostik fən ninə çevrildi.

Parazitar  sistemlərin  özünütənzimləmə  nəzəriyyəsinin  əsa-

sında aşağıdakılar durur:

Törədici-parazit  və  sahib  populyasiyasının  genotipik  və  fe -

no  tipik  heterogenliyi  (törədici  tərəfindən  –  patogen lik/virulent-

lik, konta gioz luq və immunogenlik, sahib tərə findən – həssaslıq, 

yoluxucu luq, immunitet əmələ gətirmə qabiliyyəti);

 Epidemik prosesin gedişində törədici populyasiyasının sahib 

populyasiyası ilə qarşılıqlı əlaqəsinin dəyişkənliyi;

  Epidemik  prosesin  gedişində  və  epidemiyaarası  dövrdə 

pa razit  populyasiyasının  fazalı  özünütənzimləməsi.  Bu  zaman 

aşağıdakı fazalar ayırd edilir: 1) rezervasiya fazası (epi de mi ya-

ara sı  dövr)  –  bu  dövrdə  törədicinin  popul ya si yası  kifayət  qədər 

homogendir,  heterogenlik  yüksək  deyil dir,  virulentlik  aşağıdır, 

törəcinin sayı azdır; 2) epidemik dəyişmə fazası (epidemiyaarası 

dövr)  –  parazit  populya siyasının  generasiyası  ilə  təzahür  edir, 

homogenlik aşağı düşür, virulentlik artır, törədicilərin sayı çoxa-

lır;  3)  epi demik  yayılma  fazası  (xəstələnmənin  epidemik  yük-

səlişi) – bu dövrdə törədicinin populyasiyası nisbətən homogen-

dir,  heterogenlik  azal mışdır,  virulentlik  yüksəkdir,  törə dici lə rin 

sayı  çoxdur;  4)  rezervasion  dəyişilmə  fazası  (epidemik  yük sə   -

lişin  zirvəsi  və  xəstələnmənin  enmə  dövrü)  –  parazit  p    o      p u l  ya-

siyasının hetero genliyinin generasiyası ilə təzahür edir, homogen-

lik azalır, virulentlik zəifləyir, törədici populyasiyasının sayı a z a  lır; 

5) tsikl təkrarlanır.

L.V.Qromaşevskinin  xidmətlərini  və  onun  irəli  sürdüyü  y o-

lux ma mexanizmi nəzəriyyəsinin əhəmiyyətini vurğulayaraq qeyd 



148

etmək olar ki, V.D.Belyakov tərəfindən işlənib hazırlanmış para-

zitar  sistemlərin  özünütənzimləmə  nəzəriyyəsi  epidemiolo gi ya-

nın inkişafında irəliyə addım sayıldı. O, müxtəlif parazitar sis-

tem lərin bir-biri və ətraf mühit arasında olan mürəkkəb qarşılıqlı 

əlaqələrin  daxili  tənzimlənmə  mexanizminə  dair  mövcud  fikir-

lə ri  dəyişdi,  infeksion  patologiya  ilə  nəzəri  və  təcrübi  yolla 

mübarizə miqyasını nəinki insan cəmiyyətinə münasibətdə, həm 

də ümumilikdə genişləndirməyə imkan verdi. Parazitar sistem lə-

rin  özünütənzimləmə  nəzəriyyəsi  epidemik  prosesin  inkişafının 

səbəb  və  şərtlərinin  təyinində  əvvəllər  mövcud  olan  metodik 

mən tiqsizliyi  sildi,  epidemik  proses  nəzəriyyəsi  ilə  canlıların 

təkamülü haqqında ümumbioloji təlim arasında olan boşluğu ara-

dan  götürdü.  Nəzəriyyə  epidemik  prosesin  yeni  tərifini  verdi, 

onun  əsas  halqalarını  başqa  cür  formalaşdırdı,  yoluxucu  xəstə-

liklərin  və  onların  törədicilərinin  təsnifatının  təkmil ləşdiril mə-

sində yeni perspektivlər açdı.

Parazitar sistemlərin özünütənzimləmə nəzəriyyəsinin müd d ə  -

a larından görünür ki, əksepidemik işin təşkilində insan p o pulya-

si ya sında  törədicinin  kənardan  gətirilməsinə  dair  köhnəl miş  fi -

kirlərdən imtina etmək, yoluxma mexanizminin rolunu və b i zim 

onu  qırmaq  imkanımızı  həddən  artıq  şişirtməmək  lazımdır.  Bu 

nəzəriyyəyə görə, yoluxma mexanizmini tibbi tədbirlərlə qır  maq 

olmaz, ona görə də,əhalinin həyat təminatının, o cüm lədən kom-

munal  təminatının  yaxşı laşdırılması  üzrə  fəaliyyətin  güclən di-

rilməsi  məsələsi  qüvvədə  qalır.  Ölkədə  müxtəlif  s ə vi y yələrdə 

icraçıların əlaqəsini təmin etməyə qabil olan əks epi demik fəa liy-

yətin  idarə  edilməsinin  avtomatlaşdırılmış  sistemi  vacibdir. 

Bu nun üçün xəstələnmə və digər göstəricilər, dövr edən t ö rə di ci-

lə rin və digər zərərli amillərin səciyyəsi, əhalinin i m mun struk-

turu, risk amilləri üzrə sanitar-epidemioloji m ə lumatların top lan-

ma sı və iş lən məsi aparılmalıdır. İnsanı həyat boyunca m ü şayiət 

edən bütün qeydiyyat formalarının tərtib olunması lazımdır, belə 

ki, məhz bu məlumatların əsasında fərdi pro filaktikaya və xəs tə-

lik lərin  müa li cəsinə  nail  olmaq  mümkündür.  Sanitar-epidemio-

loji  idarələrin  işin də  əsas  diqqət  sanitar-epidemioloji  n ə zarət, 

mikrobioloji,  immunoloji  skrininqə  və  sanitar-gigiyenik  (eko-

loji) monitorinqə yönəldil məlidir. 



149

Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin