Az rbaycan Respublikas t hsil Nazirliyinin


V.D.Belyakovun epidemik prosesin daxili



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə13/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

V.D.Belyakovun epidemik prosesin daxili 

özünütənzimləmə nəzəriyyəsi

  1970–1980-ci  illərdə  antroponozları  öyrənərkən  V. D . Bel-

yakov və əməkdaşları ilk dəfə olaraq, epidemik prosesin daxili 

özünü tən zim lə mə  nəzəriyyəsini  işləyib  hazırladı.  O,  yoluxucu 

xəs  təliklərin  pata lo gi yasına  həsr  edilmiş  bir  çox  m ə lu matları 

təhlil edərək, parazitar sistemlərin özü nü tən zim lə mə n ə zə riy yə-

si nin əsas müddəalarını verdi.

  Bu  nəzəriyyənin  epidemiologiya  üçün  əhəmiyyəti  çox  b ö-

yük dür.  Çünki  indiyə  qədər  təbiətdə  xəstəliklərin  özünü tən zim-

ləməsinin  strukturu  tam  aydın  edildi.  Bu  nəzəriyyədə  aşağıda 

göstərilən əsas dörd müddəa onun mahiyyətini aydın izah edir: 

1. Parazit və sahib populyasiyalarının bir-birinə münasibətdə 

genotipik və fenotipik heterogenliyi

2. Bir-birinə təsir edən populyasiyaların bioloji xassələrinin 

bir-birilə əlaqəli dəyişilməsi; 

3.  Epidemik  prosesin  inkişafının  qeyri-bərabərliyini  təyin 

edən  parazit  populyasiyasının  mərhələlər  üzrə  dəyişməsində 

sosial və təbii şəraitin tənzimləyici əhəmiyyəti. 

4. Parazit və sahib populyasiyalarının heterogenliyi. 

 

Parazitvəsahibpopulyasiyalarınınheterogenliyi

Bütün canlılar üçün ümumi xüsusiyyət onların genotipik və 

fenotipik heterogenliyidir, yəni onlarda populyasiyadaxili xassə-

lər müxtəlifdir. Törədicinin populyasiyadaxili dəyişkənliyi onları 

subpopulyasiyalarla,  eləcə  də  klonlarla,  ştamlarla  müqayisə  et -

dik də  aşkar  edilir.  Fenotipik  fərqlər  genotipdə  müəyyənləşib, 

çün ki fenotip plastikliyin ehtimal olunan istiqaməti genotip a mil -

lərlə müəyyən edilir (Maur, 1974).

Epidemiologiyada  parazit  və  sahib  populyasiyalarının  bir-

birindən fərqli olması onların xassələri daxilində təhlil edilir və 

ən əvvəl onların bir-birinə olan münasibətləri ilə izah edilir. P a-

to  gen liyin  ölçüsü  virulentlikdir. Adi  şəraitdə  subpopulyasiyala-

rın viru lentliyi xəstəliyin gedişinin ağırlıq dərəcəsindən asılıdır. 



150

Labo ra toriya  şəraitində  virulentlik  təcrübə  heyvanlarına  və  t o-

xu ma kultu rasına təsir etməklə müəyyən edilir. 

Törədici  populyasiyasının  müxtəlifliyi  kontagiozluğuna  və 

immunogen xüsusiyyətlərinə görə də müəyyən edilir. Makro or-

qa nizmlərin  populyasiyalarının  heterogenliyini  müəyyən  edər-

kən  laboratoriya  şəraitində  əldə  edilən  məlumatlardan  isti fa də 

et mək  daha  əlverişlidir.  Bu,  dövr  edən  mikroorqanizmlərin  v a-

riant  la rı nın  təyin  edilməsində  (serovar,  faqovar,  antibiotikovar, 

xemovar və s.) öz əksini tapmışdır. 

Epidemiologiyada  uzun  müddət  belə  yanlış  fikir  hökm  s ü-

rür dü  ki,  əhali  arasında  ayrı-ayrı  törədicilərə  qarşı  kütləvi  həs-

saslıq vardır. Əslində isə müxtəlif şəxslərin xəstəliyə qarşı həs-

sas lığı  eyni  deyildir.  Bunu  tez-tez  və  nadir  hallarda  xəstələnən 

şəxslərin xəstələnmə səviyyəsinin təhlili zamanı da görmək olar.

Həssaslığın  dərəcəsi  rezistentlik  və  immunitetlə  müəyyən 

edilir.  Rezistentlik  (latınca  “resistera”  –  müqavimət)  xəstəliyə 

q  ə  dər  törədici  ilə  görüşməyən  ayrı-ayrı  şəxslərin  həssaslıq  d ə-

rəcəsini  səciyyələndirir,  o,  irsən  nəzərə  alınıb  və  genotipik  x a-

rak ter daşıyır.

Fərdlərin  populyasiyasının  müqavimət  (rezistentlik)  dərəcə-

sinə  görə  ayrı-ayrı  törədicilərə  bölüşdürülməsi  standart  xüsu-

siyyət  daşıyır.  O,  sahiblərin  genofonunda  yerləşib.  Belə  ki,  bir 

xəstəliyə qarşı həssaslığı yüksək olan şəxs başqa xəstəliyə qarşı 

rezistent ola bilər.

Yoluxucu xəstəliklərin törədicilərinə qarşı insanların genetik 

müqaviməti orqanizmin inkişaf mərhələlərindən, yaş dəyişiklik-

lərindən, ətraf mühitin təsirindən asılı olaraq dəyişir. Beləliklə, 

rezistentlik  baxımından  insan  populyasiyasının  bölüşdürülməsi 

təkcə genotipik deyil, həm də fenotipikdir. Yoluxucu xəs tə lik lə-

rin törədicilərinə qarşı insan populyasiyasının həssaslığına feno-

tipik  təsir  immunizasiya  hesabına  artır.  Bununla  yanaşı,  qeyd 

et mək  lazımdır  ki,  orqanizmin  immunitet  yaratmaq  qabiliyyəti 

geno tipdən asılıdır. Bir insanın orqanizmində uzun müddətli d a-

vamlı  immunitet  yaranırsa,  digərində  qısa  müddətli  immunitet 

yaranır. Məlumdur ki, assosiasiyalı vaksinlərlə peyvənd etdikdə 



151

bir törədiciyə qarşı çox vaxt davamlı immunitet, digər t ö rə di ci-

lə rə qarşı isə zəif immunitet yaranır.

Müəyyən əraziyə, sosial, məişət və yaş qruplarına daxil olan 

insanlara adaptasiya etmiş antroponoz törədicilərin müxtəlif p o-

pul yasiyaları  heterogenliyinə  görə  eyni  deyildir.  Bununla  əla-

qədar olaraq heterogenliyin ikinci səviyyəsi haqqında danışmaq 

olar,  o,  populyasiyadaxili  heterogenlikdən  fərqli  olaraq,  po pul-

yasiyalararası heterogenlikdir və növün məkan heterogen popul-

yasiyasının xüsusiyyətini göstərir.



Parazitvəsahibpopulyasiyalarınınbir-birinətəsiri

nəticəsindəyaranandəyişkənlik

Mikrobiologiyada uzun müddət laboratoriya şəraitində aparı-

lan  müayinələr  nəticəsində  mikroorqanizmlərin  dəyişkənliyi 

haqqında çoxlu məlumatlar toplanmışdı. Bununla belə, müxtəlif 

epi demik şəraitlərdə xəstə və törədicigəzdirənlərdən mikroor qa-

nizmlərin  dəyişkən  növləri  alınırdı  ki,  onlara  “atipik  ştam”  adı 

ve rilmişdir. İmmunoloji müayinələrin nəticələri göstərdi ki, əha-

li nin yoluxucu xəstəlik törədicilərinə qarşı “kütləvi həssaslığı”na 

dair  epidemioloji  mülahizələr  həqiqətə  uyğun  deyil.  Klinik 

mü şa hidələr göstərir ki, epidemiyanın gedişində xəstəliyin ağır-

lıq də rə  cəsi bir sıra dəyişikliklərə uğrayır. Bütün bu müşahidələr 

epidemioloji  təhlilə  yenidən  baxılmasını  tələb  etdi  (V. D.Belya-

kov, 1989).

Epidemik  prosesə  ilk  baxışda  parazit  və  sahib  arasında  p o-

pul yasiya səviyyəsində qarşılıqlı əlaqə nəticəsində məlum oldu 

ki, sahib populyasiyasının genotipik və fenotipik müxtəlifliyi ilə 

əl a  qədar  yoluxucu  xəstəliklərin  törədicilərinə  qarşı  həssaslıq 

dərəcəsi  ayrı-ayrı  şəxslərin  bədənində  törədicilər  üçün  qeyri-

bərabər şəra itin olmasını göstərir.

Parazit  törədicilərinin  populyasiyasının  genotipik  və  feno-

tipik  müxtəlifliyi  onların  müxtəlif  yaşayış  şəraitində  adap ta si-

yasını təmin edən uyğunlaşma əlamətidir. Bütövlükdə parazit və 

sahib populyasiyasının genotipik və fenotipik müxtəlifliyi təka-

mül də özülü qoyulmuş parazitar sistemlərin özünü tən zim lə mə si-



152

nin maddi əsasıdır. Yönəldilmiş seçmənin təsirini müvafiq hete-

ro gen dəyişiklik törədicinin mikropopulyasiyası üçün belə şərait 

yoluxucu prosesin gedişində yaranır, bu da xəstədə immunitetin 

yaranması və xəstənin sağalması ilə nəticələnir.

İnfeksion  prosesin  qızğın  dövründə  immunitet  əmələ  gəl-

dik də xəstənin orqanizmində virulent variantlardan olan törədici 

mik ro populyasiyasının  heterogenliyi  çoxalmağa  başlayır.  İ m-

mun  rekon va lessentin  orqanizmi  virulent  törədicidən  tədricən 

azad  olmağa  başlayır  və  zəif  virulentli  törədicinin  heterogen 

mikro populya siya sının  seçimi  başlanır.  Aşağı  virulentli  t ö rə di-

cilər yeni yaşayış şəraitində sabit seçmə vasitəsilə möhkəmlənir. 

Buna  uyğun  olaraq,  immun  orqanizmdə  törədicinin  xarakterik 

mikro populyasiyasında nisbi homogenləşmə gedir. Bunu epide-

mik prosesin gedişində A qrupuna aid streptokokların dəyiş kən-

li yin də görmək olar (V.D.Bel ya kov, A.P.Xodırev, 1988). Bu z a-

man  epidemik  prosesin  gedişinin  öyrənildiyi  kollektivdə 

müa yinə 10 gündən sonra başlanmışdır. Kol lek tivin yaranmasın-

dan  bir  ay  sonra  (həmin  müddətdə  strepto kokların  virulentliyi 

art mış  və  əsas  serovar  yaranmışdı)  birinci  xəstələr  aşkar  edil-

məyə  başlandı.  Törədicinin  virulentliyi  yüksəldikcə  xəstələrin 

miqdarı  da  art ma ğa  başladı.  Sonra  törədicigəzdirənlərin  or qa-

nizmində mikrob ocaq larının sayı artdı. Qeyd etmək vacibdir ki, 

st reptokokların  virulentliyinin  azalması  xəstələnmənin  ən  yük-

sək səviyyəyə (zirvə) qalxmasından əvvəl nəzərə çarpır, bu dövr 

i m munitetli  şəxslərin  sayının  artması  dövrünə  düşür.  Bu  da 

xəstəliyin sayının azal masına, törədicinin tədricən zəif virulentli 

variantının meydana gəlməsinə və orqanizmdə infeksiya ocaqla-

rının azalmasına gətirib çıxardı. İndiyə qədər immunitetin təsiri 

nəticəsində  törədicilərin  virulentliyinin  zəifləməsi  və  xəstəliyə 

həs sas şəxslərin sayının azalmasına qədər epidemiyanın sönməsi 

“epidemioloji  paradoks”  hesab  edilirdi.  Lakin  yaşayış  tərzinin 

d ə yişməsi  nəticəsində  sahi bin  orqanizmində  törədicinin  d ə yiş-

kən liyinin aşkar edilməsi bu hadisəni izah edir.



Parazitpopulyasiyasınınmərhələlərüzrəözünütənzimləməsi

Əhalinin  ayrı-ayrı  ərazi,  sosial,  yaş  və  məişət  qruplarında 

epi demik  prosesin  qeyri-bərabər  gedişi  onun  inkişafının  nisbi 


153

müstəqilliyi ilə izah olunur. Törədici populyasiyanın həyatı döv-

rün də dörd mərhələni ayırd etmək olar: 1. Rezervasiya, 2. Epi-

demioloji dəyişkənlik, 3. Epidemik yayılma, 4. Aktivasiya. H ə-

ya tının müxtəlif dövrlərində törədici po pul yasiyasının keyfiyyət 

və  kəmiyyət  xarakteristikası  epidemik  prosesin  mərhələ lərinə 

tam  uyğun  gəlmir.  Törədici  popul ya si yasında  dövri  dəyişiklik 

epidemik  təzahürü  qabaqlayır.  Hər  bir  yoluxucu  xəstəlikdə  baş 

verən  dəyişiklik  fərdidir.  O,  təkamül  pro sesində  yaranmış  və 

özülü genofonda qoyulmuşdur.



Epidemikprosesinmərhələlidəyişikliklərindəsosialvətəbii

şəraitintənzimləyiciəhəmiyyəti

Epidemik  prosesin  mərhələli  inkişafı  -  parazit  və  sahib  p o-

pul  yasiyasının dəyişən sosial və təbii şəraitlərdə bir-birinə təsi ri-

nin nə ti cəsidir. Ayrı-ayrı törədici növlərinin ekoloji əlamətlərinin 

müxtəlifliyi parazitar sistemin qanunlarının dövri dəyişikliyinin 

çoxcəhətliliyini müəyyən edir. Yoluxucu xəstəliklərdə infeksiya 

- immunoloji qar şılıqlı əlaqələrlə tənzimlənən ümumi amil olub, 

törədicinin  rezervasiya  mərhələsindən  epidemik  variantın 

əmələgəlmə  mərhələsinə  keçidlə,  törədicinin  inkişaf  zəncirində 

po pul ya siya  immunitetinin  zəifləməsi  ilə,  epidemik  keçid  isə 

populyasiya immunitetinin artması ilə izah olunur.

Yoluxucu  xəstəliklərdə  epidemik  prosesin  mərhələli  inki şa-

fı nı  müəyyən  edən  sosial  və  təbii  şəraitləri  ümumi  şəkildə  3 

qrupa ayırmaq olar: a) insanların “qarışmasının” müxtəlif quru-

luş  amil ləri:  kollektivlərin  əmələ  gəlməsi,  təbii  və  süni  yer də-

yiş mə; b) yo luxma mexanizmini müəyyən edən amillər; c) rezis-

tentlik  və  im muniteti  zəiflədən  amillər.  Törədicilərin  dövrü 

zən  cirində  gös tə ri lən  şəraitlərin  hər  biri  nəticəsində  həssaslığı 

yüksək olan insanlar qrupu əmələ gəlir ki, bu da insan populya-

siyasının daxili yeni dən qurulmasına işarədir. Digər tərəfdən kol-

lektivin  immunizasiyası  və  törədicinin  yoluxma  mexanizminin 

aktivliyini aşağı salan tədbirlər həssaslığı yüksək olan şəxslərin 

sayını azaldır və törə di cinin rezervasiya variantının yaranmasına 

şərait  yaradır.  Tö rə di cinin  epidemik  variantının  və  onun  viru-

lentlik əmsalının sürətini təyin edən əsas amillər yeni yaranmış 


154

kollektivdə  insanların  sayı  və  törədicinin  yoluxma  mexanizmi-

nin fəallığıdır. Nəticədə xəs tə liyin intensivlik göstəriciləri m üx-

tə lif saylı kollektivlərdə eyni ol mur: çoxsaylı kollektivlərdə xəs-

tə lik səviyyəsi yüksək olur. Yataq xanalarda, pioner d   ü   ş ər  gə lə rində 

və digər sağlamlıq mərkəz lə rində böyük yataq otaqlarının olması 

qeyri-əlverişli epidemioloji amillərdən biridir (streptokok mənşəli 

yoluxucu xəstəliklərdə). 

Epidemiya  ilk  öncə  sosial  və  təbii  şəraitin  yarandığı  yerdə 

inkişaf edir ki, orada törədicinin rezervasiya mərhələsindən epi-

demioloji  aktivasiya  mərhələsinə  keçməsinə  şərait  vardır.  Bu, 

özünütənzimləmənin quruluşu və virulent törədicinin yayılması 

hesabına baş verir.

Epidemik  prosesin  inkişaf  mexanizminin  öyrənilməsi  ehti-

mal olunan bu və ya başqa sosial və təbii dəyişikliklərin epide-

mioloji  nəticəsini  əvvəlcədən  proqnozlaşdırmağa  imkan  verir. 

Bunun əsa sında epidemik prosesin aktiv halqasını tapmaq, ona 

möv cud  profilaktik  vasitələrlə  təsir  edib  sosial-təbii  vəziyyətin 

mənfi təsirinin aradan qaldırmaq və bununla da törədici popul-

ya si yasının  virulent  variantlarının  yayılmasının  qarşısını  almaq 

müm kündür.

Parazitar sistemlərin özünütənzimləmə 

nəzəriyyəsinin əsas müddəaları

Parazitar  sistemlərin  özünütənzimləmə  nəzəriyyəsinin  əsas 

müddəaları  sahibin  növündən  və  törədici-parazitin  təbiətindən 

asılı olmayaraq ümumidir. Ona görə də onlar eyni dərəcədə həm 

epidemiologiyada, epizootologiyada, həm də yoluxucu fitopato-

lo giyada tətbiq edilə bilər. 

Özünütənzimləmənin quruluşu fərdidir. O, antroponoz yo lu-

xucu xəstəliklərdə daha tam aydınlaşdırılmışdır, burada epi de mik 

proses parazit və sahib populyasiyalarının infeksion-immunoloji 

qarşılıqlı əlaqələri ilə tənzimlənir. Məsələn, məlum o l muş dur ki, 

vəba vibrionu xarici mühitdə uzun müddət saxlanılır. İn san üçün 

təhlükəli  sayılan  törədicilərin  iştirak  etdiyi  epizootik  prosesin 

özünütənzimləmə problemlərinin бюйцк əhəmiyyəti var dır. Epi-


155

zootik  prosesin  mərhələli  inkişafı  zoonoz  törədicilərin  bioloji 

növ kimi saxlanmasını təmin edir və onun epidemioloji ə h ə miy-

yə tini  təyin  edir.  İnsanların  yoluxması  xəstəlik  törə dici lə rinin 

epizootik yayılması mərhələsində onların ocaqla təması n ə ti cə-

sin də baş verir. Beləliklə, zoonozlarda epidemik prosesin inkişaf 

mexanizmi törədicinin epidemioloji potensialı (sosial şə rait, x ə s-

tə lik ocağı ilə təmas) ilə əlaqədardır.

Sapronoz  populyasiyanın  dövri  dəyişikliyi  həyat  tərzinin 

saprofit və parazit mərhələlərinin dəyişilməsi zamanı baş verir. 

Burada eləcə də törədicinin epidemik və saxlanma (rezervasiya) 

variantlarının olması müşahidə edilir.



Y.N.Pavlovskinin yoluxucu xəstəliklərin 

təbii-ocaqlılığı haqqında təlimi

İnsanlar arasında yoluxucu xəstəliklərin bir qisminin baş ver-

məsində  vəhşi  heyvanların  iştirak  etməsi  qədimdən  məlum  idi. 

Lakin uzun müddət bu xəstəliklərin törədiciləri, onların yoluxma 

mexanizmi və yoluxma amilləri (keçiriciləri) haqqında məlumat 

yox  idi.  Bunu  taunun  timsalında  izləyə  bilərik.  Qədim  yunan 

tarixçisi Herodotun əsərlərindən görünür ki, taun insanlara era-

mızdan min il əvvəl məlum imiş və xəstəliyin baş ver mə si siçan-

ların  kütləvi  şəkildə  insanların  yaşayış  yerlərinə  üz  tutması  ilə 

əlaqələndirilirmiş. Monqolustanda bu  xəstəliyin in san  lara xəstə 

tarbaqanlardan (çöl siçanı) keçdiyini bilərək onu əsrlər boyu tar-

baqan  xəstəliyi  adlandırmışlar.  İnsanlar  arasında  xəstəlik  baş 

verdikdə onu yaşadığı alaçıqda qoyub gedərdilər. Xəstəlik ö lüm lə 

nəticələnəndə  çox  vaxt  meyidi  alaçıqda  və  xəstənin  ə ş ya la rı  ilə 

birlikdə yandırır və ya tərk edirdilər.

Bütün  bunlara  baxmayaraq,  yalnız  XX  əsrin  əvvəllərində 

g ör  kəmli  rus  alimi  D.K.Zabolotnı  və  onun  tələbəsi  V.İ.İsayev 

xəstə tarbaqanların daxili üzvlərindən taun bakteriyalarını ayırd 

etdikdən (təcrid edəndən) sonra ilk dəfə olaraq vəhşi gəmi ri ci lə-

rin  bu  xəstəliyin  təbiətdə  infeksiya  mənbəyi  olması  fikri  elmi 

surətdə sübut edildi. 


156

Sonra  rus  alimi  İ.A.Deminski  sümbülqıranlardan  ayırdığı 

taun bakteriyalarını öyrənərkən taunla yoluxur və bundan həlak 

olur.  Beləliklə,  xəstəliyin  insanlara  gəmiricilərdən  yoluxması 

əyani şəkildə sübut olunur. Aydınlaşır ki, taunun insana yolux-

masında infeksiya mənbəyi kimi tarbaqanlarla birlikdə, sünbül-

qıranlar da mühüm rol oynayır. Başqa bir misal. Dəri leyşmani-

ozu  Kolumbdan  əvvəlki  dövrdə Amerika  qitəsində  məlum  idi. 

Peruda bu xəstəlik “uta” adı ilə məşhur idi. Orta Asiya və Zaqaf-

qaziyada (Türkmənistan, Tacikistan, Azərbaycan və s.) bu xəs tə-

lik  qədimdən “pendin yarası” adı ilə танынырды. Azərbaycanda isə 

buna “Gəncə yarası” deyirdilər. Buna baxmayaraq, ancaq 1888-

ci  ildə  görkəmli  rus  alimi  P.F.Borovski  ilk  dəfə  bu  xəstəliyin 

törədicisini tapır.

Akademik  Y.N.Pavlovski  və  onun  tələbələri  P.A.Petrişeva, 

N.İ.Latışev, Y.P.Vlasov və İ.V.Qusyev tərəfindən aparılan təd qi-

qat işi (1931–1938) göstərdi ki, bu xəstəliyin təbiətdə infeksiya 

mənbəyi Türkmənistanda böyük qum siçanlarıdır, onların yuva-

larında yaşayıb artan Flebotomus hünüləri isə vəhşi gəmi ri ci lər-

dən xəstəliyin insanlara yoluxmasına səbəb olurlar. 

1922-ci ildə hərbi həkimlərdən V.İ.Maqnitski, N.İ.Latışev və 

V.İ.Moskvin  müəyyən  etmişlər  ki,  Türkmənistanda  qədimdən 

məlum olan gənə qayıdan yatalağı insanlara gəmiricilərdən onla-

rın  gənələri  vasitəsi  ilə  yoluxur.  1927-ci  ildən  başlayaraq,  bu 

xəs təlik  Y.N.Pav lovski  və  şagirdləri  tərəfindən  ətraflı  öyrə nil-

miş dir. Müəyyən edilmişdir ki, təbiətdə vəhşi heyvanların yuva-

larında  yaşayıb  artan  ornithodoros  gənələri  xəstəliyin  törə di ci-

sini  uzun  müddət  (26  ildən  çox)  özündə  saxlayaraq  onu 

n  ə sil  dən-nəslə ötürürlər. Bu gənələrin yaşadığı yuvaların yaxın-

lığında  işləyən  və  gecələyən  zaman  онлаr  insanların  bədəninə 

keçərək (yapışaraq) qanını sorur və xəstəlik törədiciləri ilə onu 

yoluxdururlar.  Yuxarıda  adı  çəkilən  alim lərdən  P.A.Petrişeva, 

P.P. Perfilyev, laborant Dovletov Türk mənis tanda, Y.N.Pavlovski 

isə Tacikistanda bu gənələri yığarkən özləri də qayıdan yatalaqla 

yoluxmuşlar.

1937-ci  ildə  Xabarovsk  vilayətində  meşəqıranlar  arasında 

“yeni”, o vaxta qədər məlum olmayan, çox zaman ölümlə n ə ti-


157

cə lənən və yaxud ağır fəsadlar verən ensefalit baş verdi. Keçmiş 

SSRİ  Səhiyyə  komissarlığı  və  baş  hərbi-tibb  idarəsi  Y.N .Pav-

lovskinin  baş çı lığı  ilə  ölkənin  ən  görkəmli  alimlərindən  ibarət 

kom pleks  ekspe disiya  briqadası  təşkil  edərək  onu  xəstəlik  baş 

ver diyi yerə göndərir. Ekspedisiyanın burada 3 il müddətində hər 

yay fəslində apardığı tədqi qat nəticəsində tayqa ensefalitinin sirri 

açıldı və ona gənə ensefaliti adı verildi.

Tayqadan yığılmış Cxodespersulcatus,Hoemaphysaliscon-

cinma və Dermacentersilvarum gənələrindən gənə ensefalitinin 

virusu əldə edildi. Meşədə yaşayan məməli heyvanlar və quşla-

rın virusun təbiətdəki dövranında iştirakı müəyyən edildi. Elə bu 

vaxt Primoriya vilayətində ilk dəfə yapon ensefaliti aşkar edildi 

(1937–1939-cu illər).

Bu  illərdə  Y.Pavlovskinin  ümumi  rəhbərliyi  ilə  M.K .Kron-

tovskaya,  P.A.Soliterman  və  S.P.Piontovskaya  Krasnodar  diya-

rında əvvəlcə xəstə insanlardan, sonra isə vəhşi heyvanlardan və 

onların Dermasentor nutalli gənələrindən gənə səpgili yatalağı-

nın  törədi cisini  əldə  etdilər  (1938).  Bir  il  sonra  Z.M.Jmayeva 

Primoriya  vila yətində  gənə  səpgili  yatalağını  aşkar  etdi. Alimin 

bu sahədə apardığı tədqiqatlar göstərdi ki, xəstəliyin epidemiolo-

giyasında  infeksiya  mənbəyi  kimi  gəmiricilərdən  siçankimilər, 

keçirici kimi isə Hoemaphysalisconcinma gənələri əsas rol oyna-

yırlar.

Sonrakı  illərdə  tulyaremiya,  siçovul  rikketsiozu,  listerioz, 



lep  tospiroz, müxtəlif arboviruslar və bir sıra başqa xəstəliklərdə 

təbiətdə yaşayan vəhşi heyvanların infeksiya mənbəyi, buğuma-

yaqlıların müxtəlif nümayəndələrinin isə xəstəliyin canlı keçi ri-

ci ləri olması müəyyənləşdirildi.

Əldə edilən məlumata istinad edərək akademik Y. N . Pav lov-

s ki yeni “təbii-ocaqlılıq” təlimini yaratdı. Bu təlim tezliklə b ey-

nəlxalq tibb və biologiya aləmində qəbul edildi. 

Məlumdur ki, yer üzərində insan, heyvan və bitkilərin xəs tə lik-

ləri  mövcuddur.  Heyvanların  xəstəlikləri  zoonozlar  (yunan  sö zü 

“zoon” – heyvan, “nozos” – xəstəlik) adlanır. Zoonozların m ü əy-

yən qismi ancaq heyvanlarda xəstəlik törədir, insanlar isə xəs tə-

lən mirlər  (məsələn:  iribuynuzlu  qaramalın  taunu,  donuzların 



158

taunu və s.). Zoonozların bir qismi isə əlverişli şərait yarandıqda 

i n sanlara birbaşa yoluxur və yaxud müxtəlif vasitələrlə, o cüm-

lə dən onların ekto pa razitləri ilə yoluxur. Bu amillər “canlı keçi-

ri cilər” adlanır. Belə xəstəliklərə transmissiv xəstəliklər (“trans-

missiya” – keçirmək sözündəndir) deyilir.

Antropozoonoz xəstəliklər isə insanlara heyvanlardan yolux-

muş xəstəliklərdir (“antropos” – insan, “zoon” – heyvan, “nozos” 

–  xəstəlik).  Belə  xəstəliklərə  misal  olaraq  quduzluq  və  bu 

qə bildən olan xəstəlikləri göstərmək olar. 

Bir qrup xəstəliklər də vardır ki, yoluxma canlı keçiricilərin 

iştirakı olmadan baş verir (məsələn: təbii çiçək, difteriya, skarla-

tina  və  s.).  Onların  törədiciləri  xəstədən  hava,  təmas  və  digər 

yollarla  keçir.  Bəzi  xəstəliklərin  törədiciləri  həm  canlı  keçirici 

v a si təsilə, həm də onların iştirakı olmadan bir sahibdən di gərinə 

keçir (məsələn, tulyaremiya 40 növdən çox gəmirici və onlarla 

gənə növləri ilə yanaşı həm də su vasitəsilə və xəstə heyvanların 

dərisini soyarkən keçə bilər).

Xəstəliklərin bir qismi isə ancaq insanlara məxsusdur: bunlara 

misal olaraq, qızılca, skarlatina, difteriya və s., transmissiv xəs tə-

lik lərə  isə  malyariyanı  göstərmək  olar.  Belə  xəstəliklər  antropo-

noz xəstəliklər adlanır (“antropos” – insan, “nozos” – xəstəlik).

Müəyyən  ərazidə  daim  rast  gələn,  kənardan  gətirilməyən 

xəstəliklərə endemik xəstəliklər deyilir.

Qansoran həşərat və gənələr xəstələrin qanını sorarkən onunla 

birlikdə xəstəliyin törədicilərini də udurlar. Əgər qansoran həşə-

ra tın daxili mühiti əlverişlidirsə, törədicilər orada inkişaf edir və 

ya  ömrünün  bir  hissəsini  keçirir  və  təkrar  qansorma  zamanı 

törədicini yoluxdurmaq qabiliyyətinə yiyələnir. 

Törədiciləri  keçiricilərlə  ötürmək  qabiliyyətinə  malik  olan 

xəstələr  və  ya  parazitgəzdirənlər  törədici  ilə  yoluxmuş  canlı 

donor,  törədiciləri  qəbul  edən  (alan)  orqanizm  isə  resipiyent 

adlanır. Törədicini qəbul edən (resipiyent) orqanizm heyvan və 

in san ola bilər.

Transmissiv xəstəliklərin əksəriyyətində törədici ancaq canlı 

keçiricilərlə yayılır (sarı qızdırma zamanı Aedes cinsindən olan 

ağcaqanadları; malyariya zamanı Anofeles cinsindən olan ağca-

qanadları; gənə ensefalitində Jxodes persulcatus və digər ikso-



159

did gənələri və s.). Bunlar spesifik obliqat transmissiv xəstəliklər 

adlanırlar.

Bir çox transmissiv xəstəliklərin mənbəyi (ocağı) insan yaşa-

mayan  yerlərdə  –  təbiətdə  olur.  Belə  xəstəliklərin  ocağı  təbii, 

xəstəliklərin  özü  isə  təbii-ocaqlı  xəstəliklər  adlanır. Transmissiv 

və parazitar xəstəliklərin təbii ocağı biosenoz təşkil edərək kom-

pleks  heyvanlara  malik  müəyyən  coğrafi  landşaftın  əra zi sində 

yerləşən biotop və ya sahədir; bu zaman əlverişli mikro- və mak-

roiqlim şəraitində biosenozun tərkib hissələrinin növ və nö v arası 

əlaqələri təbii ocaqda törədicinin arasıkəsilmədən dövr etməsini 

təmin edir. Təbii ocaq törədicinin mütəmadi dövr etməsi hesabına 

uzun müddət saxlanır. Təbii-ocaqlı transmissiv xəstəliklər aşağı-

dakı xassələrə malikdir:

Hər bir transmissiv xəstəliyin inkişafı infeksiya mənbəyi ilə 

keçirici  və  resipiyent  arasındakı  münasibətdən  asılıdır,  keçirici 

donorun  qanını  sorduğu  zaman  yoluxur.  Təkrar  qansorma  z a-

manı o, donordan aldığı törədicini resipiyentə – heyvana keçirir. 

Yoluxmuş  resipiyent  isə  öz  növbəsində  yeni  keçiricilər  üçün 

donor ola bilər. Beləliklə, bu proses təkrarlanaraq törədicinin bir 

orqanizmdən digərinə keçməsini təmin edir.

Təbiətdə yerləşmiş ocaq təbii şəraitdə yoluxmuş ac ke çi ri ci-

lə rə  malikdirsə,  bu,  onun  valent  vəziyyətdə  olmasını  göstərir, 

yəni  belə  ocaqda  heyvanların  və  insanların  yoluxması  üçün 

im kan vardır.

Eyni coğrafi landşaftda, eyni zamanda 2 və yaxud 3 xəs tə li-

yin təbii ocaqları ola bilər. Belə ocaqlara qarışıq təbii-ocaq deyi-

lir.  Əgər  təbii  ocaqda  bir  neçə  keçirici  növü  varsa,  o,  polivek-

torlu ocaq adlanır. Təbii ocaqda törədicinin bir neçə növ donor 

heyvanları varsa, o, polihostal – “çoxsahibli” təbii-ocaq adlanır.

Təbii ocaqda törədicinin saxlanmasını təmin edən ele mentl-

ərin cəminə isə biosenoz deyilir. Qeyd etmək lazımdır ki, biose-

nozu təşkil edən elementlər bir-biriləri ilə müxtəlif əlaqədə olur, 

bu əlaqələr biosentik əlaqələr adlanır. Bu növ əlaqələr öz x ü su-

siy yətinə  görə  müxtəlif  olur:  bir  halda  bunların  arasında  qida 

(trofik)  əlaqəsi  ola  bilər,  belə  olduqda  tərkib  hissəsinin  biri  o 

birisi üçün qida rolunu oynayır; digər halda bu təmas xarakterli 


160

ola bilər, bu zaman bir tərkib hissəsi o biri ilə təmasda olur və ya 

onlar (ayrı-ayrı elementlər) bir-birilə görüşürlər.

Biosenozun  tərkib  hissəsinə  xəstəlik  törədicisi  daxil  olursa, 

o,  patobiosenoz  adlanır.  Ədəbiyyatda  bir  də  biokesonoz  ter mi-

ni nə rast gəlinir. Biokesenoz xəstəlik törədicisi, onun donorları, 

keçiriciləri  və  resipientləri  arasında  xarici  mühitin  müəyyən 

fonunda insandan asılı olmayaraq orqanizmlərin təkamülünü və 

növarası  münasibəti  əhatə  edir.  Bu  münasibətlər  bəzi  xəs tə lik-

lər də,  bəlkə  də  yer  üzərində  insanın  yaranmasından  əvvəlki 

dövr də yaranmışdır.

Biokesenoz onu təşkil edən minimal tərkib hissələrinin saxla-

nılmasına  qədər  davam  edir.  Tərkib  hissənin  biri  və  ya  bir  bir 

neçəsi  sıradan  çıxarsa  (məsələn:  bitkilərin  soyuq  və  ya  quraqlıq 

üzündən məhv olması və s. nəticəsində heyvanların məhv olması), 

o  dağılır  və  destruksiyaya  uğrayır.  Əksinə,  biokesenoza  insan 

tərəfindən yeni həssas heyvan növü daxil edildikdə o, xəstələnərək 

xəstəliyi yayan mənbəyə çevrilir, həmin heyvanı ovlayarkən və ya 

emal edərkən insanları xəstələndirə bilir (ondatra ilə əlaqədə olan 

tulyaremiya epizotiyası və epidemiyası və s.).

İnsanın fəaliyyətinin təbiətə və təbii ocaqlara belə təsirinə a n-

tropurgik  təsir,  yaranmış  yeni  ocaqlar  isə  antropurgik  ocaqlar 

adlanır  (“antropos”  –  insan,  “urgeo”  –  eləyirəm,  təsir  edirəm). 

Təbii ocaqda biosenozun epizotoloji və epidemioloji əhəmiy yə-

ti ni öyrənmək məqsədilə ən əvvəl törədicinin dövranında əsas rol 

oynayan tərkib hissələrini kompleks şəkildə öy rənmək lazımdır. 

Biosenozun əsas komponentləri törədici, onun donoru – heyvan, 

keçiriciləri və resipiyentləridir.

1. Təbii ocaqların ləğv edilməsi üçün görülən tədbirlər 3 əsas 

i s tiqamətdə aparılmalıdır:

2. Təbii ocaqlar olan əraziyə təsir.

3. Təbii ocaqların biosenozuna təsir.

İnsanın özünə təsir (onu yoluxmadan qorumaq).

Bu  tədbirlərlə  yanaşı,  əhali  arasında  təbii  ocaq,  xəstəliyin 

mən bəyi,  keçiricilər  və  yoluxma  yolları  haqqında  geniş  sanita-

riya-maarifi  işinin  aparılması;  əhalinin  həşəratları  hürküdən  x ü-

susi torlarla, aerozol insektisid balonlarla ilə təmin edilməsi; ə ra-


161

zidə meliorasiya tədbirlərinin həyata keçirilməsi və s. aiddir. E y ni 

məqsədlə əhali arasında xəstəliyə qarşı geniş peyvənd işini apar-

maq, tibb idarələrini lazımi qədər vaksinlə təmin etmək lazımdır. 

Yuxarıda  qeyd  edilən  tədbirlər  xəstəliyin  xüsu siy yə tin dən  asılı 

olaraq mövsümi və uzunmüddətli proqram üzrə aparılır.

Belə  bir  hadisəni  yada  salaq.  Abşeron  yarımadası  və  ona 

yaxın ərazidə 1953-cü ilin yanvar ayında taunun yayılmış epizo-

otiyası  baş  vermişdi.  Müayinələr  nəticəsində  ərazidə  taunun 

təbii ocağı aşkar edildi. Xəstəlik ərazidə 200 min hektar sahəni 

əhatə edirdi, onun 130 min hektarı Abşeron yarımadasında, 30 

min hektarı Xəzərətrafı düzənliklərdə və 40 hektarı isə Qobus-

tanda idi. Az vaxtda bu ərazidə taun bakteriyalarının 193 ştamı 

alındı.  Onların  148-i  qırmızıquyruq  qum  siçanlarından  əldə 

edildi. Ocağın ətraflı müayinəsi göstərdi ki, taun bakteriyalarının 

əsas mənbəyi qırmızıquyruq qum siçanlarıdır. Xəstəliyin keçiri-

cisi qeyd etdiyimiz gəmiricilərin birələri olan Xen.conformis və 

cer.laeviceps idi (əldə edilmiş 28 taun ştamının 17-si bu iki növ 

birədən  alınıb).  Təbii  ocağın  kəskin  fəallığını  nəzərə  alıb  bu 

ərazidə  siçanlara  qarşı  az  vaxtda  intensiv  təkrar  qırıcılıq  əmə-

liyyatı aparıldı. Sink fosfidi ilə hopdurulmuş buğdadan istifadə 

edərək  gəmiricilərin  ektoparazitlərini  məhv  etmək  üçün  DDT-

dən istifadə edildi. Nəticədə epizootiya söndürüldü. 1954-cü ildə 

aparılan  geniş  müayinə  zamanı  artıq  nə  gəmiricilərdən,  nə  də 

onun ektopara zitlərindən xəstəliyin törədicisini almaq mümkün 

olmadı. Beləliklə, əhalisi sıx olan ərazidə taunun təbii ocağında 

epizootiyanın epi de miyaya çevrilməsinin qarşısı al ın dı. Gəmiri-

ci  lərin  və  onların  ektopa razitlərinin  sayı  qat-qat  azaldı.  Yalnız 

bun dan  22-23  (1976)  il  sonra  bu  ərazinin  bəzi  yer lərində  təbii 

oca ğın fəallığı yenidən bərpa olundu.

Təbii  ocağın  ləğv  edilməsi  sahəsində Türkmənistanda  prof. 

N.İ.Latışev tərəfindən aparılan işi də buna misal göstərmək olar. 

Türk mənistanda Murqab çayı üzərində tikinti işi aparılarkən fəh-

lə lər arasında həddən artıq kənd tipli dəri leyşmaniozu qeyd edi-

lirdi. Sarğı üçün hər gün ambulatoriyaya 50-yə qədər xəstə m ü-

ra ciət  edirdi.  Xəstəliyin  keçiriciləri  –  Flebotomus  hünüləri  çox 


162

idi və əhali miçitkənin içində yatırdı. Fəhlələrin iş yeri və ətrafı 

törədicinin  donorları  olan  böyük  qum  siçanlarının  koloniyaları 

ilə dolu idi.

Təbii ocağı ləğv etmək üçün bu hünüləri və böyük qum s i-

çan larını fəhlələrin iş yerində və onu əhatə edən 1-2 km əra zidə 

məhv etmək qərara alındı. Bunun üçün həmin siçanların yuvaları 

(milyonlarla) xlorpikrinlə zərərsizləşdirildi. Beləliklə, təbii oca-

ğın əsas komponentləri xlorpikrin sayəsində məhv edil di. Aparı-

lan  işin  nəticəsində  əhali  arasında  leyşmanioz  tamamilə  ləğv 

edildi, təkcə 4 uşaqda xəstəlik qeydə alındı.

Flebotomuslar məhv edildikdən sonra artıq miçətkənlərə e h-

ti yac qalmadı. Bir ildən sonra aparılan müayinə göstərdi ki, təbii 

ocaq qeyri-fəaldır, ancaq zərərsizləşdirilən ərazinin ətra fında b ö-

yük qum siçanları yenidən yavaş-yavaş artmağa başladı. Bu gös-

tərdi  ki,  birdəfəlik  tədbirlə  təbii  ocağı  ləğv  etdikdə  sonralar 

həmin  ərazini  daimi  nəzarətdə  saxlamaq  lazımdır.  Əks  halda 

ocaq yenidən bərpa oluna bilər, bunun üçün mübarizə təd bir lə ri ni 

vaxtaşırı aparmaq lazımdır.

Təbii ocaqlar müxtəlif tiplərə bölünürlər, bu məqsədlə onla-

rın  bioloji,  abiotik,  coğrafi  (landşaft)  xüsusiyyətlərini,  eləcə  də 

insanın fəaliyyəti nəticəsində yaranmasını təyin etmək lazımdır. 

Təbii ocaqların aşağıdakı tipləri vardır:

1. Monoinfekt ocaq – yoluxucu və ya invazion xəstəliklərin 

yalnız bir növünə məxsus təbii ocaq.

2.  Di-  və  poliinfekt  ocaqlar  –  iki  və  ya  bir  çox  xəstəliklər 

üçün ümumi təbii ocaq.

3. Polihostal ocaqlar – biosenozun tərkibində onun törədicisi 

üçün bir neçə növ heyvan-donorlar olan təbii ocaqlar.

4. Mono- və polivektorlu ocaqlar – keçiricilərin bir (mono-

vektorlu)  və  ya  bir  neçə  (polivektorlu)  növlə  təmsil  olunduğu 

təbii ocaq.

Qeyd etmək lazımdır ki, əmələgəlmə vaxtına görə təbii ocaq-

lar qədim və cavan (resentli) ocaqlara bölünür. Yaranma x a rak te-

ri nə görə ocaqlar təkamül prosesində əmələ gələn (autoxton) və 

ya insan fəaliyyəti nəticəsində (antropurgik) meydana çıxan o caq-

lara ayrılır.


163

Hazırda təbii ocaqlı xəstəliklərə aşağıdakılar aiddir:

1.  Törədiciləri  viruslar  və  xlamidiyalar  olan  xəstəliklər: 

Möv sümi  ense falitlər

*+

,  gənə


**++

,  ağcaqanad

+

  (yaponiya)  ikidal-



ğalı menin goensefa lit

+

, limfositar xoriomeningit



+

, Qərbi Nil e n-

se  faliti

++

, Sindbis qız dır ma sı



++

 və s. arboviruslar, pappataçi qız-

dırması

++

, quduzluq



++

, ornitoz

++

.

2.  Rikketsiozlar:  qayalıqlı  dağlar  qızdırması  (ABŞ),  yapon 



çay  qız dırması,  cənub-şərqi  Asiya  kolluq  yatalağı

+

,  marsel 



səpgili ya talağı

++

, Asiya rikketsiozları



++

 (sibir və Uzaq Şərq), Kü 

qız dırması

++

, siçovul səpgili yatalağı



++

.

3.  Spiroxetozlar:  Afrika  və  tropik  qurşağı  ölkələrinin  gənə 



qayıdan  yatalağı,  İran  gənə  və  səpgili  yatalağı,  Orta  Asiya, 

Zaqafqaziya, Şimali Qafqaz gənə spiroxetozları

++

.

4. Leptospirozlar



++

.

5. Mikozlar: aktinomikozlar



++

.

6. Bakteriozlar: taun



++

, tulyaremiya

++

, bruselyoz



++

, qara yara

++



lis terioz



++

, erizepeliod

++

, salmonelyozlar



++

.

7.  Protozoozlar:  səhra  tipli  dəri  leyşmaniozu



+

,  Kala-azar

++



Afrika yuxu xəstəliyi, Şaqas cənubi Amerika qızdırması, toksop-



lazmoz

++

,



8. Helmintozlar: trixinelyoz

++

, difillobotrioz, exinokokkoz



++

opisto r xoz



++

, klonorxoz, paraqonioz, şistozomatozlar və s.

9.  Araxnozlar: heyvanların qoturluğu

++

 (insanlara da keçən).



10. Entomozlar: miazlar (volfram milçəyi), dermatobioz (cənubi 

Ame rika).

Bu  xəstəliklərin  çoxu  MDB  ölkələrində,  az  qismi Azər bay-

can da müəyyən edilir.



Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin