Vinoqradov qum siçanı
(Meriones Vinagradovi Keptner, 1931)
Ölçülərinə görə Kiçik Asiya qum siçanını xatırladır. Lakin
quy ruğu nisbətən qısadır. Bədən uzunluğu 175 mm, quyruğunun
– 163 mm, arxa pəncənin uzunluğu – 37 mm-ə çatır. Quyruğun
uc hissəsi qara və qonur rəngli, fırçayaoxşar tüklərlə örtülmüş-
dür. Arxa pəncənin altı pasvari-sarımtıl rəngdədir.
Ön pəncənin üst hissəsindən narıncı və ya pasvari-sarımtıl
rəngdə uzununa zolaq görünür. Təbil sümüyü çox böyük olma-
yıb, ön və daxili hissələri azacıq qabarmışdırr. Vinoqradov qum
s i çanının ümumi coğrafi arealı tam aydınlaşdırıl mayıb. S on m ə-
lu matlara əsa sən, bu gəmirici dağətəyi yarımsəhradan başlaya-
raq Şimal-Şərqi Tür kiyədə, Fələstində, cənubi Azərbaycanda,
185
c ə nub-Şərqi Ermənistanın ucqar rayonlarında və Naxçıvan MR -da
yayılmışdır. Dəniz səviy yə sin dən əsasən 600 m-dən 1500-1700
m-ə qədər hündürlükdə gilli-yovşanlı sahələrdə yaşayır. Çox
vaxt dənli bitkilər əkilən sahələrdə məskən salır, qışda əsasən
g ün düzlər, yayda gecələr, yaz və pa yız ay la rında isə axşamçağı
və gündüzlər fəal olur. Yuvası mürəkkəb qu ru lu şa malik dir, y u-
va da çoxlu dalanlara təsadüf olunur, dərinliyi 30 sm-dən 70
sm-ə qədərdir. 5-10-a qədər xarici çıxış yolu vardır. Yu va ətrafı
sahələrdəki bitkilərlə, isti yay aylarında isə həşəratlarla qi da la-
nır. İlboyu çoxalır, yalnız qışda artım nisbətən zəifləyir, bəzən
ta ma milə dayanır. Hər nəsildə balaların sayı 1-10, əksər hallarda
4-8-dir.
Naxçıvan MR-da bu gəmirici taunun və erizipeloidin epizo-
otiyasında əsas infeksiya mənbəyi kimi iştirak edir.
Qeyd edilən qum siçanından başqa, həmin ərazidə İran və
Kiçik Asiya qum siçanları yayılmışdır. Epidemioloji cəhətdən
onlar Kü-qızdırması, toksoplazmoz və erizipeloidin təbii ocaqla-
rında törədicigəzdirən kimi iştirak edir.
Gəmiricilərin təbii ocaqlarda infeksiya mənbəyi kimi rolunu
aydınlaşdırmaq üçün onların fəsiləsi, yarımfəsiləsi, cinsi və n ö-
vün say dinamikası, növ tərkibi, təsnifatı və digər məsələlər ö y-
rə nil məlidir. Bunun üçün ilk növbədə həmin təbii ocağın əra zi-
sində məskunlaşan gəmiriciləri tutmaq lazımdır. Bu məq səd lə
müxtəlif böyüklükdə tələlərdən istifadə olunur. Metal qövslü
yayı olan tələlərdən kiçik gəmiriciləri tutmaq üçün, 0, 1, 2 nöm-
rəli tələlərdən isə iri gəmiriciləri (porsuq, dağ, çöl siçanı və s.)
tut maq üçün istifadə olunur. Gəmiriciləri tutmaqla məşğul olan
işçilər taun, tulyaremiya, Kü-qızdırması və digər xəstəliklərə qarşı
profilaktik peyvənd almalıdırlar.
Tutulmuş gəmiricilər ilk növbədə ektoparazitlərdən təmiz lə-
nir, sonra preparat hazırlamaq üçün dərisi soyulur və xüsusi
üsul la kəllə sümükləri işlənir. Preparata qeydiyyat vərəqi əlavə
edi lir. Gəmi rici nin daxili üzvlərindən (qara ciyər, dalaq və s.) h azır-
lanmış suspen ziya qidalı mühitlərə əkilir və bioloji sınaq məq sədilə
bəzi laborator heyvanlara (dəri altına, qarın boşluğuna, be yindaxili
və s.) vurulur.
186
Quşlar və onların epidemioloji əhəmiyyəti
Quşlar təbiətdə ən çox yayılmış heyvanlar qrupuna aiddir.
Quşların dəstə, sinif və növlərinin sayı çoxdur. Hazırda dünyada
8500-dən çox quş növü məlumdur, onlardan 700-dən çoxu MDB
ölkələri ərazisində qeydə alınmışdır. Bunlar ev quşları, sinantrop
quşlar və koloniya halında yaşayan vəhşi quşlardan ibarətdir.
Ev quşlarına əsasən toyuq, hind toyuğu, ördək və qazlar, elə cə
də dekorativ məqsədlə evdə saxlanılan quşlar (bülbül, g ö yər çin,
tutuquşu və s.) aiddir. Bunlar insanlarla ən yaxından t ə mas da
olan quşlar sırasına daxildir. Ev quşlarının bir qismi (ən çox t o -
yuq, ördək, hind toyuğu) quşçuluq fabrikləri, fermalarında i s teh-
sal məqsədilə saxlanılır.
Sinantrop quşlara, adətən, yaşayış məntəqələrində yaşayıb
artan və həyatının müəyyən dövrünü burada keçirən quşlar aid-
dir, bunların arasında göyərçin və sərçə dəstələrinə mənsub quş-
lar çoxluq təşkil edirlər.
Koloniya halında yaşayan quşlara müxtəlif dəstəyə daxil
olan çoxlu quş növü aiddir, on la rın bir qismi köçəri quşlardır ki,
bunlar ömür boyu bir ölkədən digərinə köçürlər. Epidemioloji
c ə hətdən insan üçün ən təhlükəlisi ev və sinantrop quşlardır,
çün ki insan məişətdə və istehsalat şəraitində ən çox bu quşlarla
təmasda olur.
Quşların infeksiya mənbəyi kimi epidemioloji əhəmiyyəti
müx təlifdir. Burada quşlara xas olan bir çox cəhətlər, xüsusilə
aşağı dakılar mühüm əhəmiyyətə malikdir. Sayı 8500-dən artıq
olan quş növündən çoxu böyük miqdarda toplaşıb dəstə yarat-
mağa meyil etməsi ilə fərqlənir. Bu, onların arasında baş vermiş
xəstəliyin az bir zamanda geniş yayılmasına səbəb olduğu kimi,
xəstəliklərin digər həssas canlılara, o cümlədən insanlara y o lux-
ma təhlükəsini də artırır. Quşların əksər növləri az (2-4 il) ömür
sürdüyündən onların arasında xəstəliklərə immuniteti olmayan
cavan quşlar çox olur, bu cəhət xəstəliklərin geniş y a yıl masına
b ö yük təsir göstərir.
Təbii şəraitdə quşların bir çox növü insanlar üçün patogen
mikroblara qarşı həssasdır. Bunların 50-dən çox növü insanın və
187
quş ların yoluxucu və invazion xəstə liklərində infeksiya mənbəyi
rolunu oynayır. Beləliklə, quşlar həmin xəstəliklərin törə dici lə ri-
nin təbiətdə uzun müddət saxlanmasını təmin edirlər.
Hazırda quşların törədiciləri viruslar (gənə və yapon ense fa-
litləri, Qərbi Nil qızdırması, Sindibis qızdırması və s.), rikketsi-
yalar (Kü-qızdırması, Asiya gənə rik ketsiozu və s.), bakteriyalar
(salmo nel yoz, bruselyoz, listerioz, vərəm və s.), spiro xet lər (lep-
tospiroz, gənə spiroxetozu), ibtidailər (toksoplazmoz və s.), gö -
bə ləklər (histo plazmoz və s.), xlamidiyalar (ornitoz və s.) və p a ra-
zit qurdlar (trixi nellyoz və s.) olan xəstəliklərdə infeksiya mən bəyi
rolu oynadığı məlumdur.
Qeyd edilən xəstəlik törədicilərinin vəhşi quşlar və m ə mə li-
lər arasında, çoxlarının isə həşəratlar arasında dövr etməsi y o lu-
xu cu xəstəliklərin təbii ocaqlarının yaranmasını və uzun müd dət
saxlan masını təmin edir.
Kəskin gedişli xəstələnmə ilə yanaşı, quşların bir qismi xəs-
təliyi latent formada keçirir və törədiciləri uzun müddət saxla-
dıqdan sonra xarici mühitə ifraz edirlər. Məlumdur ki, quşlar
Qərbi at ensefalomielitinin virusunu 10 aya qədər, San-Lui ense-
falitinin virusunu isə 30 günə qədər daşıyır və xaric edirlər.
Bəzən latent şəkildə gedən infeksiya xarici mühitin müxtəlif
mənfi təsirləri nəticəsində quşun orqanizminin zəifləməsi z a-
ma nı sürətlə kəskinləşə bilər. Bəzi xöstəliklərin törədiciləri isə
quşların yumurtaları vasitəsilə nəsildən-nəsilə keçə rək onların
yaşadığı yer lər də həmin xəstəliklərin davamlı təbii ocaqlarının
yaranma sına səbəb olurlar.
Məlumdur ki, quşlar çox hərəkət edirlər. Bir qismi qışlamaq
və ya artmaq üçün mütəmadi şəkildə cənubdan şimala və əksinə
köçürlər. Məsələn, Qafqazda və Orta Asiyada yuvalayan qırmızı
sığırçın Hindistanda qışlayır, Moskva ətrafında yaşayan Palıd
tənək quşu Sibir yolu ilə Hind-Çinə köçür və s.
Belə köçərilik virusların və başqa patogen mikrobların bir
öl kədən digər ölkəyə, bir qitədən digərinə keçirilməsinə səbəb
ola bilər. Yoluxucu xəstəliklərin törədicilərinin yayılmasına bila-
va sitə quş lar və onların xarici parazitləri (birə, gənə və s.) səbəb
olur. Məsə lən, Finlandiyada nəsil artırmağa qayıdan köçəri quş-
188
ların müayinəsi zamanı onların üstündə Asiyada və Avropanın
cənub rayonlarında yayılmış gənələr tapılmışdır.
Bir çox təbii-ocaqlı xəstəliklərin epizootoloji və epidemioloji
xüsusiyyətləri müxtəlif növ ektoparazitlərin sahibi olan quşlarla
bağ lıdır. Bununla yanaşı, patogen mikroblarla yoluxmuş m ə mə lilər
(gəmiricilər və s.) də burada müəyyən rol oynayır. Məlum olduğu
kimi, birələr və gənələr bu canlı növlərin arasında bir növ əlaqə
yaradır və xəstəlik törədicilərinin dövr etməsini təmin edirlər.
1953-cü ildə bir qrup tədqiqatçı Azərbaycan, Gürcüstan,
Dağıs tan respublikalarında, Stavropol diyarında və Qroznı vila-
yə tində quş lardan 15 növə aid 2000 gənə toplayır. Müayinə gös-
tərir ki, bu növ lə rin 7-si insan xəstəliklərinin törədicilərini gəz-
dirən, 4-ü isə (Hyal.Plumbeum,Haem.Otophilia,cxodesricinius)
müxtəlif quş növləri üstündə qidalanmışlar.
Quşların üstündə nəinki onların sahibi olduğu ekzoparazitlər,
bəzən təsadüfən böyük epidemioloji əhəmiyyəti olan birə və g ə-
nə lər az müddətə (bir neçə saat) qala bilirlər. Belə hal, adətən,
elə quşlarda rast gəlir ki, onlar yaşadığı müddətdə gəmiricilərlə
qidalanır və ya onların yuvalarından müvəqqəti də olsa istifadə
edirlər. Belə quşlar uçaraq bəzən yoluxmuş xarici parazitləri də
özləri ilə bir yerdən başqa yerə daşıyır.
Buna 1952-ci ildə Dağıstanda havada vurulmuş Qara qartal-
dan Neosilla setosa birələrinin yığılması və eləcə də 1955-ci ildə
qartalın dimdiyindən alınmış qırmızıquyruq qum siçanlarından
taun bakteri yaları ilə yoluxmuş birələrin toplanması misal ola
bilər.
Sinantrop quşlar yaşayış məntəqələrində müxtəlif xəs tə lik lə-
rin törədiciləri ilə yoluxmuş ektoparazitlərin ocağının yaranma-
sına sə bəb ola bilirlər. İnsanların quşlardan yoluxması müxtəlif
növ quşların istehsalı (toyuq, ördək, hind toyuğu) və dekorativ
məqsədlə çox al dılması (tutuquşu, göyərçin, bülbül və s.), quş f ab -
riklərində öldü rül məsi və emalı və su quşlarının ovu zamanı baş
verə bilər.
Vəhşi quşlar təsərrüfat şəraitində ev quşlarına yoluxucu xəs-
tə liklərin törədicilərini yoluxdura və beləliklə xəstəliklərin a n tr o -
purgik ocaqlarının yaranmasına səbəb ola bilərlər. Antropurgik
189
ocaqlarda insanlar çox vaxt quşlarla yayılan yoluxucu xəs tə lik-
lər lə yo luxurlar.
Müxtəlif yoluxucu xəstəliklərdə quşların epidemioloji və e pi -
zootoloji əhəmiyyəti eyni deyildir. Bu, quşların ayrı-ayrı xəs təlik
törədicilərinə həssaslığından, yoluxma mexanizmindən və d i gər
səbəb lərdən asılıdır. Məsələn, bəzən ornitozda, ağcaqanad ense-
faliti qrupuna aid olan xəstəliklərdə, aspargilyozda və digər hal-
larda quşlar təbii rezervuar rolunu oynayırlar. Başqa qrup xəs tə-
lik lərdə (tokso plaz moz, listerioz, gənə ensefaliti və s.) quşlar
epidemik ocaqların saxlanmasında gəmiricilərlə birlikdə əlavə
s a hib və infeksiya mənbəyi rolunu oynayırlar.
Antroponoz yoluxucu xəstəliklərdə (vərəm, qarın yatalağı, p a-
ratif) quşların əhəmiyyəti çox azdır. Onlar çox nadir halda törədi-
cilərin dövranına qoşulurlar.
Quşun orqanizmi ilə yoluxduğu patogen mikroblar arasında
qarşılıqlı əlaqə vardır. Epidemioloji nöqteyi-nəzərdən bu, sxe-
matik və şərti olaraq aşağıdakı variantlarla nəticələnə bilər:
1. Müəyyən mikroblara qarşı yüksək həssaslığa malik quşla-
rın təbii şəraitdə yoluxması zamanı quşlar arasında ayrı-ayrı
xəstələnmə halları və ya epizootiyalar baş verir. Bu zaman quş-
lar bilavasitə onlarla və ya yoluxdurduğu mühitlə təmasda olan-
lar üçün xəstəlik mənbəyi kimi təhlükəlidir. Belə quşlar yolux-
muş ektoparazitlərin daşıyıcılarına və törədicinin donoruna
çev rilə bilər.
2. Yoluxmuş törədiciyə görə az həssas olan quşlarda təbii y o-
luxma zamanı klinik əlamətlər nəzərə çarpmır və törədici xa rici
mühitə ifraz edilmədiyindən yoluxdurma baxımından bilavasitə
təhlükə törətmir. Bununla yanaşı, virusemiya zamanı quşlar qan-
soran həşəratları yoluxduraraq təbiətdə törədicinin dövranını
təmin edirlər. Eyni zamanda quşlar yoluxmuş qansoranları başqa
yerə daşımaqla törədicini yaya bilərlər.
3. Yoluxucu xəstəliklərə həssas olmayan yırtıcı quşlar qara-
mal arasında qara yara və başqa xəstəliklərin epizootiyası z a-
manı onların cəmdəklərini yeyərək ifrazatları ilə törədiciləri ə t-
raf mühitə yaya bilərlər.
190
Yoluxucu xəstəliklərin yaşlı quşlardan cavanlara keçməsi,
adətən, yuvalarda tənəffüs yolu ilə baş verir. Bu qrupa aid olan
xəs təliklərin (ornitoz, vərəm, aspargilyoz və s.) ocaqları əsasən
dəs tə şəklində yaşayan quşlar (göyərçin, koloniya halında yaşa-
yan quşlar və s.) tərəfindən təbiətdə saxlanır.
Alimentar üsulla yayılan xəstəliklərin (salmonelyozlar və s.)
ocaqları çox vaxt suda, sututarların kənarlarında yaşayan bır sıra
sinantrop quşlarla (göyərçinlər və s.) əlaqədar olur.
Transmissiv virus xəstəliklərinin epizootiya şəklində inkişafı
həmin xəstəliklərə qeyri-immun quşların həddindən artıq çoxal-
ması fonunda onlarda viremiya baş verdiyi halda ağcaqanad və
gənələrin iştirakı ilə təmin edilir.
Bəzi ərazilərdə quşların epidemioloji əhəmiyyətinin azalıb-
ço xalması insanın təsərrüfat fəaliyyəti nəticəsində quş növ lə ri-
nin tərkibində və sayında baş verən dəyişikliklə əlaqədar olur.
Azərbaycanda ev və vəhşi quşlar geniş yayılmışdır. Azər bay-
ca nın cənubunda yerləşən dünyada ən böyük Qızılağac qoru-
ğunda çoxlu müxtəlif yerli və köçəri quşlar qeydə alınır. Bunla-
rın bir hissəsi ancaq Azərbaycan ərazisində yaşayır, bəziləri isə
k ö çə ridir, onlar şimal və isti ölkələrlə daima əlaqədə olaraq bəzi
yoluxucu xəstəliklərin törədicilərini bir ölkədən başqa ölkəyə
keçirə bilirlər.
Bununla yanaşı, Kür və Araz çayları hövzələri Sabirabad ra -
y onunun Sarı-Su gölündə, Ağcabədi rayonundakı Ağ göldə,
Bakı arxipelaqında yerləşən Qum adası və bir neçə digər kiçik
adalarda, respublikanın bir sıra gölləri və gölməçələrində, meşə
və düzənliklərində müxtəlif növ vəhşi quşlar qışlayır, yuva salır
və artırlar; insanın yaşayış məntəqələrində də müxtəlif növ
sinantrop quşlar (göyərçin, sərçə və s.) geniş yayılmışdır.
Respublikanın bir sıra rayon və şəhərlərində (Bakı, Abşeron,
Xaçmaz, Siyəzən, Cəlilabad və s.) satış məqsədilə quş fab rik lə-
rin də külli miqdarda ev quşları artırılır. Respublika əhalisi iş və
yaşayış şəraitində müxtəlif quşlarla təmasda olur. Onun bir
qismində peşə ilə əlaqədar, digərində isə məişətlə əlaqədar spo-
radik və ya qrupşəkilli xəstələnmələr baş verir. Respublikada
uzun illər ərzində aparılan tədqiqat işləri göstərir ki, müxtəlif
191
növ quşlar ayrı-ayrı xəstəliklərdə infeksiya mənbəyi rolunu
oynayır.
Müəyyən edilmişdir ki, ornitoz törədicilərin təbiətdə saxlan-
masında 23-dən artıq quş növü (vaqqıldayan quş, kiçik qarabat-
daq, böyük qarabatdaq, balıqçı quşu, sarı balıqçı quşu, boz
balıqçı quşu, zağca quş, avdotka, ağacayı, cüllüt, göycə qarğa,
sığırçın, gümüşü qağayı, çay qaranquşu, tutuquşu, boz göyərçin,
toyuq, ördək, qaz, hind toyuğu), salmonelyozda 5 növ (ev t o-
yuğu, hind toyuğu, vaq qıldayan quş, gümüşü qağayı, ev ördəyi,
ev qazı), Kü-qızdırmasında 11 növ (bataqlıq cüllütü, gümüşü
qağayı, çay su qaranquşu, çöl ördəyi, cürə ördəyi, balaca, böyük
sarı, balıqçı quşu, adi sığırçın), gənə ensefalitində 4 növ (boz
göyərçin, gümüşü qağayı, çay su qaranquşu, qaranaz), Qərbi Nil
qızdırmasında 12 növ (gəzəyən quş, gümüşü qağayı, çay su q a-
ranquşu, kiçik qarabatdaq, vaqqıldayan quş, ağ və sarı balaca
vağ, qaranaz, göycəqarğa, adi sərçə, ala qarğa, adi sığırçın),
sind bis qızdırmasında 5 növ (kiçik qarabatdaq, vaqqıl da yan quş,
ağ və sarı balaca vağ, qaranaz), Asiya gənə rikket siozunda 2 növ
(gümüşü qağayı, sarı vağ), leptospirozda 4 növ (gümüşü qağayı,
ev ördəyi, ev qazı, sarı vağ), toksoplazmozda 11 növ (ev toyuğu,
boz göyərçin, ev göyərçini, bataqlıq cüllütü, gümüşü qağayı, çöl
belibağlısı, çalağan, qara keçəl kərkəs, adi bayquş, qarğa, qara
qarğa) ev, sinantrop və ya vəhşi quşlar iştirak edirlər.
192
Buğumayaqlılar və onların
epidemioloji əhəmiyyəti
Buğumayaqlılar vasitəsilə yayılan xəstəliklər “transmissiv”
xəstəliklər adlanır. Bunlar 2 qrupa bölünür: obliqat və fakültativ
transmissiv xəstəliklər. Obliqat transmissiv xəstəliklərin (səpgili
yatalaq, malyariya, sarı qızdırma və s.) törədiciləri ancaq h ə şə-
rat lar vasitəsilə, fakültativ transmissiv xəstəliklərin (Kü -qız dır-
ması, taun, tulyaremiya və s.) törədiciləri isə həm canlı k e çi ri ci-
lər, həm də ətraf mühit amilləri vasitəsilə yayılır. Həşəratlar
v a si təsilə yayılan virus xəstəliklərinə “arboviruslar” deyilir
( i n gilis sözü olub, “arthropood-borneviruses – həşəratlarla y a-
yılan viruslar).
Epidemioloji və epizootoloji əhəmiyyətə malik olan b u ğum-
ayaq lıların biri də gənələrdir.
Gənələr (Acarina yarımdəstəsi, Arachnoidea sinfi, chelice-
rata yarımtipi, Arthropoda tipi) nisbətən kiçik (1,1-dən 10-25
mm-dək) canlılar olub, ev və vəhşi heyvanlardan bir sıra qor-
xulu xəstəliklərin törədicilərini (bakteriya, virus, rikketsiya və
s.) insanlara yoluxdururlar. Bu xəstəliklərin törədiciləri gənə lə-
rin orqanizmində artır və uzun müddət sağ qalırlar. Bunlar qan
sormağa uyğunlaşdığı üçün baş hissəsi ona müvafiq mürəkkəb
quruluşa malikdir, bədəni sürüşkən və monolitdir. Azad yaşayan
gənələrin bədəni, adətən, seqmentlidir. Onlar metamorfoz üsulu
ilə inkişaf edirlər. Belə ki, altıayaqlı sürfə dövrü ardıcıl d ə yi şə-
rək səkkizayaqlı nimfa, sonra isə yetkin inkişaf forması ilə əvəz
olunur.
Gənələrin həyat tərzi olduqca müxtəlifdir. Onlar torpaqda,
m üx təlif heyvanların yuvalarında, onurğalıların dərisinin içə ri-
sin də və üstündə, şirin suda və dəniz sularında yaşamağa uyğun-
laşmışlar. Gənələrin bəzi növləri sinantropdurlar (məsələn, taxıl
və un ziyanverici gənələri). Bunlardan daha yüksək epidemioloji
əhəmiyyətə malik olanları ilə tanış olaq.
Qırmızıbədən gənələr (trombicula) böyük epidemioloji əhə-
miy yətə malikdirlər. Bu gənələrin sürfə mərhələsi qırmızı rəng-
dədir, nimfa və yetkin mərhələsi torpaq canlıları olub (bəlkə də,
193
yırtıcı), qan sormur. Sürfə dövründə onlar gəmiricilərin, quşların
və reptililərin (suda-quruda yaşayan) ektoparazitləri rolunu o y-
nayırlar. Qırmızıbədən gənələr Susuqamuşi qızdırmasının törə-
di cilərini gəzdirirlər. Törədici transovarial yolla gənələrin bir
nəs lindən digərinə keçərək xəstəlik törədicisinin uzun müddət
saxlanılmasını təmin edir. İnsanlar xəstə gənələrin dişləməsi n ə-
ti cəsində Susu qamuşi qızdırması ilə yoluxurlar. Susuqamuşi t ö-
rə dicilərinin əsas keçiriciləri Trombiculaakamushi,T.orientalis,
T.pavlovski və s. gənələrdir. Bu xəstəlik ən çox Asiya q i tə sinin
tropik və subtropik ölkələrində, Avstraliyada Okeaniya a d a -
larında, həmçinin Uzaq Şərqdə təsadüf edilir. Azərbaycanda xəs-
tə liyə Lənkəran təbii ovalığında rast gəlinir.
İkisodid gənələri də yer üzərində geniş yayılmışdır, bunlara
dünyanın bütün qitələrində təsadüf edilir. Onlar onurğalıların
müvəqqəti qansorucu parazitləridir və əksərən məməlilər ü zə-
rində parazit həyat sürürlər. Nisbətən çox az hallarda quşlar və
sürünənlər, tək-tək hallarda isə onurğasızlar, amfibiya və mol-
yuskalar onların sahibi rolunu oynayırlar.
Yoluxucu və parazit xəstəliklərin törədicilərini keçirmək x ü-
su siy yətinə görə iksodid gənələri xeyli fərqlənirlər. İnsan patolo-
giyasında bu gənələrin böyük əhəmiyyəti vardır. Onların bir
çoxu gənə ensefaliti, tulyaremiya, gənə rikketsiozu və başqa xəs-
təliklərin keçiriciləridir. Hazırda təbiətdə aşkar edilən 71 növ
iksodid gənələrinin 58 növü arbovirus törədicilərini yoluxdura
bilir.
İksodid gənələri pusquda duran otlaq qan sorucularına aiddir.
MDB ölkələrində 70-dən çox iksodid növləri məlumdur və ö l kə-
nin müxtəlif landşaftlarında – Sibirin tikanyarpaq tayqasından
tutmuş, Avropa qarışıq meşələri, meşə-düzənlikləri, dağ meşə-
lə ri, düzənliklər, yarımdüzənlik və səhra landşaftlarında qeyd
edi lir. Şimaldan cənuba doğru getdikcə iksod gənələrin növ lə-
rinin sayı artır (22-yə çatır).
Ayrı-ayrı iksodid gənələrinə müəyyən landşaftlarda təsadüf
edi lir. Belə ki, İ.persilcatusvəİ.ricinus – çox vaxt tikanyarpaq
və yarpaqlı meşələrdə, açıq kolluq düzənliklərdə; Dermacentor
194
pictus çəmənliklərdə; Derm.marginatus düzənlik lərdə; Hyal.asi-
aticim yarımsəhra və səhra şəraitində yaşayır.
MDB ölkələri faunasına aid olan 70-dən çox iksod gənə-
lərinin ancaq bir neçə növü ev heyvanlarının parazitləridir. Q a-
lan ları isə kiçik məməlilərin (həşəratyeyənlər, əli qanadlılar, yır-
tıcılar, gəmiricilər və s.) və quşların parazitləri sırasına daxildir.
İkso didlərin bəzi növləri insanı dişləyirlər. Onlardan İ.persulca-
tus və İ.ricinus gənə ensefalitinin keçiriciləridir.
Bioloji inkişaf dövrü 4 mərhələdən ibarətdir – yumurta-
sürfə-nimfa-yetkin forma (imaqo dişi və erkək cinslərə malik-
dir). Əksər iksodid gənələrinin bioloji dövrləri müxtəlif inkişaf
mərhələlərində qeyd edilən mövsümi diapauzaları əhatə edir.
Diapauzalar özünü ilin müəyyən dövründə gənələrin inkişa-
fının dayanması ilə göstərir. Bunun nəticəsində təbiətdə fəal sür-
fə lərin, nimfaların və yarımyetkin gənələrin qeyd edilməsi m ü-
əyyən mövsümlərlə sıx əlaqədardır; ayrı-ayrı növün bioloji
dövrü müəyyən davamiyyətə malikdir. Belə ki, yay-payız fəsil-
lə rində D.marginatus-un tox erkəklərinin diapuzası qeyd edilir.
Dişi gənələr isə yazın axırında artıq yumurta qoyurlar (dişilər
yazda qidalanıb doyur və ancaq bundan sonra yumurta qoyurlar,
doyunca qida qəbul etmək yayda və payızda mümkün olarsa,
onda gələn ilin yazında yumurta qoyurlar).
Səhrada yaşayan gənələrin yumurtadan imaqo dövrünə qədər
inkişafı ilin bir isti fəslində başa çatır. Sürfələr yayın əvvəlində,
nimfalar yayın ikinci yarısında, yetkin formalar isə payız və yaz-
da fəallaşır. Beləliklə, inkişafını başa çatdırmış gənələr insanlara
yaz və payız fəsillərində keçib qanını sorurlar, ona gö rə də i n-
sanlarda bu gənələrlə yayılan xəstəliklər yaz-payız fəsillərində
təsadüf edilir.
İ.persulcatus,İ.ricinus gənələrində hər fəal inkişaf dövründə
diapauza baş verdiyindən bioloji dövr 3 ilə başa çatır. Yetkin i k-
sodid gənələri daha çox böyük məməlilərə (dırnaqlılar, yırtıcı-
lar), ilk inkişaf mərhələlərində (sürfə, nimfa) isə gəmiricilər və
hə şə rat yeyənlərə hücum edirlər.
Gənələr otlaqlarda özlərinin bioloji sahiblərinə hücum edir-
lər. Bunun üçün onlar ayaqları ilə bitkilərdən yapışaraq hücum
195
vəziyyəti alıb hərəkətsiz dayanır və bir neçə həftə ərzində sahi-
bini gözləyirlər. Heyvan yaxınlaşdıqda qabaq ayaqlarını ona tə -
rəf uzadıb tez onun üzərinə keçirlər. Pusqu yerini axtarmaq üçün
gənələr on metrlərlə məsafədə yer dəyişirlər və çox vaxt h ey van-
ların ov cığırları ətrafında özünə pusqu seçirlər. Onlar iy (qoxu)
hiss edərək torpaqdan heyvanın üstünə keçirlər. Yetkin g ə nələr
heyvanların başında, boynunda, döşündə, əmcəyində; sürfə,
nimfa və imaqo formaları isə gözün dövrəsində, xayalarda və
başqa yerlərdə məskunlaşırlar.
Onlar hər inkişaf mərhələsində bir dəfə qidalanıb başqa mər-
hələyə keçirlər. Sürfələr, nimfalar orta hesabla 3-6 gün, imaqo
(dişilər) isə 7-12 gün ərzində qidalanır. Qidalanma tipinə görə
gənələri üç, iki və birsahibli gənələrə ayırırlar.
Üçsahibli gənələr hər fəal fazada donora sərbəst hücum edir-
lər. Yumurtanın inkişafı və tox sürfələrin qabıq dəyişməsi sahib-
dən kənarda (otlaqlarda, torpağın kiçik yarığında, yuvada, döşə-
mədə və s.) baş verir. Bununla əlaqədar olaraq üçsahibli gənələr
hər fəal mərhələdə xəstəlik törədicilərini donordan öz nəslinə tr an-
sovarial yolla keçirirlər.
Gənələrin yoluxması onların inkişafının bütün fəal fazala-
rında baş verə bilər. Birinci inkişaf mərhələsində aldığı törə-
dicini qalan mərhələlərdə yeni sahibə keçirə bilər. Beləliklə, ilk
i n kişaf mərhələsində yoluxan gənələr ömrünün sonuna qədər
yoluxmuş olur. Sonradan isə törədicini növbəti nəslə keçirir. İ k-
sod gənələrinin əksəriyyəti üçsahiblidir.
İkisahibli gənələrdə: birinci sahibdə sürfə və nimfalar (tox
sürfənin qabıq dəyişməsi sahibin üzərində baş verir), ikinci s a-
hib də isə yetkin gənələr (imaqo) qidalanırlar. Birsahibli gənə-
lərin bütün inkişaf dövrü bir sahibin üzərində keçir (çox vaxt iri
m ə məlilərdə). Ona görə də onlar törədicini donordan resipiyentə
ancaq transovarial yolla nəsildən-nəsilə keçirə bilirlər. İksod
gənələri 2 ilə qədər ac qala bilirlər.
MDB ölkələrində 60 növdən çox iksodid gənələri məlumdur.
Onların yarısından çoxu xəstəliklərin təbii ocağında əsas keçirici
kimi iştirak edirlər. Azərbaycan respublikası ərazisində 35-dən
çox iksod gənə növləri məlumdur. Onlardan 13 növü müxtəlif
196
yoluxucu xəstəliklərin təbii ocaqlarında iştirak edirlər. Ən m ü-
hüm epidemioloji əhəmiyyəti olan bir neçə iksodid gənələri ilə
tanış olaq.
J.ricinus. MDB ölkələri ərazisində Latviyada, Litvada,
Es toniyada, Sankt-Peterburq və Smolensk vilayətlərində, Belo-
rusiyada, Ukraynada, Krımda, Qafqaz və Zaqafqaziyada, Kali-
nin, Moskva, Ka lininqrad, Qorki, Kuybışev, Saratov vilayətlə-
rində, Çuvaş, Mol daviya respublikasında, Volqaətrafı rayonlarda
və başqa yerlərdə ya yılmışdır. Azərbaycanda bu növ gənə meşə
və meşəətrafı ərazilərdə daha çox tapılır (Lənkəran, Zaqatala-
Quba və s. zonalar). Xarici ölkələrdə bu növ gənə Avropanın q a-
r ışıq meşələrində, Böyük Bri taniyada, Şimali Afrikada, Şimali
Amerikada qeyd edilir. Onların ən səciyyəvi stasiyaları yarpaqlı
və iynəyarpaqlı meşələr və kolluq, açıq sahələrdir.
Bu gənələrin əsas sahibləri müxtəlif ev və vəhşi heyvanlar-
dır: qaramal və davar, at, it, pişik, siçan, tülkü, porsuq, dovşan,
müxtəlif siçanabənzərlər (meşə siçanı, çöl siçanı və s.), həşə rat-
ye yənlər (kirpi, yereşən və s.), sürünənlər (ilan, kərtənkələ və s.)
yerdə yaşayan quşlar və s. Sürfə və nimfalar gəmiricilərə və baş-
qa kiçik məməlilərə hücum edirlər, quşlarda da aşkar edilir. İma-
qo böyük məməlilərin üzərində qidalanırlar. İnkişafı 3 s a hib li t i-
pində gedir. Şimalda əsasən iribuynuzlu heyvanlarda inkişaf
dövrü 4-5 il çəkir. İlin bütün isti vaxtında fəal olurlar.
Jxodesricinus gənə ensefalitinin keçiriciləridir, bunlar xəs tə-
liyin törədiciləri olan virusları transovarial yolla nəsildən-nəsilə
ötürürlər. Bununla yanaşı, arboviruslardan Şotlandiya ensefaliti,
böyrək sindromlu hemorragik qızdırma, Kü-qızdırması, parok-
sizmal rikketsioz, tulyaremiya, listerioz, ornitoz, erizepeloidin
təbiətdə keçiricisi rolunu oynayırlar. Azərbaycanda J.ricinus
gənələri Kü-qızdırması və s. xəstəliklərinin təbii ocaqlarının y a-
ran masında iştirak edirlər.
Dermacentor marginatus. MDB ölkələrində Ukrayna çöl-
lərində (MDB-nin qərb sərhədlərindən başlayaraq), Don, Krım
vilayətləri, Qafqaz və Zaqafqaziya, orta və aşağı Volqa ətrafında,
Qazaxıstanda, Orta Asiya dağlarında (Şərqi Qazaxıstan, Ö z bə-
kistan, Qırğızıstan, Tacikistan dağları), Qərbi Sibirin şərq və c ə-
197
nub hissəsində, Ob çayı və Teles gölü ətrafında yayılmışdır. Bu
gənənin yayılma arealı cənubi Avropa (İtaliya, İspaniya, Balkan
yarımadası) və Aralıq dənizi adalarını (Korsika, Sardiniya, R o-
dos) əhatə edir.
İnkişaf dövrünü başa çatdırmış gənələr üçün əsas sahib r o-
lu nu qaramal və davar, camış, qoyun, keçi, at, eşşək, donuz, də -
və, canavar, it, dovşan və kirpi oynayır. Sürfələr və nimfaların
sahibi rolunda müxtəlif vəhşi həşəratyeyən gəmiricilər (12 növ-
dən çox müxtəlif siçanabənzərlər) və xırda yırtıcılar iştirak edir-
lər. Yetkin gənələr heyvanlara əsasən yazda hücum edirlər, onlar
p a yızda da öz fəallığını saxlayırlar. İnsanlara da həvəslə hücum
edirlər, yayda isə nə dişilər, nə də erkəklər fəal olmurlar. Sür fə-
lər iyun-iyul, nimfalar isə iyul-avqust aylarında fəallaşırlar.
Bu gənələr tulyaremiyanın keçiricisi hesab olunur. Bütün
inkişaf dövrləri ərzində gənə törədicini özündə saxlayır və trans-
vorial yolla növbəti nəslə keçirir. Yetkin gənələr bütün ömrü
boyu (2 ilə yaxın) törədiciləri öz orqanizmində saxlayaraq epi-
zootiyalararası dövrdə ocaqda infeksiyanın mövcud olmasını
təmin edirlər. Bundan başqa, D.marginatus gənə ensefalitinin,
Dxori, Bxanca virusu, hemorragik qızdırma, Asiya gənə səpgili
yatalağı, Kü-qızdırması, ornitozun, taunun, bruselyozun, tulya-
remiyanın, listeriozun, erize peloidin təbiətdə keçiricisi və saxla-
yıcısı kimi məlumdur.
Azərbaycanda bu gənələr geniş yayılmışdır və onun arealı
d ü zən liklərdən tutmuş dağlıq və yüksək dağlıq zonalarını əhatə
edir. Respublikada tulyaremiya, listerioz, erizepeloid, gənə ense-
faliti, Bxanca qızdırması xəstəliklərinin təbii ocaqlarında bu
gənələrin spontan yoluxması müəyyən edilmişdir. Naxçıvan
Muxtar Respublikasının Batabat yaylaqlarında tulyaremiya epi-
zootiyasında əsas keçiricidir, heyvanlar bu yerlərdən arana
köçəndə həmin gənələr tulyaremiya bakteriyalarını da özləri ilə
həmin ərazilərə aparırlar.
Dermacentor pictus (Çəmənlik gənəsi). Əsasən Avropada,
Qazaxıstan və Qərbi Sibir meşə-düzənlik zonasında və onun
yaxınlığında yerləşən yarpaqlı və iynəyarpaqlı meşələrdə yayıl-
mışdır. İnkişaf dövrü və sahiblərinin çoxluğu ilə D.marginatus-
198
dan fərqlənmir. İnsana hücum etmir. Təbiətdə gənə ensefaliti,
D xo ri qız dırması, hemorragik qızdırma, böyrək sindromlu h e-
morragik qız dırma, Asiya gənə səpgili yatalağı, tulya remiya,
bruselyoz, listerioz təbii ocaqlarında iştirak edir. Azərbaycanda
əsasən dağlıq və yüksək dağlıq zonalarında çox yayılmışdır.
Rhipicephalus Sanguinues (Mixəyi rəngli it gənəsi). Bütün
qitə lərdə yayılmışdır. MDB-nin Avropa hissəsinin Qara dəniz
sa hillərində, Krımda, qərbi və şərqi Zaqafqaziyada, Krasnodar
diya rında və Türkmənistanda təsadüf edilir. Aralıq dənizi, c ə-
nubi Asiyada və Amerikada qeyd edilir. Əsas sahibi itlərdir, çox
az hallarda qaramal və davarda rast gəlinir. İnsanlarda da müşa-
hi də edilmişdir. Bütün inkişaf dövrünü itlərin üzərində keçirir.
İnkişafını bitirmiş gənələr may-iyun, nimfalar iyul-avqust ayla-
rında fəal olurlar.
Marsel qızdırmasının əsas keçiriciləridir, törədici bütün inkişaf
dövrlərində saxlanılır və transovarial üsulla nəsildən-nəsilə keçir.
Bununla yanaşı, gənə ensefaliti, Krım hemorragik qızdır-
ması, böyrək sindromlu hemorragik qızdırma, Asiya gənə səpgili
yatalağı, Kü-qızdırması və taunun təbii ocaqlarında iştirak edir-
lər. Bunlara Azərbaycanda, demək olar ki, bütün təbii-coğ rafi
z o na larda təsadüf olunur və Marsel qızdırmasından başqa, Kü-
qızdırması, tulyaremiya, taun, gənə ensefalitinin təbii ocaq la-
rında keçirici kimi iştirak edirlər.
Hyalomma plumbeum plumbeum MDB-də – Ukraynada,
Krımda, Qafqazda, Qərbi Zaqafqaziyada, aşağı Volqa ətrafında
(Həştərxan) yayılmışdır. Ölkəmizdən xaricdə cənubi Avropada,
Şimali Afrikada və kiçik Asiya ölkələrində qeyd edilmişdir.
Yetkin gənələrin sahibi rolunu əsasən kənd təsərrüfatı hey-
vanları oynayırlar, bununla yanaşı, dovşan, vəhşi yırtıcı quşlar
və boz kəkliklərin də üzərində qidalanırlar. Sürfələr və nimfalar
boz kəklik, yırtıcı quşlar, sərçələr, cüllütlər, qaranquş və ev quş-
larının üzərində qidalanırlar. İki sahib dəyişirlər. İlin bütün isti
vaxtında fəaldırlar, iyulda fəallığı zəifləyir. Sürfələri iyunun
ikin ci yarısında heyvanların üzərində müşahidə edilir, iyunun
3-cü dekadasında çoxlu nimfalar qeyd olunur. İyulun ortasında
nimfalar yetkin gənələrə çevrilir.
199
Azərbaycanda aran və dağətəyi zonalarda bu gənələr geniş
yayılmışdır və gənə ensefaliti, Krım hemorragik qızdırması, Kü-
qızdırması və listeriozun təbiətdə keçiricisi kimi müəyyən edil-
mişdir. Başqa ərazilərdə, bununla yanaşı, qərbi Nil qızdırması,
hemorragik qızdırma, tulyaremiya, bruselyozun epizo oti yasında
iştirak edirlər.
Bu gənələrdən başqa, aşağıda epidemioloji əhəmiyyəti olan
bəzi başqa gənələrin yoluxucu xəstəliklərin təbii ocaq la rın da işti-
rakı və Azərbaycanda qeyd edilməsi haqqında məlumat verilir.
Dostları ilə paylaş: |