Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 4,52 Mb.
Pdf görüntüsü
səhifə18/65
tarix29.12.2016
ölçüsü4,52 Mb.
#3871
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

Hünülər (mığmığalar) 

Hünülər qansoran həşəratlar olub, Phlebotomus cinsinə aid-

dir lər.  Phlebotomus  cinsi  kəpənəklər  (Psychodidae)  fəsiləsinə, 

Phlebo tominae yarımfəsiləsinə, Orthorrhapha düztikişlilər y a-

rımdəstəsinə,  Diptera  ikiqanadlılar  dəstəsinə  aiddir.  Bədəni  sıx 

tükcüklərlə  örtül müşdür.  Döşünün  yuxarı  hissəsi  qabarıqdır. 

Sürfələri bitkilərin çü rün tü məhsulları ilə qidalanır.



Phlebotomus-ların  dişiləri  qanla  qidalanır,  erkəkləri  isə  qan 

sor madığından  epidemioloji  təhlükə  törətmir.  Dişilər  insan  və 

hey vanların  qanı  ilə  qidalanırlar.  Dişləmələri  ağrılıdır,  yerində 

şiddətli  dəri  reaksiyası  baş  verir.  Onların  kütləvi  hücumu  xeyli 

narahatlıq  törədir,  bunlar  pappataçi qızdırması, dəri və daxili

üzvlərin(visseral)leyşmaniozuxəstəliyininkeçiricisi kimi böyük 

epidemioloji əhəmiy yətə malikdir. Hünülərin 300-dən çox növü 

məlumdur, onlar isti ölkələrdə yaşayırlar. Hünülər elə yerdə yayı-

lırlar  ki,  orada  50  gün  müd dətində  orta  hərarət  20ºC-dən  aşağı 

düşməsin  (bir  popul ya siyanın  inkişaf  dövrü).  Şərq  yarım kürə-

sində quraqlıq rayonlarda, qərbdə isə, əksinə, rütubətli, xüsusilə 

meşəlik, tropik və subtropik rayonlarda yayılmışdır. Təbii ş ə ra-

itdə həm yaşayış yerlərindən uzaqda, həm də yaşayış mən təqə lə-

rində yayılırlar. Təbiətdə onların inkişafını təmin edəcək sığına-

caq  yerləri  gəmiricilərin  yuvası,  mağaralar,  ağacların  oyuqları, 

yaşa yış  məntəqələrində  isə  tövlələr,  donuz,  it  saxlanılan  yerlər, 

zibil yeşikləri, toyuq hini, zirzəmilər və s. ola bilər.

İndiyə  qədər  hünülərin  300-dən  çox  vəhşi  heyvanların  və 

quş ların  yuvalarında  və  digər  yaşayış  yerlərində  yaşaması  m ə-



210

lum dur.  Vəhşi  heyvanların  –  tülkü,  canavar,  çaqqal,  tirəndaz, 

bö yük  qum  sişanı  və  s.  yuvalarında  bunlara  daha  çox  təsadüf 

edilir. 


Hünülərin  Phlebotomus, Sergentomyia, Lutzomyia, Brumto-

myia cinsləri məlumdur. MDB-də əsasən iki cinsə aid (Phleboto-

mus,Sergentomyia) 22 növ Türkmənistan, Özbəkistan, Tacikis-

tan,  Qırğı zıs tan  və  Qazaxstanın  cənub  rayonları,  Zaqafqaziya 

respublikaları,  Krım,  Ukraynanın  cənubu  və  Moldovada  yayıl-

mışdır.  Ölkəmizdə  epidemioloji  əhəmiyyətə  malik  olan  tipik 



Phl.papatasiiS.Phl.Sergenti P., Phl.caucasicus M. və Phl.chi-

nensis hünüləridir.

MDB faunasına aid olan hünülər həm şəhər və kənd tipli bö -

yük  yaşayış  məntəqələrində,  həm  də  məskunlaşmayan  təbi ətdə 

(vəhşi heyvanlarla əlaqədar) külli miqdarda artıb bir sıra xəs tə-

liklərin fəal keçiricisi rolunu oynaya bilərlər. Hünülər leyşmani-

ozun yeganə keçiriciləridir. MDB-də zoonoz tipli dəri leyşmani-

ozunda  bu  hünü  növləri:  Phl.sergenti, Phl.alexandri, Phl.

caucasicus,Phl.pappatasii,S.arpaklensis,S.sumbarica,S.clydei,

Phl.kandelakii,S.grekovi rol oynayır.

Xəstə  qum  siçanının  yuvalarından  tutulmuş  hünülərin  leyş-

ma niozla yoluxması aşkar edilmişdir. Bunların bir neçə növünün 

eks perimental şəraitdə dəri leyşmaniozunun törədicilərinə qarşı 

yüksək həssas olması və qansorma zamanı onları keçirmə qabi-

liy yətləri müəy yən edilmişdir.

Hünülərin  orqanizmində  leyşmaniyalar  artmaqla  bərabər, 

qam çı  mərhələsinə  keçir  və  ömrünün  sonuna  qədər  orada  qala 

bilir lər. Məlum olduğu kimi, MDB ərazisində Orta Asiya və Z a-

qafqaziya  respub lika larında  daxili  (visseral)  leyşmanioz  qey də 

alınır. Orta Asiyada qeyd edilən visseral leyşmanioz törə di ci si-

nin keçiricisi qismində Phl.pappatasii və Phl.caucasicus, Zaqaf-

qaziya respub likalarında isə Phl.chinensisPhl.KandelakiiPhl.

Tobbi və s. rol oynayır.

Hünülər  insanlar  arasında  pappataçi qızdırmasının  keçiri-

ciləridir. Keçirici qismində Phl.pappatasii istisna edilməklə b ü-

tün  hünülər  iştirak  edirlər.  MDB-də  bu  xəstəliyə  Orta  Asiya, 



211

Zaqafqaziya, Şimali Qafqaz və Krımda rast gəlinir. Son zaman-

lar xəstələnmənin səviyyəsi xeyli azalmışdır.

Morfoloji  quruluşuna  gəldikdə  qeyd  edilməlidir  ki,  onların 

b ə  dən  uzunluğu  1,5  mm-dən  3,5  mm-ə  qədərdir.  Baş  bədənə 

nisbətən o qədər də böyük deyil. Xortumcuğu itidir. Döşü uzun 

sarımtıl tüklərlə örtülmüşdür. Döşün orta hissəsinə lövhə yə bən-

zər,  tükcüklərlə  örtülmüş  2  qanad  birləşmişdir.  Qanadlarında 

m  ü  şa  hidə olunan damarlar nəslin fərqləndirici əlamətidir. Ayaq-

ları hər döş seqmentinə birləşmişdir. Onlar nazik və uzundur, a ğ-

ca qanadların ayaqlarından qısa və möhkəmdir. Ayağının birinci 

üzvcüyü çanaqdır, sonra burma, nəhayət, uzun bud gəlir. Bundan 

sonra diz yerləşir. Ayağı 5 üzvcükdən ibarət olub, bir cüt dırnaq-

larla qurtarır.

Qarın nahiyəsi 10 üzvcükdən ibarətdir, onların 7-si aydın nə -

zərə  çarpır,  qalanları  çox  dəyişilmişdir. Axırıncı  2  üzvcüyündə 

tənasül çıxıntısı yerləşir. Növlərin hamısında dişilərdə onlar eyni 

formada sadə quruluşdadır. Erkəklərin 9 və 10 üzvcüyü xarici t  ə -

n a sül çıxıntısını təşkil edir. Onların quruluşu mürəkkəbdir. Erkə-

yin tənasül aparatının xarici morfoloji quruluşundakı fərqə görə 

müxtəlif  növ  hünüləri  bir-birindən  fərqləndirirlər.  Hü  nü lə rin 

təyinində bəzi daxili orqanların (ağız boşluğu, udlaq, dişinin y u-

murtalığı) quruluşu müəyyən əhəmiyyət daşıyır.

Ancaq dişiləri qan sorur, həyatının 36 saatından etibarən q i da-

lan mağa başlayırlar. Adətən, nəm və qaranlıq yerdə dişi uzun sov-

oval formada 30-60 kiçik yumurta qoyaraq məhv olur. H ü nülərin 

metamorfozu  aşağıdakı  fazalardan  ibarətdir:  y u  m ur ta-sürfə-pup-

imaqo. Yumurtanın inkişaf müddəti mühitin temperaturundan və 

rütubətindən asılıdır.

Yumurtalardan  26-30ºC-də  6-7  gündən  sonra  sürfə  əmələ 

gə lir.  Sürfə  qabıqvermə  ilə  müşayiət  olunan  4  mərhələ  keçirir. 

Q  a  bıq  vermənin müddəti temperaturdan asılıdır, ondan sonra orta 

hesabla 7-10 gün keçir. 4-cü qabıqvermədən 25-28 gün keçdikdə 

sürfə pupa çevrilir, onlar qidalanmır, hərəkət etmirlər. Pup mər-

hə ləsi  11-16  gün,  ümumiyyətlə,  bütün  metamorfoz  7-8  həftə, 

aşağı  temperaturda  138-260  günə  qədər  davam  edir.  Çox  vaxt 

h ü nü lər  gəmiricilərin  yuvalarında  artırlar.  Burada  yetkin  həşə-


212

ratlar yuva sahibinin qanını sormaqla, sürfələr isə onun ifrazatı 

ilə qidalanırlar. Hünülər 1-1,5 km-ə qədər uzaq məsafəyə uçur-

lar.


Bitlər

Bitlər  İnsecta  həşəratlar  sinfinə,  Anoplura  dəstəsinə,  Sip-



hunculata  yarımdəstəsinə  aiddir.  Siphenculata  yarımdəstəsinə 

isə 200 növə qədər bit daxildir. Bitlərin bütün növləri qansoran-

dırlar.  Hər  növün  spesifik  (məməlilər  sinfi)  sahibi  var.  İnsanın 

paraziti qismində bitlərin 3 növü iştirak edir: baş biti – Pedicu-



lus humanus capitis, paltar biti  Pediculus humanus corporis 

s. vestimenti və qasıq biti – Phthirus pubis Leach .

Pediculus  bitləri  (capitis,  corporis)  rikketsiozlar  (epidemik 

səpgili yatalaq, Volın qızdırması) və qayıdan yatalaq törə di ci lə ri-

nin keçiriciləridir.

R.prowazeki törədiciləri bitlərin epitel hüceyrələrində, R.gu-

in  tana  isə  bilavasitə  bağırsaqlarının  daxilində  çoxalırlar.  Bitlər 

səpgili ya talaq törədicilərinin yeganə keçiricisidir. Paltar bitinin 

epidemioloji əhəmiyyəti daha yüksəkdir. Səpgili yatalaq törə di-

ci ləri  ilə  bitlər  həm  yetgin,  həm  də  sürfə  və  nimfa  dövründə 

yoluxurlar. Bitin bə dəninə daxil olmuş rikketsiyalar 4-5 gün a n-

caq epitel toxumalarında inkişaf edirlər, bu toxumalar sonradan 

dağılır və rikketsiyalar ba ğır saq boşluğuna düşərək nəcislə ifraz 

olunurlar. Bu dövrdə qaşıma nəticəsində dərinin epitel toxuması-

nın  tamlığı  pozulur  və  törədici  orqanizmə  daxil  olaraq  insanı 

yoluxdurur.  Rikketsiozlar  bitlərə  ölümcül  təsir  göstərir.  Yolux-

muş bitlər 40 gündən çox yaşamır.

Qayıdan səpgili yatalaq xəstədən sağlamlara ancaq bitlər v a-

si təsilə  keçir.  Xəstənin  qanını  sorarkən  rekkurens  spiroxetləri 

bitlərin mədəsinə daxil olur, 6-24 saatdan sonra mədədən törədici 

yox olur, 6-8 gündən sonra hemolimfaya keçib orada 5-12 gün 

ərzində artır. Bu vaxtdan etibarən bitlər spiroxetləri 5-8 gündən 

28  günə  qədər  keçirməyə  qabildir.  Qaşınma  zamanı  yoluxmuş 

bitin  əzilməsi  nəticəsində  onun  hemolimfası  ilə  birlikdə  xaric 

olan spiroxetlər dərinin tamlığı pozulduğu yerdən (bitin dişlədiyi 

yer, qaşıma yeri və s.) insanın bədəninə daxil olur.



213

Qasıq bitləri  xəstəlik  keçiricisi  olmadığından  epidemioloji 

əhəmiyyətə malik deyildir, onların dişlədiyi yerdə ancaq derma-

tit əmələ gəlir. Qasıq biti qısa enli bədənə malikdir. Başı arxadan 

bir  qədər  da ra laraq  döşündə  yerləşir.  Döşü  ilə  qarnı  arasında 

ay dın  sərhəd  yox dur.  Qarın  arxadan  daralaraq  yanlarında  bir 

n e çə cüt tükcüklü bar ma ğabənzər çıxıntısı vardır. Dişinin qarın 

qurtaracağı  bölünmüşdür,  er kəklərdə  isə  dairəvidir.  Qarın  ö r tü-

yün dən tünd xitin zolaqlar görü nür.

Baş və paltar bitləri bədənlərinin uzunsov və ensiz olması ilə 

fərqlənir. Baş orta hissəsində genişlənmişdir, bir cüt göz, bir cüt 

an tena  və  qabaqda  deşici-sorucu  tipli  ağız  aparatına  malikdir. 

Baş döşdən nazik boyunla ayrılır. Döşü birləşmiş (seqmentsiz), 

trapesəbənzər formadadır. Qarnında 6 cüt festonlar var. Sonuncu 

cüt  festonun  arxasında  qarının  axırıncı  seqmenti  yerləşir.  D i şi-

lərdə  bunun  qurtaracağı  bölünmüş  olur.  Onların  qarın  ö r tü yün-

dən yumurtalar görünür. Erkəklərdə qarının qurtaracağı girdə və 

seliklə  örtülü  olur.  Burada  xitinləşmiş  zolaqlar  görünür,  bəzən 

zolaqların birləşmiş ucu paz kimi xaricə çıxır.



Paltarbiti əksərən alt paltarın büküşlərində, başbiti isə başın 

tüklü  hissəsində  yaşayır.  Onlar  insan  bədəninin  temperaturuna 

uyğunlaşaraq 25-37ºC-də daha çox hərəkətli olurlar. Temperatur 

5ºC-dən aşağı düşdükdə aktiv fəaliyyəti dayanır. Gün ərzində 2-3 

dəfə  qan  sorurlar.  10º-20ºC  temperaturda  10  günə  kimi  ac  qala 

bilirlər. Yüksək temperaturda ac qalma müddəti azalır.

Qasıq  biti  əksərən  qasığın  tüklü  hissəsində  yaşayır.  Kulli 

miq darda olarsa, saqqalda və kirpiklərdə də qeyd olunur. İnsan 

dərisinə möhkəm yapışaraq bərk qaşınma törədir. Uzun müddət 

qan sorur. Sahibindən kənarda 1-2 gündən çox qala bilmir. Ömrü 

2-3 həftədən artıq deyildir.

Bitlərin inkişafı natamam-tam metamorfozla gedir: yumurta 

(sir kə), 3 sürfə mərhələsi və imaqo. Yetkin bitlər 40-50 günə q ə-

dər yaşa yır lar. Bu dövr ərzində dişilər 300-ə qədər yumurta (sir-

kə )  qoyur, on lar bitin yapışqan vəzilərinin ifrazatı ilə tüklərə və 

p al  tara yapışırlar.

Optimal temperaturda (+30ºC-dən 32ºC qədər) 7-ci gün y u-

murtalardan sürfələr çıxır, metamorfozun bütün mərhələləri isə 



214

14-16 günə başa çatır. Bunun böyük əhəmiyyəti var, belə ki, ona 

əsasən xəstəlik ocağında təkrari dezinseksiya və dezinfeksiya və 

s .   tədbirlər  aparılır.  Həm  sürfələr,  həm  də  yetkin  bitlər  yalnız 

qan la qidalanır (sut kada 2-3 dəfə). Bitlər öz sahiblərinə uyğun-

laşmış daimi para zitlərdir (ektoparazitlərdir). İnsan biti ancaq i n-

sanın üzərində parazit həyat tərzi keçirir. Bir qayda olaraq, bitlər 

hərarətli  xəstələri  və  meyidləri  tərk  edərək  sağlam  şəxsin  üzə-

ri nə keçirlər: bunun böyük epidemioloji əhəmiyyəti var. Quraq-

lığa və dəyişkən temperatura qarşı davamsızdırlar.



Milçəklər 

Milçəklər (İnsecta) həşəratlar sinfinə, ikiqanadlılar (Diptera

dəstəsinə,  girdətikişli  (cyclorrapha)  yarımdəstəsinə  aiddir.  Bu 

yarım dəstəyə  40-dan  çox  milçək  fəsiləsi  aiddir.  Ən  mühümləri 

aşağıdakılardır:

1.  Əsl  milçəklər  Muscidae.  Bura  otaq  milçəyi  –  Musca



domestika, bazar milçəyi – Muscasorbens, kiçik otaq milçəyi – 

Fannia conicularis,  ev  milçəyi  -Muscina stabulane  aiddir.  Bu 

fəsiləyə Se-Se milçəyi – Glassina və payız milçəyi – Stamoxys 



calcitrans də daxildir.

2. Callipharidae. Bu fəsiləyə göy ət milçəyi - C.erythrocep-



hala, yaşıl leş milçəyi – Luciliacaesar və s. aiddir.

3.  Sareophagidae  fəsiləsinə  boz  ət  milçəyi  –  Sarcophaga



carnaria aiddir.

Mozalan  və  bir  çox  başqa  milçək  fəsilələri  də  məlumdur. 

Mil  çəklərin yoluxucu xəstəliklərin yayılmasında əhəmiyyəti o n-

ların qidalanma xüsusiyyətlərindən asılıdır. Bu xüsusiy yət lə ri nə 

görə milçəklər aşağıdakı qruplara bölünür:

1. Afaqlar – yetkin halında qidalanmayan milçəklər (moza-

lanlar).

2. Nektarofaqlar – güllərin və bitkilərin şirəsi ilə qidalanan 

mil çəklər (Volfart milçəyi).

3. Obliqat koprofaqlar – müxtəlif heyvanların nəcisi ilə qida-

lananlar (adi dişayaqlı).

4. Fakültativ koprofaqlar – Əsasən insan və heyvan eks kre-

ment ləri ilə qidalanırlar. Bununla yanaşı, tullantı və ərzaq məh-


215

sul larından qida kimi istifadə edə bilirlər. Bu qrupa ev milçəyi 

və kiçik otaq milçəyi aiddir.

5.  Fakültativ  hematofaqlar  heyvanların  yarasını  yalamaqla 

qanla qidalanırlar (çöl milçəyi).

1. Obliqat hematofaqlar. Əsasən insan və istiqanlı heyvanla-

rın qanı ilə qidalanır (payız milçəyi).

  2.  Polifaqlar  ekskrementlər,  selikli  qişanın  ifrazatı,  insan 

qidası, tullantılar ilə qidalana bilərlər (otaq milçəyi, bazar mil-

çəyi və başqaları).

Yaşayış məntəqələrində insan və heyvanların paraziti sayılan 

milçəklərin  bir  çox  növləri  insanla  bu  və  ya  başqa  formada 

əlaqədə  olur.  Bunlar  sinantrop  (yunan  sözü  olub  “sin”  –  bir 

yerdə və “antropos” – insan) qrupunda birləşirlər. Milçəklər bir 

tərəfdən yoluxucu xəstəliklərin törədicilərini və parazit qurdların 

mexaniki  keçiriciləri  rolunu  oynaya  bilərlər,  digər  tərəfdən 

sürfələri  insanın  bədənində  inkişaf  edərək  onun  sağlamlığına 

ciddi  zərər  yetirə  bilərlər.  Belə  parazitar  xəstəliklər  “miaz”lar 

adlanır,  onlar  boşluq,  toxuma  “miaz”larına  bölünür.  Bəzi  növ 

milçəklər miazların təsadüfi törədicisi rolunu oynayır. Bu o vaxt 

olur ki, insan sürfələrlə çirklən miş qidanı qəbul edir və onlar bir 

müddət bağırsaqda yaşayaraq bağırsaq (boşluq) miazı törədirlər. 

Çürüyən heyvani məhsulda inkişaf edən milçəklər toxuma miaz-

larının fakültativ törədicisi rolunu oynayırlar. canlı heyvanlarda 

inkişaf edən sürfə isə miazların obliqat törədicisidir.

Milçəklər  60  növdən  çox  mikroorqanizmləri  daşıya  bilər. 

O n lardan dizenteriya, qarın yatalağı, vəba, poliomielit, difteriya, 

vərəm, qara yara, taun, sap və bir çox başqa xəstəliklərin törədi-

cilərini  misal  göstərmək  olar.  Bununla  yanaşı,  onlar  helmint-

lərin, kiçik gənələrin və s. yumurtalarını da gəzdirirlər.

Müəyyən edilmişdir ki, milçəklərin 10 növü Fleksner bakte-

riyalarının gəzdiriciləridir. Milçəklər dizenteriya bakteriyalarını 

özündə 24 saatdan 8-10 günə kimi saxlayırlar. Ona görə də əks-

epidemik  tədbirlər  qismində  milçəklərin  məhv  edildiyi  ocaq-

larda dizenteriya ilə xəstələnmə səviyyəsinin azalması da nəzərə 

çarpır.


216

Qeyd edildiyi kimi, milçəklər qarın yatalağının da yayıl ma-

sında iştirak edə bilərlər. Sübut olunmuşdur ki, xəstəlik törə di ci-

lə ri milçəyin bədənində 23 günə qədər yaşayırlar. Bu bakteriya-

lar nəinki milçəyin bədən səthində, hətta bağırsaq m  ö h  tə viyyatında 

və nəcisində olurlar.

Vəbanın  yayılmasında  da  milçəklər  böyük  rol  oynayırlar. 

V ə  ba  vibrionları  ilə  çirklənmiş  ərzaq  məhsulları  ilə  qidalanan 

mil çəklərin orqanizmində (nəcisində) xəstəlik törədiciləri tapıl-

mışdır. Vəba vibrionları milçəklərin xarici səthində tez tələf olur, 

bağırsaqlarında isə 30 saata qədər sağ qalır.

MDB-də otaqmilçəyinin 2 yarımnövü məlumdur. Biri müla-

yim iqlimdə, o birisi Zaqafqaziya və Orta Asiyada yayılmışdır. 

Milçəklər  tam  metamorfoz  keçirirlər.  Dişilər  seçdiyi  yerin  1-2 

sm  dərinliyində  yumurta  qoyur  ki,  bu,  yumurtaları  xarici  təsir-

lərdən  qoruyur.  Adətən,  150-200  ədəd  yumurta  dəstə  şək lində 

bir-birinə birləşmiş olur. Onların inkişafı çürüyən tullantı məh-

sullarında baş verir və inkişafı üçün optimal temperatur, 60-80% 

rütubət lazımdır. 40ºC temperaturda yumurtalar məhv olur (aşağı 

həddi  8-10ºC-dir). Tam  inkişafı  6-7  gündən  2  aya  qə dər  çəkir, 

yumurtadan  çıxan  sürfələrin  uzunluğu  2  mm-dir,  inkişafın  s o-

nunda isə 12-13 mm-ə çatır. Sürfələr 3 mərhələ keçi rirlər. Əvvəl 

onlar hərəkətsiz olur, yumurta qoyulan yerdə yaşayırlar, heyvani 

və bitki mənşəli ərzaq məhsulları və onların qa lıq ları ilə qidala-

nırlar. 3-cü mərhələnin sonunda sürfələr qısa məsafədə hərəkət 

edərək pupönü dövrə keçir və nəhayət pup şəklini alırlar. Pupla-

rın  inkişafı  xarici  mühit  amillərindən  asılıdır.  Sürfələrin  pupa 

çevrilməsi bir qədər dərinlikdə, aşağı rütu bətli şəraitdə baş verir 

və  pupdan  qanadlı  milçək  çıxır.  Pupdan  çıx mış  cavan  milçək 

yumşaq  və  şəffaf  kutikulası,  qısa  qarın  və  bükülmüş  qanadları 

ilə fərqlənir, 1,5 saatdan sonra uçmağa başlayır, 3-4 gündən son-

ra isə yumurta qoyur.

Milçəklər  həm  heyvani,  həm  də  bitki  mənşəli  karbohidrat 

m ad dələrlə qidalanır, onların qidasında sulu karbon və zülal o l-

malıdır. Sulu karbon ümumi mübadiləni tənzim etmək, zülal isə 

yumurtalığın inkişafı üçün lazımdır. Onların piyə ehtiyacı yox-

dur. Onu zülal və karbohidratlardan hazırlayırlar. Otaq mil çək -


217

ləri, adətən, insan qidasının qalıqları və müxtəlif tullantılarla q i-

dalanırlar. Bu məqsədlə insan və heyvan ekskremen tlə rin dən də 

istifadə edirlər.



Otaqmilçəklərinin ömrü 1-2 aydır. Onlar imaqo, sürfə və ya 

pup mərhələlərində qışlaya bilərlər. İsti binalarda milçəklər qış-

da da arta bilərlər.

Canlı keçiricilər vasitəsilə baş verən yoluxma mexanizmi

Törədicilərin  canlı  keçiricilər  vasitəsilə  yoluxması  spesifik 

(bioloji)  və  qeyri-spesifik  (mexaniki)  ola  bilər.  Bu,  törədici  ilə 

ke çirici arasında təkamül prosesində yaranmış əlaqənin xüsusiy-

yə tindən  asılıdır.  Ən  sadə  əlaqə  mexaniki  üsulla  keçirilmə 

zamanı  müşahidə  edilir.  Belə  əlaqə  zamanı  törədici  keçiricinin 

orqanizmində artmır, yoluxma üçün onun iştirakı varıb deyildir. 

Belə  ki,  canlı  keçirici  ancaq  törədicinin  bir  yerdən  başqa  yerə 

daşınmasını  təmin  edir.  Bu  yolla  da  yoluxma  baş  verir,  belə 

yoluxma  çox  vaxt  fakültativ  –  transmissiv  xəstəliklərdə  (qara 

yara, tulyaremiya və s.) qeyd edilir.

Digər  halda  törədici  ilə  keçirici  arasında  sıx  bioloji  əlaqə 

yara nır.  Törədici  öz  inkişafının  müəyyən  mərhələsini  insanın, 

digərini isə keçiricinin bədənində başa vurur. Bununla əlaqədar 

olaraq,  keçiricinin  özünün  yoluxmasından  sonra  törədicini  k e-

çirməyə qabil olması üçün müəyyən vaxt tələb olunur. Belə y o-

luxma bir sıra obliqat-transmissiv xəstəliklərdə (malyariya, y a pon 

ensefaliti, epidemik səpgili yatalaq, qayıdan yatalaq, fil yaridozlar 

və s.) nəzərə çarpır.

Canlı keçiricilər vasitəsilə törədicilərin mexaniki və spesifik 

yolla  yayılması  bir-birindən  əsaslı  surətdə  fərqlənən  2  m e xa-

nizmlə  baş  verir:  inokulyasiya  və  kontaminasiya.  İnokulyasiya 

mexaniz mində törədicinin daşınması keçiricinin ağız aparatı ilə 

qan sorması zamanı, eləcə də onun tüpürcəyinin or qa nizmə y e ri-

dilməsi zamanı baş verir. Kontaminasiya m e xaniz mində k e çi rici 

dəri  örtüyünü  və  selikli  qişanı  içərisində  törədici  olan  ekskre-

ment və başqa ifrazatla çirkləndirir. Qarışıq formalı keçirilmə də 

müşahidə edilir.



218

Sinantrop milçəklərin xortumcuqda və ətraf üzvləri üzərində 

bağırsaq infeksiyaları törədicilərinin, patogen ibtidailərin və hel-

mint yumurtaların daşınmasını mexaniki kontaminasiyaya misal 

göstər mək olar. Qansoran ikiqanadlı həşəratlar vasitəsilə tulyare-

miya və qara yara törədicilərinin yoluxması isə mexaniki inokul-

yasiyaya aid edilir.

Epidemik  səpgili  yatalaq  törədicisinin  bitlər  vasitəsilə  keçi-

ril məsi spesifik kontaminasiya tipində olur. Bu zaman rikketsi-

yalar bitlərin bağırsaqlarının epitelində artır, defekasiya zamanı 

eks kre mentlə ifraz olunaraq insanın dərisi üzərinə düşürlər. Bu 

yolla Volın qızdırması və siçovul səpgili yatalağın törədicisi y o-

luxdurulur.

Qayıdan səpgili yatalağın törədiciləri bitlərin hemolimfasında 

artır,  ona  görə  onların  xaricə  sərbəst  çıxmaq  imkanı  yoxdur. 

Yo lux ma kontaminasiya yolu ilə ancaq bitin əzilməsi n ə ticəsində 

spiroxeta ilə dolu hemolimfanın dəriyə yayılması n ə ticəsində baş 

verir.


Spesifik  inokulyasiya  zamanı  törədicinin  keçirici  vasitəsilə 

yoluxdurulması, xüsusən törədici tüpürcəklə ifraz edilərsə, daha 

təkmilləşmiş  mexanizmlə  həyata  keçir.  Bu  zaman  bağırsaqlara 

düşmüş törədici hemolimfaya keçir orada artır və tüpürcək vəzi-

lə  rində  toplanır,  sahibinin  qanını  soran  zaman  törədici  tüpür-

cəklə sa hi bin bədəninə daxil olur. İnsanın transmissiv xəs tə lik lə-

ri nin törə di ci lə ri (yapon ensefaliti, hünü qızdırması, gənə e n se faliti, 

Omsk və Krım hemorragik qızdırması, malyariya və s.) əsasən bu 

yolla yayılır.

Bir sıra xəstəliklərin törədicilərinin keçiricinin orqanizmində 

inkişaf etməsi və yerdəyişməsi başqa tərzdə olur. Məs.: Bankroft 

lifli mikrofilya riyaları ağcaqanadların döş əzələlərinə daxil olur, 

orada müəyyən inkişaf dövrünü keçirəndən sonra aşağı dodaqda 

toplanır və qansorma zamanı onun zirvəsindəki xitini dağıdaraq 

qana  daxil  olur.  Bəzi  hallarda  isə  törədicilər  keçiricinin  bədən 

boşluğuna heç daxil olmur, ancaq yemək borusunun orta şöbə lə-

rin də  artır  və  ön  şöbələrindən  qansorma  zamanı  sahibin  (taun 

törədicisi – birələrin; leyşmaniozun törədicisi – hünülərin və s.) 

qanına daxil olur.


219

Yuxu  xəstəliyinin  törədicisi  tripanosomlar  daha  mürəkkəb 

inkişaf dövrü keçirirlər. Onlar əvvəl Se-Se milçəklərinin bağır-

saqlarının orta və arxa şöbələrində inkişaf edir, sonra xortumcuq 

boyunca hərəkət edib onun zirvəsinə qədər yer dəyişirlər, oradan 

tüpürcək yoluna və tüpürcək vəzilərinə daxil olurlar. 

Müxtəlif dəstələrə aid olan gənələr vasitəsilə yayılan xəstəlik 

törədiciləri gənələrin bir inkişaf mərhələsindən digərinə keçmək 

qabiliyyətinə malikdirlər (transfazal üsulla keçirilmə). Çox hal-

larda törədicilər dişi keçiricinin bədən boşluğundan onun cinsiy-

yət vəzilərinə daxil olur, orada inkişaf edən yumurtaya keçərək, 

onlardan çıxan cavan gənələrin bir hissəsini yoluxdururlar. Bu, 

transovarial keçiricilik adlanır. Belə yoluxma ən çox gənə ense-

faliti,  rikketsiozlar,  hemorragik  qızdırmalar  və  s.  xəstəliklərin 

tö rə dicilərinin  keçiricisi  olan  iksodid gənələrində;  Susuqamuşi 

törədicisinin keçiricisi olan qırmızıbədəngənələrdə; gənə qayı-

dan  yatalağının  keçiricisi  olan  Ornithodoros gənələrində;  hünü 

qızdırmasının keçiricisi olan hünülərdə qeyd edilir.

Bəzi  transmissiv  xəstəliklərin  təbii  ojaqlarında  keçiricilərin 

infeksiya mənbəyi kimi əhəmiyyəti də müxtəlifdir. Əksər trans-

missiv təbii-ocaqlı yoluxucu xəstəliklərin törədiciləri heyvanların 

qanında yüksək konsentrasiyada az müddətdə – bir neçə gün dən 

1-2  həftəyə  qədər  dövr  edirlər.  Bu  dövrdə  keçiricilər  q an  sorma 

zamanı törədiciləri qanla qəbul edərək yoluxurlar.

Transfazal və transovarial yoluxma yolu vasitəsilə törədicilər 

keçiricilərin bədənində illərlə sağ qala bilər. Belə ki, gənə ense-

faliti və gənə rikketsiozunun törədiciləri iksod gənələrinin 3-cü 

nəslinə qədər keçirlər. Təcrübə göstərir ki, Ornithodoros papilli-

pes gənələri spiroxetləri öz bədənlərində 26 ilə qədər saxlayırlar. 

Eksperimentdə patogen spiroxetlərin bu gənələrin 8 nəs lində 9 il 

saxlanması qeyd edilmişdir. Təbiətdə gənələrin uzun müd dət ac 

qalmaq  qabiliyyəti  buna  kömək  edir.  Həşə rat lar da  tran sovarial 

üsulla  törədicilərin  ötürülməsinə  az  təsadüf  o lu nur.  Beləliklə, 

canlı keçiricilərin bir neçə nəslində törə di ci lə rin  saxlanması təbii 

ocaqların uzun müddət mövcud olmasını təmin edir.


220


Yüklə 4,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin