Rinovirus yoluxuсu xəstəliyi
Rinovirus yoluxucu xəstəliyi və ya yoluxucu zökəm (Сom-
mon сold) əsasən burunun selikli qişasını zədələyən yuxarı
tənəffüs yollarının kəskin virus xəstəliyidir. Başlıca əlaməti z ö-
kəmdir.
Qısa tarixi məlumat. Zökəmin əsas növlərinin yoluxucu
olması 60 ildən çoxdur məlumdur. Ancaq bu xəstəlik 1960-cı
ildə Turell və əməkdaşları tərəfindən törədicini – virusu əldə
etdikdən sonra öyrənilməyə başlandı.
Yayılması. Xəstəlik hər yerdə yayılmışdır. İsti ölkələrdə s o-
yuq və mülayim iqlimi olan ölkələrə nisbətən az qeyd edilir. R i-
noviruslar bütün kəskin yuxarı tənəffüs yolları yoluxucu virus
xəstəliklərinin 32%-ni təşkil edir.
Etiologiyası. Xəstəliyin etioloji amili rinoviruslardır, bu v i-
ruslar pikornoviruslar ailəsində ayrı nəsil təşkil edir. Buraya 90
növ antigen quruluşlu müxtəlif viruslar daxildir. Onlar RNT –
tərkibli virusdurlar. Ölçüsü 18-30 nm-dir. Bir qisim rinoviruslar
insan embrionunun kiprikvari hüceyrələrində, digərləri insan və
meymun böyrək hüceyrələrində inkişaf edirlər. Viruslar labora-
tor heyvanlar üçün patogen deyillər. Təcrübədə rinovirus yolu-
xucu xəstəliyini şimpanze meymunlarında öyrənmişlər.
Rinoviruslar xarici mühitə davamlıdır, aşağı hərarətdə yaxşı
qalırlar (-70
0
C temperaturda bir neçə il), 50
0
C temperaturda 30
dəqiqə yaşayır. Donma və əriməyə dözümlüdür, liofil qurumaya
davamlıdır, zəif turş mühitdə tez məhv olurlar. Rinoviruslara qar-
şı həssaslıq yüksəkdir.
Epidemioloji xüsusiyyətləri. Rinovirus törədicilərinin mən-
bə yi xəstə və törədicigəzdirən insandır. Damcı yolu, həmçinin
məişət əşyaları (burun dəsmalları) ilə yayıla bilər. İnkubasiya
dövrünün sonunda (klinik əlamətlərin aşkar olunmasından bir
gün əvvəl) yoluxmuş insan ətrafda kılar üçün daha təhlükəlidir.
Yoluxdurucu dövr 5-7 gündür. Virus ən çox zökəm zamanı
b u ru nun selikli qişasının ifrazatında aşkar edilir. Yoluxucu z ö-
kəmlə ən çox böyüklər xəstələnirlər. Törədicinin serovarlarının
sayının çox olması nəticəsində bir xəstə 3-4 dəfə yoluxucu
302
zökəmlə xəstələnə bilər. Uşaqlarda rinoviruslar bronxit və bron-
xopnevmoniya törədə bilərlər.
Xəstəlik ilin bütün fəsillərində qeyd edilir, ancaq payız-qış
ay larında, havanın temperaturu və rütubət kəskin dəyişdikdə o r-
qa nizmə təsiri nəticəsində əhəmiyyətli dərəcədə artır.
Patogenez və klinikası. İnkubasiya dövrü 2-3 gündür. Xəs-
tə liyin spesifik əlaməti zökəmdır. Xəstəliyin 1-2-ci günündə b u-
run ifrazatı suyabənzər və ya serozludur, 3-cü gündə epitelin
desk va misiyası başlanır və ifrazat selikli-irinli olur. Xəstələrin
təxminən 1/3-də boğazda ağrılar və quru öskürək qeyd edilir.
Xəstəlik keçirdikdən sonra spesifik əkscisimlər bir neçə il
saxlanılır, onların səviyyəsi get-gedə azalır.
Profilaktika və mübarizə tədbirləri. Rinovirus yoluxucu
xəstəliyinə qarşı spesifik profilaktika işlənməmişdir. Ümumi
profilaktikası paraqrip yoluxucu xəstəliyində olduğu kimidir.
Laborator diaqnostikası. Xəstəliyin diaqnozu burun selikli
qişasının möhtəviyyatı ilə insan diploid hüceyrələrini yolux-
durma vasitəsi ilə əldə edilən və neytrallaşdırma üsulu ilə aşkar
edilən virusa əsasən qoyulur. Diaqnozu spesifik əkscisimlərin
titrinin yüksəlməsini təyin edən KBR və neytrallaşdırma reaksi-
yası ilə də qoymaq olar. Ekspress diaqnostika üçün immunflüo-
ressensiya üsulundan istifadə edilə bilər.
Yuxarı tənəffüs yollarının sinsitial
yoluxucu xəstəliyi
Bu xəstəlik tənəffüs yollarının kəskin xəstəliyidir və əsasən
tənəffüs yollarının aşağı şöbələrini zədələyir. Əsasən 1 yaşlı u şaq-
lar arasında baş verir.
Qısa tarixi məlumat. 1956-cı ildə Morris və b. (ABŞ) şim-
panze meymunlarından virus əldə etdilər (Chimpanzee coryza
agent – şimpanze zökəminin törədicisi). Sonra Chanock və Fin-
berg 1957-ci ildə aşağı tənəffüs yollarının kataral iltihabı zamanı
2 uşaqdan bu virusu əldə etdilər. Ondan sonra bu xəstəliyin ö y-
rə nilməsinə başlandı.
303
Yayılması. Yuxarı tənəffüs yollarının sinsitial yoluxucu xəs-
tə liyi (YTSYX) bütün dünyada yayılmışdır və hesab edilir ki,
insanda aşağı tənəffüs yollarının patologiyasında aparıcı amildir.
Etiologiyası. Etioloji amili RNT tərkibli YTY sinsitial viru-
sudur. Bu viruslar Pneumovirus cinsinə Paramixsoviruslar ailə-
sinə aiddir. Görünüşünə görə girdə, sapabənzər və pleomorfdur,
diametri 50-500 nm-dir. Törədicinin tərkibində ümumi komple-
mentləri birləşdirən antigen var. Antigen quruluşuna görə sabit-
dir və bir serovarianta aiddir. Nep-2, Hela, insan və meymun
böyrəklərinin ilkin hüceyrə kulturasında inkişaf edirlər. İnsan
embrionunun ağciyər fibroblast hüceyrələrində artması on ların
sitopatiyasına səbəb olur. Törədicinin bu xüsusiyyətinə görə ona
yuxarı tənəffüs yolları sinsitial virusu adı verilmişdir. Bu virus-
lar laborator heyvanların əksər növü üçün patogen deyil. Lakin
insan üçün patogendir (könüllülər üzərində təcrübə göstərir ki,
xəstəlik yoluxmadan 5 gün sonra başlanır).
Virus fiziki-kimyəvi təsirlərə qarşı həssasdır. 56
0
C- də bir
neçə dəqiqəyə məhv olur. -70
0
C-də uzun müddət saxlanılır, turş
mühitdə (pH 3,0) məhv olurlar. Formalin və ultrabənövşəyi şüa-
lar virusun yoluxuculuğunu bir neçə dəqiqəyə aşağı salır.
Patogenez və klinikası. İnkubasiya dövrü 2-6 gündür. Virus
tənəffüs yolu ilə burunun, boğaz selikli qişasının epitel hücey rə-
lə rinə daxil olaraq iltihab törədir. Kiçik yaşlı uşaqlarda tənəffüs
yolunun aşağı şöbələri zədələnir, onlarda, eləcə də bronx-ağ ci yə-
rin parenximasının zədələnməsi ilə YTSYX-nin xroniki gedişi
qeyd edilir. Buna törədicinin adenoviruslarla birgə təsiri səbəb
olur. Yüngül zökəmdən bronxit və bronxopnevmoniyanın ağır
hal ları ilə müxtəlif klinik əlamətlər qeyd edilir. Yaşlı əhalidə
xəstəlik, adətən, yüngül keçir, yuxarı tənəffüs yollarının yüngül
z ə dələnməsi baş verir.
Xəstəlikdən sonra yaranan immunitetin gərginliyi, müddəti
yaxşı öyrənilməmişdir. Belə ehtimal edilir ki, YTYSY xəstəliyi
A sinfinə aid olan immunoqlobulin və hüceyrə immuniteti amil-
ləri ilə bağlı sekretor virusneytrallaşdırıcı əkscisimlərlə əlaqə-
dardır. Xəstəliyi keçirəndən sonra uzunmüddətli immunutet y a-
ra nır. Böyüklər nadir hallarda xəstələnirlər.
304
Epidemioloji xüsusiyyətləri. YTYSYX infeksiya mənbəyi
xəstəliyi manifest təzahür edən və ya silinmiş keçən xəstə və ya
virusgəzdirəndir. Xəstə xəstəliyin inkubasiya dövründə, klinik
əlamətlərin qeyd edildiyi, xəstəliyin təzahüründən 3-6 gün ə r-
zində yoluxdurucudur. Törədicilər hava-damcı yolu ilə yayılır.
Uşaqlar arasında xəstəlik epidemiya şəklində yayılır, epide-
miya 3-5 ay davam edir. Qapalı müəssisələrdə (uşaq bağçası və
s.) uşaqların hamısı yoluxa bilər. Xəstəlik payız-qış-yaz ayla-
rında qeyd edilir. Tropik iqlimli ölkələrdə xəstəlik yay aylarında
da baş verir.
Əsasən 5 yaşına qədər uşaqlar xəstələnirlər. Passiv immuni-
tetin olmasına baxmayaraq, 6 aylığa qədər uşaqlar üçün bu xəs-
təlik daha təhlükəlidir. YTYS virusunu “uşaq virusu” da adlandı-
rırlar. ABŞ və İngiltərədə 1 yaşına qədər uşaqların 80-90%-də
YTYS virusuna qarşı əkscisimlər aşkar edilmişdir. Yaşa dolduqca
u şaqların bu virusa həssaslığı azalır, xəstəlik yüngül keçir. Yaşlı
əhalidə virusu neytrallaşdıran əkscisimlərin yüksək olmasına
baxmayaraq, xəstəlik reinfeksiya şəklində gedir.
Profilaktika və mübarizə tədbirləri. Spesifik profilaktikası
işlənməmişdir. Ümumi profilaktika paraqriplərdə olduğu kimi
aparılır. Bəzi hallarda spesifik qamma-qlobulindən profilaktik
məqsədlə istifadə edilir (xüsusilə zəifləmiş uşaqlarda).
Laborator diaqnostikası. Xəstəliyin diaqnozu YTYS viru-
sunun əldə edilməsi (hüceyrə kulturasında) ona qarşı əksci sim-
lərin artması, yuxarı tənəffüs yollarının epitel hüceyrələrində
onun antigeninin immun flüoressensiya reaksiyası ilə aşkar edil-
məsinə əsaslanaraq qoyulur. Törədicini xəstəliyin birinci 4 gü -
nün də Hep-2, Hela, FE4 hüceyrələrini burun, boğaz möhtə viy-
yatı ilə yoluxdurmaq vasitəsilə əldə edirlər. Virusun artmasını
birqatlı hüceyrələrdə sitopatik təsirlə müəyyən edirlər.
305
Reovirus yoluxucu xəstəliyi
Reovirus yoluxucu xəstəliyi (RYX) yenidoğulmuşların və kiçik
yaşlı uşaqların xəstəliyidir, limfa vəzilərini zədələyir və yayılmağa
meyil edir.
Yayılması. Seroloji müayinələrin nəticələri göstərir ki, RYX
törədiciləri hər yerdə dövr edir. Hətta ucqar, təcrid olunmuş
ərazilərdə yaşayan şəxslərdə də (Alyaska, Sakit okean adala-
rında) əkscisimlər aşkar edilir.
Etiologiyası. RYX törədiciləri RNT tərkibli viruslardır, Reo-
virus cinsinə və Reoviridac ailəsinə aiddir. Prototip ştamları
Lanq (növ 1), D-5(növ 2) və Abney (növ 3). Adından göründüyü
ki mi, Reo – “respiratoru enterik orphanviruses” – insanın tənə f-
füs, mədə-bağırsaq yollarını zədələmək qabiliyyətinə m a lik dir.
Onlar ən kiçik viruslar (60-70 nm ölçüsündə), iksaedrə bənzər
quruluşda, iki kapsomer qatından ibarət olan ümumi k om lementi
birləş dirən antigenə malikdirlər. Reoviruslar h ü cey rə kulturala-
rında yaxşı inkişaf edərək onlarda sitopatik dəyi şik lik törədir.
Reovi ruslara ən həssas meymun böyrəklərinin b aş lanğıc hücey-
rə ləri, Detroyt-6 və insanın amnion hücey rə lə ridir. Viruslar bir
neçə növ laborator heyvanları üçün patogendir. Heyvanların həs-
sas lığı yaşdan da asılıdır, belə ki, üçgünlük ağ siçan balalarında
virus onların beyninə, dəri altına qarın boşluğuna və burun
daxilinə yoluxdurduqda xəstəlik baş verir.
Reoviruslar temperatura dözümlüdür: 56
0
C temperaturda iki
saat, 4
0
C-də 2 ay və 24
0
C-də 45 gün sağ qalır. 20
0
C temperaturda
10 aydan 2 ilə kimi saxlanılır. Yüksək dondurma və əritmə virusun
yoluxuculuğuna təsir etmir. Reoviruslar ultrabənövşəyi şüalan-
maya, mühitin pH-nın dəyişməsinə davamlıdır. Bununla be lə, 70
0
etil spirti və 3%-li xlodamin onları 30 dəqiqə ərzində məhv edir.
Epidemioloji xüsusiyyətləri. Reoviruslar ev və vəhşi hey-
vanlar arasında geniş yayılmışdır, onları quş və həşəratlardan da
əldə ediblər. İnfeksiya mənbəyi xəstəliyin başlanmasından 7-10
gün ərzində xəstə və sağlam virusgəzdirənlərdir. Yuxarı tənəffüs
yollarının etiologiyası təsdiqlənmiş kəskin yoluxucu xəstə lik lə ri-
nin 11,6%-i reoviruslar tərəfindən törədilir.
306
Xəstəlik əsasən payız-qış-yaz fəsillərində tək-tək xəstə lən-
mələr və alovlanmalar şəklində qeyd edilir. Uşaq müəs sisə lə-
rində törədici uzun müddət dövr edir. Bu da əvvəllər xəstə lən-
mə miş və yeni daxil olmuş uşaqların xəstələnməsinə səbəb olur.
Virus əsasən damcı yolu ilə keçirilir, oral yol da istisna edilmir.
Reoviruslara bütün əhali həssasdır, ancaq kiçik yaşlı uşaqlar
və yenidoğulmuşlar daha həssasdırlar. Yaş artdıqca bu xəstəliyə
qarşı həssaslıq azalır, 25-30 yaşlı əhalidə virusların hər 3 növünə
qarşı əkscisimlər aşkar edilir.
Patogenez və klinikası. Yoluxmanın ilk günlərində udlağın
selikli qişasında viruslar artır, sonra limfatik vəzilərə daxil olur-
lar, oradan isə qana keçirlər. Xəstəlik respirator (rinit, faringit,
kon yunktivit) və daxili intoksikasiya (aseptik meningit əlamət-
ləri, həra rət, bəzən herpangina və xırda ocaqlı ağciyər sətəlcəmi)
əlamət ləri ilə təzahür edir. Yenido ğulmuşlar və kiçik yaşlı uşaq-
larda xəstəlik ağır keçir. Məktəb yaşlı uşaqlar və yaşlı əhali ara-
sında xəstəliyin inapparant forması qeyd edlir.
İmmunitetin gərginliyi və müddəti öyrənilməmişdir. Törədi-
ciyə qarşı əkscisimlər klinik təzahür edən və əlamətsiz keçən xəs-
tə lik zamanı əmələ gəlir.
Profilaktika və mübarizə tədbirləri. Spesifik profilaktikası
öyrənilməmişdir. Ümumi profilaktika paraqrip yoluxucu xəstə-
liyində olduğu kimidir.
Laborator diaqnostika. Labarator diaqnostika xəstəliyin ilk
g ün lərində meymun böyrəyi, insanın amnion hüceyrələrində tö rə -
dicinin əldə edilməsi və ona qarşı xəstəlik keçirmişlərdə əks ci-
simlərin müəyyən edilməsi vasitəsilə qoyulur.
Adenovirus yoluxucu xəstəliyi
Adenovirus yoluxucu xəstəliyi (AYX) kəskin temperaturla
gedən virus etiologiyalı xəstəlikdir, selikli qişaların kataral ilti-
habı ilə təzahür edir (sinonimlər: kəskin temperaturlu faringit,
faringo-konyunktival temperatur, kəskin follikulyar konyunkti-
vit, epidemik kerotokonyunktivit, qeyri-bakterial kəskin faringit,
adenovirus ishalı).
307
Qısa tarixi məlumat və yayılması. Adenovirus yoluxucu
x əs təliyin öyrənilməsinə 1953-cü ildən başlanmışdır. Bu ildə
Ro we və əməkdaşları uşaqlardan götürülən badamcıq və onun
p o lipləri ilə hüceyrə toxumasını yoluxduraraq ilk dəfə yeni virus
əldə etdilər. O, virusu AD (adenoit degeneration) adlandırdı.
S on ra oxşar viruslar kəskin faringit, konyunktivit, atipik ağciyər
sətəlcəmi və başqa xəstəliklər zamanı, eləcə də sağlam insan-
larda aşkar edildi. Ona görə də xəstəliyə müxtəlif adlar verildi.
1956-cı ildən Enders, Bell, Dingle, Francis tərəfindən adenovi-
rus termini təklif edildi, xəstəliyə isə adenovirus xəstəliyi adı
verildi.
Adenovirus yoluxucu xəstəliyi bütün dünyada yayılmışdır.
6-12 aylıq uşaqların 50%-i adenovirus serovarlarının biri ilə
y olux muş olur. Özbəkistanda aparılan müayinələr nəticəsində
yaş lı əhalinin 24-68%-də adenoviruslara qarşı əkscisimlər aşkar
edilmişdir. Əkscisimləri olan şəxslərin miqdarı yaşa dolduqca
artır və 3 yaşında yüksək rəqəmlərə çatır. ÜST-ün məlumatına
əsa sən, adenovirus yoluxucu xəstəliyi Afrika ölkələrində, Şimali
və cənubi Amerikada, Avropa, Avstraliya və Yaponiyada qeyd
edilir.
Etiologiyası. Virusların taksonomiyasının Beynəlxalq Komi-
təsi adenovirusları Adenoviridae ailəsinə aid etmişdir. Bu ailəyə
iki ailə: Mastadenovirus (məməlilərin adenovirus ları) və Avide-
noviruslar (quş ların adenovirusları) daxildir. Birincisinə insan,
meymun, iribuy nuzlu qaramal, at, qoyun, it və siçan adenovirus-
ları aiddir. Adenovirusların ümumi komplementi birləşdirən və
spesifik antigeni vardır. Onlar DNT- genomlu virus olaraq dia-
metri 73-87nm-ə qədər, iksaedrəbənzər, 162-252 kapsomerdən
(70 nm) ibarətdir. Adenovi ruslar hüceyrələrin nüvəsində artır
(2-6% viruslar qidalı mühitdə, 94-98% isə hüceyrələrdə). Ade-
novirusların 100 serovarı məlumdur. Ən çox yayılan 3, 4, 7a, 14,
21 variantlarıdır – onlar yuxarı tənəffüs yollarının yoluxucu xəs-
təliklərinin etioloji amilləridir. 1, 2, 5, 6 serovarlar “latent” ade-
novirus xəstəliklərini törədir və sağlam şəxslərdə aşkar edilir. 8
s e ro var epidemik keratokonyunktiviti törədir. Hər serovar ümu-
mi antigenlə yanaşı, spesifik antigenə də malikdir.
308
Adenoviruslar fiziki-kimyəvi amillərə qarşı nisbətən davam-
lıdır. Onlar efir və xloroform təsirindən məhv olmurlar. -4
0
C t em -
peraturda 2 ay, otaq temperaturunda 2 həftə qalırlar. 5%-li fenol,
formalin (1:1000) məhlulu, ultrabənövşəyi şüalar, 56
0
C tempera-
tur onları 30 dəqiqə ərzində məhv edir. 3-cü serovar su kəməri
suyunda 80 gün, 4-cü və 7-ci serovar 110 gün yaşayır, onlar
təcrübədə süni çirklənmiş su kəməri və göl suyunda da sağ qalır-
lar.
Epidemioloji xüsusiyyətləri. Adenovirus yoluxucu xəstəliyi
tək-tək və epidemik alovlanma şəklində baş verir. Alovlanma,
adətən, məhdud şəkildə qeyd edilir. Ədəbiyyatda 300-500-ə
qədər şəxsin xəstələndiyi tək-tək böyük alovlanmalar da təsvir
edilmişdir. Alovlanma zamanı əksərən adenovirus yoluxucu xəs-
tə liyi ilə ilk dəfə təmasda olan kiçik yaşlı uşaqlar xəs tələnirlər.
Bu, onunla sübut edilir ki, AYX-nın alovlanması çox vaxt mək-
tə bəqədər uşaq müəssisələrində, məktəblərin ibtidai sinifl ərində
və yataqxanalarda baş verir. Adenoviruslu xəstə liklərin ocaqlı-
lığı da aşkar edilmişdir. Ailələrdə 2-dən 5-ə qədər şəxs xəstələnə
bilər. Xəstəliyin əsas epidemioloji xüsu siy yətlərindən biri uzun
inkubasiya dövrü ilə əlaqədar olaraq alovlanmanın ləng inkişafı
və uzun sürməsidir. Alovlanmanın müddəti 12-45 gün çəkir.
Epidemik alovlanmalar əsasən 3, 4, 7 serovarları tərəfindən törə-
dilir. Bəzən alovlanma “partlayış” xarakterlidir və tədricən sö nür.
Belə hallarda eyni zamanda çoxlu uşaq xəstələnir.
Kontagiozluq indeksi bu xəstəlikdə 14-dən 80%-ə qədərdir.
Adenoviruslara qarşı əkscisimlər 1 yaşa qədər uşaqlarda 16-40%,
2-3 yaşında isə 55,8-72,3% qeyd edilir. Yaşlı əhali arasında ade-
noviruslara qarşı əkscisimlər, demək olar ki, müayinə olunan
şəxslərin hamısında aşkar edilir. Əksər şəxslərdə 4 və daha çox
adenovirus serovarlarına qarşı əkscisimlər aşkar edilir. cinsin və
peşənin bu xəstəliyin yayılmasında əhəmiyyəti yoxdur.
Xəstələnmənin əsas hissəsi payız-qış aylarında qeydiyyata
alınır. Tək-tək xəstələnmə və ocaqlı alovlanma, xüsusilə uşaq
müəssisələrində, yaz-yay aylarında baş verir.
Adenovirus xəstəlikləri xəstə (açıq, subklinik, gizli formalı) və
virusgəz dirənlər vasitəsi ilə yayılır. Rekonvalessensiya dövründə
309
qısamüddətli adenovirus gəzdiriciliyi, immun orqa nizm də – tran-
zitor gəzdiriciliyi və badamcıqlardan uzun müd dətli gəzdiri ci lik
aşkar edilmişdir. Gəz diricilik 9 aya qədər da vam edə bilər. Xəs-
təlik əlaməti olmadan uşaq və böyüklərin udlağından adenovi-
rusların ifrazı və sağlam törədicigəzdirmə qeydə alınır. Sağlam
törədicigəzdirmə ən çox 1, 2, 5, sero varlarla əlaqədardır. Xroniki
t on zillitlə xəstə uşaqlar çox vaxt adenovirus gəzdirirlər. Bu z a-
man daha çox qarışıq qrip-ade novirus, paraqrip-adenovirus xəs tə-
liyi qeyd edilir.
Xəstələrdən adenoviruslar xəstəliyin 7-12-ci günündən 25-ci
gününə qədər ayırd edilir. Adenoviruslar meymun, inək, donuz,
it, siçan və quşlardan da əldə edilmişdir. Onların insan patologi-
yasında əhəmiyyəti az öyrənilmişdir.
Xəstəlik əsasən damcı yolu ilə yayılır, çünki törədicilər əsa-
sən udlağın selikli qişasında yerləşirlər. Lakin adenoviruslar f e-
kal-oral yolla da yayıla bilər. Bu viruslar bağırsağın selikli qişa-
sında yaxşı inkişaf edirlər və nəcislə ətraf mühitə ifraz olunurlar.
Damcı ilə asanlıqla yayıldığına görə adenoviruslarla görüş ilk
dəfə uşaq yaşlarında baş verir.
Su hövzələrində və kiçik gölməçələrdə çimdikdən sonra ade-
novirus konyunktiviti alovlanması qeyd edilir. Bu hallarda
törədici konyunk tivaya su vasitəsi ilə daxil olur. Belə alovlan-
malara səbəb adenovirusların xarici mühitə davamlılığı və gözün
selikli qişasının törədiciyə qarşı həssaslığıdır.
Xəstələrin nisbətən zəif kontakiozluğu adenovirusların təbi-
əti ilə bağlıdır. Yoluxmuş hüceyrədən virusun xaric edilməsi çə -
tin dir, çünki virus hüceyrənin daxilində yerləşir. Bununla yanaşı,
xüsusilə insanların sıx təması zamanı (yaslı, uşaq bağçaları, uşaq
evləri, ailəvi yataqxanalar, kazarmalar) virusun uzun müd dətli
if razı nəticəsində yerli alovlanmalar baş verir.
Patogenez və klinikası. İnkubasiya dövrü 1 gündən 14 günə
qədər davam edir. Adenovirus yoluxucu xəstəliyi klinik əla mət-
lərin müx təlifliyi ilə səciyyəvidir. Bu xəstəliyin daimi əlaməti
yuxarı tənəffüs yollarının gözə çarpan iltihabıdır (faringit). O,
larinqo-konyunktival temperatur, onun 38-39
0
C qədər yüksəl-
mə si, kataral və ya kataral-follikulyar konyunktivit əla mətləri ilə
310
özünü göstərir. Bəzi uşaqlarda badamcıqlar üzərində adacıqlı və
ya qaysağabənzər təbəqə, göyöskü rəyə bənzər öskü rək qeyd edi-
lir. Bəzən onlarda adenovirus təbiətli mezodinit qeyd edilir. Belə
hallarda xəstəlik qarında ağrılı tutmalar, bəzən bağırsaq keçmə-
məzliyi əlamətləri və mülayim kataral əlamətlərlə mü şa yiət olu-
nur. Adenovirusların bəzi növləri kiçik yaşlı uşaqlarda bağırsaq
sindromu (hərarət, qusma, ishal) törədir.
İmmunitet. Adenovirusa qarşı immunitet humoral və hüceyrə
tiplidir. O, adenovirusların hüceyrəyə daxil olmasının qarşısını
alır və hüceyrə daxilində onun çoxalmasını ləngidir. V i rus
orqanizmə daxil olduqdan sonra ona qarşı komplementi birləş-
dirən və virusu neytrallaşdıran əkscisimlər əmələ gəlir. Sağalma
dövründə əkscisimlərin titri 1:16-dan 1:256-ya çatır. Xəstəlikdən
bir neçə ay sonra əkscisimlərin titri əhəmiyyətli dərəcədə aşağı
düşür. Xəstəlik keçirdikdən sonra əmələ gələn immunitet tipos-
pesifikdir və davamlıdır.
Profilaktika və mübarizə tədbirləri. Adenovirusların spesifik
profilaktikası hazırlanmaqdadır. Zəiflədilmiş vaksin ştamları
alınmışdır. Polivalent vaksin 60-80% peyvənd olunanlarda ade-
novirusların 3, 4 və 7 serovarlarına qarşı əkscisimlərin səviy yə-
sini 4 dəfə artırır. Vaksin 2-3 dəfə 10-15 günlük fasilə ilə yeridi-
lir.
Profilaktikanın daha təsirli üsulu adenovirusların 3, 4, 7 növ-
ləri, qripin A2 və B, paraqripin 1, 2, 3 serovarlarından hazırlan-
mış polivaksinlə peyvənddir. Bu vaksin yüksək titrdə neytrallaş-
dırılan əkscisimlərin əmələ gəlməsi və rezistentliyin y a ran ma sına
səbəb olur.
Ümumi profilaktika. Adenovirusların yayılmasının qarşısını
almaq üçün xəstələri vaxtında aşkar etmək və təcrid etmək, törə-
dicini xarici mühitdə məhv etmək və orqanizmin həssaslığını
a zalt maq lazımdır. Bu məqsədlə uşaq müəssisələrində gündəlik
qə bul zamanı valideynlərdən uşağın səhhəti haqqında məlumat
almaq, temperaturunu ölçmək və əsnəyini yoxlamaq lazımdır.
Adenovirusların epidemioloji xüsusiyyətlərini nəzərə alaraq
(fekal-oral yolla törədicinin keçirilmə imkanı, konyunktiva vasi-
təsi ilə su hövzələrində çimərkən yoluxma) uşaq müəs si sə lə rin də
311
müvafiq epidemiya əleyhinə tədbirlər aparmaq lazımdır. Uşaqla-
rın müqavimətini artırmaq üçün onları vitaminlərlə təmin etmək
lazımdır.
Xəstə yatan otağın gün ərzində bir neçə dəfə havası dəyiş di-
ril məlidir. Xəstə ayrı qab-qacaqla, şəxsi əl dəsmalı, yataq ləva zi-
matı və başqa əşyalarla təmin edilməlidir. Xəstəyə qulluq edən-
lər tənzif burun örtüyündən istifadə etməlidir. Xəstə yatan ota ğın
döşəməsi hər gün sabunlu-sodalı məhlulla silinməlidir. Uşaq
müəssisəsində xəstə aşkar edilən qrupda cari dezinfeksiya aparı-
lır.
Müalicə-profilaktik müəssisələrdə xəstələr bokslarda (yarım-
bokslarda) və ya ayrıca otaqlarda yerləşdirilir. Bu müəssisələrdə
havanı zərərsizləşdirmək üçün bakterisid lampalarından (1m3
otaqda 1 vatt güclü lampa, döşəmədən 2 m hündürlükdə) istifadə
edi lir. Lampa 2 saat yandırıldıqdan sonra 15-30 dəqiqə fasilə v e-
rilməlidir.
Tibbi alətlərə termiki təsir göstərirlər – avtoklav və ya quru
buxar şkafında zərərsizləşdirilir. Epidemioloqun göstərişinə görə
üzgüçülük hovuzlarının, eləcə də quyuların suyu xlorlaşdırılır.
Epidemioloji nəzarət. İlk xəstələr aşkar ediləndə alovlanma-
nın səbəbini aydınlaşdırmaq üçün ekspress diaqnostikadan isti-
fadə edilir (ümumi flüoressensiya). Uşaq müəssisələrində axı-
rıncı xəstə təcrid ediləndən sonra 14 gün karantin qoyulur. Uşaq-
ların havada olma müddəti uzadılmalıdır. Xəstəlik haqqında
GEM-ə təcili məlumat vermək lazımdır. Ağırlaşmalar olduqda
uşaqları xəstəxanaya göndərirlər. Ev şəraitində xəstə uşaq ayrı
otaqda, uşaq müəssisələri və internatlarda isə təcrid otaqlarında
yerləşdirilir. Alovlanma müddətində uşaq müəssisələrində küt-
ləvi tədbirlərin aparılması və qrupların birləşdirilməsi qadağan
edilir.
Laborator diaqnostikası. Virusu əldə etmək üçün və spesifik
əkscisimləri aşkar etmək üçün udlağın selikli qişasından və k on-
yun k tivadan yaxma götürülür. Virusu identifikasiya etmək üçün
komplementin birləşmə və neytrallaşma reaksiyasından is ti fadə
edilir. KB reaksiyası vasitəsilə bu qrupa məxsus əkscisimlər m ü-
əy yən edilir. Spesifik əkscisimləri hemaqqlütinasiyanı lən gidən
312
və neytrallaşdırma reaksiyası vasitəsilə aşkar edirlər. Bu runda və
əsnəkdə virus antigenini aşkar etmək üçün immun flüoressensiya
üsulundan istifadə edlir. Adenovirus xəstəliyinin d i aq nozunu
təsdiq etmək üçün xəstəliyin əvvəlində və sağalma döv ründə g ö-
türülmüş cüt qan zərdablarının müayinəsindən isti fadə edilir.
Əkscisimlərin 4 dəfə artması diaqnozu təsdiqləyir.
Azərbaycanda yuxarı tənəffüs yollarının kəskin yoluxucu v i-
rus xəstəlikləri B.F.Məcidov, Z.Hacıyeva, A.A.Kazımova, F .E .
Sa dı xo va, R.M.Novruzov tərəfindən ətraflı öyrənilmişdir. Res-
publika ərazisində, demək olar ki, bütün pandemiyalar və geniş
yayılmış epidemiyalar qeyd edilmişdir.
1983-cü ildən 1987-ci ilə kimi respublikada qrip və KYTSX-
nin 3 dəfə epidemik kükrəyişi aşkar edilmişdir. Birinci 1984-cü
ildə (törədici B qrip virusu), ikinci 1985-ci ildə və üçüncü 1986-
cı ildə aşkar edildi – törədici A qrip virusları A(H1N1) və
A(H3N2) idi. Bu illərdə qripin ümumi respublika göstəricisi hər
100000 nəfər əhaliyə 500 nəfərdən çox idi. 1988-ci il qripin epi-
demik yüksəliş ili sayılır. Belə ki, mart ayında müayinə olunanla-
rın 29%-də müsbət nəticə əldə edilmişdir. İmmun flüoressensiya
üsulu ilə müayinənin nəticəsi göstərdi ki, bu il ümumi yolux-
manın A qripi 21,4%, B qripi 13,1%, paraqrip 21,4%, RS virus-
ları 13,1% və adenoviruslar 13,1%-ni təşkil edir. 1989-cu ildə
əhalinin yoluxmasında A qripinin qeyri-aktual (dreyf edən) ştam-
ları iştirak edirdi.
R.M.Novruzovun (1989) məlumatına görə, A, B qrip virusla-
rına qarşı insanlarda populyasiya immuniteti laborator üsulla
tədqiq edilmiş qripin səviyyəsi ilə uyğun gəlir, o da dreyf edən
viru sun dövr etməsini göstərir. Ona görə də müəllif populyasiya
immunitetini aydınlaşdırmaq üçün qrip viruslarının epidemik
aktual ştamları ilə yanaşı, dreyf edən variantlarından da istifadə
edilməsini təklif edir.
|